İnsan və təbiət silsiləsindən


İnformasiyanın qaz, yumşaq, maye və bərk halı



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə30/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

91 
 
İnformasiyanın qaz, yumşaq, maye və bərk halı   
 
Qaz halı aktiv olduğundan informasiya sürətlə yayılır. Bu 
baxımdan  da  kosmik    məkan  sürətli  informasiya  yayır.  İşıq 
sürəti  ən  sürətli  informasiya  yayır  və  ötürür,  özündə  saxlayır. 
Atmosfer  nisbətən  az  sürətlə  informasiya  yayır,  çünki  sıxlıq 
var.  Su  informasiya  yayır,  özündə  saxlayır.  Məsələn,  kosmik 
informasiyanı  suya  ötürüb  orada    saxlamaq  olar.  Yumşaq 
materiya    (məsələn,  beyin)  informasiya  qəbul  edir  və  yayır.   
Bərk  materiya  da  informasiya  və  uzun  müddət  özündə 
saxlayır.  Kainatın  bütün  zərrəcikləri  özlərində  informasiya 
daşıyırlar,  ötürürlər  və  saxlayırlar.  Canlılarda  olan  qan  və 
maye,  plazma,  yumşaq  maddə,  bərk  maddə  informasiya 
yayırlar və özlərində saxlayırlar, informasiya qəbul edirlər. 
Planetlərdə informasiyalar toplanır. Yer kürəsində mövcud 
olan hallar informasiyaların formalarını meydana gətirir. Başqa 
kosmik 
cisimlər, 
obyektlər 
də 
öz 
tərkiblərinə 
görə 
informasiyaları özlərində cəmləşdirirlər.   
İnsanlar  da  informasiya  qəbul  etmək  xassələrinə 
malidkirlər.  Aktiv  insanlar  informasiya  tez  qəbul  edib 
ötürürlər.  Bərk  xarakterli  insanlar  isə  zəif  informasiya 
ötürürlər. Ancaq aldıqları informasiyanı uzun müddət özlərində 
saxlayırlar.  İnformasiya  (enerji)  mühtində  olmaq  insan 
xarakterinin əsaslarını yaradır. İnsanlar enerji alıb ötürməklə öz 
xassələrini formalaşdırırlar.  
 
 
 
 
 
 
 
 
 


92 
 
II FƏSİL: İNSAN 
 
İnsanın yaranması haqqında 
 
Döl  və  ana  bətni.  Hər bir şəxs universal  formalı, tərkibli, 
məzmunlu  elementlərdən  və  fərdi  məzmunlu  elementlərdən 
ibarətdir.  İnsan-məlumdur  ki,  ana  bətnində  hüceyrələrin 
müəyyən  temperaturda  canlanaraq,  çoxlaraq,  aktivləşərək  
qana,  qan  hüceyrəsinə    çevrilməsindən  yaranır.  Qan  maye  və 
hüceyrələrdən  ibarətdir.  Maye  özü  də  element  birləşməsidir. 
Ana  bətnində  olan  ata  hüceyrəsi  ananınkı  ilə  müəyyən 
temperaturda sintez olunur. Birləşmə prosesləri ana elementləri 
hesabına  böyüyür.  Ana  elementləri  atanın  hüceyrələrinin 
tərkibini  də  böyüdür.  Atanın  hüceyrələri  atanın  fizioloji 
modelini  özündə  cəmləşdirən  mikro  fenomendir,  varlıqdır.  Bu 
hüceyrələr  atanın  fizioloji  və  psixoloji  xarakterini  özündə 
cəmləşdirir,  mikromedel  yaradır,  daşıyıcı  funksiyanı  yerinə 
yetirir.  Bətndə  ananın  elementlərindən  qidalanır  və  böyüyür. 
Məcazi  mənada  deyək  ki,  anaya  düşən  atanın  hüceyrəsi  ananı 
“yeyərək”  qalır  və  böyüyür.  Ana  da  bu  hüceyrəni  bəsləmək 
üçün  daxildən  elementlər  verir.  Eləcə  də  xaricdən  elementlər 
(qida, ətraf mühit enerjisi) qəbul edir.  
Qeyd:_ana_hamilə_zamanı_vitamin_çatışmazlığından_xəstələnə_bilər._Çünki,_enerji_sərfiyyatı_ilə_üzləşir._Buna'>Qeyd:  ana  hamilə  zamanı  vitamin  çatışmazlığından 
xəstələnə  bilər.  Çünki,  enerji  sərfiyyatı  ilə  üzləşir.  Buna 
görə  də  hamilə  zamanı  havada  çox  olmaq,  maddələr 
mübadiləsini  sürətləndirmək,  tarazlaşdırmaq  və  qida 
qəbulunu artırmaq lazımdır.  
Hüceyrə  nüvədir,  mərkəzdir.  Hüceyrədə  informasiyalar 
toplanır.  Hüceyrənin  strukturu  onun  necə  xassəyə  malik 
olmasını əks etdirir.  Hüceyrələr bütün informasiyaları (burada 
kainat  və  təbiət  haqqında  universal  və  məxsusi  fərd  haqqında  
olan məlumatlar) özləri ilə  daşıyır.      Bu baxımdan da insanlar 
bir-birilərini  təkrarlayırlar.  Onlar  dünyanı  dərk  etmək  üçün 
universal  əqli  sistemə,  dərrakəyə  sahib  olurlar.  Hüceyrələr 


93 
 
informasiyalardan  ibarət  olduğundan,  orqanizm  bütünlükdə 
informasiyalardan ibarətdir.  
Hüceyrələr  kainat  haqqında  məlumatlar  daşıdığından  hər 
dəfə  dünyaya  gələn  şəxs  kainat  barədə  məlumatlı  olur.   
Heyvanlar  və  bitkilər  də  hüceyrələrə  malikdirlər.  Onlar  da 
məlumat  daşıyırlar.  Mayenin  (burada  suyun,  qanın)  içərisində 
olan  hüceyrələr  onu  deməyə  əsas  verir  ki,  insanlar  kainat  və 
təbiət haqqında passiv və aktiv məlumatlara malikdirlər. Çünki,  
insanlar  onlardan  tərkibdirlər,  onlar  üçün  tamdırlar.  İnsanlar 
canlı aləmlə qıdalanırlar və ətraf mühitlə enerji mübadiləsində 
olurlar.  İnsanlar  kainata  xarakterik  olan  bərk  halı,  maye  halı, 
bərk  və  maye  arasında  olan  halı,  qaz  halını  özlərində 
cəmləşdirirlər. Bu baxımdan da bütün hallar haqqında məlumat 
daşıyıcısıdırlar.  Yəni,  burada    məlumat  forma,  element 
birləşməsinin    necəliyini  əks  etdirir.  İnsanlar  öz  daxillərində 
kainatda və təbiətdə olan dadları, iyiləri, rəngləri əks etdirirlər. 
İnsan  daxilində  qazlar,  hava  mövcuddur.    İnsanlarda  qan 
qırmızı  rəngdədir.  Bu  rəng  aktivlikdən  və  enerji  bolluğundan 
yaranır.  Passivlik  qanı  tünd,  aktivlik  isə  bir  qədər    açıq  edər. 
Qan  ona  görə  qırmızı  rəngdədir  ki,  burada  su  təbiətin  (ana 
bətnində olan elementlərin) elementləri ilə qarışır.  
Qeyd:  insan  hüceyrələri  aktiv  olduğundan  qırmızı 
rəngdədirlər.  Ana  bətnində  kişi  və  qadın  hüceyrələrinin 
sintezi  insanın  əmələ  gəlməsini  təmin  edir.  Ardıcıl  şəkildə 
enerji  lazım  olur.  Hamilə  qadınların  istəkdən  irəli  gələrək 
çox  yemək  yemələri  və  çoxlu  su  içməkləri  normaldır. 
Müxtəlif temperaturda yaşamaq istəkləri və yemək istəkləri 
normaldır.  Hamilə  qadınlar  arıqlaya  və  kökələ  bilərlər. 
Qan  təzyiqləri  dəyişə  bilər.  Çox  su  içməklə  qanda  tərkibi 
qaldıra,  enerjini  artıra  bilərlər.  Qlükozanın  da  qalxması 
təbiidir.     
Hüceyrələr  birləşmələri  toxumaları  yaradır.  Toxumalardan 
da  əzələlər  meydana  gəlir.  Buna  görə  də  orqanizmin  çox 
hissəsini  maye  təşkil  edir.    Temperatur  və  maye  hüceyrə 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə