______________Milli Kitabxana_______________
Ustad Aşıqlara və SafAğa az-çox istinad edən çesuyçalılar da vardı və
belələri nə isə deməyə başlayanda Sultan həmişə susub, ustadlara aid dərdinə
qapılardı. Çünki Dərə Ələyəz, Göyçə səmtindən Muğan duzlaqlarına sürülən
qoca ustadlar bürküyə dözməyib qırılırdılar - ölürdülər.
Sayılovun Dədə Şəmşiri, "saf" kəlməsini xatırlatması kifayət etdi ki, Sultan
birdən-birə öz "proqram" çıxışını yarıda kəsib, qapıya yönəlsin.
Belə hərəkəti yalnız SafAğ dərdindən xəbəri olanlar duya bilərdilər. Səməd
isə heç nə hiss etmədi. O bilmirdi və heç vaxt bilməyəcəkdi ki, məşhur Aşıq
Şəmşir SafAğ Elmi ustadlarındandı. Bu mövzuda şeirləri ardıcıl dəyişdirilib,
dinə bağlanırdı, ya da sadəcə, gizlədilirdi. Səməd bilmirdi və heç vaxt
bilməyəcəkdi ki, xüsusilə öz qohumları Göyçəli, Aşıq Alının adını daşıyan
AğBizənli Alı ilə oğlu Aşıq Şamil Muğannalarla gizlin ünsiyyətdə olduqlarına
görə zəhərlə öldürülmüşdülər və bu bəd əməldə Sayılov da iştirak etmişdi. Məhz
buna görə Səməd, əmisinin qəmini hiss etmədi.
Cəmisi beş-on dəqiqəlik söhbətdən sonra Sultanın ardınca çıxanda Səmədə
elə gəldi ki, bu dəqiqələrdə Sultan Əmirli onunla da sərt danışacaq.
Əmma Sultan köyrək dilləndi:
- Saşam getdi... Dirəyim yıxıldı...
Səndən ayrılsam o günü ölərəm. Mübaliğəsiz. Nəfəsim kəsilər...
Yaşamalıyam mən. "Xəzinə"ni sənə verəndən sonra, layiqli Varis səviyyəsində
durduğuna əmin olandan sonra da yaşamalıyam sənnən bir yerdə! Ağır
mübarizələr var irəlidə. İnsanın özünün özünnən psixoloji mübarizəsi çox ağır
olur. Başa düşdün?!
Nə isə dumanlı bir şübhə, qara bir fikir Səmədi sarsıtdı.
Küçənin kimsəsizliyində Sultan ayaq saxlayıb yerə baxdı.
- İstəyirsən bir az da açıq danışım? Səməd udqundu.
- Danış... Həyatımız dumana bürünüb, əmi...
- Yaxşı dedin, dumanı dağıtmaq lazımdı. Kişi kimi mərdanə söhbət eliyək!
Mən onu boşaya bilmərəm. Kəbinlidi! - Sultanın dili bıçaqdı. Bu söhbət
olmalıdı. Birdəfəlik... Boşasam, düşmən böhtanı təsdiq olunacaq: "Əxlaq
pozğunluğu". Sultan Əmirli ləkələnsə, Varis də ləkələnib hər yerdən qovulacaq.
"Xəzinə" sahibsiz qalacaq. Elm məhv ediləcək, batinlərlə birlikdə xalq da bütün
qırılacaq! Bütün hər şey səndən asılıdı indi. Ya tüpür əminə çıx get, səhər gəl
dəfn elə. Ya da bu axşam evə necə
______________Milli Kitabxana_______________
getdik, necə yedik-içdik, eləcə gedək oturaq - Sultan xırıldadı, inildədi. - Hansını
seçirsən? Mərd ol! Üzümə bax! Ya tüpür get, ya qal. Səmədin səsi əmisinin
xırıltısından seçilmədi:
- Mən fikirləşmişəm... Gələli bundan başqa bir şey fikirləşməmişəm...
Dumanı dağıdırsan. İmkan verirsən sözümü deyim... Deyirəm: Qalıram, əmi...
- Səbr... fil səbri tələb olunur! Qeyri-adi dözüm!
- Başa düşürəm əmi.
- Məsələnin bir tərəfidi bu.. Günü sabahdan əmrini verirəm. İdeologiya üzrə
işlə: təbliğat-təşviqat şöbəsini götür. Raykomda struktura dəyişikliyi gözlənilir.
Tək təşkilat şöbəsi olacaq. Bütün rayonun kəndlərində, qəsəbələrində partiya
təşkilatı katibləri, raykomun instruktorlarının hamısı sənə tabe olacaq. Hələlik,
demək, təbliğat-təşviqatı götürürsən. Elə günü sabahdan da təhkim get kəndə,
yığıma kömək elə, camaatımızın da dərdinə qal. Nə deyirsən? Lap açığı, bir az
aralan buralardan... Hələlik...
- Razıyam, əmi.
- İçəri gedirik indi. Təkrar edirəm: fil səbri! Dözüm!..
Səməd dillənə bilmədi: həyətə keçmişdilər.
