İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə32/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

97 
 
açılmağa  başlayır.  Kiçik  yaşlarında  (çağa  zamanı)  uşağın  qan 
dövranı  da  zəif  olur.    Tünd  qanı  tədricən    açılmağa  başlayır. 
Passiv  uşaq  özünü  aktivləşdirməyə  başlayır.  Ətraf  mühitdən 
siqnallar  ala-ala  böyüyür.    Fiziki  quruluşuna  uyğun  olaraq  da 
qan  dövranı  yaranır.  Getdikcə  ürək  döyüntüləri  artır,  qan 
dövranı  süərtlənməyə,  təzyiq  artmağa  başlayır.  Çünki,  
orqanizm  də  böyüyür.  Orqanizmi  siqnallar  və  qida  məhsulları 
böyüdür. Uşağın bədəni və ruhu formalaşır. 
Doğulanda  uşağın  ağlaması  onun  yeni  mühitdə  enerji 
mübadiləsinə qatılmasının əlamətidir. Ağlamaq enerji istəyidir, 
enerji  çatışmazlığını  aradan  qaldırmaqdır.  Bu  həm  də  onu 
deməyə  əsas  verir  ki,  uşağın  səsi  onun  danışığından  əvvəl 
formalaşır.  Ağlamaq  uşağın  bətndə  yığılmış  passivliyini 
aktivliyə  çevirmək  üçündür.  Ağlamaq  neqativliyi  azaldır. 
Uşağa  enerji  gətirir.  Daxili  passivliyi  aktivliyə  çevirir.    Buna 
görə  də  yeni  doğulmuş  uşaq  mütləq  ağlamalıdır.  Ağlamaq 
uşağın böyüməsini təmin edən bir prosesdir.  Uşaq böyüdükcə 
bədən  temperaturu  də  dəyişir.  Ümumiyyətlə,  fəsillər  üzrə 
doğulan    uşaqlar  fərqli  olurlar,  bədənləri  də  fərqli  ola  bilir. 
Təbii ki, xarakterləri də fərqlənir.   
 
 
Hamilə ananın vəziyyəti necə ola bilər: 
 
-çox qida qəbul etmək zərurəti ilə üzləşər
-çox su içə bilər;   
-hava çatışmazlığı ilə üzləşə bilər
-daxili  orqanları  sürətlə  işləyər,  hiperaktivlik  əmələ  gələ 
bilər. Nəticədə gözə qeyri-adi məxluqlar görünə bilər; 
-yüksək və ya da aşağı qan təzyiqi ilə rastlaşa bilər
-qanyaradıcı orqanlarının işi sürətlənə bilər; 
-qanın tərkibi durula bilər; 
-qanının rəngi qismən dəyişə bilər
-mədənin  funksiyaları  artar  və  qusma  və  ürəkbulanma  ilə 
rastlaşılar; 


98 
 
-sidik  ifrazı  sürətlənə  bilər,  böyrək  və  digər  ifrazat 
orqanlarının funksiyası güclənə bilər; 
-həzm  prosesi  sürətlənə  bilər.  Qaraciyər,  mədə,  öd  kisəsi, 
mədəaltı  vəz  kimi  orqanların  funksiyasında  dəyişiklik  əmələ 
gələ bilər; 
-duyğu  orqanlarının  fəaliyyəti  aktivləşə  bilər.  Çünki  uşaq 
üçün  siqnal  qəbul  etmək  lazım  olar.  Bu  zaman  qulağa  əlavə 
səslər  gələ  bilər;  göz  önünə  başqa  obyektlər  gələ  bilər;  başqa 
iyilər hiss oluna bilər; dad qarışıqları ola bilər; dəri problemləri 
üzə çıxa bilər və s.; 
-qanyaradıcı orqanın fəaliyyəti güclənə bilər; 
-beyinin  funksiyası  sürətlənə  bilər-ana  müəyyən  yuxular 
görə bilər. Baş ağrıları ilə rastlaşa bilər; 
-dəridə pozğunluq ola bilər; 
-saçlarda və dırnaqlarda problem ola bilər; 
-görmə (qarabasmalar), dadbilmə pozğunluğu arta bilər
-anada qan azlığı ola bilər; 
-qan tərkibi dəyişə bilər
-uşağın (dölün) inkişafı boyu ananın bədən temperaturu da 
dəyişkən ola bilər; 
-ümumiyyətlə,  hamilə  zamanı  ana  orqanizmi  həm  özünü, 
həm  də  başqasını  təmin  etdiyindən  bütün  fəaliyyətini  artıra 
bilər.  Bu  baxımdan  da  hamilə  zamanı  rast  gəlinən  problemlər 
bir  o  qədər  qorxulu  deyil.    Hamiləlikdən  sonra  aradan  qalxa 
bilən bir haldır.  
 
 
Düşüncələr haqqında  
  
Düşüncə  formaca  elementlərin,  zərrəciklərin  emalı  və 
sintezindən  ibarət  olan  bir  fenomendir,  bir  obyekt  üzrə  ardıcıl 
yaranır,  eləcə  də    dəyişən  obyektlər  üzərində  formalaşır.  
Düşüncə  dərketmə  prosesidir  və  obyektin  aydınlaşmasına, 
subyektə  yaxınlaşmasına  yönələn  bir  prosesdir.  Düşüncə 


99 
 
zərrəciklərin obyekt üzərində, obyekt ətrafında, obyekt məkanı 
üzərində  birləşmə,  sintez  əmələ  gətirməsidir.  Düşüncə  obyekti 
beyində  aşkarlamadır.  Aşkarlama  sayəsində  elementlər, 
zərrəciklər də aktivləşir.  
İnsan  kainatın,  təbiətin  tərkibidir.  Özündə  təbiəti 
modelləşdirib. 
İnsan  böyüdükcə,  siqnallar  əhatəsində 
yaşadıqca, 
düşüncələri 
də 
artır, 
qeyri-müəyyənliklər 
müəyyənliklərə 
çevrilir. 
İnsanların  duyğu  orqanlarının 
funksiyası genişlənir və daha çox siqnallar qəbul edir. Ətrafdan 
qəbul olunan siqnallar daxili siqnallarla birləşir və onu oyadır. 
Daxili siqnalların passivliyi aktivliyə çevrilir.  
Bütün  siqnallar  demək  olar  ki,  insanların  daxillərində  var. 
Yaş artdıqca, təcrübə çoxaldıqca siqnallar da müəyyən olunur. 
Elə  elm  də  bu  siqnallardan,  obrazların,  düşüncələrin  dil 
vasitəsilə  ifadə  olunmasından    yaranır.  Məntiqi  nəticə  də 
əslində insanların daxillərində var.  Zərrəciklər birləşir və  yeni 
məkanlar  üzərə  çıxır.  Yeni  zərrəciklər  toplusu  aşkarlanır.  
İnsanlar  daxillərində  olan  siqnalları  ətraf  aləmlə  olan 
obrazlardan yaradır.  İnsanlarda siqnallar həm daima gördükləri 
proseslərdən  formalaşır,  həm  də  daxildəki  modeldən  meydana 
gəlir.  Belə  bir  təqribi  fikir  bildirək  ki,  əslində  insanın    xarici 
aləmdə  gördüyü  obyektlərin  siqnalları  insanın    öz  daxilində 
var. Xarici görüntü onun aşkarlanmasını,  müəyyən olunmasını 
asanlaşdırır.  Xarici  görüntü  özünə  yer  edir.  Xarici  görüntü 
qəbuledicidə  əksolunma  yaradır.    İnsanın  xaricdən  gördüyü 
onun    ağlına  batır  və  əminlik  yaradır.  Deməli,  bu  əminlik  elə 
daxili  siqnalın  aşkarlanması  sayəsində  baş  verir.  İnsan 
obrazlanmanı yaxından  gördükcə, özünə yaxınlaşdırdıqca daha 
da aydın şəkildə mühit formalaşır.  
İnsan  öz  daxili  siqnalları  ilə  özünü  duymaq  imkanlarına 
malikdir.  Çünki,  beyin  siqnalların  mərkəzidir.  Burada  yaddaş 
rol  oynayır  və  siqnalların  burada  toplanması  elə    insanlarda 
hissiyyatı  yaradır.  Ardıcıl  və  məntiqi  düşüncələr  zamanı    elə 
hissiyyat da insanda daha çox siqnalları aşkar edir. Siqnalların 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə