İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə57/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   53   54   55   56   57   58   59   60   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
215 
215 
215 
tut  ağacının  yanında  dayanıb  qaşqabaqlarını  sallatmış 
kişiləri  görür,  sonra  da  yerdəki  toyuq  leşinə  nəzər  salır 
və  deyəsən,  məsələnin  nə  yerdə  olduğunu  anlayır. 
Başını yellədib əlindəki dolu zənbilləri qapısının ağzına 
qoyub köksünü ötürür. 
–  Mən  sizə  dedim  ki,  belə  düşüy  iş  tutmayın. 
Ağbirçək  arvaddı,  tayınızdı  belə  zarafat  edirsiniz?  İndi 
nə deyəcəksiz ona? Deyəcəksiz ki, özbaşına öldü toyuq? 
Allah bilir, beyninə nə qara-qura fikirlər gələcək. 
– Hə də, ağıllının birini yola saldıq, o biri başladı. 
Əcəb girinc qalmışıq bu arvad tayfasının əlində. – Əmim 
dodağaltı  mızıldanıb  üzünə  süni  bir  təbəssüm 
yapışdıraraq Mirsəftərin arvadına deyir. – Sənniy bir şey 
yoxdu, ay Kəlbətin bacı, sən keç içəri, yorğunnuğuvu al, 
sonra da o rayonuvuzdakı kimi əntiqə bidənə çay dəmlə 
bizimçün.  Ordan  gətirdiyün  otdardan  da  atginən  içinə. 
Qoy iyi çıxsun. Arvad gələndə nə diməy lazımdısa, onu 
biz fikirləşib taparıq. 
Güləbətin  təzədən  zənbilləri  götürüb  içəri  daxil 
olur və otaqdan onun bir o qədər də güclü olmayan səsi 
eşidilir.  
-Heç yaxşı iş tutmamısınız. İndi arvad elə biləcək 
ki,  biz  nəsə  yedizdirmişik  toyuğa,  onunçün  ölüb.  Üç 
gündür gəlmişik, indidən düşmən olacaq bizimlə. 
–  «Onsuz  da  zəndeyi-zəhləsi  gedir  sizdən. 
Bunnan  o  yanası  yoxdu  ki?»  –Bunu  əmim  demir,  eləcə 
ürəyindən  keçirir  və  nəsə  bəhanə  fikirləşib  tapmağa 
cəhd edir, həm də bu bəhanə elə əsaslı bir şey olmalıdır 
ki,  arvad  ona  inansın,  toyuğun  öz  əcəli  ilə  dünyadan 
köçməyinə zərrə qədər də şəkk-şübhəsi qalmasın< 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
216 
216 
–  Ay  köpək  uşaqları,  oynamağa  yer  qəhətdi?  
Süzə  min  dəfə  dimişəm  ki,  ayaqqabıynan  dama 
çıxmıyın, qırı çartdadırsız. 
Dalanın  başından  babamın  səsi  gəlir,  deyəsən, 
yenə də qonşu uşaqları bizim evin damına  dırmaşıblar. 
Babamın  da  ən  zəhləsi  getdiyi  şey  idi  bu.  İki-üç  dənə 
cüvəllağının  ucbatından  hər  qış  damırdı  evlər,  itin 
zülmünü çəkirdik. 
– ...atovuzu dalıvıza sərəciyəm, dayanun< 
Həyətimizdəkilərin  hamısı  diksinir.  Deməli, 
babamla  nənəm  qonaq  getdikləri  yerdən  artıq 
qayıdırlar.  Hesabla  axşam  gəlməliydilər,  amma  hər 
nədisə  bu  saat  həyətə  girəcəkdilər,  arvad  sevimli  çil 
toyuğunun,  öz  diliylə  desək,  yıxılan  evin  dirəyi  olan, 
gündə  yumruq  boyda  bir  cüt  yumurta  qoyan  əziz-
xələfinin cəsədini görəcəkdi və < 
Bundan sonra nə olacağını həyətdəkilər yalnız öz 
təxəyyüllərinin 
gücünə 
uyğun 
təsəvvür 
etməyə 
çalışırlar. 
Bir  işi  tutanda  məlum  məsələdir  ki,  adam  onun 
axır  nəticəsini  çox  dumanlı  şəkildə  görür. Atam  də  bir-
bir  toyuqların  axırına  çıxmağı  qərarlaşdıranda  arvada 
nə  cavab  verəcəklərini  fikirləşməmişdi    və  yalnız  indi, 
son anda hiss edir ki, ağlına heç bir şey gəlmir, onunçün 
də  canını  yüngülvari  bir  narahatçılıq  bürüyür,  arvadın 
toqquşan qaşlarının arasından çıxacaq qığılcımlar elə bil 
zaman  pərdəsini  yararaq  indidən  atamın  bədəninə 
səpələnib  bədənini  yandırır  və  atamdan  çıxıb  ətrafa 
yayılan  bu 
narahatçılıq  dalğaları  həyətdəkilərin 
hamısına sirayət edir.   


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
217 
217 
217 
Mirsəftəri  həyəcandan  qaşınma  tutur,  hətta 
üzündə  yüngül  nəmişlik  də  hiss  edir,  elə  fikirləşir  ki, 
arvad  toyuğun  cəsədini  görən  kimi  onun,  bəli,  öz 
oğlanlarının yox, məhz onun üzünə bir parça tüpürəcək, 
hələ bəlkə ağır söz də deyəcək. 
Babamın  səsini  eşidən  bibim  yuxarıdakı  otağının 
pəncərəsindən  başını  çıxarıb  nigarançılıqla  həyətə 
boylanır,  çil  toyuğun  hələ  də  ortalıqda  qaldığını  görüb 
xov  içində  dodaqlarını  sıxır,  qorxudan  pəncərəni 
bağlayıb  pərdəni  çəkir,  amma  sonra  maraq  ona  güc 
gəlir,  pərdəni  azca  aralayıb  bir  gözüylə  həyət  qapısına 
zillənir, elə bil bu saat oradan əjdaha gələcəyini gözləyir.   
Mirsəftərin  evdə  əsəbiliklə  vurnuxan  arvadı  isə 
bazardan  təzə  alıb  gətirdiyi  almalardan  birini  tələsik 
yuyub  ağlayan  qızının  ağzına  basır  ki,  çığırtısı  kəsilsin, 
yoxsa  uşağın  cır  səsi  arvadı  lap  əsəbləşdirər,  özündən 
çıxarar. 
Hətta 
həyətin 
ortasındakı 
tut 
ağacı 
da 
narahatlıqdan 
az 
qala 
büzüşür, 
yarpaqlarının 
yüngülvari xışıltısında gərginlik notları hiss olunur. 
Bircə  kiçik  əmimin  dünya-aləm  vecinə  deyil. 
Eləcə  damağındakı  «Kazbek»in  kötüyünü  çeynəyərək 
başmağın  burnundan  çıxan  barmaqlarıyla  toyuğun 
lələklərinin  arasını  eşəliyir,  elə  bil  qızıl  axtarır  orda. 
Bəlkə  də  nəyəsə  arxayındır,  lakin    bu  arxayınçılığın 
səbəbini, deyəsən, heç özü də yaxşı anlamır. 
Bütün 
həyət 
tufanqabağı 
sakitliyin 
son 
saniyələrini  yaşayır.  Addım  səsləri  ağır-ağır  yaxınlaşır, 
tuk,  tuk,  tuk<  Danq...  budur  həyət  qapısından  iki 
addım  solda  olan  kanalizasiya  lyukunun  altı  azca 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə