İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə21/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

64 
 
trayektoriyası  və  strukturu  olur.  Əti  bişirdikdə  ona  verilən 
enerji  məkan  uğrunda  mübarizə  aparır.  Ətdən  qopmalar  baş 
verir.  Enerjini  olduğu  şəkildə  geri  qaytarmaq  mümkün  deyil. 
Yəni,  trayektoriyanı  geriyə  döndərmək  olmur.  Ola  bilər  ki, 
onun  öz  sirri  olur  və  geriyə,  əvvəlki  vəziyyətinə  qayıdış 
formulası  mövcud  olur.  Lakin  bu  formula  və  qayda  hər  bir 
insana  məlum  ola  bilməz.  Enerjisi  dəyişən  istənilən  bir  şeyin, 
maddənin  iyisi  və  dadı  da  dəyişir.  Fiziki  görünüşü  də  dəyişir. 
Qaynar və qaynadılmış su ilə çiy suyun fərqi var. Çünki, enerji 
onun əvvəlki quruluşunu dağıdır və yeni quruluşa gətirir.  
Nüvə  və  ətraf  arasında  dəyişmə  meydana  gəlir.  Onun 
əvvəlki vəziyyətinə qayıtması üçün itkilərin (“tərs enerji ilə”)   
bərpası lazımdır. “Tərs enerji” isə insanlar tərəfindən bəlkə də 
alına bilmir. Tərs enerji passiv enerjidir. Axı ərimə aktivlikdən 
meydana  gəlir.  Həmin  aktivlik  çevirməni  yaradır.  Passivliyə 
keçid  aktivliklə  eyni  olarsa,  yəni,  dala  qayıdış  itkilərin  tam 
bərpası  ilə  yekunlaşarsa,  onda  elementlər  öz  əvvəlki  sintez 
əlaqələrinə  qayıda  bilər.  Bu  yolla  ölmüş  insanlara  da  nəfəs 
vermək  olar.  Tərs  enerji  dönməni  geri  qaytarmalıdır.  Bu,  
passiv enerjini artırmaqdır. Yəni, bir şeyə verilən aktiv enerji 
ilə  geriyə  tətbiq  olunan  passiv  enerjinin  həcmi  eyni  olmalıdır. 
Burada  məkan  eyniliyini  tapmaq  və  tətbiq  etmək  çətindir.  
Mühit  eyni  olmalıdır  ki,  itkilər  geri  qayıtsın.  Maddə,  əşya 
əvvəlki  vəziyyətinə  tam  qayıtmış  olsun.  Passiv  enerji  donmuş 
və  soyuq  olan  bərk  materiyadan,  mayedən  sonrakı  donmadan 
asılıdır.  Passiv  enerji-  belə  təxmin  edək  ki,  zərrəcikləri 
mərkəzə  qaçan  enerjidir. Aktiv  enerjidə  isə  nüvə  (mərkəz)  
özündən    zərrəcikləri  ətrafa  doğru  itələyir,  törəmə  baş 
verir,  azalma  gedir.  Günəş  və  planetlər  də  bu  enerji 
nisbətindən  bir-birindən  asılı  vəziyyətdə  olurlar.  Passiv  enerji 
zərrəcikləri qəbul edir, sonra  aktivə çevirir və özündən buraxır. 
Aktivlik  itələyir,  parçalayır.  Passivlik  cəlb  edir  birləşdirir. 
Birləşmişi  sonra  aktiv  edərək  öz  vəziyyətində  qaytarmaq  olur 
və  qayıdır.  Məsələn,  buz  əriyir  suya  çevrilir.  Burada  passivlik 


65 
 
aktivliyə dönür.    Su donur bu anda zərrəciklər mərkəzə doğru 
sıxlaşır.  Sıxlaşmadan  zərrəciklər  ona  görə  bərkləşir.  Yəni 
məkanda  sıxlaşma  gedir.  Soyuqluq  mərkəzə  qaçma-sıxılma 
əlamətidir. (Qeyd: don vurmuş adam sıxıla bilər. Onda qan 
dövranı zəifləyər. Şişkinlik əmələ gələr. Orqanlar arasında 
sistemli  və  funksional  pozğunluq  yaranar).  Suyun  tutduğu 
sahə  buzdan  çox  ola  bilər.  Qazın  sahəsi  isə  sudan  çox  olur. 
Bərkləşmə və genəlmə çatları əmələ gətirə bilir. Belə də qəbul 
etmək  olar  ki,  buzlu  su  ilə  qeyri-buzlu  suyun  tərkibində  də 
fərqlər mövcud olur.  
Qeyd:  qəbul  etmək  olar  ki,  hər  bir  məkanda  yaşayan 
insanların  oxşar  fizioloji  və  psixi  əlamətləri  mövcuddur. 
Müxtəlif 
iqlim 
sahələrində 
yaşayan  insanlar  bir-
birilərindən  fərqlənirlər.  Burada  təbiət  və  Günəş  amili 
mühüm  rol  oynayır.  Fizioloji,  bioloji  fərqlər  də 
universallıqdan, universal oxşarlıqdan  məxsusi fərqləri də 
yaradır.  Qanın  tərkibi  müxtəlif  iqlim  şəraitində  müxtəlif 
olur.  Dərinin, saçın və  gözlərin rəngi  də müxtəlif olur. Bu 
baxımdan  da  müalicə  zamanı  universal  metodların  tətbiqi 
ilə  yanaşı,  iqlim  və  torpaq  amilinə  görə  mövcud  olan 
fərqliliyi  də  nəzərə  almaq  lazımdır.  İnsanlar  yerlərini, 
yaşayış  məskənlərini  dəyişərkən  fizioloji  və  psixi 
dəyişmələrə məruz qala bilirlər.  
Passivliyi  qismən  bərpa  olunan  enerji  (yəni,  forması 
qismən  bərpa  olunan  hal)    və  bərpa  olunmayan,  çox  dəyişən 
enerji formaları mövcuddur. İnsan orqanizmi də funksional və 
orqanik  itkilərə  məruz  qalır.  İtmiş  hissə  ümumi  immunitet 
sistemindən  öz  formasını  bərpa  edə  bilir.  Formanın  bərpası 
itmiş  tərkibin  daxili  ehtiyyatlar  hesabına  geri  qayıtmasıdır. 
Burada  qan  əsas  təminedici  rolu  oynayır.  Qan  enerji  verir  və 
ümumi  ehtiyyat  hesabına  zədələnmiş  və  tərkibini  itirmiş 
orqanın  funksiyasını,  tərkibini  bərpa  edir.  Qan  özündə  enerji 
saxlayan  bir  maddədir.    Bu  baxımdan  da  xəstə  orqanlara, 
zədələnmiş  hissələrə    qan  çox  yığılır.    Burada  qan  bir 


66 
 
tərəfdən lazımi bərpa elementlərini çatdırır, digər tərəfdən 
də  daxili  və  xarici  zərərvericilərə  qarşı  mübarizə  aparır.  
İmmunitet  o  halda  öz  işini  görür  ki,  qan  zədələnmiş  yerə 
toplanır. Toplanma müalicə mənasını verir. Orada sistemin 
bərpası prosesləri baş verir.  
Aktivilik  və  passivlik  arasında  nisbətin  dəyişməsi 
maddələrin də əmələ gəlməsinə kömək edə bilir. Soyuq və isti 
havalarda maddələr, yeni canlılar əmələ gələ bilər.  
Təbiətdə  passivlik  aktivlikdən  “uzaq”  olan  yerlərdir. 
Məsələn, buzlaqlar, bərk materiyanın özü, süxurlar, qayalar və 
digər bərk maddələr passivdirlər.  
 
Nəticələr:  
 
-aktivlik  passivliklə  əvəz  olunarsa  (eyni  zaman  və  məsafə 
ilə  eyni  həcmlə)  itkini  geri  qaytarmaq  olar.  Lakin  tərkib  çox 
çevriləndə,  aktivlik  tərkibi  dağıdanda  passivliklə  onu  geri 
qaytarmaq mümkün olmaz. Məsələn, bişmiş əti geriyə- çiy ətə 
yalnız itən tərkibi geri qaytarmaqla çevirmək olar. O da demək 
olar ki, mümkünsüzdür
-aktivlik  nüvə  mərkəzindən  qaçma  (dağıdıcı,  itələyici 
qüvvə),  passivlik  (cəzbetmə,  cazibə)  isə  nüvə  mərkəzinə 
gəlmədir; 
-passivlik sıxılma, aktivlik isə genəlmədir
-passiv canlılar daha uzun ömürlü olurlar
-aktivlik  daha  tez  dəyişmədir,  tez  mübadilədir  və  tez 
itkidir; 
-passiv  insanlar  başqalarından  çox  enerji  yığmaqla 
məşğuldurlar  (onlarda  gözdəymə,  başqalarını  gözə  gətirmə, 
yəni aktivlərdən enerji çəkmək  çox ola bilər); 
-aktiv insanlar isə passiv mənbələrini xərcləyənlərdir, ömür 
qısa ola bilər, enerji tükənər
-aktivlikdən  passivliyə  keçəndə  tərkib  dəyişə  bilər. 
Məsələn, buxar halında olan su maye halına çevriləndə əvvəlki 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə