idarələrin vergiləri artırmaq səlahiyyətinin
olduğunu, kimlərin vergi ödəyiciləri olduğunu
və buna görə məsuliyyət daşıdığını, vergi
ödəyicilərinin və maliyyə idarələrinin hansı
hüquq və vəzifələrə malik olduğunu, vergi
ödəyicilərinin maliyyə idarələrinin qərarlarına
qarşı hansı müdafiə üsullarından istifadə
edə biləcəklərini, necə və hansı şərtlər altında
vergilərin yığıla biləcəyini və hansı hallarda
vergi cinayətlərinin mövcud olduğu məsələləri
tənzimləyir. Bununla da Vergi nizamnaməsi
(Abgabenordnung) özündə vergi prosesinin
ən vacib məsələlərini əks etdirir.
Almaniyada müəyyən edilmiş vergilərin
növləri belədir: ümumi vergilər (icma vergisi),
federal vergilər, torpaq vergiləri və yerli
(bələdiyyə) vergilər. Bu baxımdan, vergi qa-
nunvericiliyi ilə bağlı səlahiyyətlərə yalnız
Federasiya və Federal Torpaqlar malikdirlər.
Qeyd edilən vergi növlərini aşağıdakı kimi
təsnifləşdirmək olar:
I. Ümumi vergilər (icma vergisi):
1. Gəlir və mənfəət vergisi;
2. Əlavə dəyər vergisi;
3. Korporativ vergi.
II. Federal vergilər:
1. Enerji vergisi;
2. Tütün vergisi;
3. Alkoqollu içki vergisi;
4. Sığorta vergisi;
5. Qəhvə vergisi;
6. Elektrik (cərəyan) vergisi;
7. Avtomobil vergisi.
III. Torpaq vergisi:
1. Vərəsəlik vergisi;
2. Əmlak koçürmə vergisi;
3. Mərc və lotereya vergiləri.
IV. Yerli (bələdiyyə) vergilər:
1. Torpaq vergisi;
2. Biznes (ticarət) vergisi.
Almaniyada yuxarıda qeyd edilən vergilər-
lə yanaşı, çox cüzi miqdarda kilsə vergisi
də yığılır.
AFR-in vergi sistemi birinci növbədə
gəlir vergisinə əsaslanır. Bu vergi vergi da -
xilolmalarının ümumi məbləğinin üçdə
birindən çoxunu təşkil edir. Gəlir vergisi
əmək haqqı fondundan və kapital gəlir-
lərindən, o cümlədən üzərlərinə korporasiya
vergiləri qoyulmayan dividendlərdən 27
fevral 1987-ci il tarixli “Gəlir vergisi haqqın-
da” Qanuna uyğun olaraq tutulur. Gəlir
vergisi fiziki şəxslərin gəlirlərindən tutulur.
Bunlar muzdla işləyənlərin əməkhaqqı, sərbəst
peşə sahiblərinin gəlirləri, qonorarlar, fərdi
əmək fəaliyyətindən əldə olunan gəlirlər və
başqa larıdır. Əməkhaqqına verginin hesab -
lanması bir sıra amillərdən asılı olaraq (ödə -
yicinin subay, ailəli olması, ailə üzrə hər
iki sinin işləməsi və s.) müəyyənləşdirilir.
Kapitalın gəlirinə qoyulan vergi gəlir
vergisinin formalarından biridir. Bu vergi
kapitaldan gələn gəlirlərin-dividendlərin,
səhm üzrə faizlərin və s. bilavasitə ödənilməsi
zamanı fiziki şəxslərdən tutulur. Korporasiya
vergisinin ödənilməsindən sonra dividendlərin
cəminə vergi qoyulur. Korporasiya vergisi
də gəlirlərə qoyulan vergidir, lakin onu fiziki
şəxslər yox, hüquqi şəxslər ödəyir. Bu vergi
10 fevral 1984-cü il tarixli “Korporasiya
vergisi haqqında” Qanuna müvafiq olaraq
tutulur. AFR-də korporasiya dedikdə, səhmdar
cəmiyyətlər, məhdud məsuliyyətli cəmiyyətlər,
kooperativlər kimi təşkilatlar başa düşülür.
Korporasiya vergisi hüquqi şəxsin illik
gəlirindən tutulur.
Almaniyada bölüşdürülmüş mənfəətə iki -
qat vergi qoymağa icazə verilmir. Bölüş -
dürülmüş mənfəət səhmdarların şəxsi gəlir-
lərinə aid edilir. Səhmdarlar isə gəlir vergisi
ödəyirlər. Ona görə də mövcud vergi sisteminə
görə, bölüşdürülmüş gəlir vergisi (korporasiya
tərəfindən ödənilmiş) səhmdarların şəxsi
gəlirlərinə vergiqoyma zamanı nəzərə alınır.
Almaniyada əsas dolayı vergi dövriyyə
vergisidir. Bəzən dövriyyə vergisi dedikdə,
əlavə dəyər vergisi başa düşülür. Əlavə dəyər
vergisi məhsulun son istehlakçıya doğru
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
49
50
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
hərəkətinin bütün mərhələlərində tutulan,
ictimai və şəxsi istehlaka tətbiq olunan dolayı
vergidir. Vergitutma obyekti məhsul, iş və
xidmətlərin ümumi dövriyyəsinin dəyəridir.
Deməli, əlavə dəyər vergisinin vergitutma
obyekti malların və xidmətlərin dəyəri hesab
olunur. Almaniyada bir sıra mallar və xid-
mətlər əlavə dəyər vergisindən azaddırlar.
Bunlara ixracat tədarükləri, dəniz
gəmiçiliyinin və avianəqliyyatın ayrı-ayrı
dövriyyələri, o cümlədən ixracat, idxalat və
tranzit ixrac-idxal əməliyyatları ilə bağlı
olan digər xidmətlər aiddir. Bu mallar və
xidmətlər üçün ilkin vergi çıxımı nəzərdə
tutulmuşdur. İlkin vergi çıxımı nəzərdə tut-
mayan, dövriyyə vergisindən azad olunan
mal və xidmətlər qrupuna müalicə sənəti
nümayəndələrinin xidmətləri, federal sığorta
xidmətləri, əksər xəstəxanaların, yay mək-
təblərinin, teatrların, muzeylərin xidmətləri,
habelə kreditlərin təqdim edilməsi, torpaq
sahələrinin icarəyə verilməsi və başqaları
aiddir.
Torpaqların əsas vergisi əmlaka qoyulan
vergidir. Bu vergi 14 mart 1985-ci il tarixli
“Əmlak vergisi haqqında” Qanuna müvafiq
olaraq tutulur. Əmlak vergisi çox qədim
ənənələrə malikdir. Onu hələ 1278-ci ildə
kral Rudolf fon Habsburq tətbiq etmişdir.
Bu, hüquqi və fiziki şəxslərin netto-əmlakına
qoyulan vergidir. Gəlirliliyin nəticəsi etibarilə
əmlakın bütün elementlərinin dəyərinə vergi
qoyulur. Şirkətin daşınmaz əmlakı qiymət -
ləndirmə anı üçün reallaşdırma qiymətinə
görə yekun göstəriciyə daxil edilir. Daşınan
əmlak qalıq dəyərinə görə, qiymətli kağızlar
isə kurs dəyərinə görə yekun göstəriciyə
daxil edilir. Mirasa və hədiyyəyə qoyulan
vergi dərəcəsi qohumluğun səviyyəsindən
və əmlakın dəyərindən asılıdır. Almaniyada
varislərin dörd kateqoriyasını fərqləndirirlər.
Verginin minimal və maksimal dərəcələri
bu kateqoriyalara görə müəyyənləşdirilir.
Nəqliyyat vasitələrinə qoyulan vergi 21
dekabr 1927-ci il tarixli, 22 dekabr 1983-cü
il tarixli Qanunlara müvafiq olaraq tutulur.
Minik avtomobillərindən və motosikllərdən
tutulan vergilər mühərrikin işçi həcminə
görə hesablanır. Yük maşınlarından tutulan
vergi maşının bütün çəkisinə görə hesablanır.
Nəqliyyat vasitələrindən vergi ildə bir dəfə
tutulur.
Torpaq vergisi 7 avqust 1973-cü il tarixli
qanuna müvafiq olaraq, kənd və meşə təsər-
rüfatı müəssisələrindən, torpaq sahələrindən
tutulur. Dövlət müəssisələri və dini müəs-
sisələr tərəfindən elmi məqsədlərlə, ictimai
təyinatla istifadə olunan torpaq sahələri
vergidən azad edilmişdir. Almaniyada torpaq
vergisinin dərəcəsi iki hissədən təşkil olun-
muşdur. Əsas hissə mərkəzləşmiş şəkildə
daşınmaz əmlak üçün müəyyən¬ləşdirilir,
İcmanın əlavəsi isə yerli maliyyələrin
vəziyyətindən asılıdır.
Almaniyada Kilsə vergisini ayrıca fərq -
ləndirirlər. Bu vergini özlərini kilsənin üzvü
adlandıran şəxslər ödəyirlər. Kilsə vergisi
illik gəlir vergisinin bazasında hesablanır.
Müvafiq dinlərə (katolik, protestant, lüteran)
inananlardan kilsə vergilərinin alınması
hüquqi baxımdan kilsənin səlahiyyətlərinə
aiddir.
Ədəbiyyat siyahısı:
1. Weimann, Rüdiger: “Umsatzsteuer in der Praxis”, Haufe-Lexware, 9.Auflage 2011.
2. Stephan Kudert: Steuerrecht leicht gemacht: Eine Einführung nicht nur für Studierende an Hochschulen,
Fachhochschulen und Berufsakademien.
3. Dietrich Grashoff: Aktuelles Steuerrecht 2011.
4. Otto von Campenhausen, Achim Grawert: Steuerrecht im Überblick: Zusammenfassungen und Grafiken.
5. http://kayzen.az/blog/finance/1218/34-almaniyan%C4%B1n-vergi-sistemi.html
6. http://az.wikipedia.org/wiki/Almaniyada_vergi_sistemi
Dostları ilə paylaş: |