İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə18/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

55 
 
elementləri  oxşar  və  fərqli  olur.  Lakin  su  və  külək  bu 
elementlərdə eyniliyi və oxşarlığı meydana gətirir.  
Küləklər  hava  təminatı  ilə  yanaşı,  yayma  funksiyasını  da 
yerinə  yetirirlər.  Toxumları  yayırlar.  Bu  baxımdan  da  güman 
etmək  olar  ki,  planetdə  canlı  aləmin  oxşarlığında  atmosferin 
böyük  rolu  vardır.  Küləklər  həm  də  parçalayıcı  olurlar, 
atmosferin  tərkibində  olan  ağır  metalları  tərkib  hissələrə 
ayırırlar.  Atmosferdə  hava  axını  canlı  aləmi  də  hərəkət 
vəziyyətində saxlayır. Bu hərəkət vəziyyəti canlı aləmin enerji 
ilə  (ağacların,  kolluqların    oyanışı,  onların  tozlanması,  əkilmə 
yerində olan hərəkət və  canlıların materiyadan enerji almaları) 
təchizatını təmin edir. Küləklər canlı aləmin lazımi minerallarla 
təminatını  da  həyata  keçirir.  Çünki  havanın  özündə  də 
minerallar  olur.  Küləklər  yağışı  yayır  və  buludların  hərəkətini 
təmin edir. 
 
 
Buludlar haqqında 
 
 
Buludlar  Günəşin  okeanlardan,  dənizlərdən,  göllərdən, 
çaylardan,  ümumiyyətlə,  su  mənbələrindən,  buzlaqlardan,   
həmçinin dağlardan və düzənliklərdən meşələrdən və ümumən 
Yer 
üzündən, 
planetin 
özündən 
(litosferindən 
və 
hidrosferindən)    atmosferinə  sorduğu,  buxar  halına  çevirdiyi 
maddələrdir,    qazlardır.  Bu  baxımdan  da  bulud  suyu,  bulud 
qazı  yer  üzündəki  sudan  fərqlidir.  Ona  görə  ki,  mənbədən 
götürülən    su  atmosferdə  qarışır.    Havadakı  su  ilə  Yerin 
səthindəki su arasında bir qədər fərq olur.   
Buludlar  qaz  halındadır  və  cazibə  qüvvəsinin  sayəsində 
atmosferi  tərk  edə  bilmir.  Atmosferin  sıxlığı  elə  buludların 
sıxlığını  yaradır.    Dağların  cazibə  qüvvələri  buludları  özünə 
çəkir.  Buludlarda  elementlər  mövcuddur,  minerallar  var. 
Dünya  okeanının  və  dağların    mineralları  atmosferə  sovrulur. 
Meşələr 
atmosferin 
mənbələrindən 
biridir. 
Buludlar 
atmosferdəki artıq olan  qazlardır. Onlar Yer kürəsini müəyyən 
Günəş  şüalarının  yandırıcı  gücündən  qoruyur.  Buludlar  Yer 


56 
 
kürəsində  suyun  taraz  və  nizamlı  olaraq  paylanmasını  təmin 
edir.  Buludlar  atmosfer  tozlarını  özünə  çəkir.  Buludlar 
seyrəkləşir  və  sıxlaşırlar.  Sıxlaşma  zamanı  kütləsi  artır  və  bu 
anda  ağır  çəki  Yerin  cazibə  qüvvəsinin  təsiri  ilə  geri  qayıdır. 
Buludlar  sıxlaşanda  su  əmələ  gəlir.  Buxar  aktiv  enerjidən 
təkrar  olaraq  passiv  enerjiyə  dönməyə  başlayır.  Buludlar  artıq 
olan  hava  kütləsidir.  Günəş  tərəfindən  sorulan  qazlar  (buxar) 
ayrı-ayrı  yerlərdə  toplaşır.  Kütlə  cazibəni  meydana  gətirir. 
Buludlar  dağların  cazibə  qüvvəsi  sayəsində  dağlara  tərəf 
çəkilir.  Eyni  zamanda  atmosferin  ümumi  axını  buludların 
hərəkətini  təmin  edir.  Buludlar  sıxlaşanda  qara  rəng  alır.  Bu 
qara  rəng  suyun  rəngi  hesab  oluna  bilər.  Həm  də  bərk 
metallarla  olan  sintezdən    rəng  tündləşir.    Atmosfer  tozları  da 
buludların  rənginin  qaralmasında  böyük  rol  oynayır.  Yağış 
suyu  artıq  passiv  enerjiyə  (yəni  az  aktiv  enerjiyə)  çevrilmiş 
olur. Su buxardan qabaq şərti olaraq passiv enerjili olur. Günəş 
onu  aktivləşdirir.  Tərkibindən  götürür  və  tərkibinə  də 
atmosferdə  yeni  qatqılar  verir.  Minerallar  verir.  Atmosferdə 
tərkib artıq  bir qədər dəyişir. Su soyuyanda,  yağışa çevriləndə 
də suyun tərkibi  dəyişir.      Yağış  suyu öz mineralları ilə  təkrar 
olaraq  Yer  üzünə  qayıdır.  Yer  üzünü  minerallaşdırır.  Yağış 
suyu  atmosferdə  aldığı  və  atmosferə  verdiyi  minerallarla 
təmizlənmə  proseslərində  yaxından  iştirak  edir.  Buna  görə  də 
ilkin  suyun  tərkibi  başqa,  qazın  tərkibi  başqa,  yağış  suyunun 
tərkibi  də  başqa  olur.  Aktiv  su  passivə  keçəndə  də  tərkibini 
dəyişir.  Buna  görə  də  buzla  suyun  tərkibi  eyni  ola  bilməz.  Bu 
enerji mübadiləsi və tərkib dəyişməsi prinsiplərinə ziddir. 
 
 
Yağış, qar və dolu haqqında 
  
Çoxlarımıza 
məlumdur 
ki, 
yağış 
buludlardan 
(kondensasiya olunan buludlardan)  yerə gələn sudur. Buludun 
qaralması yağışa dönmə, yəni, kondensasiya olunma və  sintez 
olunma  deməkdir.  Sintez  qaz  dənəciklərinin  birləşməsi  və 
sıxılmasıdır.  Qaralma  sıxlıqdan  yaranır.  (Qeyd:  suyun 


57 
 
bərkləşərək  buza  çevrilməsi,  sonradan  da    yenə  də  
bərkləşərək    çox  qaralması,  buz  halından  daha  çox 
kristallaşması elə özlüyündə bərk materiyaya keçmə halıdır 
Sudan  planet  əmələ  gələ  bilər).    Yağış    buludların  sıxılaraq, 
soyuyaraq atmosferdə kondensasiya olunmasıdır. Atmosfer özü 
elə sıx təbəqədir. Bulud burada artıq kütlədir. Atmosferə  daxil 
olan yüngül buxar qazı atmosferin sıx müstəvisində, təzyiqində 
sıxılır. Bu sıxılma da su, qar və dolunu əmələ gətirir. Sıxılma 
bərkləşməni  yaradır,  buxar  yüngül  formadan  ağır  formalara 
keçid  edir.  Çox  böyük  ehtimalla  da  deyə  bilərik  ki,  sıxılma, 
təzyiq çox yüksək olarsa, doludan bərk materiya da atmosferdə 
yarana bilər və yer üzünə qayıda bilər. Bərkləşmiş su atmosfer 
tozları ilə də sintez oluna bilər. Bu baxımdan da qumlu yağışlar 
yağa bilər.   
Kondensasiya  olunmuş  buxar  yağışa  çevrilir.  Yağış 
təzədən Yer üzünə  qayıdır. Yağış  suyunun tərkibi buludlardan 
qabaq olan sudan fərqlidir. Çünki passivlikdən aktivliyə, sonra 
yenə də passivliyə çevrilən maddədir. Bu çevrilmələr sayəsində 
itkilər  olur.  Atmosfer  öz  qaz  payını  götürür.  Bundan  da 
atmosferdə  artıq  hava  kütləsi  meydana  gəlir.  Hava  kütləsinin 
axını elə küləyi yaradır. Belə bir hipotezadan çıxış etmək  olar 
ki,  atmosferin  özündə  də  bulud  olmadan  yağış  yağa  bilər. 
Günəş  şüalarının  təsirindən  əmələ  gələ  bilər.  Günəş  şüaları 
atmosfer qazlarını suya çevirə bilər.  
Qeyd:  dünya  okeanlarının  yaranması  haqqında 
ehtimala  söykənən  belə  bir  fikir  bildirmək  olar  ki,  dünya 
okeanları  elə  fəzadan,  efirdən  yaranıblar.  Efirin,  yəni 
kosmik  fəzanın  böyük  qüvvələrin  təsirindən  sıxılmasından 
məhz  dünya  okeanları  meydana  gəlib.  Dünya  okeanları 
qızmış və yüngül qazların soyumasından yaranıb. Təbii ki, 
bu  fikirlər  də  ehtimaldan  ibarətdir.  Ona  görə  deyilir  ki, 
kainatın  tərkibində  olan  məntiqi  proseslər  belə  qənatə 
gəlməyə  əsas  verir.  Kainat  bütövü  və  sonsuzluğu,  təbiətin 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə