İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQU
Hüquqi dövlətin başlanğıc nöqtəsi və son məqsədi insan və vətəndaş hüquq və
azadlıqlarının təminatıdır.
Məhz hüquqi dövlətdə azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edən
insan ləyaqəti etiraf olunur və kütləvi hakimiyyət tərəfindən qorunur. İnsan
hüquqları fərdin özünə məxsusluğu, bütövlüyü və azadlığı ilə bağlıdır.
İnsan hüquqları hər bir insanın mövcudluğunun və birgə yaşayışının bünövrəsi
olmaqla, müasir dünyada sülhün və tərəqqinin ifadəsidir. İnsan hüquqları
həqiqətən heç bir mədəniyyətə yad deyil və bütün millətlərə xasdır.
İnsan hüquq və azadlıqlarının pozulması nəinki şəxsiyyətə qarşı yönəlmiş bir
haldır, həm də sosial və siyasi problem olmaqla dövlətlə cəmiyyət arasında
tarazlığın pozulmasına, cəmiyyətin özündə zorakılıq və konfliktlərə səbəb olur.
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 4 noyabr 1950-ci
ildə Roma şəhərində qəbul edilmiş Avropa Konvensiyasının 2-ci maddəsində
göstərilir ki, hər bir insanın həyat hüququ qanunla mühafizə olunur.
Cəzalandırılması qanunla nəzərdə tutulmuş cinayətin törədilməsinə görə
məhkəmə tərəfindən çıxarılan ölüm hökmünün icrasından başqa, heç kəs qəsdən
həyatdan məhrum edilə bilməz.
Aşağıdakı mütləq zərurətlə əlaqədar güc tətbiq edilməsi nəticəsində həyatdan
məhrum etməyə bu maddənin pozulması kimi baxılmır.
a) hər hansı şəxsin qanunsuz zorakılıqdan müdafiəsi üçün
b) qanuni həbsin (həyata keçirilməsi) və bu qanuni əsaslarla tutulub saxlanılmış
şəxsin qaçışının qarşısının alınması üçün
v) iğtişaşın və ya qiyamın qanuna uyğun surətdə yatırılması üçün.
Konvensiyanın 9-cu maddəsində xüsusi maraq doğurur. Belə ki, burada deyilir ki,
hər bir insan fikir, vicdan və din azadlığına malikdir: bu hüquqa öz dini və ya
əqidəsini dəyişmək, öz dininə azad surətdə etiqad etmək və ya təkbaşına, yaxud
başqaları ilə birgə etiqad etmək, ibadəti, təlimləri dini və mərasim adətlərini açıq
və ya şəxsi qaydada yerinə yetirmək azadlığı daxildir.
İnsan hüquqları ideyası öz kökü etibarı ilə qədimlərə getsə də və orta əsrlərdən
pöhrələnsə də, yalnız maarifçilik dövründə monarxların istibdadına qarşı
mükəmməl fəlsəfi nəzəriyyə kimi təşəkkül tapmışdır. İkinci Dünya müharibəsindən
sonra isə siyasi konsepsiya, hüquqi nizamasalma və müasir bilik sahəsi kimi
formalaşıb inkişaf etmişdir. 1948-ci il dekabrın 10-da, “Ümumdünya insan
hüquqları bəyannaməsi” qəbul ediləndən sonar insanın mülki, siyasi, iqtisadi,
sosial və mədəni hüquqlarının ümumi dairəsi genişlənməyə başlamış, 1975-ci ildə