İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə25/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

76 
 
planetlərdən  fərqlidir.    Qaranlıqlar  passiv  enerji  mənbələridir 
ki,  bu  məkanda  da  sürtünmə,  yəni  elementlərin  sürəti  azdır.  
Onları ulduzlardan gələn, kainata yayılan qalaktikalara yayılan 
enerji seli aktivləşdirir. Qaranlıqlar işıqlıqlara nisbətən passsiv  
sıx  ola  bilərlər.  Çünki,  məkan  aktiv  enerji  ilə  təmasını 
zəiflətdikdən sonra passivləşir. Bu passivləşmə sayəsində məhz 
qaranlıqlar  sıxlıqlarla  əvəz  oluna  bilir.  Elementlərin  aktiv 
sıxlaşması  və  aktiv  sürtünmə  sürəti  artan  sürtünmə  ışıqlıdır. 
Passiv sürtünmə isə qaranlıqlardan ibarətdir.   
Qaranlıqlar  mövcudluqlardır.  Çünki,    gözlə  görünürlər.  
Elementlər işıqlı məkana nisbətən az aktiv olurlar.   Qaranlıqlar 
enerji  mənbəyidir.  Çünki,  kainat  özü  elə  enerji  mənbəyidir. 
Qalaktikalar,  bərkləşmiş,  sıxlaşmış  elementlər  elə  qaranlıq 
məkanlardan  formalaşır.  Şərti  deyək  ki,  kainatda  qaranlıqlar 
daha  çoxdur.  Ulduzlar  işıqlar  qaranlıqlar  üzərində  qərarlaşır. 
Qaranlıq  məkanlar  da  hərəkət  vəziyyətindədirlər.  Lakin  işıqlı 
məkanlara  nisbətən  az  hərəkət  edirlər.  Məsələn,  ulduzlar  və 
planetlər  qalaktikaya  (qalaktikanın,  ulduzlar  toplusunun 
özünün)    nisbətən,    deyək  ki,  sürətli  hərəkət  vəziyyətində 
olurlar.  Ancaq  ulduzun  özü  bir  proses  kimi  sürətdən  meydana 
gəlir. Planetlərin sürəti bu baxımdan ulduzların sürəti qədər ola 
bilməz.  Məsələn,  belə  güman  etmək  olar  ki,  Günəşin  əmələ 
gəlməsi  üçün    fəzanın  (efirin)  məkanda  çevrilmə,  sıxlaşma 
prosesi daha sürətlidir.  
Qeyd  olundu  ki,  işıqlar  qaranlıqlardan  meydana  gəlir. 
Qaranlıqların sürətli hərəkəti işıqları meydana gətirir. Məsələn, 
deyək  ki,  ulduzlar  qaranlıqlardan  yaranan  (mənbələrini  kainat 
qaranlıqlarından  götürən)  işıqlardır. Passiv elementlərin aktiv 
vəziyyətləridir.  Məkanda  olan  element  sürtünmələridir. 
Qaranlıq məkanın nisbi son həddi işığa çevrilmədir. “Özündən 
partlayışdır”. 
Qaranlıq məkanın həddindən artıq zilləşməsi, çox sıxılması 
elmentlərin  passivləşməsidir.  Buradan  da  bərk  materiya  əmələ 
gətirmək  olar.    Məcazi  mənada  deyək  ki,  kainatın  qaranlıq 


77 
 
məkanını  çox  sıxlaşdırmaqla  ulduzlar  və  planetlər  əmələ 
gətirmək  mümkündür.  Sıxlaşmanın  sürətli  prosesi  bərk 
materiyadan  alova  keçiddir.  Bu  baxımdan  da    güman  etmək 
olar ki, ulduzlar qaranlığın sürətlə bir məkanda sıxlaşmasından 
əmələ  gəlir.  Bu  sıxlaşmanın  son  həddi  planetlərin  (bərk 
materiyaların)  əmələ  gəlməsidir.  Ondan  sonra  da  ulduzlar 
əmələ  gələ bilər. Bu baxımdan da belə qərara  gəlmək olar ki, 
hərəkət və elementin sürəti yaranışın, enerjinin əsasıdır.  
Deyəki  ki,  qaranlıqda  materiyanın,    fiziki  cismin  sürəti 
işıqlı  məkanda  olan  sürətdən  fərqlidir.  Qaranlıq  məkanın 
zamanı fərqli işıqlı məkanın  zamanı fərqlidir. Belə  güma  edə 
bilərik  ki,  qaranlıqda  qalmaqla  bir  qədər  ömrü  uzatmaq 
olar. Lakin çox qalmaqla enerjisizlik də əmələ gələ bilər.  
Elm  deyir  ki,  Qara  dəlikər  var.  Bu  dəliklər  ulduzların 
sorulmasından  yaranır.  Həmin  yerdə  qara  məkan  əmələ  gəlir. 
Sorulma  olur,  əksolunma  olmadığından  qara  məkanın 
xarakterini  müəyyən  etmək  olmur.  Bu  məsələyə  dair  iki 
yanaşma etmək olar. Birincisi, deyək ki, ulduzlar sorulur, qara 
məkan  o  zaman  yaranır.  Bu  qara  məkan  aktiv  ulduzun  passiv 
məkana  keçməsidir.  Ulduz  məkanında  aktivlik  itir,  passivlik 
yaranır.  Elementlər  öz  məkanlarına  (ulduzlardan  qabaqkı 
məkanlarına)  sovrulurlar.  Qara  rəng  burada  passivliyi  əks 
etdirir.  Sadəcə  kainatın  postulduz  müstəvisi  yaranır.    İkincisi, 
ulduz  sovrulur,  onun  yerində  yaranan  qara  dəlik    onu  göstərir 
ki,  orada  səthi  çox  bərk  olan  və  ulduzların  şüalarını 
buraxmayan planetlər (çox nəhəng planetlər)  yaranır. Sonra da 
bu planetlər sovrulur. 
Belə  qəbul  edə  bilərik  ki,  kainatda  qaranlıq  məkanlar 
(geniş  məkanlar)  çoxdur.  Lakin  işıqlı  mənbələr  və  yayılmış 
işıqlar  da  nisbət  etibarilə  qaranlıqlara  bərabərdir.  Yəni, 
kainatdakı qalaktikalar cəmi (cəm halda kütləsi nəzərdə tutulur)  
kainatın qaranlıq müstəvisi cəminə bərabərdir.  
Qaranlıqlar  və  işıqlar  mütləqlərdir.  İşıq  mütləqi  öz 
başlanğıcını qaranlıq mütləqindən götürür. İşıq və qaranlıq bir-


78 
 
birini  tarazlaşdırır.  Kainatdakı  qüvvələr,  enerji  başlıca  olaraq 
işıq və qaranlığın bir-birini əvəzləməsindən meydana gəlir.       
 
 
Sürət, kəmiyyət, qüvvə,  məkan və  səth haqqında 
 
Əvvəlcə  səth  haqqında.  Səth  məkanın  müstəvisidir. 
Məkan  (şərti  perimetrdə  olan  istənilən  bir  məkan,  müstəvi)  
onda  toplaşan  elementlərin  çəkisindən,  kütləsindən  meydana 
gəlir.  Hər  bir  məkanın  həcmi,  ölçüsü,  miqyasi,  sərhədləri 
mövcuddur.  Kainat  isə  bütövlükdə  hədsizdir,  buna  görə  də 
məkanı  və  kütləsi  ölçülə  bilməz.  Kainat  cismlərinin  məkanı 
ölçülə  bilər.  Səth  onun  üzərində  olan  cisim  üçün  sürtünməni 
yaradır.  Cisim  səthin  üzərində  dayanıqlı  (buna  hərəkətsizlik 
demək  olmaz)  formada  olur  və  hərəkətə  keçir.  Bu  hərəkət  ya 
müstəvi  dəyişəndə,  ya  da  dəyişməz  müstəvidə  dayanan  cismə 
təsir  edən  kənar  cisim  (bərk  maye  və  qaz  halında  olan  toplu 
zərrəciklər)  sayəsində  artır.  Hər  məkan  eyni  ola  bilməz.  Bu 
baxımdan da sürət eyni ola bilməz -hətta ona təsir edən qüvvə 
də  eyni  olsa.  Qüvvə  də  dəyişəndir.  Hər  məkanda  təsir  edən  
qüvvə dəyişir. Səthin dəyişməsi məkanı yaradan cismin  fəzada 
(“boşluqlarda”)   əyilməsi və ya da dönməsi ilə də  olur. Eyni 
zamanda  səthdə  baş  verən  element  artması  və  azalması  ilə  də 
yaranır. 
Sürət müəyyən     cismin   müəyyən bir məkanda  zamana 
nisbətdə  yerdəyişməsidir.  Sürət  hərəkət  edənin  məkanda 
yerdəyişməsini yaradan səthdən və sürətdə olana tətbiq olunan 
qüvvədən  asılıdır.  Hərəkət  edən,  təsir  edən  və  üzərində 
dayanılan  məkan  məhz  kəmiyyətlə,  elementlər  toplusu  ilə 
bağlıdır.  Xassə  kəmiyyətdən,  tərkibdən  və  məkan  daxili  və 
məkan  xarici  təsirlərdən  meydana  gəlir.  Müəyyən  məkanda 
hərəkət edən və müəyyən formalara malik olan bərk cisimlərin 
(cisimlər  formaları  özü  ilə  aparır)  sürətini  ölçmək  asandır  və 
dəqiqdir.  Makro  varlıqların  sürətini  ölçmək  olur.  Ən  kiçik 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə