İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə46/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

139 
 
çürümə də güclü olur, qazlar çıxarılır. Bərk və çoxlu yeməklər 
yeyəndə  köp  əmələ  gələ  bilir.  Köp  sintezin  çoxluğundan  və 
tətbiq olunan enerjinin miqdarının çoxluğundan yarana bilər.  
Qeyd:  həzmdə  iştirak  edən  orqanlardan:      mədəaltı 
vəzdə, 
öd 
kisəsində 
problem  olarsa,  orqanızmin 
temperaturu  qalxa  bilər.  Ona  görə  ki,  həzm  üçün  tələb 
olunan enerjiyə orqanizmin özü səfərbər olur. Bu anda köp 
(qaz yığını)  əmələ gələ bilər.  
Həzmin  funksiyası  pozulanda  da  çürümə  çoxalır.  Enerjili 
yeməklərdən  çox  yeyəndə  də  çürümə  (qaz  əmələ  gəlmə)    ola 
bilər.  Qaz çıxdıqdan sonra köp yata bilir.  
 
 
Bədən temperaturu haqqında 
 
Bədən  temperaturu  hər  an  dəyişəndir.  Çünki,  həzm 
prosesləri  və  enerji  balansı  hər  an  dəyişir.  Qan  dövranının 
sürəti  hər  an  dəyişir.  Bədən  temperaturu  insan  sağlamlığının 
əsas  göstəricisidir.  Bədən  temperaturu  insanın  ümumi 
orqanlarının  cəm  halda  fəaliyyətinin  əsasıdır.  Hüceyrələr, 
toxumalar, əzələlər hərəkət etdikcə bədən temperaturu  yaranır. 
Temperatur  aktivlikdən,  sintezin  güclü  olmasından,  analizin 
güclü  olmasından  yaranan  bir  fenomendir.    Hesab  etmək  olar 
ki, bədənin hər bir orqanının  da öz temperaturu vardır. Bədən 
temperaturunun  yüksəlməsi  o  demək  olur  ki,  bədən  ümumən 
immunitetini səfərbər edir. Sinir problemlər haqqında məlumat 
verir,  nəticədə  bədənin  bütün  hüceyrələri  səfərbər  olunur. 
Aktivlik  yaranır.  Temperaturun  yüksəlməsi  hərəkətin 
artmasından  meydana  gəlir.  Temperaturun  yüksəlməsi  enerji 
yaranma prosesinin yüksəlməsidir.  
Qeyd:  orqanizmdə  artıq  bərkləşmiş  maddələri  ləğv 
etmək,  parçalamaq  üçün  bədən  temperaturu  yüksələ  bilir. 
Kənar  ünsürlər  daxil  olanda  da  bədən  temperaturu 
yüksəlir.  Temperaturun  aşağı  düşməsi  isə  hüceyrə 


140 
 
aktivliyinin zəifləməsi ilə əlaqəli ola bilər. Orqanizmdə yad 
infeksiya  olarsa,  temperatur  əvvəlcə  düşə  bilər.  İnfeksiya 
bədənə  qalib  gələ  bilər.  Sonra  isə  immunitet  sistemi 
güclənər və temperatur artar, aktivlik yaranar, sürət artar. 
Orqanizmdə  xərçəng  xəstəliyinin  müalicəsini  temperaturu 
artırmaq  “+”  modeli,  temperaturu  aşağı  salmaq  “-“ 
modelini  tətbiq  etməklə,    həyata  keçirmək  olar.  Hər  iki 
halda soyudulmuş maddələrdən, buzlardan, oksigendən və 
ya  da  sürətli  hərəkət  edən  hidrogendən,  temperaturu 
yüksəldən maddələrdən istifadə etmək olar.  
Bədən  temperaturunun  (hərarətin)  yüksəlməsi  ümumən  bu 
kimi səbəblərdən ola bilir: 
-bədənə  hər  hansı  bir  yad  cismin,  infeksiyanın,  mikrobun 
daxil olması; 
-bədən  üzvünün  funksional  və  genetik  dəyişmələri  (bu 
anda  enerji  balansı  pozulması  problemləri  yaşanır.  Bədən 
immun  sisteminin  fəaliyyətini  gücləndirir  ki,  çatışmazlığı 
aradan qaldırsın, tarazlığı bərpa etsin); 
-çox  yemək  yeyəndə-enerji  yaranır,  hərəkət  artır,  nəticə 
etibarilə temperatur yüksəlir; 
-aktivləşdirici, spirtli içkilər qəbul etdikdə
-Günəş  şüası  altında  çox  dayandıqda-enerji  artır,  bədəndə 
enerji çoxalır. Hərarət yüksələ bilər
-soyuqdəymə  hallarında-burada  əzələlər  funksiyasını  itirir, 
dəyişmə olur və nəticə etibarilə temperatur yüksəlir ki, tarazlıq 
bərpa olunsun; 
-zəiflik yaranan hallarda, enerji çatışmazlığı olarkən; 
 
Temperatur  yüksələndə  bədən  orqanları  çox  aktiv  işləyir 
ki,  enerji  istehsal  etsinlər.  Həzm  sistemi  güclənir,  ifrazat 
güclənir,  qan  dövranı  artır,  beyinin  funksiyası  güclənir,  ürək 
əzələlərinin fəaliyyəti güclənir, siqnalların ötürülməsi artır, bir 
sözlə  bədən  bütünlükdə  aktiv  vəziyyətdə  olur  və  sanki, 
problemlərə qarşı hücumlar təşkil edir.  


141 
 
Qeyd:  çox  yemək  və  yeyib-yatmaq  da  siqnalları 
gücləndirir.  Bu  anda  yuxu  görmələr    artır,  beyin  sakitləşə 
bilmir.  Yatmazdan  qabaq  enerjili  yeməkləri  çox  yemək 
düzgün  deyil.  Çox  yeyib  hərəkətdə  olanda  da  enerji  artır. 
Temperatur arta bilər. Bu baxımdan yemək yeyib idmanla 
məşğul  olmaq  düzgün  deyil.  Enerji  ikiqat  artır.  Ancaq 
yüngül  hərəkətlər  etmək,  piyada  gəzintisi    etmək  olar. 
Çünki bu anda enerji artsa da, israf balansı da yavaş-yavaş 
olur.  Lakin  yemək  yedikdən  sonra  güclü  idman  edərkən 
qan  dövranı  lap  artar,  ürəyin,  beyinin  fəaliyyətinə    ciddi 
zərbələr olar. Sərf də çox olar, enerji artımı da çox olar. Bu 
anda  ümumi  balanslaşdırılma  sürəti  artar  ki,  nəticə 
etibarilə  güc  düşər.  Hətta  temperatur  qəflətən  aşağı  düşə 
bilər. 
Bədən  temperaturu  aktivləşdiricidir,  bu  baxımdan  da 
dağıdıcıdır.  Enerji  həddən  artıq  artarsa  qan  damarlarında, 
sinirlərdə problemlər əmələ gələ bilər.  
Bədən 
temperaturu 
öldürücüdür. 
Çünki 
parçalama 
funksiyasına  malikdir.  Məsələn,  bədənə  yad  cism  düşərsə,  bu 
anda  temperatur  yüksələr  və  özünün  parçalayıcı  funksiyasını 
həyata  keçirər.  Kiçik  hissələrə  parçalanan  yad  cism  də  məhv 
olar,  zərərsizləşər.  Bədən  temperaturu  immunitet  sisteminin 
əsas silahıdır.  
 
 
İştahanın olmaması 
 
Hamımıza  məlumdur  ki,  adətən  xəstəliklər  zamanı 
insanlarda  halsızlıq  və  iştahasızlıq  müşahidə  olunur.  Ətrafda 
çox  isti  olanda  da  adam  yemək  istəmir.  Bu  halda,  orqanizm  
çox  güman  ki,  enerjini  ətrafdan  alır.  İştaha  qidanın  qəbulu 
istəyini özündə ehtiva edən bir prosesdir.  
Yemək istəmək, doyunca  yemək,  yemək istəməmək daxili 
tələbatlarla  və  onların  əks  etdirdiyi  siqnallarla  əlaqəlidir. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə