İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə53/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   49   50   51   52   53   54   55   56   ...   66

AZƏRBAYCAN UNİVERSİTETİ
133

İPƏK YOLU 

2/2014
haqları məbləği, pensiyaçıların orta illik sayı, əmək pensiyalarının orta aylıq məbləği, infl -
yasiya səviyyəsi, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin məbləği və s.
bu kimi məlumatlara əsaslanıldığı qeyd olunmuşdur [1]. son illərdə əhalinin sosial müdafiəsi
ilə  bağlı  həyata  keçirilən  tədbirlər  arasında  aztəminatlı  təbəqənin  və  yaşlıların  həyat
səviyyəsinin yüksəldilməsi məqsədini güdən tədbirlər xüsusilə seçilir və bu məqsədlə istifadə
olunan vəsaitlərin məbləği ilbəil yüksəlmə meylinə malikdir. 2013-cü il üçün də Dövlət sosial
Müdafiə fondunun gəlirləri 2012-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,3%, 2011-ci
ilin icra göstəricisi ilə müqayisədə isə 21,9% çoxdur. Ötən illərdə olduğu kimi, 2013-cü ildə
də fondun gəlirləri məcburi dövlət sosial sığorta haqları, sair gəlirlər və dövlət büdcəsindən
ayrılan transfertlərdən formalaşır və fondun gəlirlərinin formalaşmasında əhəmiyyətli paya
malik olan məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlər 2013-cü ildə 2011-ci ilin icra
və 2012-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə müvafiq olaraq 26,1% və 10,1% çox-
dur.
Azərbaycan iqtisadiyyatda qeyri-dövlət sektorunun payının böyük olduğu və bu sektor
üzrə əmək haqqı səviyyəsinin dövlət sektoru ilə müqayisədə daha yüksək olduğu nəzərə alı-
naraq mənbə üzrə gəlirlərin artma potensialının mövcud olduğu qeyd edilmişdir. 
Dövlət büdcəsindən transfertin məbləğinin 2013-cü ildə 2011və 2012-ci ilin müvafiq icra
və proqnoz göstəricilərindən müvafiq olaraq 21,6% və 3,1% çox olması və dövlət büd-
cəsindən fonda transfertin 2013-cü ildə cəmi gəlirlərdə xüsusi çəkisinin 40,9% təşkil etməsi,
eyni zamanda bu göstəricinin 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 0,1 faiz bəndi,
2012-ci ilin müvafiq göstəricisi ilə müqayisədə isə 1,6 faiz bəndi az olması və beləliklə, fon-
dun gəlirlərinin formalaşmasında transfertin iştirak payının azalması, dövlət büdcəsindən
asılılığın  azaldılması  və  fondun  maliyyə  sabitliyinin  təmin  edilməsi  istiqamətində
təqdirəlayiq hal kimi vurğulamaq lazımdır.
NƏtİCƏ. Aparılmış təhlillər əsasında qeyd edilmişdir ki, qeyri-büdcə təşkilatları üzrə
məcburi dövlət sosial sığorta haqlarında iri dövlət təşkilatlarının xüsusi çəkisinin ilbəil nis-
bətən azaldığını nəzərə alaraq, özəl sektordan məcburi dövlət sosial sığorta haqları üzrə
yığımların və sair gəlirlərin icrası ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin hə -
yata keçirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsi, bundan əlavə fondun maliyyə sta-
billiyinin və sosial sığorta sisteminin inkişafının təmin edilməsi məqsədilə fondun büdcəsinin
defisit və ya profisitinin müəyyən edilməsi, dövlət büdcəsindən transfert ayırmalarının xərc
istiqamətləri üzrə proqnozlaşdırılması məqsədəmüvafiq olardı.
Ədəbiyyat:
1. Azərbaycan Respublikası Dövlət sosial Müdafiə fondunun 2013-cü il büdcəsi haqqında
Azərbaycan Respublikasının Qanunu.
2. http://www.oilfund.az/az_AZ/about_found/history/uemumi-melumat.asp.
3. http://www.sspf.gov.az/view.php?lang=az&menu=14&id=44.
4. “Azərbaycan Respublikasının Dövlət Neft fondunun yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 29 dekabr tarixli 240 nömrəli fərman.



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
134
5. "Azərbaycan Respublikası Dövlət sosial Müdafiə fondunun yaradılması haqqında"
fərmanı.
Abstract
EXtRA-BUDGEtARy StAtE FUNDS AND tHEİR  BASIC ASPECtS
Orkhan HUSEyNOv
Graduate student of Azerbaijan University
Reviewer: Doctor of economics, prof. Ramil Aliyev
Key words: budget, fund, revenue, transfer
The article assessed the current status of the extra-budgetary funds. The role of sofAZ
and ssPf were investigated in the budget system. There also were made classification be-
tween extra-budgetary funds and purpose budget funds.
Pезюме
ВНЕБЮДЖЕТНыЕ ГОСУДАРСТВЕННыЕ ФОНДы И 
ОСНОВНыЕ АСПЕКТы
Орхан ГУСЕЙНОВ
магистрант Университета «Азербайджан»
Отзыв: доктор экономических наук, профессор Рамил Алиев
Ключевые слова: бюджет, фонд, расход, трансферт
В статье проведена оценка текущего состояния государственных внебюджетных
фондов была проведена исследование роли ГНФАР и ГФСЗН фондов в международ-
ных отнашениях. Такие были выявление  различия между внебюджетных и цельных
бюджетных фондов.


AZƏRBAYCAN UNİVERSİTETİ
135

İPƏK YOLU 

2/2014
DEtEKtİv JANRI vƏ ONUN XÜSUSİyyƏtLƏRİ
tamara MƏMMƏDOvA
Azərbaycan Universitetinin magistrantı 
Rəyçi: 
Açar sözlər: detektiv janr, hermetik detektiv, nümayəndələri
Detektiv janrının yaranması XiX əsrin sonlarında yaşamış Amerika yazıçısı  Edqar Alan
Ponun adı ilə bağlı olmuşdur. Edqar Alan Po Amerika ədəbiyyatında romantik hərəkatı li -
derlərindən biridir. o, qısa oçerk, detektiv və kriminoloji-fantastik janrlarda hekayələr yazan
ilk Amerika yazıçısıdır. Edqar Alan Po detektiv janrı haqqında düşünən ilk yazıçı olmuşdur.
Görkəmli Amerika yazıçısı dünya ədəbiyyatında detektiv hekayə janrının təkcə banisi deyil,
eyni zamanda onun klassik nümunələrinin müəllifidir. XiX-cu əsrin sonu XXi-ci əsrin əvvəl-
lərində bu janra müracət etmir bütün yazıçılar bu və ya digər şəkildə Edqar Alan Ponun
yaradıcılığına müraciət etmiş, bu çətin sənətin sirlərini ondan öyrənmişlər.
Ümumiyyətlə, dünya ədəbiyyatında detektiv başqa sözlə, kriminal sujetlərdən bundan
əvvəl də kifayət qədər istifadə olunmuşdur. Lakin orta əsrlərdə istər Avropa, istərsə də Şərq
ədəbiyyatında öz bədii təcəssümünü tapmış kriminal sujetlər daha çox macəraçılıq xarakteri
daşıdığından, detektiv  bir janr kimi tam formalaşa bilməmişdir. Məhz Edqar Alan Podan
sonra  Avropa ədəbiyyatında detektiv janrı konkret çərçivələri, formaları, qayda-qanunları
formalaşmağa  başlamış,  sonrakı  iyirmi  il  ərzində  klassik  detektiv  janrının  nümunələri
yaradılmışdır. Heç də təsadüfi deyildir ki, müasir dövrdə məhz detektiv janrı nümunələri ən
kütləvi ədəbiyyat növünə çevrilmiş, oxucuların rəğbətini qazanmışdır. Detektiv janrının klas-
siklərindən  sayılan  Artur Konan Doyl, Hilbert Çesterton, Aqata Kristi, Corc simenon və s.
bu  kimi  yazıçılar  öz  əsərlərində  klassik  detektivin  bütün  qayda-qanunlarını  dəqiqliklə
işləmiş, janrın müxtəlif növlərini yaratmışlar. 
Bu gün detektiv janr öz bədii xüsusiyyətləri, poetik vasitələri, süjet peripetiyaları ilə
seçilən müstəqil bədii janrlardan biridir. onu da qeyd etmək lazımdır ki, detektiv janrı müasir
dövrdə, yalnız əyləncə ədəbiyyatı yox, bəşər tarixinin ən mürəkkəb və ziddiyyətli problem-
lərini açıqlayan janr kimi şöhrət qazanmışdır.
Yarandığı dövrlərdə detektiv janrının ilk olaraq hermetik detektiv növündən istifadə olu -
nurdu. Bu cür əsərlərdə cinayət kiçik bir məkana məsələn, mənzildə, idarədə, gəmidə və s.
baş verir və oxucu əvvəlcədən bilir ki, cinayəti məhz bu dar məkandakı insanlardan biri
törədib. Əsər boyu oxucu bütün iştirakçıların xarakteri, psixologiyası ilə tanış olur, növbə
ilə bütün qəhrəmanlardan şübhələnir lakin, sonda məlum olur ki, cinayəti heç kimin göz -
ləmədiyi bir adam törədib.
Detektiv əsərlərin bir çox incəlikləri var:
1. Hadisənin məkanı elə seçilməlidir ki, oxucu kənardan gələn hansısa naməlum şəxsin
bu cinayəti törədə bilməyəcəyinə əmin olsun və inansın ki, cani məhz onun tanıdığı qəhrə-
manlardan biridir; 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə