______________Milli Kitabxana_______________
7
Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də
"mühacirlər" və bütün "Pünhan"lar - helə heç kəs bilmirdi ki, "çesuyçalılar"
adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki
nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-
dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə
təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan
Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda - şərait
yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər,
bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə "Saşa" adlandırdıqları bir nəfər
polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan
demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. "Saşanın
üzündə şeytan tükü var" - deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin,
əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan "Muğ" -
Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər,
Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə
xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə
-həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə
qoyub, qısaca "Azad edin" və ya "mənim şəxsi işçimdir" deyib buraxdırırdı.
Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın
dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki,
Saşanın kor görünməz əli həmişə haralardasa - ətraflarda dolana-dolana onun
özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki
nəfərin - əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o "əl" idi. Çox
təhlükəli hallarda isə o "əl" Saşanın özü idi. Başında Əlləzoğlunun "motal"
papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında
bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan
o oğlanı nə aşağıda - həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa
məlahətlə qımışıb, dabanı üstə donüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-
bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də
yetirmədi...
Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin
yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum
______________Milli Kitabxana_______________
adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb,
yeyə-yeyə Saşanı daimi "pod kolpakom"
1
saxlayırdı ki, lap tezliklə qanını axıtsın
və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da
tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal
hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb
keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi "Rayon yun idarəsi, Alınma,
satılma məntəqəsinin künc otağında "priyomnik"in "nauşniklərini" başına
keçirəndə o adamın eşitdiyi ilk sözlə "Ya Saşa! Ya Saşa..." olurdu. Yəni,
Moskvadan danışan adamın "kliçkası" da "Saşa" idi... Bu gecə o Moskvalı səs,
vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr
etdi: "Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu
tyozku"
2
çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının
dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...
8
Fəlakətdən xəbərsiz Səməd zalda bayaqkı yerində təkcə oturmuşdu.
Uşaqlıqdamı, ilk gənclikdəmi, nə vaxtsa, əzələlərini daşlaşdırmaq fikrinə hələ
təzə düşdükləri günlərdə, əzələ qayğısından başqa heç bir qayğıları olmayan
çağlarda sədr Mədədin ərköyünü ilə Cəfər əmi - Lüt Cəfərin qaynı Yusif,
Sudüşənlə meşənin arasında kərpickəsənlərin sarı torpaq çıxartmaq üçün
qazdıqları dərə kimi dərin qaznağa su buraxmışdılar, göl düzəltmişdilər. Hər gün
məktəbdən çıxanda birbaş o gölün qırağına yüyürərdilər, kitab-çantalarını bir
yana, paltarlarını o biri yana atıb, suya baş vurardılar, "eşmə" üzə-üzə çıxıb, canı
sulu-sulu meşəyə cumub, ağacların budaqlarını turnikə çevirərdilər, pambıq əkini
üçün köklənmiş sahə
kənarında kötükləri ştanqa çevirərdilər, turnikdə
oynamaqdan, ştanq qaldırmaqdan pörtəndə isə bir də suya baş vurub çıxıb,
paltarları qoltuqlarında, çantaları çiyinlərində, kandarında çəmənotu və qazayağı
bitən, tavanında qaranquşlar uçuşan evə qayıdıb, Ayna bacının, Gülbənizin və ya
Gülgəzin həmişə hazır saxladıqları süfrənin qırağında çıl-çılpaq oturub, bir əllə
çörək yeyib, o biri əllə "Ədəbiyyat müntəxəbatının", "Cəbrin", "Həndəsənin"-
filanın vərəqlərini o yan-buyana
"Mən Saşayam... Mən Saşayam... Mənim adaşımı tutmağın vaxtı çatıb".
Nəzarət altında.
______________Milli Kitabxana_______________
aşırandan sonra yenə gölə cumardılar. Ömrün necə şirin çağları varmış! Əmma
elə gün olmazdı ki, Qıllı Qeybalı şirinə acı qatmasın. Dantes Qeybalı yox, o
vaxtlar Qıllı Qeybalı və "Ataman" deyilən pələpüsür oğlan suyun altında qara
camış kimi peyda olub Səmədin ayaqlarından asılanda, Qudalı uşaqları da
cinşəyatin kimi qaynaşa-qaynaşa Yusifin əl-qoluna sarılardılar. Sudan kənarda
sədr Mədəd vardı, Qılınc Qurban vardı, adı Lüt qoyulsa da partkomluğunda
qalan Cəfər əmi vardı, orda sədrin ərköyünü ilə partkomun qaynına yaxın
düşmək çətin idi, suyun altında isə ərköyünün tərifli qara, gur saçlarından çəngə-
çəngə qopartmaq olardı, "Yusif kimi gözəl Yusifin" ağzını cırmaq, burnunu
burub əzmək, şişirtmək olardı. Odur ki, suyun altında nə qədər qalmaq
mümkündürsə, bir o qədər qalıb, lap boğulunca vuruşardılar. Xüsusən sədr
Mədədlə Qudalı ağsaqqalı Rəhimin idarədə-iclasda sözləşdikləri günlərdə suyun
altında vuruşma çox çəkərdi. Elə çox ki, qıllı camışla cinşəyatin dəstəsinin
ardınca sudan çıxanda göl dibinin həyəcanla dolu, uğultulu sükutu Səmədin
beynindən getməzdi.
Qıllı Qeybalı Dantes Qeybalı oldu. Göl qurudu. Bayaqkı "motal papaqlı,
arxalıqlı adam qapıda görünüb yoxa çıxandan sonra, zalda tək qalanda Səməd
göl dibinin uğultulu sükutunu xatırladı. İllər keçəndən sonra, əmisinin yemək
otağında - yetmiş kvadrat metrlik zalda Səməd özünü həmin göl dibində hiss
etdi. O göl dibi ilə bu zalın fərqi bircə bunda idi ki, burda ayaqdan asılan, çəngə-
çəngə saç qopardan, ağız cıran, burun buran yoxdu, həyəcanla dolu, uğultulu
sükut içində Səməd özü könüllü boğulurdu.
Sükutu əvvəlcə Sultan əminin səsi pozdu:
- Nə oldu orda? Yenə yandırmısınız?
Sonra Əlləzoğlunun səsi:
- Yandırmamışıq, dərdin alım. Közün üstə qalıb qurumuşdu. Təzədən
çəkirəm. Özü də bel ətindən, uc qabırğasından! Gətirrəm indi, gətirrəm. Siz
başlayın. Gətirrəm!
Səməd əlini süfrəyə uzatdı. Nimçələrin, araq, konyak şüşələrinin, qədəhlərin
parıltıları içində göyümtül qrafində qaraya çalan çaxır gördü, qrafinin
boğazından yapışıb, ağzına söykədi.
Haradasa, deyəsən "revkom kabineti" tərəfdə Sultan əminin qəh-qəhəsi
eşidildi:
- Barakallah, qardaşoğlu! Ə, yıxar səni çaxır. Qoy yemək gətirsin kişi!
Dostları ilə paylaş: |