www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
140
140
hökumətə qarşı olmuş, onu islamçılıq və millətçilikdə ittiham
etmişdir. Milli hökumətə qarşı çıxışlarında «şovinizm
məstliyini hər yerdə yayan və demokratizm bayrağı ilə
pərdələnən «Müsavat»ın siyasətini» ifşa etmək olan
Əfəndiyev əsas məqsədini də gizlətmirdi: «Azərbaycan
zəhmətkeş kütlələri aydın başa düşməlidirlər ki, onların xilası
və səadəti yalnız Rusiyanın inqilabçı proletariatı və kəndliləri
ilə sıx birləşməkdədir. Rusiyanın inqilabçı proletariatının və
kəndlilərinin yaxınlaşan qələbəsi hər hansı müsavatçılardan,
xoyskilərdən və parlamentdən daha tez bir zamanda kəndlilərə
torpaq, fəhlələrə isə çörək və təminat verəcəkdir» [75, 191]. Bu
sözlər əfəndiyevlər kimi rusçuların-qərbpərəstlərin əsil
simalarının göstəricisidir. Onlar üçün Azərbaycanın milli
azadlığı fəlsəfəsindən çox rus bolşevizminin hökmranlığı önəmli
idi.
Sovet ədəbiyyatında «ilk Azərbaycan marksistlərdən biri»
hesab olunan [133, 14] Məşədi Əzizbəyov da S.M.Əfəndiyev
kimi, milli və dini məsələyə münasibətdə rus bolşeviklərinin
mülahizələrini təkrarlamaqla kifayətlənmiş, Azərbaycanın
«xoşbəxt gələcəyi»ni yalnız bolşefaşist Rusiyasında və
beynəlmiləl kommunizmdə görmüşdür: «Biz sosialistlər deyirik
ki, siz fəhlələri seçməlisiniz. Bu barədə bizim proqramımızda
cənab Rəsulzadənin elan etdiyi proqramından daha aydın və
daha çox deyilmişdir. Bizim fəaliyyətimizin əsası öz
proqramımızdır» [202, 40]. Əzizbəyovun “öz proqramımız”
dediyi rus bolşeviklərinin müstşmləkəçilik konsepsiyasından
başqa bir şey deyildir. Çünki M.Ə.Rəsulzadə və başqa milli-
demokratlar onu seçkilərdə müsəlmanların səsini və birliyini
parçalamaqda, eyni zamanda şəhər Dumasına sinfi mübarizə
məsələsini
gətirməkdə
ittiham
edirdilər.
Bütövlükdə,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
141
M.Əzizbəyov milli istiqlal məsələsində S.M.Əfəndiyev,
D.Bünyadzadə, H.Sultanov və başqa məsləkdaşları kimi, milli-
demokratik qüvvələrə qarşı çıxmış, onların Azərbaycan
muxtariyyəti, Azərbaycan istiqlalı ideyasını pisləmiş, birmənalı
şəkildə Rusiya Federativ Sovet Respublikası ideyasının tərəfdarı
kimi çıxış etmişdi [202, 91].
Belə yandaşlardan olan Əliheydər Qarayev də
Azərbaycan Parlamentindəki əksər çıxışlarında özünü Sovet
Rusiyasının nümayəndəsi kimi apararaq açıq-aşkar əhalini Sovet
Rusiyası ilə birləşməyə, yaxud da ondan asılı olan «müstəqil
sovet Azərbaycanı» yaratmağa çağırmışdı [35, 535]. Ondan geri
qalmayan başqa bir bolşevik Ruhulla Axundov isə iddia edirdi
ki, Azərbaycanın istiqlalında Sovet Rusiyasının bəyan etdiyi
«təyini-müqəddərat» mühüm rol oynasa da, guya, bu istiqlal işçi
və kəndlilərə azadlıq verməmişdir [20, 23]. Onun fikrincə, həqiqi
istiqlalı onlara yalnız Sovet Rusiyası verə bilər. Əslində
Ə.Qarayevin, R.Axundovun müstəqil Azərbaycan dövründə
demokratiyanın verdiyi azadlıqlardan istifadə edərək yazdıqları
və dedikləri, Cümhuriyyət dövrünü deyil, bütövlükdə Sovet
Rusiyasının işğalından sonra Azərbaycanda baş verənləri
dəqiqliyi ilə ifadə edirdi.
Sovet ədəbiyyatında Azərbaycanın məşhur proletar
inqilabçısı, marksist-leninçi lideri sayılan Nəriman Nərimanov
1917-ci ilə qədər ideya cəhətdən yolunu müəyyənləşdirə
bilməmişdir. Bu mənada, onun həmin dövrə qədər marksizmə
münasibəti M.Ə.Rəsulzadə, A.Kazımzadə, M.H.Hacınski,
Ü.Hacıbəyli və başqaları ilə müqayisədə elə də ciddi şəkildə
fərqlənməmişdir. Hətta deyə bilərik ki, N.Nərimanov marksizmə
daha ehtiyatla yanaşmış, bir çox hallarda İslamın əsaslarını
sosializmdən, eyni zamanda əsrin elm və fənlərindən üstün hesab
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
142
142
etmişdir. Görünür, bunu nəzərə alaraq Rəsulzadə xatirələrində
yazırdı ki, Nərimanov 1906-cı ildə nəşr olunan «Qara qartallar»
adlı məqaləsində marksizmi və sosializmi rədd etmiş, bir çox
əsərlərində isə İslamın əsaslarını əsrin elm və fənlərinə qarşı
qoymuşdur [245, 193]. SSRİ dövründə bolşeviklərdən
Ə.Qarayev, M.D.Hüseynov və H.Cəbiyev də Nərimanov
haqqında yazırdılar ki, o, 1917-ci ilə qədər bolşevik hərəkatından
uzaq olmuşdur [100, 59].
Fikrimizcə, bu cür mülahizələr heç də əsassız deyil. Çünki
Nərimanov ilk əsərlərindən biri olan «Bahadır və Sona»
romanında (1890-cı illər) millətin cahil və avam olmasının
səbəbi kimi azılan əsərlərin milli tərbiyədən, milli ruhdan uzaq
olması və onlara bunu verəcək milli məktəblərin olmamasını
göstərmişdir. Onun fikrincə, milli ruhda əsərlər yazıb millətin
ruhunu təmizləmədən, naxoş və kor millətdən nə isə gözləmək
faydasızdır [168, 178-179]. Hətta, Nərimanov bu yolda İslam
dininin də mühüm rol oynadığını ifadə etmişdir [168, 165].
Maraqlıdır ki, o, sovet dövründə isə bu əsərində beynəl-
miləl ideyaları təbliğ edərək, müsəlmanlar arasında hər cür dini
inkar etdiyini yazmışdır. Buna nümunə kimi də erməni Sona ilə
türk Bahadırın sevgisini göstərmişdir [168, 438]. Ancaq həmin
əsər mahiyyət etibarilə dinlərin inkar deyil, azad sevgiyə
dözümlü yanaşmağı təbliğ edir. Sadəcə, o, sovet dövründə rus
bolşevizmi xəttini seçdiyi üçün vaxtilə islamlıq və türklüyü
deyil, beynəlmiləlçiliyi müdafiə etdiyini iddia etmək zorunda
qalıbdır. Çünki onun həmin dövrdə millət və islama münasibəti
heç də inkarçılıq xarakter daşımamış, tərsinə İslama çox ehtiyatla
yanaşmış, bu dində bütün elmlərin öyrənilməsinə önəm
verildiyini xüsusilə vurğulamışdı [168, 263]. O, sonralar yazıdığı
«Tibb və İslam» əsərində də İslamın əsil mahiyyətinin
Dostları ilə paylaş: |