İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə13/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

40 
 
Atmosfer haqqında  
   
Kainatın  vahid  sistemi  onu  deməyə  əsas  verir  ki,  Yer 
kürəsinin  və  digər  planetlərin  atmosferi  kosmik  fəzadan 
(efirdən) və Günəşdən, ulduzlardan da təmin olunur. Atmosfer 
bərk  kütlələr  ətrafında  sıxılmış  yüngül  qazlardır,  qaz 
müstəvisidir.  Günəşlə  bərk  və  maye  maddə  arasında  olan 
əlaqələrdən  meydana  gəlir.    Kütləsi  çox  olan  planetlərin 
atmosferi  də  qalın  ola  bilər.  Çünki  cazibə  qüvvəsi  atmosferin 
kütlə  amilini    meydana  gətirir.  Belə  təxmin  edə  bilərik  ki, 
Marsın  atmosferi  Yer  kürəsinkindən  sıxdır.  Çünki,  Marsın 
kütləsi  çoxdur.  Lakin  planetdə  suyun  olmaması  bu  fikirin  
ziddiyyətliliyini də ortaya çıxara bilir. Su atmosfer sıxlığı üçün 
əsas maddələr kompleksindən ibarətdir.   
Yer  kürəsinin  və  digər  planetlərin,  onların  peyklərinin 
atmosferini  kosmik  fəzadan  fərqləndirən  sıxlıq  amilidir. 
Qazların  birləşmə  fərqidir.    Ona  görə  də  cazibə  qüvvəsinin 
təsiri ilə kosmik fəzadan  Yer kürəsi dairə formasında görünür.  
Atmosferin qalın hissəsindən sonra uzaqlaşdıqca Yer kürəsi də 
dairə  şəkilində  görünəcək.  Atmosfer  də  dairə  formasında 
cazibə  qüvvəsinə  görə  olur.  Atmosferin  şara  oxşaması,  yəni, 
Yer  kürəsinin  üzərini  örtməsi  həm  də  Günəş-planet 
cazibəsindən  meydana  gəlir.  Atmosfer  Günəşin  planetlərə 
(passiv 
enerji 
mənbəsinə-bərk 
materiyalara) 
təsirindən 
meydana  gələn  aralıq  qaz  təbəqəsidir.  Burada  enerjinin 
aktivləşməsi,  bərk  materiyanın  aktivləşməsi  meydana  gəlir. 
Günəş  şüası  bərk  materiyalara  daxil  olur,  onların  üzərində 
materiyanı  parçalamağa  çalışır.  Burada  sintez  və  analiz 
prosesləri  baş  verir.  Günəş  şüasının  özünün  də  atmosferə 
çevrilməsi prosesləri yaşanır.Atmosfer həm də Günəşdən əmlə 
gəlir.    Bərk  materiyalar  üzərində  və  səthində  Günəş  şüasının 
özü  də  reaksiya  sayəsində,  deyək  ki,  oksigenə  (ehtimal)    və 
digər qazlara çevrilməsi sayəsində atmosfer meydana gəlir.  


41 
 
Qeyd: Atmosferdə oksigen, hidrogen, karbon qazları və 
digər qazlar, elementlər vardır. Bu elementlər atmosferdəki 
sıx  birləşmələrdən  meydana  gəlir.  Biri  digərini  yaradır.  
Atmosfer  kimyəvi  birləşmə  mənbəyidir.  Burada  olan 
elementlər  həm  də  Yer  üzündə,  suda,  kosmik  fəzada  və 
Günəşdə  var.    Atmosfer  öz  mənbəyini  kosmik  fəzadan  da 
götürür. Ona görə də çatışmayan atmosfer ola bilməz.  
Deməli,    atmosfer  həm  Günəşin  bərk  materiyaya 
təsirindən,    həm  də  Günəş  şüalarının  özünün  bərk  materiyada 
dəyişməsindən,    bərk  materiya  üzərində  digər  elementlərə-
oksigenə  və  s.  keçməsi  ilə  yaranır.  Bərk  materiyanın  cazibə 
qüvvəsi  Günəş  enerji  selini  özünə  çəkir  və  bərk  materiya 
üzərində təbəqə əmələ gəlir. Bu təbəqə bərk materiyada bir az 
sıx, aralandıqda isə seyrək olur. Bu məntiqlə hesab etmək olar 
ki,  Yer  kürəsinin  atmosferi  dünya  okeanından,  bərk 
materiyanın  özündən  və  Günəş  enerjisindən,  şüalarından 
meydana  gəlir.  Bu  prinsip  etibarilə  Yer  kürəsinin  və  digər 
planetlərin  atmosferini  tükənməz  hesab  etmək  lazımdır. 
Atmosferin  yaranmasını  kainat  da  təmin  edir.  Atmosfer 
həm də kosmik fəzadan qidalanır. Çünki,  onun tərkibidir.  Yer 
kürəsində  insanlar  tərəfindən  ekoloji  fəlakətlərin  törədilməsi 
heç  də  tam  şəkildə  Yer  kürəsinə  zərbələr  vura  bilməz.  Bərk 
maddələr, 
havaya 
tullanan 
ağır  maddələr,  maddələr 
birləşmələri  atmosferdə  parçalanır.  Yüngülləşir,  zərərsizləşir. 
Çünki,  atmosfer genişlənən  formaya malik olur. Bu şişmə özü 
elə  bərk  tərkibi  parçalayır.    Dünya  okeanı  və  küləklər  burada 
mühüm  zərərsizləşdirici,  parçalayıcı  rol  oynayır.  Küləklər 
dünya  okeanını  hərəkətə  gətirirlər,  nəticədə  okeanlarda 
təmizlənmə gedir, ağır metallar birləşmələri,  kimyəvi zəhərlər 
parçalanır,  çünki  axar  su  parçalayıcı  funksiyanı  yerinə  yetirir. 
(Qeyd:  Ağır  birləşmələri  elə  yüngül  qazlar  yaradır). Eləcə 
də  küləklər  də  bu  kimi  funksiyanı  yerinə  yetirir.  Dünya 
okeanının  hərəkətə  gətirilməsi  və  dünya  su  dövranı,  buxar 
dövranı  və  hava  axınları  başlıca  olaraq  Yer  kürəsinin  öz  oxu 


42 
 
ətrafında  fırlanmasının  təsirindən  də  ola  bilir.  Gücə-gündüz 
əvəzləmələri  enerjinin  paylanmasını,  hava  və  su  dövranını  
təmin  edir.  Gecə  Yer  kürəsinin  müvafiq  hissəsi  soyuyur, 
bərkləşir. Gündüz hissədə boşluq olanda, Günəş enerjisi boşluq 
yaradanda,  bərk  hissə  -təzyiq  çox  olan  hissə  yumşaq  hissəyə-
təzyiq az olan hissəyə doğru axın edir. Bnununla da tarazlanma 
meydana  gəlir.  Yer  kürəsindəki  Günəş  enerjisi  bir  qədər 
sıxlaşır  və  atmosfer  əmələ  gəlməsinə  təsirlər  edir.  Yer  kürəsi 
fırlandığı  üçün  enerji  paylanır,  gecə  və  gündüz  hava  və  su 
vəziyyəti,  buxar  vəziyyəti  yaranır.  Qaranlıq  hissədə  olan 
atmosfer, dünya okeanı işıqlı hissəyə nisbətən fərqli olur.  
Bir məsələni də xüsusi olaraq qeyd etmək olar ki, -bu, həm 
də  inkaredici  bir  fikirdir-  Günəşdən  Yer  kürəsinə  gələn  enerji 
Yer  kürəsinin  atmosferində  sıxlaşmış  qazlarla  (cazibə 
qüvvəsinin  təsiri  ilə  sıxlaşma  yaranır)  sürtünmə  yaradır.  Bu 
sürtünmə atmosferin işıqlanmasını təşkil edir.  
Qeyd:  Atmosfer  Günəş  şüalarının  təsirindən  işıqlanır. 
Yer  kürəsindən  çox  uzaqlaşdıqca  isə  qaranlıq  artır.  Çünki 
sıxlıq    azalır.  Uzaq  kosmik  fəza  məkanı  qaranlıqdır. 
Kosmik  fəza,  efir,  planet  və  atmosferə  nisbətən  qaranlıq 
vəziyyətində olur.  
Artıq  qalan  hissə  Yer  kürəsinə  gedir  və  bərk  materiya 
tərəfindən  udulur.  Sonra  soyumuş  hissə  geri  qayıdır. 
Atmosferdə  qalır və  geriyə  Günəşə, fəzaya qayıdır. Buna  görə 
də  qəbul  etmək  lazımdır  ki,  Günəş  fəzanın  sorulmuş 
hissəsindən,  planetlərin  fəzaya  verdiklərindən,    fəzadan  öz 
mənbəyini götürür. Bu baxımdan da Yer kürəsinin Günəşə geri 
qaytardığı  “pay”da  “soyumuş  Günəş  enerjisi”  iştirak  edir.  Bu 
soyumanı  da  bərk  səthə  dəyəndən  sonra  (enerjinin  quruya 
dəyməsindən  sonra)    geri  qayıdan  enerji  kütləsi  yaradır.  Bu 
baxımdan  da  belə  qəbul  edək  ki,  Günəşin  enerjsi  Yer 
kürəsinin  atmosferinə  qədər  təxminən  bir  sürətlə  (fəzada 
bu,  dəyişə  də  bilər),  atmosferdən  sonra-atmosferin 
daxilində-  digər  sürətlə  (zəif  sürətlə)  Yer  kürəsinə  gəlib 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə