İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə24/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   74

 
67 
aparılan  əməliyyatlardan  ibarət  idi.  70-ci  illərdə  kompüter  mətnlərlə  işləməyi  ―öyrəndi‖. 
İstifadəçi mətn tərtib edib onu redaktə etmək imkanı qazandı. Hal-hazırda kompüterlərin 
əksəriyyəti və sərf edilən vaxtın çoxu mətn verilənləri üzərindəki işlə bağlıdır. 80-ci illərdə 
qrafik  informasiya  ilə  işləyən  ilk  kompüterlər  meydana  gəldi.  İndi  kompüter  qrafikası 
işgüzar  qrafikada  (diaqram,  qrafik  və  s.  qurulmasında),  kompüter  modelləşdirməsində, 
təqdimatların  hazırlanmasında,  Web-saytların  yaradılmasında,  televiziya  reklamlarında, 
animasiya  filmlərində  və  s.  geniş  istifadə  edilir.  Qrafik  verilənlərin  emalına  kompüter 
tətbiqi daim genişlənməkdədir.  
90-cı  illərdə  kompüter  səs  informasiyasını  emal  etmək  imkanı  qazandı.  Müasir 
kompüter  istifadəçisi  səs  fayllarının  yazılması,  dinlənilməsi  və  redaktə  edilməsi  işini 
reallaşdıran proqram əlavəsi ilə işləyə bilər. Səs faylı ilə iş multimediya texnologiyasının 
ayrılmaz tərkib hissəsidir.  
Ədəd, mətn, qrafik və səs informasiyasının kompüterdə işlənməsi üçün onlar verilən
96
 
formasına gətirilməlidir. Verilənlər kompüterdə maşın dilində (0 və 1-lər sırası şəklində) 
saxlanır və emal edilir.  
Verilən  üzərində  nə  etməyi  bilmək  üçün  kompüterin  prosessoru  müəyyən  əmr 
(təlimat) almalıdır. Məsələn, ―iki ədədi topla‖ və ya ―bir simvolu digərinə dəyiş‖ kimi əmr 
verilə bilər.  
Adətən hər hansı bir məsələni həll edərkən prosessor çoxsaylı əmrlər ardıcıllığını icra 
etməli olur. Maşın əmrləri ardıcıllığı proqram adlanır.  
Beləliklə,  verilənlərin  emalı  prosesində  kompüterin  icra  etdiyi  əmrlər  ardıcıllığına 
proqram deyilir. 
40-50-ci illərdə, kompüter erasının başlanğıcında proqramlar bilavasitə maşın dilində, 
yəni prosessorun başa düşdüyü dildə tərtib edilirdi. Bu proqramlar 0 və 1-lərin son dərəcə 
uzun sırasından ibarət olduğu üçün baş açmaq çox çətin idi.  
60-cı illərdə yüksək səviyyəli proqramlaşdırma dilləri (Alqol, Fortran, Basic, Paskal 
və  s.)  yaradıldı.  Bu  dillər  proqram  tərtibini  xeyli  yüngülləşdirdi.  Hal-hazırda  vizual 
proqramlaşdırma  sistemlərinin  (Visual  Basic,  Delphi  və  s.)  meydana  çıxması  ilə 
proqramlaşdırma kütləviləşmişdir.  
                                                 
96
 Kompüter formasında (maşın dilində) təqdim edilən və kompüterdə emal edilən informasiya verilən 
adlanır. 


 
68 
Müxtəlif  verilənlərin  emalı  üçün  lazım  olan  proqramlar  bir  neçə  10  illər  ərzində 
yaradılmışdır.  
Proqramlar çoxluğu kompüterin proqram təminatını təşkil edir. 
Beləliklə,  verilənlərin  kompüterdə  emalı  üçün  hardware  deyilən  aparat  təminatı  ilə 
yanaşı, software adlanan proqram təminatı da zəruridir.  
Verilənlərin  kompüterdə  proqramla  emalı  prosesi  aşağıdakı  kimi  gedir:  icraya 
buraxıldıqdan  sonra  xarici  yaddaşda  saxlanan  proqram  operativ  yaddaşa  yüklənir; 
prosessor  proqramdakı  əmrləri  ardıcıl  oxuyub  icra  edir;  əmrlərin  icrası  üçün  lazım  olan 
verilənlər  xarici  yaddaşdan  operativ  yaddaşa  köçürülür  və  onların  üzərində  lazımi 
əməliyyatlar  icra  edilir;  əmrlərin  icrası  nəticəsində  alınmış  verilənləri  prosessor  operativ 
yaddaşa, oradan da xarici yaddaşa yazır; proqramın icrası zamanı prosessor veriləni giriş 
qurğularından alıb, aldığı nəticəni çıxış qurğularına da çıxara bilir. 
 
5.3. Proqramlaşdırma sistemləri 
EHM-lərin  ilk  inkişaf  mərhələsində  proqramlaşdırma  maşın  dilində  idi.  Bu,  çox 
çətin, böyük zəhmət tələb edən iş idi. O vaxt hər maşının özünəməxsus dili var idi. Bu 
dildə  yazılmış  proqramı  oxumaq  mümkün  deyildi.  Buna  görə  də  səhvi  tapmaq  müşgül 
məsələ idi. 
Proqramlaşdırma texnologiyasında ilk tərəqqi əməliyyatın kodu və verilənin ünvanı 
əvəzinə  adlardan  istifadə  ideyası  ilə  bağlıdır.  Bu,  proqramın  oxunuşunu  və  redaktəsini 
köklü  şəkildə  asanlaşdırdı.  Bu  ideya  üzrə  yazılan  əmrlər  dili  Assembler  dili  adlanır. 
Lakin  Assembler  dili  də  birbaşa  maşının  konstruksiyasına  bağlandığından,  dil  fərqi 
problemi həll edilməmiş qaldı. Həm də Assembler dilində yazılmış proqramı kompüter 
bilavasitə istifadə edə bilmir. Bu problemi  translyator həll etdi. Assemblerdən az sonra 
yüksək səviyyəli dillər, ilk olaraq FortranCobol, sonra Alqol-60 alqoritmik dili yarandı. 
Proqramlaşdırma  dilləri:  ixtisaslaşdırılmış  və  universal  olmaqla  2  yerə  bölünür. 
İxtisaslaşdırılmış  dillər  xüsusi  sinif  məsələlərin  həlli  üçündür.  Universal  dillər  hər  cür 
məsələni həll etməkdən ötrüdür. Universal dillər, şərti olaraq, sadə və mürəkkəb dillərə 
bölünür.  Sadə  dillərə:  Paskal,  C  və  Basic,  mürəkkəb dillərə:  Ada,  Modula-2,  Algol-68
C++ aiddir. 
Paskal 1970-ci ildə Algol-60 dilinin ideyaları əsasında, tədris məqsədi ilə yaradılsa 
da, geniş praktiki tətbiq tapdı. 


 
69 
Alqoritmik dilləri, həmçinin, prosedur və qeyri-prosedur dillərinə bölürlər. Prosedur 
dillərində  alqoritm  ayrı-ayrı  əməliyyatlar  ardıcıllığı  kimi  təsvir  edilir.  Qeyri-prosedur 
dillərində  proqramın  məqsədi  formalaşdırılan  kimi  məsələnin  həll  alqoritmi  avtomatik 
tərtib edilir. Qeyri-prosedur dillərinə Prolog və Planner misal ola bilər. 
Proqramlaşdırma  dillərinin  ən  vacib  anlayışlarından  biri  dəyişən  anlayışıdır. 
Dəyişən, müraciət gözləyən verilənin yerləşdiyi yaddaş yuvasının məzmunudur ki, bu da 
proqramın gedişində dəyişikliyə uğrayır. İkinci vacib anlayış dəyişənin tipi anlayışıdır.  
Prosedur proqramlaşdırma dillərinin mühüm elementi  operatordur. Bu proqramlar 
operatorlar ardıcıllığı kimi tərtib edilir. 
Məsələnin maşında həlli aşağıdakı mərhələlərdən keçir: 
 
Proqramı tərtib ediləcək məsələnin qoyuluşu, məqsədin, şərtləin və funksiyaların 
formalaşdırılması; 
 
Proqramın ümumi sxeminin qurulması; 
 
Formal (riyazi) modelləşdirmə, yəni, məsələnin düsturlaşdırılması və verilənlərin 
modellərinin qurulması; 
 
Məsələnin metodiki həlli; 
 
Müəyyən  dildə,  məsələn,  blok-sxem  dilində  və  ya  bilavasitə  proqramlaşdırma 
dilində alqoritm tərtibi; 
 
Proqram mətninin tərtibi; 
 
Proqram komponentlərinin testləşdirilməsi və sazlanması; 
 
Proqramın sənədləşdirilməsi; 
 
Proqramın sınaq istismarı; 
 
Proqramın praktiki istifadə üçün tətbiqi. 
Proqramın  layihələşdirilməsi  tərtib  edilən  proqramın  məqsəd  və  funksiyalarının 
ardıcıl surətdə xırdalaşdırılıb dəqiqləşdirilərək modullara çevrilməsi prosesini ifadə edir. 
Layihələşdirmə:  prosedur-istinad  və  verilən-istinad  olmaqla  2  metodla  həyata  keçirilir. 
Prosedur-istinad  metodunda  proqramın  quruluşu  məsələnin  funksional  sxemini  təkrar 
edir.  Verilən-istinad  metodunda  ilk  növbədə  obyektin  tam  funksional  təsvirini  verən 
verilənlərin quruluşu müəyyən edilir. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə