İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə35/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

106 
 
Belə  düşünək  ki,  qanda  olan  tərkib  elementlər-zülallar, 
yağlar, qlükoza, mineral duzlar və digər maddələr orqanizmin 
daxili  orqanlarını  təmin  edən  universal  maddələrdir.  Bu 
maddələr  əsasən  kainatda  olan  maddələrdir.  Ola  bilər  ki, 
insanda  olan  maddə  kainatda  olmasın.  Lakin,  nəzərə  almaq 
lazımdır  ki,  insanda    sintez    prosesləri  gedir.  Bu  proseslər 
sayəsində 
əldə  olunan  maddələrin  tərkibi  kainatdakı 
maddələrin tərkibi ilə ziddiyyət təşkil edə bilməz. Parçalananda 
yenə  də  kainatdakı  elementə  başlanğıc  elementə  gəlib  çıxılır. 
Nəzərə almaq lazımdır ki, insanlar təbiətdən qəbul edilən (qıda 
və  hava    yolu  ilə)    maddələrlə  yaşayırlar.  Bu  baxımdan  da 
bədəndə  təbiətə  zidd  maddələr  ola  bilməz.  Qan  özündə 
maddələri  daşıyan    ümumi  təminedici  qarışıq  mayedir. 
Məlumdur  ki,  qan  orqanizmin  özündə  yaranır  və    filtrasiya 
olunur.  Qıda və  hava  yolu  ilə minerallar daxil olur. Bədəndə 
olan  çevrilmələr  (temperatur  sayəsində  və  orqanların  funksiya 
yerinə  yetirmələri    ilə)  sayəsində  qan  yaranır  və  qida  ilə 
vitaminlərlə təmin olunur.  
Qan  sinirləri,  sümük  sistemini,  dəri  və  əzələ  sistemini, 
toxumaları  və  orqanları  lazımi  minerallarla  təmin  edir.  Qan 
orqanlar  arasında  informasiya  da  daşıyır.  Sinirlər  məlumat 
ötürürlər  və  məlumatların  ötürülməsində  qan  da  iştirak  edir. 
Elə  maddələrin  orqanlardan  orqanlara  daşınması  da  məlumat 
xarakterini yaradır. Qan immunitetdir, immunitet elementlərini 
daşıyır.  
Belə  hesab  etmək  olar  ki,    qan  enerjili  yeməklərdən, 
kalorili yeməklərdən, həmçinin oksigendən və digər qazlardan, 
elementlərdən      yaranır.  Enerjili  yeməklər  həm  də  yağlı,  dadlı 
və    şirin  yeməklərdir.  Deməli,  qanı  onlar  da    yaradırlar.  Yeni 
qan  yaranır,  köhnə  qan  təzələnir.  Bu  anda  qanın  tərkibi  də 
çirkablardan yuyulur. Böyrəklər yaxşı süzür.  Qan təzələnməsi 
proseslərində  böyrəklərə  güc  düşür.  Qan  mikroblardan 
təmizlənir. Qanda məlumdur ki, trombositlər olur. Onlar qanın 
sürətini,  hüceyrələrin  aktivləşməsinin  qarşısını  alırlar.  Tromb 


107 
 
passivləşdirici  qan  hüceyrəsi  toplusudur.  Çirklənmiş  qanda  da 
leykositlərlə  yanaşı,  trombositlər  çox  ola  bilər.  Trombositlər 
həm də mikrobların qarşısını alan passiv hüceyrələrdir. Onların 
fəaliyyətini  leykositlərdən  tam  ayrı  düşünmək  olmaz.  Qanda 
tarazlayıcı  effekti  yaratmaq  üçün  aktiv  və  passiv  hüceyrələr 
mövcud olur. Mikrob çox olarsa, qan laxtalanması da çox olar. 
Qanın  bir  yerə  toplaşması  da  çox  olar,  şişkinlik  əmələ  gələ 
bilər. Leykositlər də artar.  Qan laxtalanmasının çoxluğu ürəyin 
və  qan  damarlarının  fəaliyyətinə  öz  mənfi  təsirlərini  göstərə 
bilər.  Tromblar  qanı  təmizləyən,  mikrobları  tutub  saxlayan, 
qanın  sürətini  azaldan,  onları  bir  mərkəzdə  cəmləşdirən  
hüceyrələrdən 
yaranır.  Trombositlərlə  leykositlər  daha 
müştərək hərəkət edirlər. 
 
Qanın müsbət cəhətləri 
 
-orqanları lazımi qida ilə, enerji və minerallarla təmin edir
-qan  mikrobları  tutub  saxlayır  və  məhv  edir.  Yemək 
yeyəndə qanın aktivliyi artır. Həzm sürətlənir. Enerji artır. Qan 
qida  gözləyir  və  sürətlə  onu  bədənin  digər  üzvlərinə  aparır. 
Həzm  zamanı  qan  sanki  “gözləyici”  rolunu  oynayır.  Həm 
qidadan  olan  nəticələri  əldə  edir,  həm  də  sorulmuş  mikrobları 
sürətlə  məhv  edir.  Həzm  zamanı  bədən  qızır.  Hərəkət  zamanı 
bədən qızır. Sürətlənmiş qan dəridə sürətini azaldır. Tər olaraq 
bayıra çıxır. Tər aktiv qanı passivə çevirir. Onda belə nəticəyə 
gələ  bilərik  ki,  tər  özü  ifrazat  sistemidir  və  tərkib  suyunda 
qandakı  tərkib  var.    Qan  öz  artığını  həm  də  tərlə  çıxarır.  Çox 
yeməkdən  əldə  olunan  qan  artığı  tərləmə  ilə  də  bayıra  çıxır.  
Çox tərləmək ziyandır.  Qanı  aşağı sala bilər, passivliyə çevirə 
bilər. Hətta çox güman edək ki, qan azlığına da səbəb ola bilər.  
Tərləmə  zamanı  bədən  temperaturu  aşağı  düşür.  Üşütmə  olur. 
Bu  o  deməkdir  ki,  orqanizmdə  temperaturu  yaradan  qan  tərlə 
yavaşımış  və  tərkibini  azaltmış  olur.  Çox  yemək  hətta 
böyrəklərə  də  ziyandır.  Üşütmə  böyrəklərin  də  işini  korlaya 


108 
 
bilər. Üşütmə həm də xeyirdir-ona görə ki, qanın aktivliyi aşağı 
düşür,  damarların  dağılmasına,  əzələlərin  parçalanmasına  
gətirib çıxara bilmir; 
-stresslər  anında  qan  sürətlənir  ki,  beyini  qida  ilə  təmin 
etsin.  Stresslər  əvvəlcə  bədən  temperaturunu  artırır.  Qan 
təzyiqini  yüksəldir. Sonra isə  temperaturu aşağı  salır. Tərləmə 
yaxşıdır  ki,  stressdən  aktivləşən  qanın  temperaturunu  aşağı 
salır. Stress bədəni qızıdırır, sonra isə üşüdür
-isti yeməklər  zamanı bədənin həzm sisteminə bir o qədər 
güc  düşmür.  Qan  xaricdən  daxil  olan  istidən  aktivləşir,  bədən 
qızır.  Artıq  minerallar,  üzvü  maddələr  qanla  tərdən  xaric 
olunur. Bədən yumşalır; 
-qandakı trombositlər qanın tərkibinin sürətinin azalmasını 
təmin edirlər. Trombositlər az olarsa qanı mikroblar və zülallar  
götürər  və  qan  itkisi  yaranar.  Trombositlərlə  leykositlər  birgə 
immun  sistemini  yaradır.  Eritrositlər  təminedici  funksiya 
daşıyırlar.  Trombositlər  (sürəti  azaldır,  yad  cisimləri,  zülalları 
bir yerə yığır) və leykositlər (yığım yerinə toplaşırlar və onları 
məhv  edirlər)  isə  qoruyurlar.  Buna  görə  də  mikroblu  qanda 
damar şişkinliyi, qan sürətinin azlığı, aşağı təzyiq ola bilər
-orqanlar  qandan  təşkil  olunduğundan  ətraf  mühitlə 
əlaqədə də qanın  rolu böyük olur. Ətrafdan  gələn siqnallar da 
qanı  təmin  edir.  Dəridən  daxil  olan  elementlər  də  qana  təsir 
edir. Qan həm daxili orqanları elementlərlə təmin edir, həm də 
ətraf mühitdən siqnalların bədənə yayılmasını təşkil edir;  
-qan  təmizləyici  maddədir.  Orqanlarda  olan  problemlərin 
çirkabların təmizlənməsini təmin edir
-qan öz tərkibini dəri vasitəsilə ilə də təmizləyir
-qan təmizlənərkən bədəndə artıq su, sərbəst, şəffaf  maye 
yarana bilər; 
-qan azalanda bədən temperaturu kəskin dəyişə bilər
-qan azalanda orqanların ölçüsündə kiçilmə baş verə bilər
-qan  azlanda  duyğu  orqanlarının  funksiyasında  dəyişiklik 
yarana bilər və s.     


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə