İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə


- Sərdar bəy, müsahibəyə başlama -



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə16/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   12   13   14   15   16   17   18   19   ...   88

- Sərdar bəy, müsahibəyə başlama -
dan  öncə  yaxın  tarixdə  hamımızı
hüznə  boğan  bir  hadisə,  Kipr  nü-
munəsində  türklük  mücadiləsinin
demək olar ki, hər mərhələsində yer
almış, Böyük Türk, ulu çinar rauf
bəyi  əbədi  həyata  yolçu  etməmiz
vəsiləsilə,  başda  ailəniz  olmaqla
bütövlükdə  Türk  dünyasının  başı
sağ olsun deyirik...
- Çox sağ olun, Elşən bəy...
- Sərdar bəy, Azərbaycanda oldunuz -
mu?
-  Bəli,  müxtəlif  vəsilələrlə  bir  neçə
dəfə Bakıda olmuşam. 
- Ölkəmizi necə gördünüz?
- Ziyarətlərim təxminən iki il aralarla
oldu... Hər gəlişimdə Azərbaycanı daha
inkişaf  etmiş,  daha  abad  görməkdən
böyük bir mutluluq duydum...Getdikcə
daha da inkişaf edəcəyinizdən heç şüb-
həm yoxdur.
- Sərdar bəy, Şimali Kiprin mövcud
sosial-iqtisadi  vəziyyətini  necə
dəyərləndirirsiniz?
- Təəssüf ki, son altı ildir davam edən
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
35
Jurnalımızın məsləhət çisi
Elşən BAğırzAdə bu ya -
xınlarda  Şimali  Kiprdən
qayıtmışdır. 
Səfər  çərçivəsində  müx-
təlif  elmi  və  ictimai  dai -
rələrdə gö rüşlər keçir miş dir.
Bu  görüşlər dən  biri  də
Kiprin  ictimai  hə yatında
mühüm  fiqurlardan  biri,
Lefkoşa millət vəkili Serdar
denktaşla olmuşdur. Sərdar
bəy görüş çərçivəsində jur-
nalımıza  xüsusi  müsa hibə
də  vermişdir.  Müsa hibədə
Şimali Kiprin so sial-iqtisadi
durumu, Azərbaycan-Şimali
Kipr münasibətləri, Kipr problemi və Qarabağ problemi arasındakı fərqli cəhətlər, Türk
dünyasının inteqrasiyası kimi məsələlərə toxunulmuşdur.
“Hər gəlişimdə Azərbaycanı 
daha inkişaf etmiş, daha abad 
görməkdən böyük xoşbəxtlik duydum...”
Serdar DENKTAŞ: “Qarabağ Azərbaycanın işğal edilmiş torpağıdır. 
Kiprdə isə işğal altında olan kiprli türklərin Kipr Respublikasındakı
qurucu haqlarıdır.”


idarəetmə  yalnışlıqları  iqtisadi  çökün-
tüyə  səbəb  olmuş  və  bunun  yaratdığı
sosial problemlər də kiprli türkləri üzür.
Ambarqolar səbəbilə mövcud olan sıxın-
tıların aşılmasında da çətinliklər yaşanır.
Ümidimiz ilk seçkilərlə birlikdə iqtidarın
əl  dəyişdirərək  mövcud  problemlərin
həllinə girişəcək yeni bir hökumətin for-
malaşmasıdır.
- Sizcə, Şimali Kiprdə mövcud am-
barqodan doğan sıxıntıları zəiflət-
mək  məqsə dilə  hansı  tədbirlər
gö rü lə bilər?
- Türkiyə  bazarının  bizə  tam  olaraq
açılması  ambarqoların  təsirini  sıfıra
endirə cəkdir. İllərdən bəri davam edən
müzakirələr səbəbi ilə Türkiyə ilə imza-
ladığımız  azad  ticarət  sazişi  hələ  də
qüvvəyə minməmişdir. Bu sazişin qüv -
vəyə  minərək  75  milyonluq  bazarın
üzümüzə açılması  halında, ambarqoların
bizə heç bir şəkildə təsiri qalmaz. Ha -
zırda üzərində çalışdığımız yeganə la -
yihə  budur.  Türkiyə  ilə  azad  ticarət
imkanı  əldə  etdiyimiz  andan  etibarən
Avropa İttifaqı xaricindəki bütün ölkə -
lərlə  ticarətimiz  də  inkişaf  edəcəkdir.
Buna ürəkdən inanırıq.
- Sərdar bəy, təbii olaraq Kipr prob-
leminə keçək. Kiprdə bu günə qədər
baş verənlərin qısa xülasəsini verə
bilər sinizmi?
-  400  ildən  çox  Osmanlı  idarəet-
məsində  qalan  Kipr  adası  Osmanlının
çöküşü ilə birlikdə ingilislərin nəzarətinə
verilmiş, bir müddət sonra da ingilislər
tərəfindən  ilhaq  edilərək  80  ilə  qədər
onlar tərəfindən idarə edilmişdir. 1960-
cı ildə respublika qurulduğu zaman isə
Kiprin türk və yunan toplumları qurucu
subyektlər  kimi  haki miyyəti  birlikdə
həyata keçirməyi nəzərdə tutan bir siyasi
struktur  təməlində  idarəetməni  bölüş -
müşlər. 1964-cü ildə yunan təcavüzləri
ilə başlayan, 103 türk kəndinin yandı -
rıldığı, 6 aylıq uşaqdan 90 yaşında olan
ixtiyara  qədər  kiprli  türklərin  diri-diri
yerə basdırıldığı və 11 il davam edən bir
savaş dövrü başlamışdır. Türklərin öldü -
rülməsinin  qarşısını  almaqdan  ötrü
BMT-nin sülhməramlı əsgərlərinin ada -
ya  göndə rilməsi  üçün  yunan  idarəet-
məsinin “qanuni hökumət” kimi qəbul
edilməsi ilə atılan yalnış addım, bu gün
kiprli türklərin qurucu haqqlarının işğal
edildiyi  bir  mexanizmə  çevrilmişdir.
1974-cü  ildə  Yunanıstanın  adanı  işğal
təşşəbbüsünə  qarşı  Türkiyənin  müda -
xiləsi nəticəsində ada ikiyə bölünmüş və
bu adanın iki sahibindən biri olan kiprli
türklər  nəticədə  adanın  şimalında  öz
dövlətini qurmuşdur. İllərdən bəri davam
etməkdə olan müzakirələr, başlanğıcda
yol  verilmiş  yalnış  səbəbilə  heç  bir
nəticə  vermir.  Birlikdə  qurduğumuz,
ancaq 1964-cü ildən bəri real olaraq bir
yunan dövlətinə çevrilən “Kipr Respub-
likası”nı  adanın  vahid  təmsilçisi  kimi
qəbul  edən  dünya  müzakirələrin  bir
nəticə verməməsinin əsas səbəbkarıdır.
-  dünyanın  bəzi  dairələri  məqsədli
olaraq  Kipr  problemini  Qarabağ
problemi  ilə  eyniləşdirmə  cəhdi
göstərir.  Sizin  bu  məsələ  ilə  bağlı
mövqeyiniz necədir?
- Qarabağ Azərbaycanın işğal edilmiş
torpağıdır. Kiprdə isə işğal altında olan
kiprli türklərin Kipr Respublikasındakı
qurucu haqlarıdır. Yunan əhalinin adanın
cənu bunda, türk əhalinin isə adanın şi-
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
36


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə