______________Milli Kitabxana_______________
birisi Varisə yaxşı-yaxşı başa sal sən öz qatilliyini! Mirqəzəbin məhkəməsində
oturduğu yerdəcə keçinibsə, keçinənə qədər niyə yazıb o ittihamnaməni?
Bloknotdan cırıb, kamal-səliqəynən qatlayıb qoyub kitelin döş cibinə! Niyə?!
Mən hardan bilirəm sizin bu sirlərinizi? Bunu da yaxşı-yaxşı, qıyma-qıyma
danış, cəmaat bilsin kimdi bu Xəlvət! Çünki Xəlvətin kim olduğunu bilən yoxdu
burda!
Məhkəmə qurmuşam. Düz deyirsən ki, bu yaşımda kursa apardılar məni,
məlumatlandırdılar ki, millətimizin qəddar düşmənlərisiniz siz Türk deyilənlərin
hamısı! Türkiyə dediyiniz yerdə də qırılacaqsınız!.. Niyə? Demərəm, onu sənə.
Belə danışmıyacam ey, bala! Əmin gorba-gornan bir yerdə cəmi gorbagorlarınızı
qəbirdən çıxardıb iççalatlarını göstərəcəm bu cəmaata!
Danış! Qəhbə nəsil hara, Allah, Peyğəmbər hara?! Bütün Azərbaycana
yayılacaq sizin əxlaqınız, fırıldaq elminiz!.. Odu bax, istəkli yetimnən Dəli
Mədəd bizim afisiantın qarnını gör necə dombaldıb! Tüpürüm sizin namusunuza,
qeyrətinizə, adı SafAğ, özü əfsanə elminizə!
Müdafiə elə özünü görək necə eliyəcəksən!
Pavilyona sükut çökmüşdü. Qazla qaynayan samovarın "truba"sından
püskürən alovun gurultusu qaz "peç"inin gurultusuna qarışırdı. Cəmaat şüşə
divarlar uzunu sıxlaşıb, mat-məəttəl, gah zalın yuxarısına boylanırdı, gah
aşağısına.
İki düşməndən biri ayaq üstəcə göz görəsi keçinirdi: gicgahlarının damarları
şişib göyərmişdi. İkincisi qan içində, qara dəri kresloda, çirməkli qolunu dizinin
üstünə qoymuşdu. Çünki Sestra zorba şprislə Sudüşən cavanlarından qan alıb
Xəlvətin venasına yeridirdi.
Düşmənliyin kökləri əsrlərin uzaqlığında, kamillik yolunda Saf-Ağlarla İlan
arasında idi, düşmənliyin dəvamı isə, İlanın "konsperativ" - gizlin ordusundan bir
qismi ilə SafAğ Elminə dair kitablar, şeirlər yaydıqlarına görə daha heç kəsdən
gizlənməyə səy göstərməyən Muğannalardan bir qismi arasında idi; Bakıda,
Akademiyada başlanmış, sonra dindarlarla SafAğ ziyalılarının arasında idi və
hələlik, "Qudalı gədələri", "Gizlinlər" adlandırılan, əslində isə həqiqi adı hələ
açılmamış "Boz qurd" təşkilatı ilə idarə edilirdi. Üçpara kənddə və rayon
mərkəzində bu "konsperativ" mübarizədən xəbəri olanlar "dal otağ"ın qapısını
taybatay açıq qoyub, hədsiz maraqla, nəfəslərini qısıb, pavilyonda işin sonrasını
gözləyirdilər. Çarpışmanın miqyasını və ümumiyyətlə nə baş verdiyini
bilməyənlər isə, heyrət içində boylanırdılar. Qaz gurultularından başqa, bir də
Xızr Abının yalvarışı eşidildi:
______________Milli Kitabxana_______________
- İç... iç, gözümün işığı!.. Bu dörd ayda hər gün özümnən gətirib aparmışam
dərmənini bu xarabaya. Yolunu gözləmişəm. Bilirdim dözəmmiyəcəksən bu
müsibətə. İç, dözümlü ol... Qırx altıncı ildə Sultannan Mədədi də bunnan
sağaltdım mən. Getdilər Naxçıvanda, Culfa yolunun üstündə KQB-nin
dırnağından qopartdılar "Vərəsə"mizi. Bu qansız oğlu qansız Xəlvətin özünü də
bunnan saxlamışam. Əbləh oldum, mümkün qədər Elm verdim, dedim bəlkə
adam olar ilan. Neynəyim mən bədbəxt?! Elmdən başqa nədi şüarımız?! Bir vaxt
vardı, "Günəş" Pünhanımız
1
qaçaqlara tüfəng paylatdırdı. O tayda Səttarxan
qalxdı, bu tayda Dəli Alı, Nəbi, Kərəm, ƏlƏs qalxdılar. Nə oldu axırı?!
"Günəş"ləriiz az qalırdı başını divara döysün. Çünki OdAğÜzdən Ün döyürdü
bədbəxtimizi: "Atlanın, qırılın! Sizdən Elm yayan ölməz! Atlanın, qırılın!
Yaramazlar!.." Hər gün belə sözlər eşidirdi, yazırdı, göndərirdi. AdıPünhan
Ələskərə, Ələskər göndərirdi Dəli Alıya. Alı da belində patrondaşıynan çiynində
tüfənginə, sonra da "Günəş"in kağızına işarə eləyib deyirdi: "Bu nədi, bu nədi?!"
Atlandırırdı qaçaqlarını, yəhərdə başını sallayıb ağlayırdı. Beləyik biz.
Neyniyək?!
İç, toxta. Otur, dincəl. Söz çoxdu, tələsmə. Təntimə. O mərd Səmədi sal
yadına. Sınma! Sınmayıbsan. Sınmazsan sən. İç! Otur! Dincəl, gözümün işığı!
Danışacaqsan... Danışacaqsan...
Səməd heç nə görmürdü. Zülmət içində, ağrıdan kütləşmiş beynində üç
kəlmə fırlanırdı: "Mədəd, yaxın gəl... Mədəd, yaxın gəl..." Hiss edirdi, anlayırdı
ki, Mədəd də xəstədir. O dəhşətli sənədin, o sualların pəncəsində boğulub üzülür.
Əgər indi, məhz bu dəqiqələrdə sualların heç olmasa bir qisminə cavab almasa,
əmisinə
az-çox inanmasa, o ot torbasını elə
heybətli nifrətlə
ağaca
döyəcləməyindən də betər işlər törədəcək və tamam sınıb, sözün əsl mənasında
boğulub, babası Şeyx Məhəmməd Əmirdən qalan bu irsi xəstəliyinin qurbanı
olacaq... Bir əli Çürüyün, o biri əli Abının çiynindən üzüldüyü, yıxıldığı anda da
Səməd "Yaxın gəl, yaxın gəl" deyirdi.
Abının "dirilik suyu" - YemSən ömrünün sonunda Sultan Əmirliyə kömək
eləmədiyi kimi, Səmədə də kömək eləmədi: qocalar suyu zorla içirdəndən sonra
da "Yaxın gəl" sözləri dillə dişin arasından çıxmadı.
Yıxılanda Səməd boynunun ocaq istiliyində kiminsə soyuq, çirişli əlinin
təmasını hiss etdi, qulağının dibində Xəlvətin qışqırtısını eşitdi:
Keçmiş Qazax qozasının Padşahlıq kəndində gizlin AdıPünhan Musa Muğannalardan biri, məşhur
Musa ağanın oğlu Dəli Hüseyn. Şıxlı kəndinə köcənlər Dəli Hüseynlor adlanırlar.
______________Milli Kitabxana_______________
-
Nə qaxılıbsan o tabretkıya, heyvan oğlu heyvan! Mən yox, bu cavab
verməlidi o suallara. Ölsə, bunnan qəbirə gedəcək sualların cavabları. O qədər
ittihamın altından necə çıxacaqsan?! Qanırsan?! Bir kəlmə də demiyəcəm mən
sənə. Ömrün boyu qayrııya-qayrııya qalacaqsan öz içində. Üzü qaralır, qan
almalıyıq bundan. Qalx! Bura gəl!
Sizin dərdinizi də yaxşı bilirəm mən, dərməninizi də. Al bu bıçağı,
Mənim qanıma qarışdır əmiyin qanını. Xalıq deyil Mədəd Əmirlinin qatili,
Sultan Əmirlidi! Öz dilinnən deyəcək bu. Eşidirsən?! Öz doğmaca qardaşı
öldürüb Mədədi! Bu Erməni əhvalatı o vaxtdan qaynayırdı, Sultan katalikosların
Türk əleyhinə məktublarını gizlədib "Qardaşıma göndərmişəm" deməsəydi,
kimin nə işi olardı Mədədnən?! Sultanı da bax bu öldürüb! Öz dilinnən dedi,
genə deyəcək! Al bu bıçağı, əmgəyini cız!
Qatılaşıb qanı. Qan almasaq dirilmiyəcək! Qanırsanmı, a heyvan?!
Zülmət içində taqqıltı, gurultu başlandı.
Əcaib vəziyyət əmələ gəlmişdi. Cəmaat geridən Xəlvəti təpikləyən Mədədi
sürüyüb aralamağa çalışırdı. Xəlvət isə döşəmədə Səmədin başını qucağına alıb,
əmgəyini bıçaqla cıza-cıza, dərini sıxa-sıxa damcı-damcı qan çıxarırdı.
Səməd gözlərini açanda Xəlvət həmin yerdə, qaz "peç"inin yanında həmin
qara dəri kresloda oturmuşdu.
Gülənoğlu ortalığa düşüb, qat-qarışıq stolları, stulları düzəldə-düzəldə,
çaxnaşan cəmaatı sakitləşdirirdi:
-
Oturun, ay ağsaqqallar, ay qarasaqqallar! Görmürsünüzmü, dünya uçub,
altında qalmışıq! Eşitmək lazımdı, baş açmaq lazımdı! Xarici, əcnəbi deyilənlər
Erməni - Türk davası qızışdırır genə. Bakıdakı Ermənilər, deyirlər, köçüb
gediblər. Mən bilirəm, burda kökü Erməni Gülənuşağının başında çatdıyacaq hər
şey. Aman verin özünə gəlsin, danışsın, məlum olsun hər şey!.. Oturun, oturun!
"Dnevnoy" işıqda yağlı, qara üzü işıldayan bu nəhəng qoca - Gülənoğlu da
Xəlvətin "əsir"lərindən - "agentura"dandı.
Gülənoğlunun ətrafında eynilə "Qudalı gədələri" kimi, yoğun-yoğun, Gülənli
cavanları fırlanırdılar. Nuru müəllim - Çoban Nuru ilə birlikdə çöllərdə ocaq
qaladıqları, "külləmə" kababla çaxır içdikləri günlərdə azdan-çoxdan Elm
öyrəndiklərinə baxmayaraq bu cavanlar da Xəlvətin "əsir"lərindəndi.
Çürüklə Abının, Şöşünün sağ-solunda qəlyan dolduran, "trubka" tüstülədən
ahıllar - Qonaqlının, Qurbanlının, Tahirlinin "Qəlyanlı qocalan" da Xəlvətin
"əsir"ləri idilər, burda – Şüşəlidə "əldən-ayaqdan
Dostları ilə paylaş: |