tələbi kimi cəmiyyətdə həllini gözləyən
aktual nəzəri məsələlərin həllinə böyuk töh-
fələr vermiş Azərbaycan Respublikası Prezi-
dentinin Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev “XXI əsrdə
Azərbaycan ideyası kreativ millət kon-
tekstində” əsərində ölkənin inkişaf perspek-
tivlərini məhz biliklər iqtisadiyyatı ilə
əlaqələndirir, elm tutumlu istehsalatların,
yüksək texnologiya və innovasiyaların inkişafı
zərurətini önə çəkir. Kifayət qədər dərin
elmi-fəlsəfi və iqtisadi təhlilə, zəngin faktoloji
bazaya söykənən əsərdə Azərbaycanın mo -
dernləşməsi prosesində bilik və innovativ
texnologiyaların, habelə onların mükəmməl
şəkildə tətbiqi ilə səmərəli nəticələr əldə
edən kreativ gəncliyin formalaşmasının
əhəmiyyəti diqqətə çəkilir: “Bu strateji
hədəfə nail olmaq Azərbaycan cəmiyyətinin
hər bir üzvünün müasir inkişafın meyillərini
və yollarını dərk etməyə çalışması, özünün
tərəqqiyə nail olmaq istəməsi ilə mümkündür.
Bunun üçün öyrənmək, təhsil səviyyəsini
artırmaq, düşünmək, əmək vərdişlərini tək-
milləşdirmək qabiliyyətini inkişaf etdirmək,
sosial məsuliyyəti və nəticə etibarilə
şəxsiyyətin, bütövlükdə ölkənin rəqabətqa-
biliyyətini güc ləndirmək lazımdır. Millətin
tərkibində kreativ və ağıllı insanların, yaradıcı
enerjiyə malik olan intellektualların sayının
artması Azərbaycanda müasir cəmiyyət qu-
rulması üçün əsas stimul ola bilər. Millətin
bu keyfiyyətləri milli ideyanın formalaş-
masının əsas tərkib hissəsi kimi ölkənin in-
novativ modernləşməsinin əsasını təşkil et-
məlidir”.
Ölkənin davamlı inkişafının neft-qaz və
digər təbii resurslarla deyil, məhz elm, bilik,
güclü “insan kapitalı” ilə bağlı olduğunu
dəfələrlə bəyan etmiş dövlət başçısı İlham
Əliyev bu fikirdədir ki, yüksək ixtisaslı kadr
potensialı bu gün hər bir dövlətin davamlı
sosial-iqtisadi, mədəni-intellektual yük-
səlişinin əsas şərtidir. Müasir dünyada elmi-
informativ biliklər inkişafın mühüm kata -
lizatoruna, innovasiya yeniliklərin başlıca
təminatına, habelə iqtisadiyyatın lokomotivinə
çevrilmişdir. Bunu ABŞ, Almaniya, Yaponiya,
Şimali Koreya, Finlandiya, İsrail və digər
dövlətlərin iqtisadi inkişaf strategiyasına
nəzərən əminliklə demək olar.
Elm tutumlu məhsulların buraxılışına
görə, dünya bazarında ölkələr aşağıdakı kimi
təmsil olunmuşlar: ABŞ 25, Avropa İttifaqı
ölkələri 35, Yaponiya 11, Sinqapur 7, Cənubi
Koreya 4, Çin 2, Rusiya 0,4 faiz. İnkişaf
etmiş ölkələrin təcrübəsi həm də onu göstərir
ki, özündə yeni bilik və həllər saxlayan
texnologiyalar, məhsullar, avadanlıqlar ÜDM
artımının 70-85 faizini təşkil edir.
Müasir dövrdə elmtutumlu informasiyanın
yaradılması, əldə edilməsi, istehsal prosesinə
praktik tətbiqi təkcə sosial-iqtisadi inkişafın
deyil, həm də qlobal rəqabətin mühüm şərti -
dir. İnformasiya cəmiyyətinin əsas kapitalı
bilik, informasiya və bu informasiyanın
daşıyıcısı olan şəxs olub, yeni keyfiyyətli
biliyə əsaslanan iqtisadiyyatın yaranmasını,
mükəmməl innovasiya siyasətinin həyata
keçirilməsini tələb edir.
Azərbaycanda son illərdə bu sahədə əldə
olunan yüksək inkişaf göstəriciləri əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulmuş
uğurlu bünövrəyə əsaslanır. Ümummilli lider
hələ respublikaya birinci rəhbərliyi dövründə
cəmiyyətin bütün sferalarında inkişafın məhz
elmi əsaslara söykənməsinə çalışmış, sə-
nayenin ayrı-ayrı sahələrində elmi-texniki
tərəqqinin ən son nailiyyətlərindən istifadə
olunması, intellektual resursların artırılması
vacibliyini önə çəkmişdir. Cəmiyyət inkişaf
prosesinin elmi-intellektual əsaslar üzərində
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
41
qurulmuş, yeni innovasion mərhələsinə qədəm
qoymuş, Azərbaycanda yüksək ixtisaslı kadr-
lar hazırlayan yeni-yeni ali və orta ixtisas
məktəbləri açılmışdır.
Böyük strateq respublikaya ikinci rəh-
bərliyi dövründə də insan kapitalının yük-
səlişinə xidmət edən bütün zəruri tədbirləri
həyata keçirmiş, hələ 70-80-cı illərdə for-
malaşdırmış zəngin elmi-intellektual poten-
siala istinad edərək özünün mükəmməl elm
və təhsil konsepsiyasını irəli sürmüşdür.
Heydər Əliyev eyni zamanda yeni texnolo -
giyaların tətbiqi zəruri hüquqi-normativ baza
formalaşdırmış, 2003-cü il 17 fevral tarixdə
imzaladığı “Azərbaycan Respublikasının
inkişafı naminə informasiya-kommunikasiya
texnologiyaları üzrə Milli Strategiya (2003-
2012-ci illər)” müasir informasiya texnologi -
yalarının Azərbaycanda tətbiqi sahəsində
strateji vəzifələri müəyyənləşdirmişdir. İlk
dəfə olaraq məhz bu sənəddə dövlətin innova -
siya inkişafında elmin rolu önə çəkilmiş,
elm tutumlu yeni texnologi yalarının inkişafı
məsələsi zəruri tələb kimi əksini tapmışdır.
Be ləliklə, Azərbaycanın gələcək modernləş -
məsi və kreativ iqtisadiyyatın formalaşdırılma -
sında müasir texno logiyaların, innovasiyaların
rolu uzaqgörənliklə önə çəkilmişdir.
Akademik Ramiz Mehdiyev “XXI əsrdə
Azərbaycan ideyası kreativ millət kontek-
stində” əsərində haqlı olaraq yazır: “Keçən
əsrin 90-cı illərində Heydər Əliyevin etdiyi
seçim ilə müasir Azərbaycanın siyasi, iqtisadi
və sosial-mədəni sahələrdə inkişaf is-
tiqamətləri müəyyənləşmişdir. Bir daha təsdiq
olunmuşdur ki, güclü, qüdrətli dövlət qurmaq,
zamanın axarından geri qalmamaq üçün
siyasi və iqtisadi transformasiya, yeni in-
tellektual nəslin formalaşması, innovasiyalar,
cəmiyyətin səfərbər edilməsi zəruridir”.
«Kreativ modernləşmə»
zamanın çağırışıdır
Böyük alman mütəfəkkiri İmmanuel Kant
vaxtı ilə özünün fəlsəfi traktatlarında yazırdı
ki, “Cəmiyyət mütərəqqi ideyalar üzərində
hərəkət edən canlı mexanizmdir”. Hər bir
cəmiyyətin inkişafı, yeni dövrün reallıqlarına
cavab verməsi üçün həqiqətən də elmi-in-
tellektual potensiala ehtiyac duyulur. Təsadüfi
deyildir ki, ötən 9 ildə ölkənin dinamik
inkişafının praktik nəticələri həm də elm-
təhsil sisteminin modernləşdirilməsində, in-
novativ-texnoloji yeniliklərin tətbiqində
göstərir. Yeni inkişaf mərhələsinin tələblərinə
cavab verən, sistemli şəkildə reallaşdırılan
bu islahatlar, eyni zamanda, ölkədə müasir
biliklərin, “nau-hau” texnologiyalarının tətbiqi
əsasında güclü “insan kapitalı”nın for-
malaşdırılması məqsədinə hesablanan
siyasətin səmərəliliyini göstərir. Azərbaycan
məhz bu çevik, məqsədyönlü siyasətin nəticəsi
kimi son illərdə elm və təhsilin, o cümlədən
ali təhsil sisteminin həlli vacib problemlərinin
müəyyən qismini aradan qaldırmaq imkanı
qazanmışdır.
Akademik Ramiz Mehdiyev “XXI əsrdə
Azərbaycan ideyası kreativ millət kontek-
stində” əsərində bütün bunlara diqqəti çəkərək
yazır ki, Prezident İlham Əliyevin “qara
qızılın” insan kapitalına çevrilməsi istiqa -
mətində yürütdüyü siyasət məhz Azərbaycanın
modernləşməsinə xidmət edir: “İlham
Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan
dövlətinin həyatında keyfiyyətcə yeni mərhələ
başlamışdır. Prezident İlham Əliyev vəzifəsinin
icrasına başlayandan az sonra imzaladığı
“Azərbaycan Respublikasında sosial-iqtisadi
inkişafın sürətləndirilməsinə dair tədbirlər
haqqında” (noyabr, 2003-cü il), “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramının (2004-2008-ci
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
42
Dostları ilə paylaş: |