İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə56/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   52   53   54   55   56   57   58   59   ...   66

AZƏRBAYCAN UNİVERSİTETİ
141

İPƏK YOLU 

2/2014
v.Nabokov “Lolita” romanında xristian mədəniyyəti və dünyagörüşü üçün səciyyəvi olan
fiziki sevgiyə utanclı münasibətlə yanaşmaq ənənəsinə öz etirazını bildirmiş oldu. Cinsi
sevgiyə, cinsi həyat məsələlərinə yanaşmada süni utanclıqla yanaşma əvəzinə v.Nabokov
bu sahəni insan həyatının tamamilə təbii və layiqli bir hal kimi qiymətləndirməyə üstünlük
verirdi. onun fikrincə, ədəbiyyatda fiziki məhəbbət duyğusu da digər mənəvi duyğular kimi
insan xarakterinin, fərdiyyətinin, şəxsiyyətinin açılması, nümayiş etdirilməsi və dəyər-
ləndirilməsi üçün eyni dərəcədə önəmli rol oynayır. və bu duyğuların layiqsiz bir hiss kimi
qiymətləndirilərək ictimai qınaq hədəfinə çevrilməsi insanın şəxsi həyat və mənəvi sərbəstlik
hüquqlarının məhdudlaşdırılması kimi qarşılanmalıdır. “Lolita” romanında müəllifin irəli
sürdüyü məhəbbət konsepsiyasına görə həqiqi, real sevgi məhz mənəvi və fıziki duyğuların
vəhdəti, harmoniyası sayəsində mümkündür. Məhəbbət duyğusu insan həyatı üçün yalnız
bu halda real dəyərə çevrilmiş olur. sevən insanlar yalnız bu halda bir-birini tam dərk etməyə,
bir-birinə tam qovuşmağa, həm mənəvi, həm də cismani harmoniyaya çatmağa nail ola bilir-
lər. v.Nabokov xristianlığın ənənəvi əxlaq normalarında məhəbbət duyğuları ilə bağlı insanın
düşüncə və davranış sərbəstliyini məhdudlaşdıran yanaşma tərzini cəsarətlə rədd edərək cinsi
münasibət azadlığını insanın mənəvi azadlığının üzvi tərkib hissəsi kimi dəyərləndirir.
Müəllif göstərir ki, bu məhəbbət fiziki mənada ölüm qarşısında aciz olsa da, mənəvi mə-
nada ona qalib gələ bilir. Romanın finalında Qumbertin mənəvi saflaşma və dirçəliş prosesi
müşahidə olunur, o, qaba, günahkar ehtiras səviyyəsindən həqiqi məhəbbət ucalığına yük-
səlir. onun qəlbində Lolitaya sevgi duyğusu fiziki ehtiraslara üstün gəlir və onların həyatı
həqiqi bir məna kəsb etməyə başlayır.
Dünya ədəbiyyatının və ümumən incəsənətin sonrakı inkişaf tendensiyaları və XXi əsrin
ilk onilliyində müşahidə olunan situasiya v.Nabokovun didaktik baxımdan olmasa da, bədii
yaradıcılıq mövqeyindən bu mürəkkəb və son dərəcə mübahisəli məsələdə heç də tam haqsız
olmadığını sübut edir.
Görkəmli Amerika yazıçısı Con Apdayk v.Nabokovun ABŞ ədəbiyyatı qarşısında xid-
mətlərini  yüksək  qiymətləndirərək  yazır:  “Amerikada  yaşadığı  illərdə  v.Nabokov  bu
ədəbiyyata  adət  olunmamış    cəsarət  və  parlaqlıq  bəxş  etdi,  ona  yüksək  ədəbi  zövq  və
yaradıcılıq fantasiyası kimi keyfiyyətləri qaytardı” (1,17).
Nabokov  əsəri  yalnız  görkəmli  ingilis  yazıçısı  Qrem  Qrinin  müsbət  rəyindən  sonra
nəşriyyata vermişdi. Romanın Paris nəşrindən sonra Avropa mətbuatında və ədəbi tənqidində
onun haqqında işıq üzü görən mənfi resenziyalar faktiki olaraq əks effekt vermiş, əsərin
ABŞ-da reklamına və maraq doğurmasına xidmət etmişdi. Buna görə də “Lolita” 1958-ci
ildə Nyu-Yorkda çap edilərkən ilk həftə ərzində yüz min nüsxədən çox tiraji satılıb qurtar-
mışdı.
“Maşenka”da olduğu kimi “Lolita”da da əsərin adı romanın baş qadın qəhrəmanının adın-
dan götürülmüşdür, ancaq Maşenkadan fərqli  olaraq, Lolita hadisələrdə bilavasitə canlı şəxs
kimi iştirak edir. oxşarlıq isə ondadır ki, Maşenka yalnız Qaninin xəyallarında, Lolita isə
Qumbertin xatirələrində təsvir olunur. Bu detal hər iki romanın qadın qəhrəmanlarını bir-
birindən fərqləndirsə də, kişi qəhrəmanlarını, əksinə bir-birinə yaxınlaşdırır. onlar hər ikisi
tənhalıq içindədir, lakin onlardan biri (Qanin) həyatının yeni mərhələsi qarşısındadırsa, digəri



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
142
(Qumbert) onu gözləyən ölüm hökmü qarşısındadır. fərq bir də ondadır ki, Qanindən fərqli
olaraq, Qumbert həyatda öz idealına qovuşa bilir. Qeyd olunan bu xüsusiyyət romandakı bir
sıra ikinci dərəcəli surətlərə də “Maşenka” romanında xarakterinin əsasən bir səciyyəvi cəhəti
ilə təqdim olunan Qanindən fərqli olaraq, Qumbert ziddiyyətli və mürəkkəb bir personaj kimi
xarakterizə olunur. Bir tərəfdən o, romantik məhəbbət romanlarının lirik qəhrəmanlarını xatır-
ladır, digər tərəfdən isə ətraf mühitin dəyərləndirmələri ilə hesablaşmayan, dramatik ehti-
rasının qurbanı olan faciəvi qəhrəman kimi təqdim edilir. Lolita surətinin özünə gəlincə, qeyd
etmək lazımdır ki, Qumbertin nəzərləri ilə baxmasaq o, öz yaşıdlarından fərqlənməyən adi
bir amerikalı qızdır. Yalnız həyatın keşməkeşli yollarından keçdikcə o, müəllifin nəzərdə tut-
duğu qadın xüsusiyyətlərinin daşıyıcısına çevrilir.
Ədəbiyyat:
1. Гришакова М.Визуальная поэтика Набукова. М.,2002. 140с.
2. Доменин А. Двойное время у Набукова. С.-Пб.1994. 180c.
3. Набуков В.В.Собрание сочинений русского периода. В пяти томах.
С-Пб.2000
4. Zaleski, Philip, Nabokov s Blue Period,  Harvard 1998.
Abstract
AMERICAN WRItER v.NABOKOv AND HIS WORKS
Gunel ALIyEvA
Graduate student of Azerbaijan University
Reviewer: Ph.D of Philology, ulviyya Aliyeva
Key words: Nabоkov, moral problems, innovative ideas 
in this article, we tried to determine the forms and ideas of the popular creation of the in-
fluential XX century American writer vladimir Nabukov. The article also discusses the top
Nabukovs masterpiece "Lolita" and analyzed innovative ideas and characters in the novel.
Резюме
_______________________________________ 
Гюнель АЛИЕВА
магистр Университета “Азербайджан”
Отзыв: к.э.н., Ульвия Алиева
Ключевые  слова: Набoков, моральные проблемы, новаторские идеи
В этой статье, мы попытались определить формы и идеи творения популярного влия-
тельного  американского писателя XX века Владимира Набукова. В статье также рас-
сматриваются вершины творчества Набукова "Лолита" и анализируется новаторские
идеи и герои романа.


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə