İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə11/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

34 
 
Fəzadan  da  özü  qəbul  edir.  Bu  aspektdə  planetlərin  bütün 
elementləri Günəşdə və  bir-birilərində  yarana bilir. Planetlərin 
payından  fəzaya,  fəzadan  Günəşə,  təkrar  fəzaya  və  planetlərə 
ötürülmələr  gedir.  Bu  ötürülmələr  sürət,  qüvvə  və  enerji 
yaradır.  Kosmik  fəzanın  enerji  müstəvisi  meydana  gəlir. 
Ümumiyyətlə, cazibə qüvvəsi obyektlər arasında enerji ötürmə 
qüvvəsidir.  Enerji  də  siqnallardan  ibarət  olur.  Siqnal  axınları 
kosmik  obyektləri  müəyyən  məsafədə  bir-birindən  tarazlı 
saxlayır.   
Qaranlıqlaşma  zamanı  dəyişmə  baş  verir.  Soyumada 
qismən  pay  geri  qayıdır.  Bərkləşmə  prosesləri  gedir  və 
enerjinin  yığımı,  passivləşməsi  baş  verir.  Qaranlıq  kainat 
məkanı ilə işıqlı məkan arasında enerji fərqi yaranır, güc, sürət, 
qüvvə dəyişir. Gecə gündüzə, gündüz də gecəyə element verir. 
Bu  baxımdan  da  Yer  kürəsinin  tarazlığı  qoruna  bilir.    Günəş 
tərkib  etibarilə  udma  və  buraxma  ilə  öz  tarazlığını  saxlayır. 
Təsəvvür  edək  ki,  Günəşdən  yeni  planetlər  yaranır.  Bu  anda 
pay olaraq Günəşdən gedir. Həm də kainatın tərkibindən gedir.  
Əgər  bu  proses  baş  verirsə  (Günəş  sisteminin  tarixi  varsa), 
onda  bütün  sistem  həmin  nəticəyə  pay  verir.  Bu  payı  fəza, 
digər  planetlər,  Günəş  formalaşdırır.  Fəzadan  Günəşə  pay 
getməsə, planetlər və digər bərk cisimlər yarana bilməz.  
Qeyd:  Günəşdə  dəyişiklik  olarsa,  Yer  kürəsi  və  digər 
planetlər  hiss  edər.  Deməli,  dəyişiklik  yoxdur.  Sistem 
pozulmur.  
Ümumiyyətlə, təbii kosmik obyektin yaranması prosesi baş 
verərsə, onda sistemdə bir azalma, yeni tarazlaşma yarana bilər. 
Belə  hesab  etmək  olar  ki,  Günəş  sistemində  yeni  planetin 
yaranması  Günəşdə  artıq  olan  elementlərdən  ola  bilər.  Günəş 
sistemindən  kənarda  olan  digər  ulduz  sistemində  problem 
yaranarsa,  tarazlıq  kəskin  pozularsa,  Günəşin  və  fəzanın  payı 
artar. Bu anda yeni planetlər və ulduzlar yaranar. Sistem böyük 
təhlükə  ilə  üzləşər.  Ümumiyyətlə,  sadalanan  fikirlərin  məntiqi 


35 
 
əsası  olsa  da,  əslində  ehtimallar,  gümanlar,  təxminlər, 
fərziyyələr  daha çoxluq  təşkil edir.  
Bu  gün  texnogen  dəyişikliklər  sayəsində  Yer  kürəsində 
kəskin  materik  dəyişikliyi  baş  verərsə,  həyatdan,  aktiv  canlı 
aləmin mövcudluğundan  söhbət gedə bilməz. Yer kürəsinin öz 
oxu və  Günəş  ətrafında fırlanmasında indiki  tarazlığa nisbətən 
kəskin  dəyişiklik  yarana  bilər.  Belə  bir  fikir  də  bildirmək  olar 
ki,  Yer kürəsində texnogen və geoloji  dəyişiklik gedirsə, onda 
nə  üçün  insanlar  və  digər  aktiv  canlılar  öz  formalarını 
dəyişmirlər. İnsan hüceyrələri qapalı kodları təşkil etsə də belə, 
Yer kürəsinin dəyişikliyi öz təsirini etməlidir.  
Kainatda və onun tərkibi olan Günəş sistemində paylanma, 
obyektlər  arasında  olan  ötürülmələr  və  enerji    kəmiyyətinin 
sabitliyi  elə  sistemin  taraz  əsaslarla  qorunmasına  xidmət  edir. 
Onu  da  nəzərə  almaq  lazımdır  ki,  Qalaktikalar  və  Günəş 
sistemində hər hansı bir  dəyişiklik baş verərsə, planetlərdə də 
problemlər ortaya çıxa bilər. Bu fikir də ümumiyyətlə, kainatın, 
qalaktikaların və Günəş sisteminin yaranma mənşəyi haqqında 
fikirləri alt-üst edir.  
Günəş 
sistemində 
olan 
paylanmalar 
sayəsində 
materiyaların  tərkibində  eyni  elementlər  aşkar  olunur.  Bu 
paylanma  məhz  vahid  məzmun  və  forma,  vahid  tərkib 
haqqında düşünməyə əsas verir.    
 
 
Kainatdakı qaz buludları    
 
Qaz öz mənşəyini kosmik fəzadan götürür. Kosmik fəzada 
olan  enerji  və  hərəkət  müstəvisi  fəzanı  yüngülləşdirir.  Çünki, 
daima  ardıcıl  genişlənmə  prosesi  gedir.  Bu  genişlənmə  ona 
görədir  ki,  Planetlərdən  Günəşə  və  əksinə  elementlərin  axını 
olur.  
Qazlar  seyrəklikdən  (müəyyən  məkanda  olan  kütlədən)  
bərkliyə  doğru  xassələnə  bilir.  Bu  da  məkana  yönələn  və 


36 
 
məkanda  olan  enerji  tətbiqindən,  kəmiyyətdən,  kütlədən 
asılıdır.  Şəffaflıq  da  qazlardan  ibarətdir.  Şəffaflığın  müəyyən 
hissəsində  kütlənin  artması  qazların  əmələ  gəlməsini  sübuta 
yetirir.  Qazın tərkib fərqi, fərqli birləşmə qazın tərkibini təşkil 
edən  zərrəciklərin  kəmiyyətindən,  sıxlıqdan  asılıdır.  Sıxlıq  da 
çəkiyə,  miqdara  görə  yaranır.  Məkana  nisbətdə  kütlənin  rolu 
əhəmiyyətli  dərəcədə  olur.    Tətbiq  olunan  qüvvə  də  böyük 
önəm  kəsb  edir.    Əslində  buludlar  seyrək  formada  olan,  yəni 
məkanda  az  tərkibdə  olan  elementlərin  (seyrəklik  azlıq 
deməkdir ki, bu da məkana yayılmadır. Kütlə amili burada 
önəm  kəsb  edir.  Məsələn,  böyük  kütləyə  malik  olan 
qazların  kiçik  məkanda  toplaşması  olur.  Bu  anda  sıxılma 
baş  verir.  Qaz  meye  halına  keçir.  Məkan  artanda  sıxlıq 
azalır.  Bu  prinsip  etibarilə  qazı  lap  sıxlaşdırıb  bərk 
materiyaya  çevirmək olar) sıxılaraq çox kütlə almasıdır. Qaz 
buludları  ulduzlardan    meydana  gələn  sıxılmalardır.  Fəzanın 
özündə də sıxılma ola bilər. Ona görə də bu sıxlıqlar planetlər, 
digər  bərk  cisimlər  və  ulduzlar  əmələ  gəlmə  proseslərinin 
müəyyən  mərhələləridir.  (Əgər  tarix  olubsa).    Ya  bu  sıxlıq 
proseslər  sayəsində  ləğv  ola  bilir,  ya  da  sıxılma  sürətlənir  və 
ulduzlar və planetlər əmələ gəlir. Sıxılma Günəşdən, ulduzdan 
uzaqlaşanda daha çox olur. Bu prinsipə görə hesab edə bilərik 
ki,  Günəş  və  bərk    materiyaların  üzərində  yaxınlıqlarında    
sıxlıq  az,  aralıq  məkanlarda  isə  sıxlıq  çoxdur.  Ancaq  Günəş-
planet  ötürmələri  sıxlığı  dağıda  bilir.    Bərk  kütlə  enerji 
mənbəyindən uzaqda olanda mövcud olur. Məsələn, belə hesab 
etmək  olar  ki,  Mars  planeti  ilə  Yer  kürəsinin  tərkib  sıxlığı 
fərqlidir.  Mars  Yer  Kürəsinə  nisbətən  daha  bərkdir.  Günəş  ilə 
onun  bərk  materiyaları  arasında  demək  olar  ki,  eyni  sıxlıq 
yoxdur.  Bu  prinsipə  görə  də  təbii  halda,  bütün  məkanlarda  və 
şəraitlərdə    Günəş  enerjisi  eyni  sürətlə  paylana  bilməz
Günəşdən Yer kürəsinə olan işıq sürəti ilə Günəşdən Marsa 
olan  işıq  sürəti  saniyədə  eyni  ola  bilməz.  Çünki  aradakı 
məsafə, Marsın kütləsi, Yerin kütləsi fərqlidir. Əgər işıq sürəti 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə