İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə42/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   38   39   40   41   42   43   44   45   ...   66


İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
104
zəminində müəyyənləşən münasibətlərə malikdir. onların təsviri eyni cür yerinə yetirilir.
8) Black – çirkli, kirli mənasında işlənir. Black hands – kirli əllər; black and white – ağ-
qara və sairə.
9) Black məcazi mənada tutqun, qəmli, kədərli, ümidsiz kimi işlənir. E.g. Things look
black.  vəziyyət pisdir. E.g. Even the common, uneducated audience of the pit and gallery
lost their interest in the play because everything looked black [8, səh. səh.15, 300].
10) Black – qorxunc, qorxulu, dəhşətli.
11) Black look – acıqlı baxış, kəskin baxış kimi işlədilir.
12) Black list – qara siyahıdaolmaq. E.g. Basil told that D.Gray’s name was in the black
list [o. Wilde].
13) Black letter – qədim şrift ilə çap edilmiş və yazılmış yazı mənasında işlədilir.
14) Black hearted  - qəddar, hirsli, acıqlı mənasında işlədilir. E.g. Alan Campbell consid-
ered D.G. a black hearted man [o.Wilde]
15) Black mouth – mənada işlədilir.
16) Black leg – fırıldaqçı.
17) Black bastard – qeyri-qanuni doğulmuş uşaq. E.g. “Well, are you going to start shout-
ing now and when you are nearer the house to let them know that a black bastard tried to
cape you” [P. Abrahams].
18) Black out – gizli, məxfi mənasında işlədilir. 
19) Black sheep - əclaf və ya əslini itirmiş adamlara verilən ad. E.g. Every house has his
own black sheep.
20) Black-market – qara bazar və ya malların qeyri-qanuni satıldığı yer. E.g. You can find
your demand in the black market.
21) Black flag – pirat bayrağı və ya dəniz quldurlarının istifadə etdiyi bayraq. “Black
jack” bu ifadənin sinonimidir.
22) Black hole – zindan.
23) Blackfoot – Şimali Amerikada yaşayan hindu qəbiləsinə verilən addır. E.g. The Black-
foot are very powerful and numerous people [The oxford English Dictionary].
“Black” rəng bildirən sifəti yalnız yuxarıda qeyd olunan nitq hissələri ilə işlənib söz bir-
ləşmələri şəklində deyil, eyni zamanda artıq dildə sabitləşən ifadələr kimi işlənir. Aşağıdakı
ifadələri nəzərdən keçirək: 1) as black as in – kömür kimi qara; 2) to beat black and blue –
ölümcül hala salmaq, sağ yer qoymamaq; 3) to know black and white – pisi yaxşıdan seçmək;
4) black with age – tez qocalmaq; 5) black in the black face – qaralmış üz. 
Beləliklə, rəng bildirən “black” – “qara” sifətinin leksik-semantik və çoxmənalılığından
bəhs etdik. Rəng bildirən qırmızı, sarı, yaşıl, ağ, boz və sairə sifətlərin leksik-semantik və
çoxmənalılıq xüsusiyyətlərini ingilis və azərbaycan dillərində nəzərdən keçirək.
Rəng  bildirən  sifətlərin  leksik-semantikası  haqqında  müxtəlif  dilçilər  öz  fikirlərini
söyləmişlər,  lakin  bunlar  çox  bəsit  şəkildə  verilmişdir.  universal  differensial  əlamətlər
toplusuna qarşı yalnız iki etiraz işlətmək olar. Bunlar komponent analiz tərəfdarlarına tez-
tez tutulan iradlardır. Belə ki, burada çalar dolğunluq və parlaqlığa siqnifikativ aspekt kimi


AZƏRBAYCAN UNİVERSİTETİ
105

İPƏK YOLU 

2/2014
deyil, denotativ xassə kimi baxılır. Belə ki, Xeller və Makrisomun təklifləri yalnız Avropa
dillərinə aid oluna bilər. Başqa sözlə desək, çalar, dolğunluq və parlaqlığını xarakter arqu-
mentlərindən başqa, onların universal olmadığını təsdiqləyən linqvistik faktlar da mövcud-
dur. Mövcud məhfumlar rəng bildirən sifətlərin hərtərəfli öyrənilməsi üçün çətinlik yaradır.
Belə ki, burada da leksik vahidlərin tam daxili əhəmiyyətini açmaq və onları təsnif etmək
mümkün deyildir. Mövcud olan söz işarələrinin analizində yalnız bu və ya digər rəng vahidi
kimi qəbul olunur ki, bu da onların leksik-semantik xüsusiyyətlərini öyrənməyə kömək edir.
Dildə olan bütün sözlərin məcmusuna leksika deyilir. Leksikaya tək-tək sözlər daxildir
ki, bunlar da müstəqil sözlərdir. Bu sözlərin və bunların aid olduğu ayrı-ayrı söz qruplarının
özlərinə məxsus xarakterik əlamətləri vardır. Məsələn: rəng bildirən “qara - black”, “qırmızı
-  red”,  “sarı  -  yellow”,  “mavi  -  blue”,  “qəhvəyi  –  brown”,  “ağ  -  white”,  “boz  -  grey”
sifətlərinin leksik və semantik xüsusiyyətlərini araşdıraq. Leksikanın tədqiq obyekti sözlərdir.
söz dilçilik elminin başqa şöbələrində də tədqiq olunur, lakin bu başqa şöbələrdən fərqli
olaraq,  burada  onun  mahiyyəti,  məna  çalarlıqları,  təbiəti,  sözə  aid  olan  rəngi  və  sairə
öyrənilir. söz bu və ya başqa əşya, şəxs, hərəkət, keyfiyyət, hadisə, rəngin və sairənin adıdır.
söz yalnız əşyanın deyil, həm də hal və hadisənin, əlamətin miqdarının və rənginin adını
bildirir. Deməli, hər bir sözün yaranması və onun varlığı üçün iki əlamət- səslənməyə və
mənaya malik olması əsasdır. Əgər bunlardan biri olmazsa, sözü təsəvvür etmək mümkün
deyildir. Dildə işlənən hər bir söz vacib və zəruridir ki, hər biri müəyyən məna daşıyır. Dilin
ümumi semantikasında müəyyən qanunauyğunluq vardır ki, bu da hər bir sözün mənası bu
və ya başqa əşya, hadisə haqqındakı məfhumla möhkəm bağlıdır. Hər bir məna üçün forma,
hər bir forma üçün məna lazımdır. Dildəki bu və ya digər sözlərdən ancaq bir məqsəd üçün
yox, müxtəlif məna və məqsədlər üçün istifadə edilir. Dildə sözün ifadə etdiyi  bütün mə-
nalara sözün məna quruluşu deyilir. Beləliklə, bu və ya başqa bir söz öz ilk mənasını saxla-
maqla, başqa məna və ya mənalara keçə bilir ki, bu da onların məna qruplarını, çalarlılığını
əmələ gətirir. Təbiətdə mövcud olan rəng çalarları dildə diskret kateqoriyalarla çatdırılır.
Təbiidir ki, rəng spektri düşüncə sahəsidir, lakin bu və ya digər dil sistemində rəng termin-
lərinin konkret əhəmiyyəti rəng spektrinin kiçik hissəsinin verilən sözlə ifadə edilməsi ilə
determinə edilir. semantik sahələrin müqayisəsindəki vahidlik prinsipini əsas götürdükdə,
bir çox məsələlər aydınlaşır. Belə ki, biz rənglərin sayı və xarakteristikasında bariz fərqi
görürük. Məsələn, “qara” rəngin çalarını çatdırmaq üçün tünd əşya və ya kömür göstərilir,
“qırmızı” rəngin isə məna çaları qanın rəngi ilə göstərilir. Müxtəlif dillərdə rəng spektrinin
haçalanmasında universal fərqi tapmaq üçün rəngin fiziki parametrlərinə - çalara, dolğun-
luğa, parlaqlığa fikir verilir. söz onun geniş və ya məhdud mənada işlədilməsindən asılı
olaraq, çox və ya az məna çalarlığına malik olur. Çoxmənalı sözlərdə məna çalarlığı nə qədər
çox olursa-olsun, bunlardan biri mütləq onun ilk həqiqi – müstəqil mənasını təşkil edir; onun
sonradan törənmiş olan mənaları kimi özünü göstərir. sözün mənasının dəyişilməsi 3 cür
olur: 1) sözün mənasının genişlənməsi; 2) sözün mənasının daralması; 3) sözün məcazi mə-
nası.
30-50-ci illərdə rəngbildirmə mövzusuna marağın artdığı bir dövrdə əvvəlcə əsas diqqət


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə