125
Məsələ paneli. Ekranın aşağısında məsələ paneli yerləşir. Məsələ panelinin sol
ucunda Start (Пуск) düyməsi, bundan sağda isə açılmış pəncərələrin düymələri,
indikatorlar və saat yerləşir.
Start düyməsi baş menyünü açmağa imkan verir. Baş menyüdən kompüterin bütün
resurslarına müraciət mümkündür.
Windows çoxməsələli əməliyyat sistemidir. Eyni zamanda bir neçə proqram əlavəsi
ilə işləməyə imkan verir. İşə buraxılmış hər bir proqram əlavəsinin məsələ panelində
düyməsi yaranır. Proqramdan-proqrama keçmək üçün məsələ panelindəki düyməni
basmaq kifayətdir. İş gedən pəncərənin düyməsi batıq görünür.
Məsələ panelinin sağ ucunda saat yerləşir. Saatdan solda sistemin vəziyyət
indikatorları yerləşir. Məsələn, Az
indikatoru göstərir ki, klaviaturanın Azərbaycan hərfləri
qoşulmuşdur.
Pəncərələr. Windows qrafik interfeysinin vacib elementlərindən biri də pəncərədir.
Pəncərələr 2 qrupa bölünür: proqram əlavələrinin pəncərələri və sənədlərin pəncərələri.
Proqram əlavələrinin pəncərələri. Bu pəncərələrdə ya işə buraxılmış proqramın icrası
öz əksini tapır, ya da qovluğun məzmunu əks etdirilir. Bu pəncərəni açmaq müvafiq
proqram əlavəsini işə qoşmaq, bağlamaq isə proqramın işini dayandırmaq deməkdir.
Proqram əlavələrinin pəncərələrini işçi stolun istənilən yerinə çəkmək, bütün ekran boyda
açmaq və bağlayıb məsələ panelinin bir düyməsinə çevirmək olar.
Proqram əlavələrinin pəncərələrinin əsas elementləri aşağıdakılardır:
işçi oblast: pəncərənin daxili hissəsidir, ya bir-birinin içindəki qovluqları, ya da
sənəd pəncərələrini özündə
əks etdirir;
sərhədlər: pəncərəni 4 tərəfdən əhatə
edən çərçivə;
sərlövhə: pəncərənin yuxarı sərhədinin bilavasitə altındakı sətir, pəncərənin adını
göstərir;
sistem menyüsünün nişanı: sərlövhə sətrinin sol ucundakı düymə, menyü açır;
üfqi menyü sətri: sərlövhənin altındakı sətr, menyü bəndlərini saxlayır;
alətlər paneli: menyü sətrinin altında yerləşir, düymələr yığımıdır, müəyyən əmrlərə
cəld müraciət etmək üçündür;
pəncərəni bükmək, açmaq, bərpa etmək, bağlamaq düymələri pəncərənin sağ yuxarı
küncündə yerləşir.