* * *
... Süfrə. Həmin süfrə idi. Göyümtül qrafində çaxır da həmin çıxırdı. Çaxırı
içənlər isə indi tamam başqa adamlardı.
- Çörək ye, tutar səni bu Məlhəm.
- Yox... Sən danış...
- Danışım, danışım... Axşam sən o qara lenti portretdən qopardanda
danışıqsız anladıq bir-birimizi: sən Stalinin şöhrətindən, müharibənin, qələbənin
miqyasından ayrılammırsan... Əmma məsələ mürəkkəbdi. Moskvanın münasibəti
keçən ildən məlumdu. Bilirdik ki, təsərrüfatda, elmdə, mədəniyyətdə bütün
əyintiləri, geriliyi tək Stalinin adına yazmaqla partiyaya bəraət qazandıracaqlar.
Çünki beynəlxalq məsələlər vardı: bu sistemin hər yerə yayılmaq təhlükəsi
qorxutmuşdu hamını - Amerikanı, İngiltərəni. Xüsusən Almaniyada sosialist
dövləti - FRQ
1
Almaniya Federativ Respublikası müstəqil dövlət sayılsa da, SSRİ-nin respublikalarından birinə
cevrilmiş, bütün Avropanın sovetləşmə təhlükəsi yaranmışdı.
______________Milli Kitabxana_______________
vahiməyə salmışdı hamını. Planetdə kasıblıq, aclıq, bir qrup kapitalistin fantastik
varlanması, Afrikanın, Asiyanın səfaləti... Hamısı SSRİ-nin xeyrinədi. İnqilabın
eksportu sürətlənir. Moskvada plakat çap eləyiblər, milyard tirajnan: "Leninizm
şaqaet po planete".
1
Xruşşov qoymayıb yaysınlar: "Mı i tak vspuqnuli kapitala.
Ya bı deystvoval naoborot. Spravte etot lozunq. Ya s mirom poyedu v London, a
nado i v Vaşinqton".
2
Qısası, Stalini təkcə sıradan çıxarıb kapital dünyasıynan
az-çox barışmaq istəyirlər, - danışıram ki, belə gizlin şeylərdən də xəbərin olsun.
Mayda professorun gəldi. Stolumun üstündə şüşənin altında o teleqrama işarə
elədi, dedi bunu çıxart burdan. Məlum oldu ki, Mərkəzi Komitənin xəttiynən
gəlib Məhərrəm. Həmin məktub oxundu. Sizdə də oxunub, bilirsən özün hər
şeyi. Məncə, hətta dərk eləyirsən ki, yoldaşlarıyın "Stalinizm" adlandırdığı "izm"
dəhşətlərdən ibarətdi. Əmma dəhşətlər hələ irəlidədi. Türkiyənin kapitala
söykənib Azərbaycanı, Türküstanı azad eləyəcəyindən qorxduqlarına görə
gizlindən Türkiyəyə dolur Sovetlər. Burda isə köhnə "pantürkizmlə mübarizə"
şüarı indiki sürgünlər, qırğınlar "xalq düşmənləri" adında yalan sehrinə bürünüb.
Bircə il də yaşasaydı, o "Stal" - "Polad" deyilən cəllad, əmin də "xalq
düşmənləri" sırasında olmalıydı. "Xəzinə"miz barədə çox məlumat gedib
Moskvaya. Açılıb hər şey. Zahirdə guya qırxsəkkiz əlli üçüncü il terror, sürgün
kompaniyası guya qurtarıb daha, əslində isə daha dəhşətli - maksimum gizlin
aparılır. Mayda professorun dedi bunu mənə. "Nəzərə al ki, Muğannalardan bir
nəfəri də səlamət qoymuyacaqlar", - dedi. Sən gəldin durdun gözümün
qabağında. Məhərrəmi yola salıb qayıdanda dəli kimiydim. Gözüm seçmirdi
dünyam. Nəfəsim kəsilirdi. Axşam sən bu qrafini necə çəkdin başına, mən də
eləcə çəkdim başıma, ac qarına. Şoferi çağırdım, Müslümü. Seyid kişidi indi
burda mənim məhrəmim, bir də Müslümdü. Seyid kişi kostum tapdı, qalstuk
gətirdi. Ömrümdə birinci dəfə kiteldən çrxdım, qalstuk taxdım. Müslüm də
üzümü qırxdı. Oturdum maşında. "Sür! - dedim. - Kəndlərin ara-bərəsində,
sahələrdə, harda gözünə gözəl qız dəysə saxla, maşına basıb gətirəcəyik bir baş
zaksa!" Yazıq güldü, sonra da qəmləndi. "Evdə anamnan elə sənin fikrini çəkirik,
-dedi. - Nə olar axı bir allah bəndəsi gətirəsən bu evə? Qocalmamısan, əldən
düşməmisən. Uşağın olsa, öz balamız kimi saxlıyarıq".
"Leninizm bütün planetə yayılır".
"Biz onsuz da qorxutmuşuq kapitalizmi. Məndən olsa, əksinə hərəkət edərəm. Gizlədin bu
şüarı. Mən sülhlə gedəcəm Londona, lazım gəlsə Vaşinqtona da..."
Dostları ilə paylaş: |