İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə36/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

109 
 
Sinirlər haqqında  
 
Təbiət  özü  məlumatlar  şəbəkəsindən  ibarətdir.  Məlumat 
zərrəciklərin  forması  və  məzmunudur,  forma  və  məzmun 
inikasıdır.  İnsan  bütünlükdə  məlumat  strukturudur.  Çünki 
hərəkətdə  olan  bir  bütövdür.    İnsanların  dil  ilə  ifadələri 
hissiyyat  orqanları  tərəfindən  qəbul  edilən  zərrəciklərin 
beyində  emalıdır  və  analizidir.      Zərrəciklərin  hansı  məkanda 
qərar  tutması,  hərəkət  istiqamətlərinin  mövcudluğu  elə, 
zərrəciklərin yüklülük əsasları özlüyündə elə məlumatları ifadə 
edir. Məlumat obyektin subyektiv inikasıdır, obrazlanmasıdır.  
Sinir  informasiya  hüceyrələrindən  və  tellərindən  ibarət 
olan  bir  kompleksdir.  Sinirlər  əsasən  siqnalların  ötürlüməsini 
təmin  edir.  Sinir  sərhəd  funksiyasını  da  yerinə  yetirir.  
Orqanların  normal  fəaliyyətinə  sinirlər  cavab  verir  və  sinirlər 
onlar haqqında məlumat daşıyan tellər rolunu oynayır.   
Sinirlər ona görə ağrıyır ki, gərilməyə məruz qalır, dartılır.  
Lazımi  maddələr  çatışmayanda  sinirlər  öz  məkanlarından 
gərilirlər,  yerlərini  dəyişirlər.  Sinirlər  zədəyə  (daxili  və  xarici) 
düçar  olanda      məlumatlar  da  qırılır,  ötürmə  kəsilir.  
Orqanizmin daxili orqanları və xarici orqanlarında hər hansı bir 
funksional və orqanik dəyişiklik olanda sinirlər öz ölçülərini və 
məkanlarını  itirməyə  başlayır.  Çünki,    orqanlar  da  öz 
məkanlarından  bir  qədər  yerlərini  dəyişirlər.    Ya  gərilirlər, 
dartılırlar,  buna  görə  də  böyüyürlər,  şişirlər,    ya  da  daralırlar. 
Bu  anda  siqnal  ötürülmələri  funksiyaları  da  pozulur.  Sinir 
damarları  da  gərilir.  Bu  anda  sinirlər  orqanizmin  immunitet 
sistemi  üçün  lazımi  bərpa  siqnallarını  göndərirlər.  Sinirlər, 
onların ağrısı təbii ki, beyinin sağaltmaq funksiyasını işə salır. 
Sinir  sistemi  və  beyin    qana  göstəriş  verir  və  pozulmuş  sinir 
hissəsini bərpa etmək əmri verir. Sinirlər və qan sistemi, qanın 
özü,  qan  dövranı    özünü  bərpa  etmək  funksiyasına  malikdir. 
Bərpa  funksiyası  həm  daxili  enerji  ehtiyatına,  həm  də  xarici 
mühitdən gələn enerji hesabına baş verir.  
Qanın azalması qanın çirkab hissəsinin xaric olması ilə də 
baş  verir.  Hər  hansı  bir  xəstəlik  zamanı  da  qan  azala  bilər. 


110 
 
Çünki, mövcud olan qan çatışmayanı bərpa etmək funksiyasını 
yerinə  yetirdiyindən  dövranda  kütlə  baxımından  azalma  ilə 
rastlaşır.  Azalmış  qanı  yerinə  gətirmək  üçün  orqanların 
fəaliyyəti gücləndirilmiş iş şəraitində işləyir. 
Sinirlər  lazımi  minerallarla  təmin  edildikdə  sakitləşir, 
funksiyası  tarazlaşır.  Əsəblər  sakitləşir.  Qan  təminatı  normal 
olduqda və ətraf mühitdən gələn siqnallar da normada olduqda 
sinirlər rahatlanır. 
Sinirlər  bədənin  struktur  elementləri  arasında  informasiya 
daşıyırlar. Belə demək olar ki, sinir xəttinin hər hansı bir yerinə 
bir  problem  yaşanarsa,  o  telə  bağlı  olan  digər  bir  yerdə  
problem    əmələ  gələ  bilər.  Çünki  siqnal  telləri  bir-birinə 
informasiya  ötürür.  Strukturun  bir  yerində  olan  sinir  problemi 
strukturun  digər  yerində  olan  sinir  ehtiyyatını  səfərbər  edə 
bilər.  Sinir  hüceyrələri  funksiyaları  öz  üzərlərinə  götürə  bilər. 
Sinirlərdə  yaranan  problemin  aradan  qaldırılması  üçün  qan  da 
öz  funksiyasını  yerinə  yetirir  və  lazımi  minerallarla 
vitaminlərlə  təminatı  həyata  keçirir.  Sinir  orqanları,  bədən 
üzvlərini məlumatlarla təmin edən və onları qoruyan faktordur, 
şəbəkədir. Sinir mərkəzi və ətraf  əsaslı məlumat ötürücü teldir. 
İnsana  ağrı  hissi  məlumat  telinin  dağılmasından  yaranır. 
Hissiyyat    məlumatlardan  ibarətdir.  Sinir  ağrısı  yerini  dəyişən 
məlumatdır.  Burada  dağılma  və  ya  da  birləşmə  prosesi  baş 
verəndə insan ağrını hiss edir.  
Sinirlər 
ətraf 
aləm 
haqqında 
bədən 
üzvlərini 
məlumatlandırır.  Dəridən  olan  məlumatlar  sinirlərlə  də 
orqanlara ötürülür.     
 
 
Xəstəliklər haqqında 
  
Orqanizm  bir  bütövdür.  Bu  bütövün  tərkibində,  daxilində 
proseslər  şərtləndirici  əsaslarla  həyata  keçirilir.    Maddələr 
mübadiləsi  prosesləri  gedir  və  orqanlar  lazımi  vitaminlərlə, 
minerallarla    təmin  olunur.  Orqanizm  maddələr  mübadiləsi  ilə 


111 
 
özünü  tarazlayır.  Orqanizmdə  proseslər  gedir  və  hər  an 
tarazlayıcı  hadisələr    baş  verir.  Bu  proseslər  sayəsində 
orqanizmin  bütöv  inkişafı  qorunur,  təmin  olunur.    Tarazlayıcı 
proseslərin  biri  digərini  əvəzləyir.  Xarici  mühitə  qarşı 
tarazlayıcı proseslər  həyata keçirilir.  
Yaşa  gəldikcə  tarazlıq  da  yaşa  uyğun  yaranır.  Hər  yaşın, 
hər anın öz tərkibi var. Hər anda insanın qan tərkibi, qan sürəti 
fərqlidir.  Hər  anda  insanın  bədən  temperaturu  fərqlidir. 
Fərqlilik  bir-birini  əvəzləyir,  tarazlıq  yaranır.  Tarazlıq 
sayəsində  ölçülər  və  standartlar  meydana  gəlir.  Bu  standartlar 
kəmiyyətlə  müəyyən  olunur.    Tarazlığı  yaradan  ölçü  amilidir. 
Tarazlıq  orqanların  müəyyən  miqdarla,  ölçü  ilə  öz 
funksiyalarını həyata keçirməsindədir. 
Xarici  mühitin  təsirindən  enerji  passivləşməmək  üçün 
bədən  öz  ehtiyyat  temperaturunu  səfərbər  edir.  Aktivlik 
yaranır.   
Xəstəlik  pozulmalarla,  disbalanslı  mühitlə  müşahidə 
edilən  minimum  və  maksimum  həddi,  standartları    keçmə 
əlamətidir.  Bu  standartlar  həkimlər,  tibb  tədqiqatçıları 
tərəfindən müşahidələrlə, müxtəlif cihazlarla  müəyyən olunur, 
ölçülür.    Ölçü,  kəmiyyət  dəyişəndə  tərkib  dəyişir.  Prosesləri 
yaradan  maddələr  dəyişir.  Tərkib,  ölçü    kəskin  dəyişəndə 
xəstəlik  yaranır.  Pozulmalar  qısa  (kəskin)  və  uzunmüddətli 
(xroniki)  olur,  eləcə  də  pozulma  miqdarına,  həcminə  görə 
funksional  və  orqanik  (patoloji)  olur.    Xəstəliklər  zamanı 
hüceyrələrin  qarşılıqlı  nisbəti  və  miqdarı  da  dəyişir.  Ölçü 
dəyişəndə  qan  dövranında,  qan  damarlarında,  qan  yaradan  və 
qan  təmizləyən  orqanlarda,  həzm  orqanlarında,  xarici 
orqanlarda,  duyğu  orqanlarında  da  əlamətlər  meydana  gələ 
bilir. Belə güman etmək olar ki, hər bir orqanın öz yerli, eləcə 
də  özünəxas  immun  sistemi  var.  Bu  immun  sistemi  digər 
orqanlardan  meydana  gələn  zərərverici  ünsürləri  yaxına 
buraxmır. Yerli immun  sistemi  zərərverici  ünsürlərin qarşısını 
alır.  Hər  bir  orqanın  immun  sistemi  həmin  orqanı  qorumaq 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə