______________Milli Kitabxana_______________
Bu təzə - "macar" çaxırın təmi tanışdı. Bir vaxt Sultan əmi bu çaxın Tat
Seyidin məlhəmi adlandırardı. İndiki Seyid kişiyə - raykomun qonaq evinin
qarovulçusuna o vaxtlar - müharibə illərində "Tat Seyid" deyərdilər. Seyid
kişinin indiki arvadı Xeyrə arvada isə "alverçi Xeyrə" deyərdilər. Tat Seyid üç
para kənddə yeganə müsəlmandı ki, çaxır çəkərdi, alverçi Xeyrə isə, yeganə
zənəndi ki, iynə-sapdan, düymədən başqa çaxır da satardı.
Günlərin birində Qonaqlıda xəbər yayıldı ki, Başkənddə, yəni Qurbanlıda
alverçi Xeyrə, ərlərindən qara kağız gələn gəlinləri gecələr evinə çağırıb, xəlvəti
çaxır içirdir, səhərisi qapı-qapı düşüb, həmin gəlinlərdən çaxırın əvəzinə un
yığır. Bu xəbərə əvvəlcə heç kəs, o cümlədən Səməd də, atası da inanmadı.
Sonra isə Səməd, Qurban əmi - Qılınc Qurbanın atının tərkinə, atası isə öz atını
minib gedib, öz gözləri ilə gördülər ki, dörd tərəfinə qarğıdalı şaxı döşənmiş,
alçaq bir çardağın altında, qara çırağın işığında qarmonçu Şənbə Zarıncı çalır,
qara geyimli, göy örtüklü, cavan-cavan gəlinlən oturub ağlaşırlar, alverçi Xeyrə
isə, yekə bir çəlləyin yanında dizləri üstə oturub, mis dolçanı çəlləyə basıb
çıxarıb, gəlinləri dümsükləyə-dümsükləyə çaxır içirdir.
Bütün bunları Səməd qarğıdalı şaxlarının arasından gördü.
Atası ilə Qurban əmi isə içəri getdilər.
Qurban əmi Şənbənin qarmonunu dartıb alıb yerə çırpdı, beşaçılan tüfəngin
qundağı ilə vurub çəlləyi partlatdı.
O vaxt, o yaşında Səməd hələ dilinə içki vurmamışdı.
Çardağın altındakı hadisənin sabahısı Tat Seyid, qoltuğunda bir "çelvert"
1
çaxırla, qapıdan girib, donqar belini bir az da əyib, köyrələ-köyrələ uzun bir
söhbət başladı. Məlum oldu ki, oğulları müharibəyə gedəndən sonra alverçi
Xeyrənin əri ölüb, Tat Seyidin isə arvadı; bir düjün tifil Xeyrənin üstə düşüb, bir
düjün də Tat Seyidin üstə düşüb, quru-taqqanaq arpa çörəyi yeməkdən quru-
taqqanaq olublar yetimlər, o yetimlərin çörəyini kəsmək Kəbənin qulpunu
qırmaq kimi bir şeydi, odur ki, Qılınc Qurban insafa gəlsin, qılıncını qına
qoysun, çax-çuxunu əlindən almasın Xeyrənin.
Bu yanıqlı şikayətin cavabında nə sədr Mədəd bir söz dedi, nə də böyüklərin
işlərinə qarışmağı xoşlayan ərköyün oğlu. Tat Seyid qolutuğundakı çetverti
küncə, divar dibinə qoyub getdi. Qırx dördüncü ilin
Üç litrlik şüşə.
______________Milli Kitabxana_______________
axırındamı olmuşdu bu, qırx beşin əvvəlindəmi, Səmədin yadında deyildi.
Yadında qalan bu idi ki, bu göyümtül qrafinə bənzəyən o göyümtül çetvert şüşə
elə o küncdə qaldı, üstünü toz basdı. Bir də "Müharibə qurtardı" xəbəri çıxanda,
Sultan əmi o vaxtkı qara "Emadin"ində kəndləri gəzə-gəzə hər yerdə cəmaatı
təbrik eyləyə-eyləyə, axırda yorğun-üzgün gəlib qardaşının evində oturanda, yəni
çardağın altındakı hadisədən təxminən beş-altı ay sonra sədr Mədəd, nəhayət, o
şüşəyə diqqət yetirdi, tozunu silib, tıxacını çıxarıb, Sultan əmiyə bir stəkan çaxır
verdi və Sultan əmi ilk dəfə onda "məlhəm" dedi. "Çaxır deyil ki, məlhəmdi", -
dedi. Sultan əminin Tat Seyidlə alverçi Xeyrənin işləri ilə maraqlanmağı da o
gündən başlandı və Səmədə məlum oldu ki, Sultan Əmirli ilə Mədəd Əmirli o
taydan nə vaxt gəliblərsə, Seyid kişi də elə o vaxtlar gəlib, Qurbanlıda dam tikib,
yurd salıb. Özü də çaxırçı-zad deyil, üç para kənddə ən mahir rəncbər və
bağdandır. Alverçi Xeyrə də alverçi-zad deyil, oğulları gedəndən sonra, gün-
güzəran ucbatından, Qayım Qudalının iynə-sapını, sancağını, düyməsini sata-
sata alverçi olub, axırda çaxır satmağa başlayanda isə ilişib, "gəzəyən Şənbəni
evinə salan", cavan-cavan gəlinləri el içində xar eləyən murdar zənən kimi
tanınıb!.. Sədr Mədəd "o çardağın altına ayaq basdığı gecəyə lənət" deyirdi, ağı
qaradan seçməmiş qılınc sıyıran dətələb ispalkomu, yəni Qurban əmini
pisləyirdi. "Elə mən də onun tayıyam!" - deyirdi. "Cəmaatın qəzəbi, kini yerdən-
göyə çıxıb. Üç kəndin üçündə də qapılar bağlanıb üzünə o bədbəxt kişiynən o
bədbəxt arvadın!" - deyirdi. "Batırmışıq Seyidnən Xeyrəni. Heç fələk də xilas
eliyəmməz!" - deyirdi.
Sultan əmi isə çox asanca xilas elədi. "Emadin"ini birbaş Qurbanlıya
sürdürüb, Seyid kişinin, Xeyrə arvadın "damlarında", yəni töyləsayağı yeraltı
qazmalarında oldu, ordan kəndin ortalığına çıxıb cəmaatı yığdı. "Nə Tat Seyid
sizin tanıdığınız tatdı, nə də alverçi Xeyrə sizin tanıdığınız alverçidi", - dedi.
"Müharibədə həlak olan oğlanların körpələrini boya-başa çatdırmaq üçün
özlərini oda-közə vuran, qeyrətli nənə, babadı hər ikisi!" - dedi. Sultan əmi belə
deyəndə Seyid kişi "Emadin"in bir tərəfində ağlayırdı, Xeyrə arvad isə o biri
tərəfində. Maşının dal oturacağında oturub, əmisinə qulaq asa-asa, gah Seyid
kişiyə, gah da Xeyrə arvada baxan Səmədi də qəhər tutmuşdu, Qurban əmi -
Qılınc Qurbanın səhvi və atasının bu səhvə uyduğuna görə necə yanıb-yaxılmağı
barədə nə isə demək istəyirdi, deyə bilmirdi. Çox çəkmədi ki, Sultan əmi Seyid
kişi ilə Xeyrə arvadı oğlanlı-qızlı nəvələri, cır-cındır şələ-şəltələri ilə
______________Milli Kitabxana_______________
birgə qara damlardan çıxarıb aparıb, birini qonaq evinə qarovulçu və bufetçi
qoydu, o birini raykomda xidmətçi. Və elə o günü anbar məscidin böyründə,
cökələrin yaşıllığı içində karvansarasayağı tikilinin içindən köhnə barama
tərəcələrini çıxartdırıb, dörd yerdən böyük, işıqlı pəncərə qoydurdu. Seyid kişi
ilə Xeyrə arvad orda- yeni evlərinin qabağında da ağladılar. Səməd isə öz
sevincini, qürurunu bildirmək üçün ancaq o axşam əmisinin evində, bu zalda, bu
stolun arxasında, ömründə ilk dəfə çaxır içəndən sonra söz tapdı: "Mənim əmim
el atasıdı!" - dedi. Sultan əmi çox bərk tutulub, dolub, qəhərli-qəhərli uzun bir
nitq başladı: "Nə elin var hələ, Bircə bala, nə də atası!.. Hissiyyatın güclüdü,
gözəldi. Əmma bir vaxt gələcək, sınacaqsan. Elimizin Türk deyiləni də zülm
altındadı, Tat, Kürd deyiləni də. Elm öyrənəcəksən, biləcəksən ki, zülm altında
olanların ataları da zülm altındadılar... Kimlərdi o atalar, hardadılar, nə üçün
zülm altındadılar? Diqqətnən dinlə!.. Az-az iç bu məlhəmdən, dinlə və
unutma!.." Uzun nitq uzun olduğu qədər də dumanlı oldu, Səmədin yaddaşının
dərinliyinə gedib orda yatdı ki, bir də uzun illərdən sonra zülm altında olanların
zülm altında olan ataları Muğlar-Bağlar SafAğ Elmi sözləri ilə açılıb aydınlaşsın.
Məlhəm çaxırın təmi isə "Mənim əmim el atasıdı" sözlərilə bağlı idi. Bu təm
Səmədin qürurunun, sevincinin, fərəhinin təmi idi. Həyəcanla dolu, uğultulu
sükut içində əməlli başlı boğulduğu, gözlərinin qaraldığı dəqiqədə qrafindən
başına çəkdiyi çaxır, Səmədi dünənki, bugünkü hadisələrin burulğanından
çıxarıb, vurğunu olduğu "el atası" Sultan Əmirliyə qovuşdurdu. Bayaq yolda
onlan Mirqəzəbin səpdiyi toxumdan bitib rayonu basmış çesuyçalılara nifrət
birləşdirmişdi, indi isə məhəbbət birləşdirdi. Və elə bu məhəbbət də Səmədi göl
dibində burulğandan qurtardı.
Babasından əmisinə və ona keçən irsi xəstəlikdən Səmədin hələ xəbəri yox
idi. Boğazının birdəncə genişlənib, nəfəs yolunun açıldığını, beynində ağrının
divardan qopan kərpic kimi qopub düşdüyünü və əlindəki göyümtül qrafindən
başqa şeylər görməyə başladığını hiss edib, bunun ardınca əmisinin qəhqəhəsini
eşidəndə, avariya günü boz kitelə necə sığınmışdısa, indi qəhqəhəyə də eləcə
sığındı, bu qəhqəhədən gülüş alıb güldü.
- "Məlhəm" nədi, əmi, möcüzədi bu, - dedi. - Verim sənə də?
- Yox, yox! Məlhəm adamı yıxır! Sorxoşluqdan qurtarmaq olmur. Debil
eləyir adamı. Mənimki elə konyakdı... - Sultan divarda Stalinin qara lentlə
haşiyəli portretinin qabağından keçib stola yaxınlaşdı. - Konyak, azdan-çoxdan.
Dostları ilə paylaş: |