İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə2/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   2   3   4   5   6   7   8   9   ...   57


 
 
 
 
 
 
 
 
 
 
 
 
Hər  şeyi  müəyyən  edən  Allahdır,  hər  şeyi  bilən  Odur. 
Çünki  hər  şey  Onundur,  O  əbədi  varlığındır.  İnsan  Allahın 
ona  verdiyi  qədər  müəyyənedici  varlıqdır.  İnsan  dərk  edir  və 
dərk olunur. İnsan özünü və ətrafını dərk edir. Bu dərketmə 
zamanı  özünün  mənasını  aşkarlayır.  Lakin  bu  aşkarlama 
qismən  həyata  keçir.  İnsan  özünü  tam  şəkildə  aça  bilməz.  
İnsan  siqnallardan  ibarətdir.  Orqanizm  məlumatlar 
sistemindən təşkil olunur.  
 
 



 
GİRİŞ: 
 
İnsan fövqtəbiətin və təbiətin nəticəsidir. Buna görə də 
baza  olaraq  (cismani  və  ruhi  olaraq)    onlardan  təşkil 
olunub,  eləcə  də  ayrıca  bir  məxluqat  kimi  onları  düşünür 
və  nəticə  ünsürü  olaraq    təbiətə  təsir  göstərə  bilir.  İnsan 
təbiət  elementlərinin  məcmusundan  ibarət  olan  canlı, 
hərəkətdə  olan  kompozisiyadır.  Təbiət  elementlərinin 
sintezini  yaradan  vahid  bir  “istehsal”  ünsürüdür.  Bu 
baxımdan  da  təbiətə  təsirlər  etmək  iqtidarında  olan 
varlıqdır.  İnsan özünü, təbiəti, kainatı, fövqtəbiəti (burada 
hər  şeyin  sahibi  olan  Uca  Allahı)  düşünə  bilmək 
qabiliyyətinə  malikdir.  Allah  insana  onu  (Allahı)  düşünə 
bilmək üçün müəyyən  qədər (kimisində  çox,   kimisində  isə 
az  dərəcədə)  düşüncə  bəxş  edib.  Bu  düşüncələr  məhz 
insanın 
fizioloji 
–bioloji 
quruluşundan 
və 
ruhi 
mövcudluğundan meydana gəlib. Düşüncələrin az və ya da 
çox 
olması 
insanın 
fərqli 
potensialından, 
fərqli 
quruluşundan, fərqli beyin formasından  meydana gəlib.  
Allah  bütün  məkanlardadır  və  məkanın  özüdür. 
İnsanlar  və  digər  canlılar  da  məhz  Allahın  daxilindədirlər 
və Ondan əlamətdirlər. Allah insanlarda, bütün canlılarda, 
biz hesab etdiyimiz cansız aləmdə  müəyyən qədər özündən  
əlamət  verə  bilər,  öz  sirrini  duyğu  orqanlarında-gözdə, 
qulaqda, dadbilmədə müəyyən qədər aça bilər. İnsan Allahı 
onun  qismi  əlamətləri  ilə  dərk  edir,  çünki  Onun 
daxilindədir, Ondan bir parçadır.   
İnsan  bütövü  və  tərkibi,  strukturu,  yarımstrukturu, 
sistemi,  yarımsistemi  (bunların  hamısı  elə  vahiddir, 
müəyyən  ölçülü  və  birləşik  olan  bütövlərdir)    vahidlərlə 
düşünür.  Vahid  mikro  (kiçik),  makro  (böyük)  və  sonsuz 
ölçüdə      olur.  Ən  kiçik  və  ən  böyük  olanlar,  sonsuzluqlar 
haqqında  düşünmək  insana  xasdır.  İnsan  düşüncələri 
elementlər  və  onların  birləşmələrindən  yaranan  müxtəlif 



 
ölçülü sistemləri düşünmək qabiliyyətinə malikdir. İnsanlar 
həmçinin  makronu  da  tərkib  etibarilə  düşünürlər. 
İnsanların  potensialları  buna  imkan  verir.    Beyin 
zərrəciklərdən  ibarət  olduğundan  obyekti  kiçik  hissələr 
üzrə düşünə bilmək qabiliyyətinə malikdir. İnformasiyaları 
qəbul edir, emalını həyata keçirir. Emal sintez və analizdən 
ibarət  olur.  Analiz  insanın  ardıcıl  düşüncələrini  və 
hərəkətlərinin  istiqamətlərini  formalaşdırır.  Analiz  seçmə 
və ayırdetmə funksiyasıdır.  
Beyinin  ən  kiçik  ölçüsü  ən  kiçik  ətraf  obyekti 
düşünmək  üçün  imkanlar  yaradır.  Beyinin  mürəkkəb 
funksiyası  isə  müxtəlif  istiqamətli  sadəliklər  birləşmələrini 
düşünmək, əlamətləri ayırd etmək qabiliyyətinə sahib olur. 
Beyinin  birləşdirici  və  ayırıcı  funksiyası  məhz  ətraf  aləmi 
düşünmək  üçün  imkanları  meydana  gətirir.  Ətraf  aləmin 
obrazlandırıcı  xassəsi  düşüncələrin  artmasını  təmin  edir. 
Ətraf  aləmin  əksini  beyində  təmin  edən  enerjidir.  Burada 
aktiv  enerji  olan  Günəşin  və  digər  ulduzların  rolu 
böyükdür.  İnsan  düşüncələri    daha  çox  aktiv  enerji 
mənbəyində  artır.  Çünki,  aktiv  enerji  mənbəyi  siqnal 
mübadiləsini,  sintezi  və  analizi  gücləndirir.  Aktiv  enerji 
xarici  təsirlərdən  qəbul  olunan  enerjidir.  Həmçinin 
daxildəki  passiv  enerjidir.    Əlamətlər  daha  çox  Günəş 
enerjisinin  obyektə  düşməyindən  bilinir.  Enerji  obyekti 
canlandırır, sürtünmə yaranır və səthin əlamətləri beyində 
siqnallarla  əks  olunur.  İnsanların  duyğu  orqanları  bu 
baxımdan Günəş işığında daha çox işləyir. Belə qəbul edək 
ki,  aktiv  enerji  obyektin  siqnallarını  duyğu  orqanları 
vasitəsilə daha tez beyinə qəbul edir.  
Fəlsəfə və elm, eləcə də din kainat və təbiət, insanlar və 
digər canlılar haqqında kifayət qədər fikir bildirib. Fikirlər 
bir  çox  hallarda  məxsusi  olsalar  da,  nəticələr  etibarilə 
universal  məzmunda  olub.  Bu  da  o  mənanı  verir  ki, 
insanların  düşüncələri  həm  də  universal  mənbədən 



 
qidalanır.  Universal  enerji  hər  bir  fərdə  ötürülür.  Fərdlər 
isə fərqli əsaslarla, fərqli ölçüdə bu enerjini qəbul edirlər.  
Elm aşkarlama yolu ilə normalar və qaydalar yaradıb, 
prinsiplər  formalaşdırıb.  Araşdırma  modellərini  meydana 
gətirib.  Mənim  qələmə  aldığım  əsər  isə  heç  də  tam 
yeniliklərdən  ibarət  deyil.  Sadəcə  olaraq,  özünəməxsus 
dərketmənin  izahıdır,  ifadələrlə  bildirilməsidir.  İfadələr 
beyinin  analizindən  ortaya  çıxan  fenomendir.  Əl  və  ayaq 
göstərişləri,  danışmaq  insanların  daxili  siqnallarının  və 
ətraf mühitlə əlaqələrindən meydana gələn siqnalların ifadə 
olunmasının təzahürüdür. Əlamətləri ayrıd etmək və ifadə 
etmək qabiliyyəti də məhz beyinin çevirmə və analiz etmək  
funksiyası ilə əlaqəlidir.  
İnsan sağlamlığının baza əsasları onun təbiəti dərindən 
düşünməsindədir.  Düşüncələrdən  əldə  olunan  nəticələr 
faydalar  verir.  Sağlamlıq  üçün  lazım  olan  minerallar  və  
maddələr təbiətdən əldə olunur.  
 
 
İnsan  ümumiləşmiş  ali  məxluqdur  və  xaliqin,      yəni   
yaradanın  təcəssümüdür.    İnsan  ali  şüur  səviyyəsi  ilə  digər 
canlılardan fərqlidir. İnsan məhz müəyyən olunmuş (insanın 
özü  üçün müəyyən  olan)    ali məxluqdur.  Ancaq  ola  bilər  ki, 
insana müəyyən olmayan məxluqlar da olsun. Mövcudluğun 
bu  forması  insanlara  məlum  deyil.  Ya  da,  qismən  bəzi 
insanlara  məlumdur.  Xaliq  tərəfindən  insanlara    müəyyən 
əlamətləri  görsədilir.  Belə  ehtimal  etmək  olar  ki,  insanlarla 
digər canlılar arasında siqnal aləmi var. İnsanlarla heyvanlar 
və  bitkilər  arasında,  heyvanların  və  bitkilərin  öz  aralarında 
bağlılıq  mövcuddur.  Hər  bir  insanın  digər  insanlarla, 
bitkilərlə, heyvanlarla, o cümlədən insana məlum olamayan, 
gözə görünə bilməyən məxluqatla siqnal bağlılığı var. Çünki, 
insan  və  digər  canlılar  vahid  kainatda,  təbiətdə,  vahid  enerji 
sistemində  yaşayırlar.  İnsanlar  digər  aləmlə  universal 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə