İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə27/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

82 
 
passivlik qarşılaşanda kütləsi çox olan tərəf onu udur. Məsələn, 
hesab etmək olar ki, tək bir Günəş kosmik fəzada udula bilər. 
Enerjisı  çox  olan  tərəf  az  olan  tərəflə  rastlaşanda  az  tərəf 
udulur.  Əgər  forma  eynidirsə  elə  forma  da  qarışır.  Məsələn, 
eyni  cismin  yanmasını  özündə  ehtiva  edən  alovlar  birləşir. 
Yenə  də  alov  formasını  alır.  Böyük  alov  kiçik  alovu  dartır. 
Məzmun  başqa  olan  enerjilər  rastlaşanda  kütləsi  böyük  olan 
tərəf  yenə  də  az  olan  tərəfi  udur.  Məsələn,  su  çox  olanda  az 
alovu udur. Yaxud da alov çox olanda suyu buxara çevirir. Çox 
suda  da  alov  bir  qədər  dəyişiklik  yaradır.  Eyni  məzmunlu 
enerjilər  birləşir.  Məsələn,  Günəş  başqa  bir  Günəşlə  birləşə 
bilər,  -  əgər  nüvələrində  fərqli  reaksiyalar  baş  vermirsə. 
Günəşlə planetlər də birləşə bilərlər. Bu halda Günəş onları öz 
tərkibinə  çevirəcək.  Kəmiyyət  və  məzmun  fərqləri  enerji 
birləşmələrində də özünü göstərir.  
Çox  mənfilik  az  müsbətlikləri  uda  bilər.  Çoxlu  sayda 
mənfiliklər  son  olaraq  müsbətliklərə  aparıb  çıxara  bilir. 
Kainatda qaranlıqlar işıqları əvəzləyir.    
 
 
Zərurətlər və təsadüflər 
  
Kainat daxildən idarə olunur və idarə edir. Kainatın xarici 
yoxdur.  Ona  görə  də  sərhədlərsizdir.  Qüvvənin  əsasını 
hərəkətlər  təşkil  edir.  Hərəkətlər  passivlikdən  aktivliyə  və 
əksinə doğru keçid edir. Mütləqlərin  hərəkəti əsnasında məkan  
dəyişmələri meydana gəlir.  
Sürət  artır  və  azalır.  Balans  yaranır.    Kainat  bu  baxımdan 
müsbət və mənfiliklərdən ibarətdir. 
İnsanlar  idarə  olunurlar.  Sərhədsiz,  ölçüsüz  və  makro 
qüvvələr  insanları  və  digər  canlıları  idarə  edirlər.  Cansız 
adlandırdığımız aləm də insanların idarəçiliyini həyata keçirir.  
İnsanlar onları idarəedənlərin daxilindədir. Buna görə də qüvvə 
və  varlıq  mütləq  və  zəruridir.  Təsadüfləri    isə  qeyri-müəyyən 


83 
 
olan  zərurətləri  kimi  qəbul  etmək  lazımdır.  Təsadüfilik 
insanların  əvvəlcədən  görə  bilmədikləri  zərurətlərdir.  Birdən, 
qəflətən,  qeybdən  (yoxdan)    olanlarla  qarşılaşmaq  zərurətidir. 
Təsadüf  başlanğıc  məkanı  zərurətlə  eyni  və  fərqli  olan 
zərurətdir. Zərurətlər  və təsadüflər insanlar üçün yön dəyişirlər 
və tarazlıq  yaradırlar.  Çünki,  insanlar üçün  bəlli  olan və  bəlli 
olmayan məqamlar ortaya çıxır.  
İnsanlar hər şeyə bəlli deyillər və əvvəlcədən də hadisələri 
tam duya bilməzlər. Belə olan halda qavrama və dərketmə ola 
bilməz.  Təsadüfi  məqamlar  hesab  etdiyimiz  anlar  məkanda 
özünü göstərən və açılan mütləq zərurətlərdir.   
 
 
Qeyriliklər  və natamamlıqlar 
 
Sonsuzluq və əbədilik  qeyri və natamam deyillər. “Qeyri” 
bir elementin öz məkanından kənarda olmasıdır. Bu baxımdan 
da  mikro  aləmdə  bu  sözü  işlətmək  olar.  Qeyri  və  natamam 
ifadələrini  bütöv  kainatla  bağlı  işlətmək  olmaz.  Qeyri  və 
natamam 
sözləri 
kainat 
daxilindəki 
rəngarəngliklərə, 
fərqliliklərə  aiddir.  Qeyri    ancaq  məkandakı  varlığa  görə 
mütləqdir.  Yandır,  kənardır.  Məsələn,  bir  məkanda  olan  bina 
digər  məkan  üçün  qeyridir,  başqadır.  İnsan  olmayan  məxluq 
təbii ki, insana istinadda müqayisədə  qeyridir. Bir  və bir neçə 
nöqtəyə, bir  neçə  cəhətə,    istiqamətə,   dayağa    əsasən qeyrilik 
var.  
Tamlar  var.  Kainat  tamdır.  Lakin  tərkibində  natamamlar 
(tərkib  bütövləri)    var.  Natamamlar  da  tamın  forma  və 
məzmununa  görədir.  Müqayisədə  ölçü  məsələsini  ifadə  edir. 
Məsələn, birin  yarısı  var və  tərkib hissələr mövcuddur. Tərkib 
hissələr özlərində bütövdürlər, tam və vahiddirlər. Lakin böyük 
bütövə nisbətən natamamdırlar. 
Natamamlar      tamın  strukturunu  təşkil  edən  tamlardır, 
vahidlərdir. Nataman müəyyən bir tama nisbətən az kəmiyyətli 


84 
 
elementli  bir  strukturdur.  Lakin  bu  da  özlüyündə  müəyyən 
məkanı əhatə edən bir tamdır.  
-hər bir vahid tam və natamamdır; 
-hər bir vahid bütöv və tərkibdir
-hər bir məsafə tam və natamamdır; 
-hər bir məkan tam və natamamdır; 
-hər bir zaman tam və natamamdır; 
-hər bir strultur tam və natamamdır və s. 
Mütləqlər  və nisbilər 
(mütləqlik və nisbilik) 
 
Sonsuzluq  məkanında  var  olan  hər    şey  (mövcudluq-
elementlər  və  hadisələr,  yəni,  elementlərin  hərəkətləri  və 
onların  təzahürləri)  mütləqdir.    Mütləq  olan  hər  varlıq  yerini 
dəyişəndə  dəyişən  varlıq    öz  mütləqliyini  başqa  məkanlara 
aparır.  Bu  baxımdan  da  sürət  amili    mütləq  kriteriya    olaraq 
meydana  gəlir.  Sürət  ümumi  məfhum  kimi  mütləq  olur. 
Artması  və  azalması  isə  onun  mütləqliyini  dəyişir,  nisbiliyə 
çevirir. Zaman da dəyişir və sürət  də  dəyişikliyə məruz qalır. 
Lakin  hər  sürət  məkanı  özü  mütləq  olaraq  qalır.  Deməli, 
mütləq miqyasına görə, həcm və formasına görə dəyişə bilir.  
Var  olan  şeyləri  də  biz  materiya  (təbiətin  fiziki-maddi  
elementləri)    və  qeyri-materiya  (şüur,  fikir,  siqnal,  duyum, 
qavrayış,  fikir  emalı,  refleksiya,  münasibət,  mövqe,  əlaqə  və 
s.),  canlı  (aktiv  və  passiv  hərəkətdə  olan  maddi  aləm)    və 
cansız”  (hərəkətsiz  olan  aləm.  Lakin  nəzərə  almaq  lazımdır 
ki, varlıqla mövcud olan kainatda hərəkətsiz heç nə ola bilməz) 
aləmə  ayırırıq.  Əslində  isə,  qeyri-materiya  ən  kiçik  
(zərrəcikləri nəzərdə tutmaq olar) materiya birləşmələridir. İndi 
biz Allahı həm mütləq materiya (Varlıq), həm  də materiyanın 
ən  kiçik  zərrəciklər  birləşməsi  olan  qeyri-materiya  (yenə  də 
Varlıq)  kimi qəbul edə bilərik. Ancaq bu birləşmələr makronu, 
sonsuzluğu  yaradır,  zamansızlığı,  məkansızlığı,  formalaşdırır 
və      nəticə  etibarilə  materiyaya,  həm  də  sonsuz  həddə  böyük 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə