İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə31/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

94 
 
birləşmələrindən qanı əmələ gətirir. İlkin vaxtlarda  qan laxtalı 
olur. Laxtalı qan forması çoxlu (müəyyən məkanda sıxlaşmış) 
hüceyrə  birləşmələrinin  təzahürdür.  Bu  baxımdan  da  demək 
olar ki, qan bir maddə kimi cəzbedici xassəyə malikdir.  Ata və 
ana  hüceyrələrinin  birləşməsindən  sıxlıq  yaranır.  Sıx  və  çoxlu 
hüceyrələr qanı da laxtalı edir. Birləşmə bətndə ardıcıl qaydada 
davam  edir.  Əvvəlcə  sintez  olunmuş  qan  hüceyrələri  yeni  qan 
hüceyrələrini  tələb  edir.  Buna  görə  də  güman  əsasında  demək 
olar  ki,  ana  bətnində  uşaq  (döl)  qırmızı  (qan  rəngində)  
rəngdə  olur.    Qırmızı  rəng  aktivlik  deməkdir.Tünd  rəng  isə 
passivdir.  Tünd  qan  “soyuq”  qandır.  Aktivlikdən  passivlik-
yığım və mərkəzləşmə meydana gəlir.   
Ana bətnindəki qan da təbii ki, ata hüceyrələrinin ananınkı 
ilə  yüksək  temperaturda  birləşməsindən  yaranır.  Burada  maye 
də  rol  oynayır.  Maye  qanı  artırır.  Əvvəlcədən  də  qeyd 
olunduğu  kimi  insan  sudan  və  hüceyrədən  əmələ  gəlir. 
Hamiləli    qadının  çoxlu  miqdarda  maye  qəbul  etməsi  normal 
haldır.  Tələbatdan  irəli  gəlir.  Atadan  gələn  gen  daşıyıcı 
xromosomlar  (insanın  kiçik  modelini  əks  etdirir)  anadakı 
hüceyrələrlə birləşir. İnsan toxumları ana bətnində temperaturla 
böyüməyə  başlayır.  (Qeyd:  Atadan  daxil  olan  hüceyrələr   
kainat  haqqında,  təbiət  və  ulu  əcdadlar  haqqında  məlumat 
daşıyırlar).    Bu  prosesdə  ana  çox  element  verir.  Belə  qəbul 
etmək  olar  ki,  bətndə  olan  uşaqda  müəyyən  müddətdən  sonra 
daxili  orqanlar  formalaşır.  Sistem  əmələ  gəlir.  Uşağın  ağ 
ciyərləri  üçün    hava  bətndəki  mayenin  qaz  halına  (bətndaxili 
havaya)    çevrilməsindən  meydana  gəlir.    Atadan  daxil  olan 
hüceyrələrin  də  elementləri  burada  aktivləşir.    Ana  öz 
daxilindən  və  ətraf  mühitdən  topladığı  enerjini  bətnindəki 
gələcək evladı ilə paylaşır. Ana temperatur verir, qan, hava və 
maye    verir.  Evlad  ana  qanı  ilə  daha  çox  formalaşır.  Ata 
hüceyrəsi  öz  ətrafına  çoxlu  ana  qan  hüceyrəsini  toplayır  və 
nəticədə  döl  yaranır.    Temperatur  (ananınkı)    atadan  gələn 
hüceyrələri  aktivləşdirir,  əsas  nüvəyə  çevirir.  Ata  hüceyrələri 


95 
 
də  ananınkı  ilə  yüksək  aktivlik  şəraitində  sintez  olunur.    Ana 
həmin  hüceyrələrə  qan  verir.  Ata  hüceyrəsi  baza,  ana 
hüceyrəsi  isə  təminedici  olur.  Kök  (baza,  alt  qat)    atada 
qalır.  Yəni, baza hüceyrələr  atadan gələn olur. Lakin formalar 
daha  çox  anadan  yaranır.  Baza  xətt  olan  ata  hüceyrələr  öz 
üzərinə  ananınkıları  daxil  edir.  Birləşmə  ortaya  çıxır.  İnsan 
qocalanda, ətrafı “itirəndə” daha çox atasına bənzəyir. 
Qeyd:  belə  bir  fikir  bildirmək  olar  ki,  insanın  ömür 
boyu  ata  və  anasına  oxşamaları  baş  verir.  Ata  və  ana 
genləri  arasında  mübarizə  gedir.  Nəticədə  daha  çox  ata 
qalib gəlir.  Yaşlandıqca ataya oxşama prosesləri baş verir.  
Atanınkı  anaya  daxil  olan  xarici,  əsas  hüceyrələrdir, 
toxumlardır.  Bu  toxumlar  anada  yetişir.  Ana  qan  verir,  onları 
qanla  qidalandırır.  Həmçinin  temperaturla  və  enerji  ilə 
(vitaminlərlə)  atanınkı  artırır.    Təbii  ki,  qanın  tərkibi  qida  və 
sulardan,  vitaminlərdən  ibarət  olur.  Ata  hüceyrəsi  dirək,  ana 
hüceyrəsi  isə  ətraf  bərkidirci  və  daxili  təminedici  olur.  Ana 
hüceyrələri ata hüceyrələrin başına toplaşır.    
Dölün laxtalanması  sintez prosesindən (atanınkına qarışan 
ana 
qanından, 
mikroorqanizmlərdə) 
yaranır. 
Ata 
xromosomlarına qırmızı rəngi  anadakı  temperatur və ana qanı 
verir. Ata hüceyrəsinin aktivləşməsi və müəyyən temperaturda  
ananınkı  ilə  birləşməsi  qırmızını  yaradır.  Ümumiyyətlə, 
qırmızılıq sintezdən əmələ gəlir.  
Qeyd:  buna  görə  də  qəbul  etmək  olar  ki,  dölün  qanı 
hələ  nə  tam  ata,  nə  də  anada  olduğu  rəngdə  olur.      İnsan 
laxta  qan  olur.  Çox  güman  ki,  bu,  mərkəzləşmiş  qan 
birləşməsidir və tünddür. Deməli, ana bətnində dölün qanı 
tünddür. Çünki, sıxlaşma çox gedir. 
Bu  laxta  qan  insanın  yaranması  uğrunda  gedən 
mübarizədən  belə    formanı,  yəni,  laxta  formasını    alır.  Sintez 
zamanı  hüceyrələr  çox  səfərbər  olunur,  qan  tündləşir.  Bətndə 
passiv  (yığılan,  cəmləşən,  həm  də  aktiv  olan)    enerji  mənbəyi 
yaranır,  yeni  uşaq  meydana  gəlməyə  başlayır.  Qanın 


96 
 
yaranmasında maye iştirak edir. Qan özü də mayedən, sudan və 
digər  tərkib  elementlərdən,  minerallardan    ortaya  çıxır.  Su  da 
özlüyündə bərk materiyadan fərqlənmir. Deməli, insan su, hava 
ilə  bərk  materiyanın  tərkibinə  çevrilir.  Qanın  laxta  forması 
alması  başlanğıc  prosesləri  ilə  yanaşı,  qanda  olan 
mikroorqanizmlərdən  asılı  olur.  Mikroorqanizmlər  birləşərək 
vahid  forma  alırlar  və  ayrı-ayrı  məkanlarda  cəmləşirlər.  Ana 
qanında  olan  mikrorqanizmlər  bala  üçün  də  laxta  yaradır. 
Çünki,  məkana  çoxlu  hüceyrə  yığışması  başlayır.    Bu  da 
məkanda  sintezli  passivliyi  meydana  gətirir.  Laxtalıq  qanın 
dölə  çox  yığılmasından  meydana  gəlir.  Döl  əvvəlcə  qan 
birləşməsindən ibarət olur. 
Laxta  qan  passivliyi  yaradır.  Mərkəzləşmə  gedir.  Ardıcıl 
temperatur  sayəsində  və  ananın  ətraf  mühitdən  qəbul  etdiyi  
siqnallar  sayəsində  mərkəzləşmədən  genişlənmə  baş  verir. 
Aktivliyə keçid olur, analiz proseləri  həyata keçir. Uşağın artıq 
orqanik funksiyaları yaranmağa başlayır. Temperatur və qanın 
çoxalması mərkəzi laxta qanı artıq sintez formasında ayrı-ayrı 
mərkəzlərdə cəmləşdirir. Bunun da sayəsində orqanlar yaranır. 
Bütün  orqanları  qanın  ayrı-ayrı  mərkəzlərdə  cəmləşməsi 
prosesləri  meydana  gətirir.  Dölün  əmələ  gəlməsi  prosesində 
mərkəzləşmə  (cəzbetmə,  birləşmə)  və  ətraflara  doğru  yayılma 
(nəticə  prosesləri)  baş  verir.  Burada  cəzbetməni  ilkin 
mövcudluğun  yaranması  zəruri  edir.  Bu  birləşmənin 
genişlənməsi  isə  ayrı-ayrı  orqanların  yaranması  zərurətindən 
irəli gəlir. Struktur genişlənir, forma böyüyür.  
Uşağın  qan  (can)    orqanları  formalaşdıqdan  sonra,  qanın 
rəngi  bir  qədər    açıla  bilir.  Çünki  uşaq  daxilində    dövran 
başlayır.  Artıq  laxta  qanın  hərəkəti  ortaya  çıxır.    Tünd  qan 
nisbətən  açıq  rəngli    dövran  qanı  ilə  əvəzlənir.  Təmizlənir, 
istiqamətlənir. Bu baxımdan da ürək döyüntüləri yaranır. Ürək 
əzələləri  formalaşır.    Uşaqda  qan  dövranı  amələ  gəlir.  Ana 
bətnində  olan  uşağın  qan  dövranı  ilə  dünyaya  gəlmiş  uşağın 
qan dövranı arasında fərq olur. Təbii ki, dövran sayəsində  qan 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə