İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə15/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

46 
 
olduğundan,  bu  proses  özü  ilə  yeni  vəziyyətləri  və  təsirləri 
ortaya  çıxara  bilər.  Məsələn,  ulduzların  və  planetlərin  törəmə 
prosesləri  mütləq  onlardan  əvvəl  mövcud  olan  sistemə 
söykənməlidir ki, dəyişiklik üçün hərəkətlər, çevrilmələr, fiziki 
və kimyəvi xassəli təbiət hadisələri baş versin. Yəni, öz-özünə,  
kənar təsir olmadan yaranış ola bilməz. Yaranış mütləq dayağa 
söykənir.  Yaranışın  başlanğıcı  və  şərtləndirici  elementi  olur.  
Dayaq  elementlərində  baş  verən  dəyişikliklər  fonunda  yaranış 
baş verir. Yaranış da kainat mənbəsinin çevrilməsindən ortaya 
çıxır.  Məsələn,  güman  edək  ki,  Günəş  sistemi  nə  vaxtsa 
yaranıb.  Lakin  bu  proses  özbaşına  baş  verməyib.  Günəş 
qalaktika  və  kainat  sisteminin  tərkibində  yaranıb.  Deməli, 
Günəşin  yaranmasından  qabaq hansısa bir ciddi  dəyişiklik baş 
verib  ki,  nəticə  olaraq  Günəş  sistemi  yaranıb.  Yaranış 
yarananın  qonşu,  sərhəd  məkanında  baş  verən  dəyişikliklər 
fonunda  meydana  gələn  nəticədir.  Bu  da  özlüyündə  makro 
müstəviyə  və  makro  təsirlərə  söykənir.  Belə  güman  edək  ki, 
Günəş sistemi qalaktikanın makro qüvvəsindən meydana gəlib. 
Böyük  güc,  qüvvə  kiçik  qüvvəni  yaradıb.  Bu  kiçik  qüvvə  də 
makro qüvvənin tərkibinə çevrilib.  
 
Nəticələr: 
 
-kainat  müxtəlif  bərk,  maye    və  qaz  halında  olan  
elementlərdən öz müstəvisində nahamarlıqları meydana gətirir
-nahamarlıqlar hərəkətlərin əsaslarını yaradır; 
-hərəkətlərdən    elementlər  kütləsi  yaranır,  sintez  və  analiz 
meydana gəlir; 
-hərəkətlər qüvvənin əsasını təşkil edir; 
-nahamarlıqlar qüvvənin əmələ gəlməsini təmin edir; 
-nahamarlıqlar  “boşluqlar”  rolunu  oynayır  ki,  bu 
boşluqların dolması sayəsində tarazlıqlar meydana gəlir və s.  
 


47 
 
Buzlaqlar və soruculuq 
 
Buz  enerjinin  passiv  vəziyyətə  keçməsindən,  qazın  və 
mayenin  bərkləşməsindən  meydana  gəlir.  Passiv  enerji  daha 
çox mineralları özündə cəmləşdirə bilər. Çünki, mineralllar elə 
elementlər  birləşməsindən  yaranan  forma  və  məzmun 
dəyişmələridir.    Bu  prinsip  etibarilə  hesab  etmək  olar  ki,  buz 
materikində  minerallar  çoxdur,  passiv  enerji  onları  yığıb 
özündə  saxlayır.    Buzlaqlarda  aktivliyə  çevrilmə  zəif  gedir- 
məlumdur,  Günəş enerjisinə görə. Buna görə də tərkib az itir, 
qalır.  Buzlaqlarda  “tarix”  gizlənə  bilər.  Məsələn,  buzlaqlarda 
Yer  kürəsinin  geoloji  tarixinə,  iqlim  tarixinə  aid  elementlər 
qala  bilər.  Çünki  onlar  passivə,  ehtiyata  çevriliblər.Geoloji 
tarix  torpaq  və  süxur  qatlarında  da  gizlənə  bilər.    Bu 
gizlənməni  insan  tam  dəqiqliklə  aça  bilməz.  Tam  dəqiqliyin 
müəyyənliyi gücü insanda ola bilməz.  
Qeyd:  ardıcıl  olaraq  çox  soyuq  maye  qəbul  etmək 
mədə-bağırsaqda yaşayan mikrobları “donmuş”  və  sağlam 
vəziyyətdə  saxlaya  bilər.  Bu  da  lazımi  ölmə  prosesinin  
qarşısını  ala  bilər.  Onlar  da  orqanizmdə  fəsadlar  törədə 
bilərlər. Digər tərəfdən isə çox soyuq su içmək mikrobların  
aktivləşməsinin  qarşısını  ala  bilər.  Zərərli  mikrobların 
ölməsini  təmin  edə  bilər.      Çox  qaynar  su  içmək  də  mədə-
bağırsaq sisteminə ziyandır. Lazımi mikobların ölməsini və 
istilik sevər mikroorqanizmlərin isə daha da aktivləşməsini 
təmin  edə  bilər.  Buna  görə  də  hər  iki  ucdan  imtina  etmək 
lazımdır. Temperaturu orta götürmək yaxşı olar.  
Aktiv enerji mərkəzindən uzaqlaşmaqla müəyyən məkanda 
olan  elementlər  arasında  olan  məsafə  qısalmağa,  elementlər 
bərkiməyə  başlayır.  Bu  anda  demək  olar  ki,  aktivlik  azalır, 
passivliyə, az hərəkətliliyə keçilir.  
Qeyd:  məkan  və  məsafə  amili  enerjinin  aktivliyinin  və 
passivliyinin  əsasını  təşkil  edir.  Məkan  az  olanda  müəyyən 
ölçüdə olan varlıq, mövcudluq az hərəkət edir. Artım sürəti 


48 
 
üçün  məsafə  olmur.  Qabağı  digər  elementlə  kəsili  olur.  
Tarazlıq  və  məhdudlaşma  yaranır.  Belə  güman  edək  ki, 
insanların  müalicəsində  bu  prinsiplərdən  istifadə  etmək 
olar. Mikroorqanizmlərin,  virusların,  infeksiyaların  ölməsi 
və  hərəkət  məhdudluğu  üçün  yerli  zədəli  məkanlara 
alternativ  virusların,  lakin  əks  -    virusların,  mikrobların 
yerləşdirilməsi  lüzumlu  ola  bilər.  Məsələn,  sürəti  az  olan 
mikroorqanizmlərə  qarşı  aktiv  və  yaxud  da  ondan  da 
passiv  virus  yerləşdirmək  olar  ki,  həmin  mikrorqanizmini 
tarazlaşdıra, zərərsizləşdirə bilsin. Bu baxımdan insanların 
müalicəsinin  riyazi  metodları  tətbiq  oluna  bilər.  Sürəti 
dəyişmək,  ölçünü  və  kəmiyyəti  dəyişmək  üçün  əkslilik 
prinsipini tətbiq etmək olar.   Buzlaşma sorucu olur və aktiv 
elementləri  özünə  cəlb  edir.  Bu  prinsip  etibarilə  qəbul  etmək 
olar ki, qalaktikalardakı bərk cisimlər aktiv enerji mənbəyindən 
uzaqlaşaraq,  əks  tərəfdəki  sovrulmadan  meydana  gəlib.  Onda 
böyük  ehtimalla  qəbul  etmək  olar  ki,  planetlərin  yaranmasını 
və mövcudluğunu təmin edən sorucu tərəf var. Bu, Günəşə  və 
digər  ulduzlara  nisbətən  tarazdır.    Güclü  olsaydı,  planetlər 
udulardı və ya dağılardı, ya da ulduza çevrilərdi. 
Digər  planetlərin  də  kürə  formasında  olması  onu  deməyə 
əsas  verir  ki,  onlarda  da  buzlar  mövcuddur  və  kürələrdə 
cəmləşib. Lakin okeanın olmaması bunu bir qədər şübhə altına 
alır.  Hər  bir  atmosferdə  Günəşin  payı  var.  Bu  da  planetlərdə 
atmosfer və maye qaz mövcudluğu prinsiplərini doğurur. 
Soyuqluq bərkimədir. Elementlərin toplaşmasıdır.  Deməli, 
soyuqluq  mərkəzəqaçma  ilə  müşahidə  olunan  sintezləşmə 
prosesidir.  
Yer  kürəsinin  buz  qalıqları    Günəş  enerjisini  özlərinə 
çəkirlər,  suyu    və  atmosferi  özlərinə  çəkirlər.  Deməli, 
soyuqluqda  cəzbetmə  var.  Bu  cəzbetmədən  parıltı  meydana 
gəlir.  Parıltı  sürtünmədən  yaranır.  Buzlaqlar  Yer  kürəsinin 
işıqlanmasını  təmin  edir.  Günəş  şüalarının    üfiqi  düşməsi 
buzlaqların cəlbindən meydana gəlir.   


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə