İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə28/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

85 
 
olan  və  bütün  aləmi  əhatə  edən  materiyaya  aparıb  çıxarır. 
Deməli,  belə  dərk  etmək  olar  ki,  Allah  materiya  ilə  qeyri-
materiyanın vəhdətindədir. Bu vəhdət də bütöv və tərkiblərdən, 
məkanlardan  ibarət  olan  sonsuzluqdur.  Ölçülərlə  yanaşı, 
ölçüsüzlük  də  mütləqdir.  Lakin  zərrəciklər  aləmində,  kiçik 
ölçülərdə  “sərhədsizlik”  ola  bilməz.  Hər  bir  zərrəcik 
sərhədlərlə əhatə olunur. Sərhədsizlik kriteriyası  sadəcə olaraq  
makro  sonsuzluqda  tətbiq  olunur.      Makro  sonsuzluğun  daxili 
isə sərhədlərdən ibarətdir. 
Mütləqlərin  passivləşməsi  və  aktivləşməsi  var.  Burada 
hərəkət  amili  mühüm  rol  oynayır.  Məsafə  amilindən  meydana 
gələn  hərəkət  amili  (dəyişmələrin  obrazlanmasında  məkan  və 
uzaq  və  yaxın  nöqtələri  ifadə  edən  məsafə  amili  dayanır) 
aktivliyin  və  passivliyin  əsaslarını formalaşdırır.  Bu baxımdan 
da 
aktivlik 
və 
passivlik 
əvəzləyici  mütləqlərdir  və 
vəziyyətlərdir.  Nisbilik burada dəyişən miqyaslı hərəkətləri və 
formaları ifadə edir. Nisbilik bir məkana və elementə daxili və 
xarici 
təsirlərin 
köməyi 
sayəsində 
meydana 
gələn 
dəyişmələrdir.  Nisbilər  dəyişənlər  ardıcıllıqlarıdır.  Burada 
dəyişməni  şərtləndirən  qüvvə,  sürət,  kəmiyyət,  ölçü,  miqyas, 
hərəkət,  məkan  nisbiləşə,  müxtəlif  sərhədlər    və  koordinatlar 
üzrə  formasını  dəyişən  mütləqlərə  keçə  bilərlər.  Buna  görə  də 
qəbul  etmək  olar  ki,  mütləq-nisbi  vəhdəti  elementin  özündə, 
onun sistemində təbii halda mövcuddur.  
Ümumən  kainatın  daxilində  hər  bir  element  mütləq  və 
nisbi  xarakterlidir.  Kainat  isə  bütöv  anlamda  daxilən 
mütləqlərdən və nisbilərdən ibarət olan  sonsuz mütləqdir.  
Zaman-forma  və  məzmun  mütləqlərini  və  dəyişmələrini  
ifadə  edən  kateqoriya  kimi  yalnız  Allahın  daxilində  onun 
müəyyən  əlamətlərinin  gerçəkləşməsini,  daxili  elementlərinin 
forma  və  məkan  dəyişmələrini  ifadə    edir.  Bu  baxımdan  da 
zamana  makro  kainat  daxilində  dəyişmələri  ifadə  edən  daha 
çox nisbilik anlayışı kimi yanaşmaq olar. Hansı ki, mütləqlərin 
dəyişən  vəziyyətini  ifadə  edir.  Ancaq  zamanın  özü  də 


86 
 
dəyişməni  ifadə  etdiyinə  görə  mütləqdir.  Ardıcıl,  paralel  və 
sistemli  şəkildə    obrazlanmaları,  təzahürləri  ifadə  edir.  Kainat 
da  təkrarlanan  təzahürlərlə  xarakterizə  olunur.  Elementlər 
yerlərini  dəyişirlər,  bu  dəyişməni  insan  təfəkküründə    zaman 
ifadə  edir.  Çünki,    müəyyən    məkanlar  dəyişir.  Bir  elementin 
məkanı  dəyişəndə  onun  forması  da  qismən  və  ya  da  tamamən 
dəyişikliyə məruz qala bilir. Zaman əvəzlənən  mütləqləri ifadə 
edən bir anlayışdır.  
Element  və  onun  formalaşdırdığı,  tutduğu  məkan, 
elementin  sükunət  və  hərəkət  halları,  sürət  vəziyyətləri,  o 
cümlədən  yerdəyişmələr,  tətbiq  olunan  qüvvə,  ölçülər,  hədlər, 
sərhədlər,  formalar,  məzmunlar,  təzahürlər  (məsələn,  işıq 
zərrəciyin  sürətli  hərəkətinin  təzahürüdür),  enerji,  qaranlıq  və 
işıq, soyuq və isti, yaxşı və pis, ümumiyyətlə, bütün elementlər
hadisələr  və  hallar,  vəziyyətlər,  obrazlanmalar,  əksolunmalar 
mütləqlərdən,  dəyişən  mütləqlərdən,  zərurətlərdən,  zəruri 
varlıqlardan  ibarətdir.  Nisbətlərin  yaratdığı  və  nisbətləri 
yaradan elementlər mütləqlər və nisbilərdən ibarətdir.  
Mütləqlər  müxtəlif  kəmiyyətlərdən,  çəki  və  ölçülərdən 
ibarətdir.  Buna  görə  də  elementlər  istər  fərdi,  istərsə  də 
universal  cəm  halda  mütləqlərdən  ibarət  olan  sistemi  təşkil 
edir.  Deməli,  vahidlər  kiçik  və  böyük  ölçüdə  mütləqlədən 
ibarətdir. Hər bir birləşmə və struktur özü mütləqdir, zəruridir. 
Vahidlərin ölçülərinin  dəyişməsi  və  formalarının dəyişməsi  də 
mütləqlərin nisbilərlə əvəz olunmasından yaranan mütləqlərdir.  
İnsanlar təbii mütləqlərdir, onların əməllərinin nəticələri də 
təbii  olan  mütləqlərdir,  qəti  mövcudluqlardır.    Mütləqlik 
qətilik,  şübhəsizlik,  labüdlük,  yəqinlik,  zərurilik    ifadələri  ilə 
vəhdətdə məzmun verir.   
İnsanın qavradığı, duyğu orqanları ilə qəbul etdiyi siqnallar 
mütləqdir.  Bu  siqnalları  buraxan  obyektlər-istər,  konkret, 
istərsə  də  mücərrəd  olsun-mütləqdirlər.  İnsanların  siqnalları 
emal  etmələri  və  fikir  formalaşdırmaları  prosesləri  mütləqdir. 
İnsanların  refleksləri  mütləqdir.  İnsanlar  mütləqlərlə  əhatə 


87 
 
olunurlar  və  mütləq  bir  qayda  olaraq  enerji  mübadiləsində 
olurlar. Bu zaman mütləqlər mütləqləri zəruri edir.  
Mütləqlik  mücərrəd (abstrakt-forması  gözlə  görünməyən) 
və  konkret  olur.  Buna  görə  də  zamanında  və  məkanında 
reallaşan  fikirlər,  ideyalar  mütləqdir.  Məkan  özü  mütləqdir, 
çünki  tərkibi  elementlərdən  ibarətdir.  Zaman  özü  dəyişməni, 
hərəkəti  ifadə  etdiyindən  mütləqdir.  Fikirin  tutumu  var.  Bu 
tutum  fikiri  formalaşdıran  elementlərdən,  zərrəciklərdən 
ibarətir.  Fikir  tutumu  mücərrəddir.  Ancaq  mütləqdir.  Nisbidir, 
ona  görə  ki,  əvvəli  və  sonu  olur,  sonra  isə  mütləq  bir  varlıq 
kimi  öz  məkanında  qalır.  Dəyişmə  zamanı  ola  bilir  ki,  fikir 
qeyri-müəyyən mütləqliyə çevrilsin.  
Mütləqlər 
qeyri-müəyyən 
və 
müəyyən 
olurlar. 
Aktivləşmə  və  passiv  enerjinin  aktivə  çevrilməsi  sayəsində 
qeyri-müəyyən, aşkar olunmayan (fərdi və kollektiv subyektiv 
və  kollektiv  obyektiv  olaraq)  mütləqlər  müəyyən  məkanlarda  
aşkar olunan mütləqlərə  çevrilirlər. Aşkar olunanlar isə qeyri-
müəyyənliyə çevrilirlər.  
Mütləqlər  subyektiv  olurlar.  Bu,  hər  şeydən  öncə  qeyri-
müəyyən mütləqliyin  fərd tərəfindən duyulması (siqnal qəbulu 
sayəsində)  nəticəsi  olaraq  fərdə  məlum  olan  mütləqdir. 
Mütləqlər obyektiv olurlar. Bu da hər şeydən öncə mütləqlərin 
obyektiv  şəkildə,  kollektiv  tərəfindən  dərk  olunması  və  qəbul 
olunmasıdır.  Ola  bilər  ki,  obyektiv  gerçəklik  mövcud  olsun. 
Lakin  fərd  (şəxs)  bu  obyektiv  gerçəkliyi  qəbul  etməsin.  Bu 
zaman  obyektiv  mütləq  subyektiv  nisbi  (qəbul  olunmayan 
mütləq)  rolunu  oynaya  bilər.  Lakin  bu  o  demək  deyil  ki, 
subyektiv nisbi olan şey obyektiv mütləq deyil.  
Obyektiv  mütləqlər  bir  qayda  olaraq    hər  kəs  tərəfindən 
görünür, duyulur və bunların sübuta ehtiyacı yoxdur. Məsələn, 
gecə  və  gündüz,  təbiət  özü  və  təbiət  hadisələri  hər  bir  insan 
tərəfindən görülür, qəbul olunur və duyulur. Deməli, proseslər 
və  prosesləri  təmin  edən  elementlər  mütləqdirlər.  Həm  də 
obyektiv 
mütləqlərdir. 
Subyektiv 
mütləqlərin 
obyektiv 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə