______________Milli Kitabxana_______________
olsa ha!.. Ela-bela maşqdı!.." Yeyib-içib səhərə yaxın yoxa çıxırdılar. Prokuror
Sayılov əslən Laçınlı ola-ola, laçınlıların gecə atışmalarında iştirak etməsinə
"Axmaqlıqdı" - deyirdi və bu, Şüşəlidə hamını təəccübləndirirdi. "Kürd" kimi
tanınan bu adamın Gülənovla gəzməsi daha təəccüblü idi. Başqa vaxtlar Xəlvət
Rəhimin dövrəsində qoçu dəstəsinə oxşayan "Qudalı gədələrinin" - Kalaşnikovlu
Gizlinlərin elə bil heç nəfəs almadan tamam hərəkətsiz qalmağı da, üstəlik, bir
anlaşılmazlıqdı. Səmədin Torksindən olan yeganə oğlunun - atasının adını daşısa
da "Səmi" adlandırılan OMON-çunun da ara qapını açıb özünün beş nəfərlik
dəstəsi ilə dal otaqda Gülənovun stolunun böyründəki stolda oturması da bir cür
anlaşılmazlıqdı. Çünki Sominin Zor nəçənnik Gülonovla "düz gətirmədiyini"
bilməyən adam yoxdu.
Səməd irəli yeriyib, təkəmseyrək yarpaqların altından Şüşəlinin "dnevnoy"
işığına çıxdı.
Cəmaat indicə görürdü ki, Qudalı gədələrinin xəbərindən sonra yolunu
gözlədikləri əvvəlki Səməddən də əsər-əlamət qalmamışdı.
Gur qara, dalğalı saç əvəzində, çılpaq başının dövrəsindən qulaqlarının
üstünə, boynuna dümağ seyrək tüklər sallanmışdı. Eynilə Mədədin sifəti kimi
dümağ sal sümük sifətində quru qan ləkələri qaralırdı. Dodaqları göm-göy idi.
Pencəyində də quru qan ləkələri vardı. Nəfəs aldıqca çiyinlərinin qalxıb enməyi,
burnunun sıxılmağı və
gözlərindəki işgəncə, üstəlik, "Qudalı gədələri"
Gizlinlərin biri-birinə: - Nə ki var çırpıblar ey!.. Ağsaqqaldan əmisinin hayıfını
çıxdı Mədəd", - və sair belə-belə sözlər deməyindən də aydındı ki, Səmədin bu
hala salınması Xəlvətlə Gülənovun işi idi. Əmma Səmi ilə dəstəsinin bu dəhşətə
heç bir "reaksiya verməməsi" də bir anlaşılmazlıqdı. Həm açıq-aydındı hər şey,
həm də dumanlı və məhz anlaşılmaz: Səməd Əmirlinin belə təkidlə rayona
çağırılması və "doxsan illik" adı altında dostla düşmənin bir araya yığışması,
stolların yemək-içməklə doldurulması nə üçündü? Səməd hardasa çox pis
döyülmüşdü, boğulurdu. Prokurorsa nəçənniyin etinasızlığı da bir müəmma
yaratdı!
Səməd, səlamsız-kəlamsız, başını endirib, qanlı
şüşələrə
baxa-baxa,
ayaqlarını sürüyə-sürüyə içəri keçdi.
Qoşa qaraltılar arasında donqarlanmış skeletə ikinci skelet yaxınlaşdı. Yalnız
bu vaxt cəmaat da, nəhayət, hərəkətə gəlib pavilyona dolmağa başladı.
Səmədin bir əli başında - əmgəyində, o biri əli boğazında idi. Səsindəki xırıltı
pavilyonda sükutun gərginliyini daha da artırırdı:
______________Milli Kitabxana_______________
- Mühitimizin havasında nəfəs verilmir daha bizə. AdıPünhan deyir
Azərbaycanın hər yerində Erməni əli var. Ərazimizin hesabına "Velikaya
Armeniya" düzəltmək ideyası xəyal deyil daha. Planlı iş gedir. Xarici dövlətlərin
çoxu Erməni tərəfindədi. Bizim bütün milli qüvvələrimiz bax beləcə, əmini
sındırdıqları kimi sındırılır, qırılır. Dözməlisən, qurbanın olum!.. Fikrini topla,
qulaq as mənə... Minlərlə Dəlinin cəhənnəm əzabıynan əmələ gəlib "Vərəsə"
kitabı. Batmıyacaq... Dəli Səməd öləcək, Dəli Mədədlə Dəli Somi, bütün
Pünhanlarnan bir yerdə işimizi davam etdirəcəklor. Bildinmi iş nə yerdədi?
Pünhanlarımızın,
1
Sultan
Əmirliynən
Mədəd
Əmirlinin adları
yenidən
parlayacaq.
Danışacam, düşmən eşitsin. Məni dinləməyə yığışıblar bura. Xüsusi
tapşırıqnan.
Həqiqətimizi bildiklərinə görə qorxurlar, əlavə material yığırlar. Moskva
üçün tapşırıq belədi bunlara. Kitab oxuyan yoxdu. Vəzifəlilər gündəlik kağız-
kuğaz içində itiblər. Kitablarımızı elə-belə vərəqləyib artırlar, Moskvaya,
Qorbaçova dikilib gözləri. Məqsəd bizi ləkoləməkdi, xalqın gözündən salmaqdı,
öldürməkdi. Xəlvəti xüsusi təlimatlandırıbdır. "Gizlinlər" adlandırdığınız
cavanlar dəstəsi xüsusi kurs keçib, "Milli birlik" adında təşkilat təşkil eləyiblər.
Guya Muğannalar milliyətcə yabançıdılar. Bu yığnaq, mənim çağrılmağım,
"Qudalı ağsaqqalı"nın nitqi, hamısı təlimat əsasındadı. Tələb eləyirlər ki,
pencəyin döş cibində gəzdirdiyin kağızı bu üç para kəndin cəmaatının gözünün
qabağında cibindən çıxarıb ortalığa qoyasan. Məni məcbur eləyəsən bu sənədin
nə vaxt, hansı şəraitdə yazıldığını danışım... Bezobraziyenin fikrincə, bizim
hamımızın ifşasıdı bu. Bəs əslində necədi? Əlli dördüncü ilin avqustunun
axırında əmimi mənən öldürdüm mən, cismən yox! Əmimi cismən zəhərliyən-lor
çoxdu... Sən mənə qulaq asmırsan, Mədəd. O qan çanağının bayaq eşikdə üzünü
cəmaata tutub mənim başıma yağdırdığı suallardan başqa heç nə yoxdu sənin
fikrində: "Kimdi bu danışan? Ata əvəzi əmimdi, yoxsa anamın oynaşıdı?!
Öldürübmü?! Öldürməyibmi?! Doxsan illiyə niyə gəlmədi?! Niyə məhz bu gün,
məhz bu axşam gəldi?!" Sənin bu suallarına cavab vermək mənim ölümümdü,
Mədəd.
Əmma danışacam. Lap açıq.
Qırx altıncı ilin oktyabrının iyirmi üçündə atam Mədəd Əmirli öldürülüb.
"Məhəəmməd Əmir" - BağHəmOd EvƏrEy: Ağ "Əmir" - SafAğ EvƏrEy. "Boz Əmir" - BağƏs
EvƏrEy. "Şcyx Əli - "Aşıq Alı" - ƏsAğ Əli. "Əl’sger" - ƏlƏs OdƏr və s.
______________Milli Kitabxana_______________
Əlli dördüncü ilin avqustunun iyirmi səkkizində atan Sultan Əmirli
öldürülüb. Demokrat partiyasının rəhbəri Pişəvəri, milli qeyrətli filosof Heydər
Hüseynov, Saşa Babayev... hansını deyim?!
Sabah, səksən səkkizinci ilin dekabrının iyirmi üçündə
mən də
öldürülməliyəm.
Sən öldürəcəksən məni. Daha doğrusu, sənin əlinnən öldürəcəklər.
Sən yaxşı bilirsən Ün eşitmək nə deməkdi. Eşidirsən. Sənin, özümün bütün
Muğannaların haqqında ən bəd, ən qorxunc xəbərlər də deyilir mənə. Yalnız ona
görə yox ki, ölüm yoxdu bizə. Bir də ona görə ki, Varisim var. Əmma sonin üçün
ağır olar mənim ölümüm. Bir də ki, ümumiyyətlo, ayrılmaq istomirəm səndən...
Bəzi şeyləro əməl eləsən, ölmorəm. Bu cür, indiki kimi qapalı qalsan, mən
ölmoliyəm hökmən. Gəldim ki, sabaha qədər azdan-çoxdan bir şey çatdırım
səno. Başa düşdün? Düz deyir, öz ayağımnan gəlmişom ölməyə. Səni xilas elə-
yəcəm. Cibindəki kağızı öz əlinnən cınb atacaqsan, gedib oturub işləyo-cəkson.
Hər şey səndən asılıdı...
Duman içində Səməd Abının qaraltısını görürdü.
Abı göz yaşının əlindəki qızarttaq su ilə dolu stəkana töküldüyünü hiss
eləmirdi. Arabir eyni sözləri təkrar edirdi:
-
İç, ey əzabkeşimiz! Hamanca dirilik suyudu. Bunu iç, sonra danış, -
deyirdi.
Abının yalvarışına qışqırtı qarışdı:
-
İç, köpəyoğlu! İç onu, sonra danış! Bezobraziye yox, düz deyirsən ki, öz
balan öldürəcək səni! Prokuror Sayılov da məhz ona görə gəlib ki, cinayət işi
qaldıracaq! Biz üzünü göyə tutan əbləhlərdən deyilik. İşimizi özümüz görürük!..
Özümüz!..
Qaz "peç"inin böyründə, qara dəri kresloda "leş" dirilib, kitelin içində dimdik
oturmuşdu; Ələsgər müəllimin arvadının, son vaxtlar Qudalılarla yaxınlıq edən
birlik üzvü Sestranın qanlı bintlə dolu əlini ovcunda sıxıb, başının üstündə
silkələyə-silkələyə titrəyirdi:
-
Bu əl sənin də yaranı sarıyacaq! Öləndən sonra yuyub sarıyacaq ki,
kəfənin batmasın!.. İç o kaftarın o "dirilik suyunu", özünə gəl, cavab ver suallara.
"İdeal" əmin Sultan Əmirli sənin istəkli Cığalını niyə zorladı?! O murdarın
evindon necə qaçdın, necə dəli-divanə oldun?!
Sonra niyə qayıtdm onun xarabasına, niyə oturdun onnan qabaq-qabağa, bir
süfrədə?! O qəhbənin əliynən bişən kababdan tıxaşdırmağamı getmişdin?!
Yoxsa, başqa niyyətin varıydı? Nəydi niyyətin?.. Necə yəni "Məni Varisim
öldürdü?" Sən ki əl qaldırmayıbsan Sultana. Bu
Dostları ilə paylaş: |