İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə26/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

79 
 
zərrəciklərin  sürəti  isə  xüsusi  şəraitdə  ölçülə  bilər.  Kainatda 
makro  qüvvə  və  makro  mənbədən  çıxan  zərrəciklər  dəqiqliklə  
ölçülə  bilməz.  Sürət  hər  məkanda  eyni  ola  bilməz.  Buna  görə 
də  suyun,  qazın,  eləcə  də  atmosferin  sürəti  hər  məkanda  eyni 
deyil. Sürətin ölçülməsinin məkan fərqi var və makro və mikro 
əsaslarla  ölçülür.  Sürət  hər  şəraitdə  fərqlidir.  Buna  görə  də 
mikro məkanda ölçülən sürətlə makro məkanda ölçülən sürətin 
fərqi  var.  Kainat  ölçmələri  ilə  Yer  kürəsində  insanın  laborator 
ölçmələri arasında fərq var.  
Maye  və  qaz  halında  olan  zərrəciklərin  sürətini  ölçmək 
çətindir.  Məsələn,  axan  bir  çayda  bir  kub  suyun  sürətini    ayrı 
şəkildə ölçmək düzgün deyil. Axan suya digər sular təsir edir. 
Burada  tökülən  suyun  (mənsəbə)  kütləsinin  sürətini  ölçmək 
olar.  Maye  tərkibcə  zərrəciklərdən  ibarətdir.  Bu  zərrəciklərin 
birinin  sürətini  axar  kompleksində  və  vəhdətində  nisbi 
müəyyən  etmək  olar.  Buna  görə  də  işıq  sürətini  ölçmək  bir 
qədər  çətin  olar.      Ümumiyyətlə,  işığın  (Günəş  və  digər 
ulduzlar) mənbəyi  makro sistemdəndir. Gələn  axını qarşılayan 
şərait  (burada  planetlər)  fərqlidir.  İşığın  udulması  və  əks 
olunması  fərqlidir.  Bu  fərqlilik  şəraitində  işığın  sürətini  dəqiq 
ölçmək çox çətin olar. Çünki axan bir zərrəciyi dəqiq  ölçmək 
də  mümkün  olmaz.  Suda  axan  və  havada  uçan  cismin  sürətini 
müəyyən etmək olar.  
Bu  baxımdan  da  Günəşlə  planetlər  arasındakı 
məsafənin dəqiqliklə  ölçülməsi şübhəlidir.  
Passiv  enerji  heç  də  azlıq  demək  deyil.  Aktivliyin  aşağı 
olmasıdır.  Məsələn,  havada  temperaturun  aşağı  düşməsi  daha 
çox,  belə  demək  mümkünsə,    enerjinin  yox,  aktivliyin  
azalmasıdır.  Günəş  aktivliyi  azaldır,  məkanı  seyrəkləşdirir, 
sonra onun yerinə qonşudakı passiv enerji axını daxil olur. Bu 
zaman  passivliyin  ilkin  mərhələsində  soyuqluq  olsa  da, 
sonradan istilik artmağa başlayır.  
Soyuqluq  bərklik  deməkdir,  istilik  isə  seyrəklikdir. 
Soyuqluq  ağırlıq,  istilik  isə  yüngüllükdür.  Günəş  istidir,  lakin 


80 
 
böyük  olduğuna  görə  kütləsi  çox  böyükdür.  Yer  planeti  isə 
nisbətən  soyuqdur.  Kütləsi  də  çoxdur.  Çünki  bərk  haldadır. 
İstilik dağıdıcı, soyuqluq bərkidicidir.  
 
 
Varlıqlar və mütləqliklər 
 
Varlıq elementdir. Elementlərin hər biri normal halda gözlə 
görünmür,  sürəti  eşidilmir,  elementlərin  iyilərini    və  dadlarını 
müəyyən  etmək  olmur.  Lakin  qəbul  edə  bilərik  ki,  bizlərdən 
asılı olmayaraq ən kiçik zərrəciklərin forma və məzmunu bizim 
və digər canlıların duyğu orqanları ilə qəbul olunur. Buna görə 
də  içimizdə  qərarlaşır.  Sadəcə  biz  normalda  görə  və  duya 
bilmirik. İçimizdə olan və bizə bəlli olmayan, içimizə kənardan 
daxil  olub,  lakin  bizə  məlum  olmayan,  aşkarlaya  bilmədiyimz 
zərrəciklər, varlıqlar mütləqdir. Bu varlıqar bizə  böyük şeyləri 
duymağa imkan yaradır.     
Hər bir varlıq mütləqdir. Hər bir varlığın kütləsi və forması 
var.  Eləcə  də  məzmunu  mövcuddur.  Hər  bir  varlıq  sistemin 
tərkibini  təşkil  edir  və  buna  görə  də  öz  tutumu  var.  Varlığın 
tutumu  sistemi yaradır. Hər bir varlığın səsi, enerjisi var; çünki 
hərəkətləri mövcuddur. Varlıqlar müstəvini yaradır, müstəvi də 
varlığa  çevrilir.  Varlıqlardan  varlıqlar  törəyir.  Artmalar  və 
azalmalar  da  mütləqliklərin  əsaslarında  meydana  gəlir. 
Mütləqliklər 
qeyri-mütləqliklərə 
keçir, 
nəticədə 
yeni 
mütləqliklər  yaranır.  Məkan  dəyişir,  yeni  məkanlarda 
mütləqliklər  meydana  gəlir.  İstənilən  forma  mütləqdir,  onun 
dəyişməsi  nəticəsi  də  mütləqdir.  Mütləq  olmayan  hal  və 
vəziyyət  yoxdur.  Bir  məkanda  mütləq  olan  şey  digər  məkana 
keçəndə  əvvəlki  məkana    nisbətən  yeni  mütləqliklər  yaranır. 
Mütləqliklər  dəyişir,  yeni  mütləqliklərlə  əvəzlənir.  Qeyri-
mütləqlik  ümumən  yoxdur.  Qeyri-mütləqlik  yalnız  məkan 
dəyişəndə  yarana  bilir.  Məsələn,  bir  məkanda  olan  avtomobil 
başqa  məkana  keçəndə,  həmin  əşya    birinci  məkana  nisbətən 


81 
 
mütləqliyini  itirir.  Əvvəli  məkanda  yoxluğunu  üzərə  çıxarır. 
Varlıqlardan 
varlıqlar 
törəyir. 
Mütləqliklər 
üzərində 
mütləqliklər  yaranır.  Hər  bir  element  tərkib  olduğundan 
mütləqdir. Çünki,  lazımi sistemdə yeri var və bu da zəruridir.    
 
 
Mənfiliklər və müsbətliklər  
(passivliklər və aktivliklər, azalmalar və artmalar)  
 
Mənfiliklər  artanda  enerjinin  passivliyi  artır.  Məsələn,  su 
donur. Buz passiv enerji mənbəyinə çevrilir.  Həm də  azalma 
gedir.  Tərkibindən  aktivlik  uzaqlaşır.  Artma  da  ola  bilər. 
Passivləşmə  mərkəzə  cəlb  etmək  prosesidir.  Bu  proses  özü  ilə 
elementləri  cəlb  edə  bilər.    Günəş  və  enerji  gələndə  artma 
başlayır.  Çünki,  enerji  suyun  tərkibini  çoxaldır.    Bu  fikirlər 
mütləqliklər 
və 
dəyişən 
mütləqliklərdən 
(məkan 
dəyişmələrindən,  həm  də  forma  və  məzmun  dəyişmələrindən)  
ibarətdir.  Tutaq  ki,  Yer  kürəsi  Günəşdən  uzaqlaşır.  Bu  anda 
qaranlıqlar  artacaq.  Lakin,  bu  qaranlıqlar  özünə  ətrafdan 
elementlər cəlb edəcək və kosmik fəzanın hesabına böyüyəcək. 
Günəşdən  uzaqlaşdıqca  səthi  çox  bərkləşəcək.  Həddən  artıq 
qaranlıq məkanda udulacaq və dağılacaq. Dəyişmələr fonunda  
qaranlıqların artması nəticə etibarilə aktivliyə səbəb olacaq.  
Məkan  dəyişəndə  mənfilklər  və  müsbətliklər  də  dəyişir. 
Çünki,    bir  məkana  və  məkanda  hərəkət  edən  cismə  tətbiq 
olunan  enerji  kəmiyyəti  dəyişir.  Mənfiliklər  (passivliklər, 
soyuqlar),  müsbətliklər  (aktivliklər,  istilər)  məkan  və  məsafə 
amilinə 
bağlanır.  Məkan,  məsafə  enerjinin,  kütlənin 
dəyişmələrini ortaya çıxarır.  
Mənfilikər  artanda  enerji  passivləşir,  topalanır,  soyuqluq, 
bərklilik  əmələ  gəlir.  Mənfiliklər  artanda  həm  də    enerji 
(elementlər)  çoxalır. Sıxlıq yarana bilir. Kənardan aktiv enerji 
daxil  olanda  sıxlaşmış  enerji  boşalır.  Günəş  şüaları  passiv 
enerjini 
aktivləşdirir, 
məkanı  seyrəkləşdirir.  Aktivliklə 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə