İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə20/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   180

______________Milli Kitabxana_______________

- İlan  elə çalıb  ki,  dişinin  yeri  də bilinmir.  Sultannan  o  günüqara oyanıb

görüblər bir yorğanın altında ər-arvaddılar. Daha nə deyim bundan artıq?!

Səməd də istər-istəməz səsini endirdi:

- Şənbə, Lüt əhvalatı?!

- Təfsilat lazımdımı, ay oğul?!

- Demək, qurğu olmağına qurğudu?! Kimin işidi?!

- Coşma!


- Xudiyev dəstəsi?! KeQeBe?! O dəstənin işidi, ya yox?!

- Oğul! Ay gözümün nuru! Qaynama! Coşma! Bayaq "vəhşi" ehtiras dedim.

Sonra  çox  vacib  söhbət  başladım.  Səndən  ötrü  bu  saat  hava,  su kimi  vacib

söhbətdi,  inan!  Məni  eşitməsən,  bir  varis  kimi  öhdənə düşən işdən  xəbər

tutmasan,  daha  böyük,  daha  ağır  müsibət  olacaq.  SafAğ İnsanların  SafAğ  Elmi

varissiz  qalacaq!..  Qırğın  gedir  dünyada!  Bəli, dünyada!  "Az ər  baycana

döndərilən Bağdayımızı əsrlər boyu parçalayıb, indi görürlər bu Şimalımızda da

qalıb  Elm,  Cənubumuzda  da, Şərqimizdə də,  Qərbimizdə də!  Yenidən

parçalamağa  hazırlaşırlar!  Lap xırda-xırda,  arası  sərhədli  dövlətlər  eləmək

istəyirlər. Plan var ey, ay oğul! Plan var! Əmma həyata keçirəmmirlər. Ona görə

də qırırlar. SafAğdan  az-çox  başı  çıxanların  hamısının  sağ  gicgahına  iti  uclu

çəkic çaxırlar. Gürcüstandakı o Georgi kilsəsinə şifrəli teleqramlar gedir, bir-iki

kəlmə:  "Bir  Sak!",  "Beş  Sak!",  "On  Sak!"

1

Ordan  da  Stalinə hesabat verilir!..



Qohumlarınız  vardı  Qazağın  Muğanlı  kəndində:  AğEy  Bağlar! Ağabəylər

deyirdik.  Şamaxıdan  sürülmüşdülər  otuz  yeddinci  ildə Muğanlıya.  Getdim

soruşdum  ki,  sizləri  Sibirə sürürlər  axı,  niyə bura  göndəriblər?  Dedi  Dərbəndi,

Şamaxını, Muğanı hələ birinci Aleksandrın vaxtında ƏsAğsız qoyublar, yerində

heç  nə başa  düşmüyən,  saz  da çalammayan  bədbəxt,  "Aşıq"lar  qalıb, ƏsAğ

əvəzində,  ey  oğul!  Bədbəxtliyimizin  dərəcəsini  duyursanmı?!  Sovet  alimləri

deyirlər:  "Sak" olub  vaxtilə, ƏsAğ  hara,  "Sak"  hara?!  "Kaspi"lər  olub  deyirlər,

"Xəzəri"lər  olub!  Bir  xalqı  elə yazı-pozudaca  yüzlərlə təhrif  sözə parçalayırlar

ki, Bağday silinsin tarixdən. Xəbərin varmı Qrek neçə əsr tapdalayıb Bağdayı?!

O  fatehin  iki  sözü  var:  "ki",  "at",  ikisi  də od  deməkdi.  Kainat Odu - həqiqət

mənasında yox adi od-alov mənasında işlədirlər. "K", "ka", "ko", "ku", "xə", "xa"

- hamısı "ki"dəndi. Fikir ver: "Sak" -

Əsli: ƏsAğ. İndiki Gürcüstan ərazisindəki bir bölük əhali. Açar adı da Odərdəndir.



______________Milli Kitabxana_______________

hara, - ƏsOd  (Yaradan  Od)  hara?!  "Ka  s  pi"  hara,  OdƏşBağ  (Yaradan  Həqiqət

Bağı  hara?!  "Xə z ər"  hara,  OdƏsƏr  (Yaradan İşıq  həqiqəti)  hara?!  Sənə bax

belə,  qıyma-qıyma,  incə-incə dərs  deməlidi əmin!  "Varis" - EvƏrEyƏs

sözündəndi. ƏrEyimizin Yaradan Evi olmahlısan sən! Ev - beyin  mənasında da

işlənir. Beyin olmalısan sən! Səməd ayağa qalxdı.

- Abı!  Bu  saat  heç  nə girmir  beynimə!  Beyinsiz  deyiləm,  başa  düşürəm  ki,

"dilim-dilim"  dil,  "Boq" - Bağ  çox  ciddi  məsələdi. Əmma  qan tutub  ağlımı-

fəhmimi bədbəxtliyimiz öldürür məni! Qan içəcəm! Qan içən itəm bu saat!

Abı da ayağa qalxdı.

- Qaynama!

- ...Qayınyacam  da,  daşacam  da!...  Atamın  qanı  batıb!  Bu  iş  də elə-belə

qalacaq?!.  Dözəmmərəm!  Yeməz-içməz  qalaram!  Yuxum ərşə çəkilər,  ölərəm,

Abı!..  Gedirəm!  Çax-çux  Xalıq  çox  şey  bilir.  Ondan  başlıyacam.  Xirtdəyindən

yapışıb  öyrənəcəm  hər  şeyi, qıracam hamısını!  Xançalnan  doğruyacam!  Səssiz-

səmirsiz! Elm nədi?! Cəlladam mən bu saat!

Abı bozardı.

- Bu boyda SSRİ-nin qanını içəmməzsən!

- Mən soyumalıyam, Abı! Qan içməliyəm, soyumalıyam.

Abı burda bir az fikrə gedib, sonra, gözlənilmədən, astadan soruşdu:

- Heç olmasa beş-on dəqiqə qulaq asammazsanmı mənə?!

- On dəqiqə?!. On dəqiqədən sonra əl çəkəcəksən yaxamdan?

- Hökmən! Bayaq dedim qulaq as, sonra hara gedirsən get.

- De!


- Deyirəm... Sultan, mən, "Adıpünhanlar" (Yəni "Muğ"larımız - Bağlarımız)

özümüz  də xeyli  vaxtdı  xeyli  açıq  işləyirik.  Beynəlxalq  miqyasda  dəst-tərəfdar

axtarırıq.  Çünki  SafAğ  Elmi  düşmənlərinin,  məhz beynəlxalq  miqyasda

casusların,  çuğulların  sayı-hesabı  yoxdu!  Biləcəksən,  tanıyacaqsan.  SafAğ

ƏsƏrlərimizi,  dəstanlarımızı  fəsilləə-fəsil, sətirbəsətir  dəyişdiriblər.  Bu  saat,

indinin  özündə

Bakıda  Moskvanın,

Tehranın  casus  alimləri  işləyirlər,

Məhərrəmin  gözünün  qabağındaca, Nizamidən,  üzübəri  hamısının  SafAğa  aid

nəyi varsa, dəyişdirirlər!Biri var Bakıda, Akademiyada. Cılız bir şeydi. Məndən

betər. Əmma hələ o cür həyasız, qorxusuz insan görməmişəm mən. Bakıda gizlin

şairlik eləyən bir Pünhanımıza deyib, kömək elə "İsgəndərnamə"ni də-




______________Milli Kitabxana_______________

yişdirək, hər sətrinə bir manat verərəm. Üstəlik bir kilo qızıl, yaxşı varlanarsan...

Lap  çoxdankı  bəladı  bu.  Sən  bilməlisən  və ətrafında  gördüyün  adamların

hamısıyla  dil  tapmağı  bacarmalısan.  Tarixən  beləyik  biz:  təhrif  insanın  evimizə

dürtülən ən  həyasız, ən  iyrənc casusuyla  da  dil  tapmışıq,  Elm  verib  beynini-

şüurunu dəyişdirmişik.

Düşmənin əsas  üsulu  zordu,  silahdı,  qırğındı. Əmma  ikinci  üsulu,  cahilləri

təsir altına salıb ikicə kəlmə "Allahdan qorx" kəlməsilə və bunun əsasında əməli

işlə qorxudub, həqiqət əleyhinə qaldırmaq bacarığı daha təhlükəlidi.

Bir neçə tarixi fakt deyim, yadında saxla.

Müasir  "Azərbaycan"da  ayrı-ayrı guşələrdə saysız-hesabsız  dili  dəyişmiş

"Yəhudi"  var  ki,  çoxunun  kəndlərinin  adı  "Muğanlı"dır.  Bilən  varmı  ki,  bu  da

fatehlərin əməlidir?!

"İsrayıl"ı indi də "İzrail" eləyirlər! Əsli – OdƏrcəsi ƏsƏrƏldi (Yaradan İşığın

Əli).  Bilirsən  ki,  lap  qədimlərdən  "Beytül  müqəddəs"  deyilən  ziyarətgah  var

orda.  "Ərəb"cədi  bu  "beyt",  guya  "ev"  deməkdi. Əsli  OdƏrcəsi  BağOddu  (Bağ

Həqiqəti).  "Ərəb"in  dilində "Yəhudi",  "Qrek"in  dilində "İudey"ə dönən  EyOd

OdƏrlərimizin  övladları

haman  BağOdun

əhatə


elədiyi  yerlərdə

Elm


öyrənərmişlər.  Geri  sananan

əlliminillik  tarixin  ortalarından  başlayaraq

"Assuriya"lılar - "Su-riya"lılar,  "Qreklor",  "Latınlar"  dəfələrlə dağıdıblar

BağOdu.  Sonra  görüblər  "Beyt"ləri  dağıtmaqla  tədrisin  qabağını  alammırlar,

bayaq dediyim haman ikinci üsula əl atıblar: "Beytül müqəddəs"i veriblər Ey-Od

- "Yəhud" qiyafəli "Qrek" "monax"larının ixtiyarına... "Beyf"dən -BağOddan bir

az  o  yanda  bir  dağın adını  qoyublar  "Səfa  dağı".  Diqqət  yetir.  "SafAğ"

kəlməsinin əvəzində təhrif  dildə - Ərəbcə "Səfa!"  Yəni  təmizlik.  O  "Səfa"

dağından  "Beyf"ə doğru  axan  suyun  adını  da  qoyublar  "Səfa  suyu". Ətraf

ölkələrdə,  o  cümlədən  fəth  elədikləri  Bağday

ərazisində

tədris



dayandırıldığına görə Elmdən ayrılan, Qrek kaloniyalarında qula dönən kütlələri,

qocalı-cavanlı,  sel  kimi  axıdıblar  o  "Saf  su"  axan  yerə: əl-üzünü,  ayaqlarını  yu

"müqəddəs Səfa suyu"nda, get "Beyf"in kandarına  yıxıl, daşı-divarı öp, arzunu-

diləyini de, vəssalam! Diqqət yetir, gör SafAğ Elmini, Kainat haqqında məlumatı

nə ilə əvəz eləyiblər: su ilə!.. Qrekinköhnə "xristian" üsuludu bu-"su"dan istifadə

yolu  ilə "Religiya"  yaratmaq!..  Bədbəxt  cahil  hardan  bilsin  ki,  "su"  OdƏrcə Əs

(Yaradan)  sözündən  azıb.  Danışanda  üz-gözümüz əsir-titrəyir,  həm  sifətimizdə

məna yaranır, həm də səsimizdə - Ünümüzdə,




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə