İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə22/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

67 
 
tərkibdə  (buxardan  qabaqkı)  tərkibdə  olmaya  bilər.  Çiy  su  ilə 
qaynanılmış  suyun  tərkibi  eyni  deyil.  Buxar  suyu  ilə  yağışın 
tərkibi eyni deyil
-passivlikdən  aktivliyə  keçəndə  tərkib  yenə  də  azala  bilər. 
Məsələn,  buzla  suyun  tərkibi  eyni  deyil.  Donmuş  su  tərkibinə 
əlavə elementlər qatır, əridikcə onu itirir. Buzun tərkibi suyun 
tərkibindən  fərqlidir.  Buz  –passiv,    su-  aktivdir.  Donmuş, 
laxtalanmış  qan  passivdir,  coşan  qan  aktivdir.  Coşan  qan 
təminedicidir.  Buna  görə  də  yüksək  qan  təzyiqi  orqanları 
sürətlə  təmin  edir.  Yüksək    qan  təzyiqi  müalicəvi  əhəmiyyətə 
malikdir.  Sürətli  qan  dövranı  təmizləyicidir,  daxili  və  yad 
ünsürləri zərərsizləşdiricidir, parçalayıcıdır. Qanın laxtalanması 
qanın  passiv  vəziyyətə  keçməsidir.  Sürətinin  azalmasıdır  
Bunun  da  əsas  səbəbi  orqanların  pozulması  və  qanda 
mikroorqanizmlərin, qan üçün yad olan ünsürlərin qanda özünə 
çox  məkan  əldə  etməsidir.  Yaşlı  insanlarda  qanın  aktivliyi 
azalır. Yad ünsürlər qanda daha çox artır. Bu da qan dövranının 
zəifləməsinə  səbəb  olur.  Təzyiq  aşağı  düşür.  Qanın 
qatılaşmaqda 
davam 
etməsi 
orqanizmin 
soyumasına, 
temperaturun  aşağı  düşməsinə,  o  da  özlüyündə  orqanların 
fəaliyyətinin dayanmasına gətirib çıxarır. Orqanizmdə aktivliyə 
çevrilən  passiv  enerji  (ehtiyyat  enerji)    mənbəyi  tükənməkdə 
davam  edir.  Orqanizmi  saxlayan  passiv  (ehtiyat  enerji) 
enerjidir.  Aktivlik  əsasən  sərfedicidir,  təminedicidir.  Aktivlik 
həm də enerji yığıcıdır. Orqanizm aktiv enerjini passivə çevirir. 
Bu  çevirmə  ətraf  mühitdən  əldə  olunur.  İnsan  ətraf  mühitlə 
cavan  olur  və  ətraf  mühitlə  də  qocalır.  Yaşlandıqca  enerji 
yığmaq  və  passiv  mənbəyə  çevirmək  lazımdır.  Bu  da  həyat 
tərzindən,  xarakterdən,  ünsiyyət  formasından  asılıdır.  Qapalı 
insanlar  öz  enerjilərini  passiv  saxlayırlar  və  gec  qocalırlar. 
Aktiv  insanlar  da  ətraf  mühitdən  aktiv  enerji  qəbul  edirlər  və 
gec qocalırlar. 
Belə  bir  sual  ətrafında  fikirləşmək  olar.  Hər  an    Yer 
kürəsinə  düşən  enerji  Yer  kürəsini  dəyişə  bilir?  Sual 


68 
 
özlüyündə çox çətindir. Məsələn, dəmir əriyir. Təkrar  soyuyur, 
yenə  də  əriyir.  Yenə  də  soyuyur.  Ola  bilərmi  ki,  tərkib  hər 
qızmada  və  soyumada  eyni  qalsın.  Bu  suala  cavab  vermək 
çətindir.  Ola  bilər  ki,  kimyaçılar,  fizikaçılar  bu  məsələni  elm 
yolu  ilə  həll  ediblər,  tapıblar.  Dünya  okeanının  suyu  daima 
buxar  halına  keçir,  təkrar  geri  qayıdır.  Hər  dəfə  buxarlanan 
suyun  tərkibi  dəyişirmi.  Yəni,  köklü  dəyişikliklər  yaranırmı? 
Məsələn,  belə  hesab  edək  ki,  100  il  bundan  qabaq  dünya 
okeanının  kimyəvi  tərkibi  ilə  indiki  suyun  kimyəvi  tərkibi 
arasında  fərq  varmı.  Əgər  fərq  varsa,  deməli,  Yer  kürəsində 
geoloji  dəyişiklik  gedir.  Daxili  və  səthi  dəyişir.  Ya  da  itən 
enerji  ilə  qazanılan  enerji  forması  eyni  olur,  nəticədə  dəyişən 
forma  yenidən  özünün  tərkibini  almış  olur.  Yəni,  məsələn, 
dünya  okeanı  buxarlanır,  təkrar  olaraq  suya  çevrilir.  Tərkib 
olduğu kimi qalır. Sadəcə enerji ayrılmaları və qazanclar, enerji 
qəbuletmə    prosesləri   baş  verir. Onda, Yer kürəsində  heç bir 
geoloji  köklü  dəyişiklik  baş  vermir.  Canlılar  isə  toxum 
(hüceyrə) şəkilində yetişirlər və ardıcıl enerji qəbulu sayəsində 
ölürlər.  Bu,  həm  də  onu  deməyə  əsas  verir  ki,  Günəşdən  Yer 
kürəsi  və  digər  planetlər  sabit  axınla  (hər  bir    planet  öz  sürəti 
ilə)  enerji  alırlar  və  ötürürlər.  Nəticədə  tarazlıq  yaranır.  Bu 
tarazlı  enerji  prosesləri  bərk  materiyanın  və  mayenin  əvvəlki 
formasını saxlamaqda əsas rol oynayır. Deməli, passiv canlıları 
Günəş  enerjisi  məhv  etmir,  yəni,  Yer  kürəsində  cansız 
adlandırdığımız    və  əslində  passiv  canlı  olan  aləm  Günəş 
enerjisinin  təsirinə  qarşı  müqavimətli  olur  və  az  dəyişikliyə 
məruz  qalır.  Bu  prinsip  isə  onu  deməyə  əsas  verir  ki,  passiv 
canlı  aləm  də  dəyişirsə,  deməli,  Yer  kürəsinin  tarixi 
mövcuddur.  Onda  belə  qəbul  etmək  olar  ki,  Günəşdə  də 
dəyişiklik var və Günəşin də tarixi mövcuddur. Burada  Günəş 
və  planetlərin  yaranma  mənşəyi  haqqında  fikir  bildirmək  olar. 
Lakin biz insanlar bu Günəş-planet dəyişikliyini hiss etmirik və 
bu  baxımdan  da  kainatın  tarixi  haqqında  fikirlər  də  bizə  yad 


69 
 
olur.  Ola  da  bilər  ki,  dəyişiklik  gedir  və  bizim  orqanizmimiz 
həmin dəyişiklikləri kəskin şəkildə hiss etmir.  
 
İnsanlar arasında enerji ötürmələri  
 
İnsan  enerji  mənbəsidir,  enerji  subyektidir.  İnsanlarda 
enerji  daxili  potensialdan,  maddi  aləmin  (qidanın)  enerjiyə 
çevrilməsindən  və  xarici  mühitdən  yaranır.  Xarici    mühitin 
enerjisi  də  mənəvi  enerjidən  və  ətraf  mühitdən  qəbul  edilən 
bioloji  enerjidən  ibarətdir.  Mənəvi  enerji  və  bioloji  enerji 
zərrəciklər  toplusudur.  Bu  baxımdan  da  bütün  kainat  mütləq 
enerji  ünsüründən,  mütləq  varlıqdan  ibarətdir.  İnsanlar  enerji 
çevrilmələrini, enerji  mübadilələrini təmin edirlər.  
İnsanlar bir-birilərindən də enerji alırlar, enerji çəkirlər və 
ötürürlər.  Bir  sözlə,  insanlar  enerji  mənbələri  və  mənsəbləri 
ünsürləridirlər.  Enerji  baxışlarla,  görmələrlə,    danışıqlarla, 
eşitmələrlə (yaxından və ya da uzaqdan), toxunmalarla, dad və 
iyi yolları ilə,  ümumiyyətlə, duyğu orqanları vasitəsilə ötürülür 
və  qəbul  olunur.  Hesab  etmək  olar  ki,  ən  güclü  enerji 
qəbuledici orqanı gözdür. Gözdə digər duyğu orqanlarının cəm 
halda  qəbul  etdiyi  enerjinin  əlaməti  vardır.  Bu  baxımdan  da 
enerjili  və  az  enerjili    insanlar,  taraz  və  qeyri-taraz  insanlar, 
bioloji  güclü  və  zəif  insanlar    gözlərindən,    simalarından  
bildirirlər.   Enerji  ötürülmələri qida rolunu oynayır.  İnsanların 
bir-birilərinə  ötürdükləri  enerjiyə  aura  da  deyilir.  Hər  bir 
insanda  aura  fərqli  olur.  Məkanın  da  aurası  olur.  Aura  ümumi 
enerji potensialının kəmiyyətinə bağlıdır.  Bu da onun aktiv və 
passiv enerji mənbəyi rolunu oynamasını göstərir. Belə qənaətə 
gəlmək  olar  ki,  ruhu  taraz  insanlar  nisbətən  bol  enerjili 
insanlardır.  
Belə  bir  ifadə  işlənilir  -mənfi  enerji.  Mənfi  enerji  əslində 
passiv  enerjidir.  Məsələn,  soyuq  hava  kütləsi  passivləşmiş, 
sıxlaşmış, bir qədər bərkimiş hava axınıdır, hava kəmiyyətidir.  


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə