İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə77/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   73   74   75   76   77   78   79   80   ...   180

______________Milli Kitabxana_______________

ağır-ağır  qalxıb  enən  sinəsində,  atasının  vəsiyyət  elədiyi  dumanlı, əmma

böyüklüyü-əzəməti  aydın  duyulan  Elmin  eşqini  duya-duya,  arabanın

yaxınlaşmasını gözləyirdi ki, özünü Abbas əminin üstünə salsın, mehmanxanada

əmisini  necə qucaqlamışdısa,  bu  qarasaqqal qocanı  da  eləcə qucaqlayıb  bağrına

bassın.  Bir  Göbələk  Məmiş  yox,  min  bir  Göbələk  Məmiş Əlləzoğlu "nöyüd

töküb,  kibrit  çəkib"  min  bir  mülk  yandırsın,  min  bir  Bezobraziye  "mikroilanı "

təhlükə yaratsın, məhəbbətini uzaqdan-uzağa mahnı ilə çatdıran bu eşqli qocanın

torpağının yetirməsi ruhdan düşərmi?!

Araba yaxınlaşdı, kəllər dayanıb fısqırışdı.

Səməd isə, eləcə - sinəsi atlana-atlana qalıb, yerindən tərpənə bilmədi. Çünki

Abbas əminin səsindən duyduğunu üzündə görmürdü.

Qocanın qabarıq, parıltılı gözlərində "Yaralı durna"dan əsər-əlamət də yoxdu.

Mahnını  Səməd  elə bil  yatıb  röyada  eşitmişdi  və indi  mahnı  ilə birlikdə elə bil

Abbas əmi özü də yoxa çıxmışdı, əvəzində "qırx beş nömrə girzovı sapoq"larını

arabanın  qol  ağaclarına  dirəyib,  "boyunduruq  enində"  çiyinlərini  dala  gərib,

başını  da  dala  atıb,  saqqalını  dik  qaldırmış  hirsli-hikkəli  bir  qoca  oturmuşdu.

Əkin-tikində,  ot-ələf,  çır-çırpı  içində dərisi  cızıq-cızıq  olmus,  bomboz,  nəhəng

əllərinin  birində yoğun,  gödərək  tənək  çubuğunu,  o  birisində çibinlənən  gəlin

quyruğunu tutub, Səmədi başdan ayağa, ayaqdan başa süzürdü.

Baxıb-baxıb dillənəndə bu qocanın dilindən zəhər töküldü:

- Əlləzoğlunun qızı gəlib, atası evində gözləyir. Oğlum Məmməd Xələfi çağır

xoddasın maşını, get götür qaç o qancığı! Kəbini geri oxutdur, arvad elə özünə!

Səməd sinəsini atlandıran uca eşqin necə köpük kimi partladığını,  köksünün

necə çöküb  sıxıldığını  və sağ-solunda  birdən-birə peyda  olan,  qırmızı,  enli

sifətinin  ortasında  çal  lopa  bığı  ağaran  Xəlvət  Rəhimlə Qıllı  Qeybalının  necə

açıq  tülkülüklə qımışıb  bir-birinə baxdıqlarını  hiss  edə-edə,  zərbədən  ayılmağa

çalışdı.


"Get gotür qaç o qancığı!"

Zərbə deyildi bu, yara üstündən yara idi!

O  mahnı  hara,  bu  yara  hara?!  O  məhəbbət  hara,  bu  təhqir  hara?!  Qoca  onu

doğrudanmı bu qədər alçaq sayır?! Bu gizlin-gizlin qımışan murdarların yanında

niyə belə danışdı bu məşhur mötəbər "qəlyanlı qoca"?!

- Eşitdinmi  dediyimi?!..  Çax-çuxun  qızı səni  axtarır  ki,  aparsın görüşdürsün

Əlləzoğlunun qancığıynan! Nə qədər ki, bu yanındakılar



______________Milli Kitabxana_______________

"əmisinin arvadının oynaşı" qoymayıblar sənin adını, get bəri başdan götür qaç!

Boyürdən Səmədin qoluna qol toxundu. Rəhim idi.

- Mən  elə bu  söz-gapa  görə yığıncaq  elmişəm  bu  gün,  təklif  irəli sürmüşəm

ki,  ağsaqqallarımız  barışdırsınlar  bizi  sənnən,  yoldaş  Səməd. Sağlığına,  vardan-

haldan  pis  deyilik.  Pislikləri  duz-çörəknən  kəsək-ataq, yeyək-içək,  dərd-qəmi

dağıdaq.  O  mülkün  yerində elə bir  imarət  qaldırarıq  ki,  mahalda  tayı-bərabəri

olmaz!  Biz  bilirik, Əlləzoğlunun  o cığalısından  savayı  da  istəklin  var  sənin.

Toyun  da  bu  qoca  Rəhimin boynuna!  Sözün  bədini  gətirmiyək  dilimizə.  Adını

Qıllı qoyduğun Qeybalı da səninki olar, yoldaş Səməd! Adını Piyli qoyduğun da

səninki  olar! Bu  zəmanədə rayokmun  təhkimçilərindən  heç  biri  sahə-filan

gəzmir, ay oğul. Gedək əyləş evimin döründə, hamılıqnan qulluğunda duraq! Nə

işin var axı Təftişin yanında ki, qulağın da belə söz eşidə! Adını bolşevik qoyub,

cibində revkomun yadigar naqanını da gəzdirir. Bu yandan da gecə-gündüz Xızr

Abıynan,  Çürüknən  pıçhapıçdadı.  Onların  o  Elmi hara,  cibi  naqanlı  bolşevik

hara?!  Görürsənmi  nə təhər  ikiüzlü  adamdı bu yekə!  Naqan  zamanı  genə gəlib,

dünya çaxnaşır deyir, hədələyir bizi! Səni indi öz tərəfinə çökməkdən ötrüdü bu

hərbə-zorbası, inan!

Qeybalı da o biri tərəfdən qoluna toxunurdu.

- Vallah,  bizdən  savayı,  heç  kəsdən  xoş  üz  görmüyəcəksən,  ay Səməd!  Gül

kimi təklif eləyirik sənə. Gedək biznən...

Təftişin əlində tənək çubuğu vıyıldayıb kəlin belində şappıldadı.

- Aparın, aparın! Böyügü siznən əlbir olubsa, kiçiyi niyə olmasın?!

- Səmədə döndü. - Sultanın,  hökmdarın  da  bunlarnan  oturdu-durdu,    rumka

döyüşdürdü, axırda da başına elə iş gəldi! Get! Sən də get bunlarnan!

Araba eyni yumşaq tıqqılltılarla aralandı.

Çal bığ dövrəsində qızaran enli sifət qabağa keçib, Çax-çuxun qara  məxmər

üzünü  xatırlada-xatırlada,  məxmər,  ipək  yumşaqlığı  ilə yenə nə isə deyib-

danışmağa başladı.

Səməd  isə tıqqıltılı arabanın  dalınca  baxa-baxa,  alçaq,  boz  binalar  boyunca

uzaqlaşan  qatar  tıqqıltıları  eşitdi,  ağ  daş  binanın  ikinci    mərtəbəsində üfüqün

parıltısına  bürünmüş  samovarın  yanında  qırmızı  qıymaçalı,  qırmızı  xalatlı

"məhrəm  elqızı"nı,  sonra  küçəyə süzmüş  balkonda,  zili  üstündə sərili  uca

şəxsiyyəti və o şəxsiyyətə dediyi uca  sözləri xatırladı.




______________Milli Kitabxana_______________

Bezobraziye  bu  şaxımış  günəş  altında  da  ardınca  düşmüşdüsə,  Müslümün

təkidlə dediyi  təhlükə labüddüsə,  "Məhrəm  elqızı"nın özü,  uşağı  ilə birlikdə

Sultan Əmirlinin xoşbəxtliyi illüziya deyilmi?!

Bəs bu "mahnılı qoca" ilə bu sevinc, bu xoşbəxtlik nədir, doğrudanmı bu da

illüziyadır?!

Birdən hayqırıb, arabanın dalınca: - Dayan! - deyəndə öz səsindən Səməd özü

də təəccübləndi: ömründə bir dəfə də bu cür heybətli qışqırmamışdı.

Sahənin  kənarında Təftişlə üz-üzə gələnə qədər sifətinə elə bil kənardan qor

doldu. Hələ Şüşəlidə ikən Səmədə elə gəlirdi ki, işdən sonra Əlləzoğlunun evinə

gedəndə Müslümün,  Hənifə arvadın  şahidliyi  ilə,  ürəyini  köksündən  çıxarıb

Gülgəzin qarşısında açacaq, yəni necə düşünürsə, nə hiss edirsə, hamısını səmimi

sözlərlə danışacaq,  sonra  bəlkə hətta  qonşulardan  da  çağırıb,  onların  gözləri

qarşısında  bir  daha  hər  şeyi  təkrar  edəcək.  Bu  qətiyyəti  Müslüm  lap  astadan-

ehtiyatla  dediyi  beş-on  kəlmə ilə sındırdı:  "Gecə gedərik.  Günün  günortasında

yaxşı  deyil,  ay  Səməd...  Qonşu-monşu  nədi?!  Səbrin  çatmasa,  axşamüstü

gedərik".

Axşama elə bil bir insan ömrü qədər vaxt vardı. Təftiş olan-qalan səbri vurub

dağıtdı  və Səməd  elə bu  saat  bu  anlaşılmaz  qocanın  Sultan əmiyə o  cür

alayarımçıq,  küskün  dost  münasibətinin  cavabını verib,  ləngimədən  kəndə

getmək qərarına gəldi.

Təftişə çatanda hiddətdən gözləri oynayırdı.

- Mənnən niyə elə daşındın sən, a kişi?!

- Bə nə təhər danışmalıydım?

- Təhqirini başa düşmürəm. Nə özümü layiq bilirəm o sözlərə, nə əmimi, nə

də o  bədbəxt  zənəni!..  Necə yəni  "əlbir  olub?!"  O  murdarlarnan?.  Sən  yəqin

bilməlisən ki, orda əmimə qurğu qurublar! Əmim təmiz adamdı!

- Kimin  təmiz,  kimin  murdar  olduğunu  ayırammazsınız  siz Əmirlilər.

Ömrünüz boyu özünüz-özünüzü alladırsınız!

- Nə?! Əmirlilər?! Yəni hamımız?!

- Hamınız! Sualıma cavab ver. De görüm ad-sanı dünyanı götürən Comərdin

o  qədər  dəstə-dəstə,  biri-birindən  igid  qaçaqları ola-ola,  o  qədər  fədaisi  ola-ola

niyə bəda  verdi  o  tay-bu  tayı,  bilirsənmi?  Bilmirsən!  Comərd  inanırmış  ki,  qan

düşməni  dost  eləyər.  Dəli  Alı niyə getdi  Nikolayın çəkisinə?!  Niyə aldı  onun

qızılım?!  Çünki  sənin  o  Comərdin  təki,  bu  Dəli  də heyvanatı  insan  eləmək

istəyirdi! Hamınız belə




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə