İnsan və təbiət silsiləsindən


kainat  tərkibi  olması  insanlarda  məntiqi  nəticələr  deməyə



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə19/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

58 
 
kainat  tərkibi  olması  insanlarda  məntiqi  nəticələr  deməyə 
imkanlar verir.  
Yağış  suyu  dünya  okeanlarına,  bərk  materiyaya  (torpağa)  
qarışır  və  özünə  yeni  tərkib  əldə  edir.  Yağış  suyu  atmosferdə  
olan  mineralları  təkrar  bərk  materiyaya  qaytarır.  Okeanlardan 
dünya  sularından  dənizlərdən,  meşələrdən  buxarlanan  qaz 
buludlarda  atmosferdə    topalanır.  Bu  topalanma  atmosferin 
soruculuğundan  yaranır.  Soruculuq  və  Günəşin  şüalarının  əks 
olunmasından  meydana  gələn  buludlar  (əks  olunma  su  qazını 
özü ilə atmosferə aparır. Yerin cazibə qüvvəsi, atmosfer sıxlığı 
buludları əmələ gətirir) soyuq temperaturda sıxlaşaraq soyuyur. 
Atmosferdən  artıq  qalan  buxar  toparlanır.  Bu  toparlanma 
cazibə qüvvəsini yaradır.  Güman etmək olar ki,  Yerin öz oxu 
ətrafında  fırlanması  və  gecə-gündüzün  əmələ  gəlməsi  də 
buludların  sıxlaşmasında  mühüm  rol  oynayır.  Buludlar 
Günəşin düşdüyü  yerlərdə əmələ gəlir. Gecələr isə demək olar 
ki,  soyuyur,  sıxlaşır.  Bu  baxımdan  da  yağış  suyuna  çevrilir. 
Gecələr  çox  yağış  yağması  halı  ola  bilər.    Günəş  şüasının 
məkandan  itməsi  (azalması)  soyumanı  yaradır  ki,  bu  da  
buludların suya çevrilməsini sürətləndirir.  
Buludlar  Yer  üzünün  minerallarını  atmosferə  aparır, 
atmosferdən  də  Yer  üzünə  qaytarır.  Beləcə  maddələrin 
mübadiləsini həyata keçirir.  
Siklonlar hava axınlarıdır və onlar soyuq və isti ola bilirlər. 
Siklonlar  da  Yer  kürəsinin  öz  oxu  ətrafında  fırlanmasından, 
fəsil  dəyişmələrindən  meydana  gəlir.  Siklonlar  buludların 
dağılmasında, yağışın paylanmasında böyük rol oynayır. 
Belə  qəbul  edək  ki,  yağış  artıq  olan  atmosferdir.  Buxar 
atmosferi  yaradır,  sonra  da  artığını  buluda  çevirir.  Soyumuş 
buludlar  təmizlənərək  geriyə  yer  üzünə  qayıdır.  Bərk 
materiyanın  minerallarının  paylanmasında  yağışın  və  küləyin, 
qarın dolunun böyük rolu vardır.  
 


59 
 
Yağışın faydası nələrdən ibarətdir: 
 
-ümumiyyətlə, 
bütün 
təbiət 
hadisələri 
təbiət 
tarazlayıcılarıdır.  Onların  qarşılıqlı  mövcudluğu Yer  kürəsinin 
bütün varlığı üçündür; 
-yağış dünya sularından və quru məkandan olan minerallar 
paylanılmasında iştirak edir; 
-yağışdan öncəki qaz atmosfer mənbəyidir
-buludlar  Günəş  tərəfindən  Yer  kürəsinin,  həmçinin 
atmosferinin,  xüsusən  troposferinin    qızmasının  qarşısını  alan 
faktorlardır; 
-yağış dünya sularının təmizlənməsində rol oynayır. Dünya 
sularını Günəş buxara çevirir, tərkibini atmosferdə  təmizləyir, 
sonra  isə  geri  qaytarır.    Burada  yağış  təmizləyici  vasitəyə 
çevrilir. Yağış atmosferi də minerallarla təmin edir; 
-yağış  bərk  materiya  aləminin  nəmlənməsin  təmin  edir. 
Nəticədə canlı aləm üçün faydalı olur; 
-yağış  atmosfer  tozlarının  bərk  materiyaya  (Yer  səthinə)  
qayıtmasını təmin edir. Atmosfer tozlardan təmizlənir
-yağış dağların su ilə təmin olunmasında rol oynayır; 
-yağış  və  küləyin  qarşılaşması  tarazlığı  yaradır  və  güclü 
küləklərin qarşısı alınır; 
-yağış atmosferin qızmasının və qurumasının, bu baxımdan 
da atmsoferin azalmasının (kütləsinin, çəkisinin) qarşısını alır; 
-yağış 
suları 
dünya 
okeanı 
sularının 
səthinin 
yüngülləşməsini təmin edir ki, yüngül su da dalğalar sayəsində 
parçalanır.  Enerji  ayırır,  küləklərin  əmələ  gəlməsində  faydalar 
verir; 
-yağış  bərk  materiyanın  canlanmasında  iştirak  edir.  Bərk 
materiyanın  daxilində  mineralların  əmələ  gəlməsində  iştirak 
edir.  Yağış  suyu  dağlara  hopur  və  daxildə  minerallaşma 
proseslərində  iştirak  edir  Buna  görə  də  qar,  dolu,  yağış  suları 
dünya  okeanlarından,  dənizlərdən  və  digər  su  mənbələrindən 


60 
 
mineralları  atmosferə  və  oradan  da  bərk  materiyaya  gətirir. 
Atmosferdə olan  mineralları Yer üzünə gətirir
-yağış  suları,  qar  və  dolu  Yer  üzündəki  materiya 
elementlərinin  artmasında da iştirak edir. Belə təxmin edək ki, 
Günəş  şüalarında  atmosfer  üçün  həm  də  bərk  materiyadan 
enerji, tərkib daxil olur. Yağış bu tərkibi geriyə qaytarır. Buna 
görə  də  minerallar,  tərkib  mübadiləsində  iştirak  edir.  Yağış 
suyu özü materiyanın tərkibinin azalmasının qarşısını alır; 
-yağış  atmosferdə qazların bərkiməsinin və ağır metalların 
(ağır birləşmələrin)  yaranmasının qarşısını alır; 
-yağış  suyu  atmosfer  bolluğunu  yaradır  ki,  nəticədə 
insanların nəfəs almaları üçün mənbə artır; 
-yağış  özü  enerji  gətirir  və  atmosferin  alt  qatında  enerji 
bolluğu yaranır. İnsanların ruhlarının təzələnməsində böyük rol 
oynayır; 
-yağış  suları  təbiəti,  bərk  materiyanı  oyadır,  bərk 
materiyadan  mineralları  atmosferin  alt  qatına  qaldırır  ki, 
nəticəsi də insanlar üçün faydalı olur; 
-yağış  atmosferi  tozlardan  və  bərk  birləşmələrdən 
təmizləyir ki, insanlar üçün faydalar verir
-hamımıza  məlumdur  ki,  kənd  təsərrüfatının  inkişafında 
xüsusi  rol  oynayır  və  təbii  su  bolluğu  yaradır.  Yağış  suları 
çayları, gölləri,  dənizləri, okeanları, digər təbii su hövzələrini,  
dağları,  düzənlikləri    atmosferin  mineralları  ilə  təmin  edir. 
Atmosferdən  bu  yerlərə  toz  gətirir.  Küləyin  apardığı  tozları 
geri  qaytarır.  Materiya  itkisinin  qarşısı  alınır.  Su  hövzələrində 
tozlar su hövzələrini təmin edir. Suyun miqdarını artırır. Tozlar 
suda əriyərək suya çevrilirlər.  
Qar  soyumuş  yağış  suyundan  əmələ  gəlir.  Təbii  ki 
fəsillərlə əlaqəlidir.  Dünya buzlaqlarının artımında əvəzsiz rol 
oynayır.  Materiyanı  və  dünya  okeanının  zənginləşdirir.  Belə 
təxmin  etmək  olar  ki,  dünya  okeanının  suları  hər  yanda  eyni 
tərkibdə deyil. Şimalda və cənubda fərqlidir. Həm də fəsillərlə 
əlaqədar olarq fərqli olurlar. Tərkibləri yüngül və bərk olurlar. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə