İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə23/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   19   20   21   22   23   24   25   26   ...   88

idarələrin  vergiləri  artırmaq  səlahiyyətinin
olduğunu, kimlərin vergi ödəyiciləri olduğunu
və  buna  görə  məsuliyyət  daşıdığını,  vergi
ödəyicilərinin və maliyyə idarələrinin hansı
hüquq və vəzifələrə malik olduğunu, vergi
ödəyicilərinin maliyyə idarələrinin qərarlarına
qarşı  hansı  müdafiə  üsullarından  istifadə
edə biləcəklərini, necə və hansı şərtlər altında
vergilərin yığıla biləcəyini və hansı hallarda
vergi cinayətlərinin mövcud olduğu məsələləri
tənzimləyir. Bununla da Vergi nizamnaməsi
(Abgabenordnung) özündə vergi prosesinin
ən vacib məsələlərini əks etdirir.
Almaniyada müəyyən edilmiş vergilərin
növləri belədir: ümumi vergilər (icma vergisi),
federal  vergilər,  torpaq  vergiləri  və  yerli
(bələdiyyə) vergilər. Bu baxımdan, vergi qa-
nunvericiliyi ilə bağlı səlahiyyətlərə yalnız
Federasiya və Federal Torpaqlar malikdirlər.
Qeyd edilən vergi növlərini aşağıdakı kimi
təsnifləşdirmək olar:
I. Ümumi vergilər (icma vergisi):
1. Gəlir və mənfəət vergisi;
2. Əlavə dəyər vergisi;
3. Korporativ vergi.
II. Federal vergilər:
1. Enerji vergisi;
2. Tütün vergisi;
3. Alkoqollu içki vergisi;
4. Sığorta vergisi;
5. Qəhvə vergisi;
6. Elektrik (cərəyan) vergisi;
7. Avtomobil vergisi.
III. Torpaq vergisi:
1. Vərəsəlik vergisi;
2. Əmlak koçürmə vergisi;
3. Mərc və lotereya vergiləri.
IV. Yerli (bələdiyyəvergilər:
1. Torpaq vergisi;
2. Biznes (ticarət) vergisi.
Almaniyada yuxarıda qeyd edilən vergilər-
lə  yanaşı,  çox  cüzi  miqdarda  kilsə  vergisi
də yığılır.
AFR-in  vergi  sistemi  birinci  növbədə
gəlir vergisinə əsaslanır. Bu vergi vergi da -
xilolmalarının  ümumi  məbləğinin  üçdə
birindən  çoxunu  təşkil  edir.  Gəlir  vergisi
əmək  haqqı  fondundan  və  kapital  gəlir-
lərindən, o cümlədən üzərlərinə korporasiya
vergiləri  qoyulmayan  dividendlərdən  27
fevral 1987-ci il tarixli “Gəlir vergisi haqqın-
da”  Qanuna  uyğun  olaraq  tutulur.  Gəlir
vergisi fiziki şəxslərin gəlirlərindən tutulur.
Bunlar muzdla işləyənlərin əməkhaqqı, sərbəst
peşə sahiblərinin gəlirləri, qonorarlar, fərdi
əmək fəaliyyətindən əldə olunan gəlirlər və
başqa larıdır. Əməkhaqqına verginin hesab -
lanması bir sıra amillərdən asılı olaraq (ödə -
yicinin  subay,  ailəli  olması,  ailə  üzrə  hər
iki sinin işləməsi və s.) müəyyənləşdirilir.
Kapitalın  gəlirinə  qoyulan  vergi  gəlir
vergisinin  formalarından  biridir.  Bu  vergi
kapitaldan  gələn  gəlirlərin-dividendlərin,
səhm üzrə faizlərin və s. bilavasitə ödənilməsi
zamanı fiziki şəxslərdən tutulur. Korporasiya
vergisinin ödənilməsindən sonra dividendlərin
cəminə  vergi  qoyulur.  Korporasiya  vergisi
də gəlirlərə qoyulan vergidir, lakin onu fiziki
şəxslər yox, hüquqi şəxslər ödəyir. Bu vergi
10  fevral  1984-cü  il  tarixli  “Korporasiya
vergisi  haqqında”  Qanuna  müvafiq  olaraq
tutulur. AFR-də korporasiya dedikdə, səhmdar
cəmiyyətlər, məhdud məsuliyyətli cəmiyyətlər,
kooperativlər kimi təşkilatlar başa düşülür.
Korporasiya  vergisi  hüquqi  şəxsin  illik
gəlirindən tutulur.
Almaniyada bölüşdürülmüş mənfəətə iki -
qat  vergi  qoymağa  icazə  verilmir.  Bölüş -
dürülmüş mənfəət səhmdarların şəxsi gəlir-
lərinə aid edilir. Səhmdarlar isə gəlir vergisi
ödəyirlər. Ona görə də mövcud vergi sisteminə
görə, bölüşdürülmüş gəlir vergisi (korporasiya
tərəfindən  ödənilmiş)  səhmdarların  şəxsi
gəlirlərinə vergiqoyma zamanı nəzərə alınır.
Almaniyada  əsas  dolayı  vergi  dövriyyə
vergisidir. Bəzən dövriyyə vergisi dedikdə,
əlavə dəyər vergisi başa düşülür. Əlavə dəyər
vergisi  məhsulun  son  istehlakçıya  doğru
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
49


50
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
hərəkətinin  bütün  mərhələlərində  tutulan,
ictimai və şəxsi istehlaka tətbiq olunan dolayı
vergidir.  Vergitutma  obyekti  məhsul,  iş  və
xidmətlərin ümumi dövriyyəsinin dəyəridir.
Deməli,  əlavə  dəyər  vergisinin  vergitutma
obyekti malların və xidmətlərin dəyəri hesab
olunur. Almaniyada bir sıra mallar və xid-
mətlər  əlavə  dəyər  vergisindən  azaddırlar.
Bunlara  ixracat  tədarükləri,  dəniz
gəmiçiliyinin  və  avianəqliyyatın  ayrı-ayrı
dövriyyələri, o cümlədən ixracat, idxalat və
tranzit  ixrac-idxal  əməliyyatları  ilə  bağlı
olan  digər  xidmətlər  aiddir.  Bu  mallar  və
xidmətlər  üçün  ilkin  vergi  çıxımı  nəzərdə
tutulmuşdur. İlkin vergi çıxımı nəzərdə tut-
mayan,  dövriyyə  vergisindən  azad  olunan
mal  və  xidmətlər  qrupuna  müalicə  sənəti
nümayəndələrinin xidmətləri, federal sığorta
xidmətləri, əksər xəstəxanaların, yay mək-
təblərinin, teatrların, muzeylərin xidmətləri,
habelə  kreditlərin  təqdim  edilməsi,  torpaq
sahələrinin  icarəyə  verilməsi  və  başqaları
aiddir.
Torpaqların əsas vergisi əmlaka qoyulan
vergidir. Bu vergi 14 mart 1985-ci il tarixli
“Əmlak vergisi haqqında” Qanuna müvafiq
olaraq  tutulur.  Əmlak  vergisi  çox  qədim
ənənələrə  malikdir.  Onu  hələ  1278-ci  ildə
kral  Rudolf  fon  Habsburq  tətbiq  etmişdir.
Bu, hüquqi və fiziki şəxslərin netto-əmlakına
qoyulan vergidir. Gəlirliliyin nəticəsi etibarilə
əmlakın bütün elementlərinin dəyərinə vergi
qoyulur. Şirkətin daşınmaz əmlakı qiymət -
ləndirmə  anı  üçün  reallaşdırma  qiymətinə
görə yekun göstəriciyə daxil edilir. Daşınan
əmlak qalıq dəyərinə görə, qiymətli kağızlar
isə  kurs  dəyərinə  görə  yekun  göstəriciyə
daxil  edilir.  Mirasa  və  hədiyyəyə  qoyulan
vergi  dərəcəsi  qohumluğun  səviyyəsindən
və əmlakın dəyərindən asılıdır. Almaniyada
varislərin dörd kateqoriyasını fərqləndirirlər.
Verginin  minimal  və  maksimal  dərəcələri
bu kateqoriyalara görə müəyyənləşdirilir.
Nəqliyyat vasitələrinə qoyulan vergi 21
dekabr 1927-ci il tarixli, 22 dekabr 1983-cü
il tarixli Qanunlara müvafiq olaraq tutulur.
Minik avtomobillərindən və motosikllərdən
tutulan  vergilər  mühərrikin  işçi  həcminə
görə hesablanır. Yük maşınlarından tutulan
vergi maşının bütün çəkisinə görə hesablanır.
Nəqliyyat vasitələrindən vergi ildə bir dəfə
tutulur.
Torpaq vergisi 7 avqust 1973-cü il tarixli
qanuna müvafiq olaraq, kənd və meşə təsər-
rüfatı müəssisələrindən, torpaq sahələrindən
tutulur.  Dövlət  müəssisələri  və  dini  müəs-
sisələr tərəfindən elmi məqsədlərlə, ictimai
təyinatla  istifadə  olunan  torpaq  sahələri
vergidən azad edilmişdir. Almaniyada torpaq
vergisinin dərəcəsi iki hissədən təşkil olun-
muşdur.  Əsas  hissə  mərkəzləşmiş  şəkildə
daşınmaz  əmlak  üçün  müəyyən¬ləşdirilir,
İcmanın  əlavəsi  isə  yerli  maliyyələrin
vəziyyətindən asılıdır.
Almaniyada Kilsə vergisini ayrıca fərq -
ləndirirlər. Bu vergini özlərini kilsənin üzvü
adlandıran  şəxslər  ödəyirlər.  Kilsə  vergisi
illik  gəlir  vergisinin  bazasında  hesablanır.
Müvafiq dinlərə (katolik, protestant, lüteran)
inananlardan  kilsə  vergilərinin  alınması
hüquqi  baxımdan  kilsənin  səlahiyyətlərinə
aiddir.
Ədəbiyyat siyahısı:
1. Weimann, Rüdiger: “Umsatzsteuer in der Praxis”, Haufe-Lexware, 9.Auflage 2011.
2.  Stephan  Kudert:  Steuerrecht  leicht  gemacht:  Eine  Einführung  nicht  nur  für  Studierende  an  Hochschulen,
Fachhochschulen und Berufsakademien.
3. Dietrich Grashoff: Aktuelles Steuerrecht 2011.
4. Otto von Campenhausen, Achim Grawert: Steuerrecht im Überblick: Zusammenfassungen und Grafiken.
5. http://kayzen.az/blog/finance/1218/34-almaniyan%C4%B1n-vergi-sistemi.html
6. http://az.wikipedia.org/wiki/Almaniyada_vergi_sistemi


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə