İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə67/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   63   64   65   66   67   68   69   70   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
problemlərdən birincisi daxili yığım həcminin artırılması, ikin‐
cisi isə bu yığımların effektiv investisiya sahələrinə istiqamət‐
ləndirilməsidir. 
Ölkədəki  daxili yığım  həcmini  müəyyənləşdirən  əsas  amil 
bu ölkənin milli gəliridir. Adətən yüksək milli gəlirə sahib öl‐
kələrdə  şəxslərin  yığım  tendensiyası  da  yüksəkdir.  Bu  cəhət‐
dən deyə bilərik ki heç “bəxtimiz gətirməyib”. Belə ki, Dünya 
Bankının  (World  Bank)  ölkələri  gəlir  səviyyəsinə  görə  qrup‐
landırdığı siyahıda Azərbaycan ən az gəlirli 64 ölkə içindədir. 
Məlumat və müqayisə üçün deyək ki, bu qrupda keçmiş sovet 
respublikalarından ancaq Azərbaycan, Gürcüstan, Qırğızıstan, 
Tacikistan  və  Özbəkistan  var.  Azərbaycana  su  və  torpaq  sər‐
hədi olan ölkələrdən isə ancaq Gürcüstan bu qrupdadır. 
Qeyd  etməliyik  ki,  yığım  həcmi  nə  qədər  yüksək  olsa  da, 
bu yığımlar effektiv investisiya sahələrinə yönəldilmədikcə öl‐
kə iqtisadiyyatına müsbət təsir göstərə bilməz. Effektiv inves‐
tisiya sahələrinin müəyyənləşdirilməsi və fondların bu sahələ‐
rə  istiqamətləndirilməsi  üçün  alternativ  investisiya  sahələri 
haqqında  informasiyanın  toplanması  və  emalı  gərəklidir.  Bu 
funksiyaların  yerinə  yetirilməsi  isə  professional  kadrlar  tərə‐
findən  idarə  edilən  institusional  investorların  (institutional 
investors) mövcud olmasından asılıdır. 
İnstitusional  investorlar  şəxslərin  özəl  yığımlarını  maliyyə 
sənədləri  qarşılığında  toplayaraq  fondlar  təşkil  edən  və  bu 
fondları  investisiya  sahələrinə  yönəldərək  məqbul  risk  səviy‐
yəsində gəlir maksimalizmi və müddət uyğunluğu prinsipləri‐
nə əsasən idarə edən ixtisaslaşmış maliyyə qurumlarıdır. 
Əsas institusional investor növləri aşağıda göstərilmişdir: 
1) İnvestisiya şirkətləri (Investment companies), 
2) Pensiya Fondları (Pension funds), 
3) Sığorta şirkətləri (Insurance companies), 
4) Digər institusional investorlar (Vəqf və xeyriyyə fondla‐
rı, xüsusi investisiya şirkətləri və s.). 
 
‐ 261 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
Kiçik  yığım  sahiblərinin  az  miqdardakı  ehtiyatlarını  müx‐
təlif  fondlarda  toplayaraq  rentabelliyi  yüksək  investisiyalara 
yönəldən  institusional  investorlar  bütün  dünyada  kapital  ba‐
zarının inkişafını və kapitalın ölkə əhalisinə yayılmasını asan‐
laşdırmaqdadır. Bu xüsusiyyəti ilə institusional investorlar iq‐
tisadi dirçəlişin təminində lokomotiv ola bilməkdədirlər. İnki‐
şaf  etmiş  ölkələrdə  institusional investorlar  tərəfindən  forma‐
laşdırılan  böyük  həcmli  fondlar  şirkətlərin  maliyyə  tələbatla‐
rının ödənməsində önəmli mənbə rolunu oynayırlar. Müqayi‐
sə  və  məlumat  üçün  sondakı  cədvəldə  bəzi  ölkələrdə  institu‐
sional  investorların  təşkil  etdiyi  fondların  ABŞ  dolları  cinsin‐
dən yekun dəyərləri və bu fondların ölkənin ÜDM‐u içindəki 
payı göstərilmişdir: 
Tablodan  da göründüyü  kimi,  xüsusilə  inkişaf  etmiş ölkə‐
lərdə institusional investor fondlarının dəyərləri çox böyük rə‐
qəmlərlə  ifadə  edilməkdədir.  Bir  çox  inkişaf  etmiş  ölkədə  bu 
fondların  dəyəri  ölkənin  ÜDM‐undan  daha  çoxdur.  Lüksem‐
burqda isə bu fərq 40 dəfədən çoxdur (4366,9 faiz). 
Yüksək dəyərə malik institusional investor fondları nəinki 
ölkənin  daxili  kapital  tələbatını  ödəməkdə,  hətta  ölkəni  bey‐
nəlxalq bazara investisiya axıdan əhəmiyyətli maliyyə mənbə‐
yinə çevirməkdədir. İqtisadi inkişaf üçün lazım olan strateji in‐
vestisiyaların  həyata  keçirilməsinin  xarici  investisiyalardan 
asılı olmadan həyata keçirilməsi üçün ölkəmizdə də institusio‐
nal  investorların  inkişaf  etdirilməsi  fövqəladə  əhəmiyyətə  sa‐
hibdir.  Ümid  edirik  ki,  əlaqədar  qurumlar  bu  məqsədlə  atıl‐
ması  zəruri  olan  addımların  müvafiq  planlarını  hazırlayıb  və 
bu planları həyata keçirəcəklər. 
 
 
 
 
 
‐ 262 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Bəzi ölkələrdəki institusional investor fondlarının dəyərləri 
və bu fondların ölkə ÜDM içindəki payı (2000) 
 
Ölkə 
İnstitusional 
investor fondlarının 
dəyəri (mil. USD) 
İnstitusional investor 
fondlarının ölkənin 
ÜDM içindəki payı (%) 
ABŞ 
19522500 
198,7 
Almaniya 
1506934 
79,8 
Avstraliya 
467922 
129,6 
Avstriya 
139721 
72,5 
Böyük Britaniya 
3017933 
212,8 
Belçika 
244409 
106,1 
Çexiya 
8092 
15,4 
Danimarka 
167435 
104,9 
Finlandiya 
105999 
87,5 
Fransa 
1737114 
131,8 
Hollandiya 
772299 
206,2 
İslandiya 
8680 
111,8 
İspaniya 
361764 
63,8 
İsveç 
361764 
167,9 
İsveçrə 
551168 
222,4 
İtaliya 
1060253 
97,8 
Kanada 
807524 
113,7 
Koreya 
297763 
72,2 
Lüksemburq 
836044 
4366,9 
Macarıstan 
5869 
12,7 
Meksika 
46891 
8,2 
Norveç 
76882 
55,2 
Polşa 
11522 

Portuqaliya 
56699 
52,8 
Slovakiya 
1188 
6,2 
Türkiyə 
5793 
3,1 
Yaponiya 
4367464 
97,7 
Yunanıstan 
37505 
33 
Mənbə: OECD Institutional Statistics Database 
 
‐ 263 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə