İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə


- Azərbaycanın vergi sistemində son



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə13/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   9   10   11   12   13   14   15   16   ...   88

- Azərbaycanın vergi sistemində son
illər  həm  texnoloji  modernləşmə
sahəsində, həm də vergi inzibatçılığı
sahəsində əsaslı islahatlar aparılıb.
Bu islahatlar vergi xidmətinin bütün
dairələrində ciddi müsbət dəyişiklik-
lərə gətirib. Bəs, görülən işlər vergi
borclarının idarə olunması sahəsinə
necə təsir göstərib? 
-  Vergi  orqanlarında  idarəetmə  sis-
teminin beynəlxalq standartlara uyğun-
laşdırılması, vergilərin könüllü ödənilməsi
sisteminin inkişaf etdirilməsi, vergi ödəyi-
cilərinin  hüquqlarının  etibarlı  qorun-
masının təmin edilməsi, vergidən yayınma
halları  ilə  mübarizənin  gücləndirilməsi
və  vergi  borclarının  yaranmasının
qarşısının  alınması  istiqamətində
əhəmiyyətli işlər görülmüşdür. Artıq bir
neçə  ildir  ki, Vergilər  Nazirliyinin  rəh-
bərliyinin, şəxsən cənab Fazil Məmmə-
dovun təşəbbüsü ilə nazirlikdə informa -
siya kommunikasiya texnologiyalarının
geniş tətbiqi üçün işlər aparılır. Bu, vergi
borclarının alınması sahəsində işlərin də
səmərəliliyinin artırılmasına şərait yarat-
mışdır. 
Vergi  sisteminin  səmərəliliyi  barədə
danışarkən,  ilk  növbədə,  ölkədə  vergi
ödəyicilərinin öz vergi öhdəliklərini nə
dərəcədə intizamla ödədiyi və vergi öhdə-
liklərinin  yerinə  yetirilməsi  prosesinin
nə  dərəcədə  sadə  olmasının  mühüm
əhəmiyyəti  vardır.  Könüllü  əməletmə
göstəricisi vergi sisteminin nə dərəcədə
səmərəli işlədiyini göstərən mühüm amil-
lərdəndir. 
Əgər biz bu göstəriciyə nəzər yetirsək,
2012-ci ilin birinci yarısında vergi ödəyi-
cilərinin  təxminən  72,2  faizi  büdcə
qarşısındakı vergi öhdəliklərini vaxtında
icra etmişlər. Bu göstərici keçən ilin mü-
vafiq dövrü ilə müqayisədə 4,9 faiz art-
mışdır. Bu zaman vergi bəyannamələrini
vaxtında təqdim edən vergi ödəyicilərinin
sayı 90 faizdən çoxdur. 
Buna baxmayaraq, bəzən vergi ödəyi-
ciləri öz öhdəliklərini vergi qanunvericiliyi
ilə  müəyyən  edilmiş  müddətdə  dövlət
büdcəsinə ödəmirlər ki, bu da borclanma
hallarının  yaranmasına  gətirib  çıxarır.
Əgər vergi xidməti müvafiq informasiya
sisteminə malik deyilsə, borcların çevik
və  səmərəli  idarə  edilməsindən  söhbət
belə  gedə  bilməz.  Azərbaycanın  vergi
sistemi bu mənada geniş texnoloji imkan-
lara malikdir. Əlaqəli informasiya bazası,
elektron  məlumat  mübadiləsi  bizə
borcların yaranma halları barədə dərhal
məlumatlar  əldə  etməyə  və  daha  çevik
tədbirlərin  həyata  keçirilməsinə  imkan
verir.  Elektron  məlumat  bazalarının
mövcudluğu borclu vergi ödəyici haqqın-
da  müfəssəl  məlumat,  o  cümlədən  ak-
tivləri, öhdəlikləri, kapitalı, hesablamaları,
dövlət büdcəsinə ödənişləri barədə göstəri-
ciləri əldə etməyə və bununla onun likvid-
lik  dərəcəsini  qiymətləndirməyə  imkan
verir ki, bu da borcların səmərəli idarə
edilməsi üçün əsas amillərdəndir. 
Borcların  aradan  qaldırılması  üçün
çevik  idarəetmə  sisteminin  qurulması
bizə borcların yaranmasının qarşısını al-
mağa yardım edir. Məsələn, cari ilin bi -
rinci yarısı ərzində yaranmış 86478 borclu
vergi ödəyicisi üzrə aparılmış çevik təd-
birlər nəticəsində onlardan 90,1 faizinin
borcları tamamilə ləğv edilmişdir. 
-  Vergi  borclarının  alınması  üçün
hansı  təsir  vasitələrindən  istifadə
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
29


edilir?  Sizin  fikrinizcə,  onlar  nə
dərəcədə səmərəlidir? 
-  Vergi  qanunvericiliyi  ilə  müəyyən
edilmiş vergilər vergi ödəyiciləri tərəfin -
dən  tam  və  vaxtında  dövlət  büdcəsinə
ödənilməlidir. Bu şərtlərin gözlənilməməsi
vergi ödəyicilərinin dövlət büdcəsi qarşı -
sında borclarının yaranmasına səbəb olur
ki, bu da vergi yığımları üzrə kəsirlərin
yaranmasına  və  nəticədə  isə  dövlətin
maliyyə resurslarının məhdudlaşmasına
təsir göstərə bilir. 
Vergilər  Nazirliyi  vergi  borclarının
artımının qarşısının alınması və qısa za-
man  ərzində  aradan  qaldırılması  üçün
dərhal borclu vergi ödəyicisi ilə tədbirlərə
başlayır. İlk növbədə, vergi ödəyicisinə
hesablanmış vergilərin, faizlərin və tətbiq
edilmiş  maliyyə  sanksiyalarının  ödə -
nilməsinə dair bildiriş göndərilir. Vergi
öhdəlikləri icra edilmədikdə həmin vergi
ödəyicilərinə  qarşı  borcun  alınması  is-
tiqamətində  məcburi  tədbirlər  görülür,
yəni  borclu  vergi  ödəyicisinin  bank
hesablarına icra sənədi olan sərəncamlar
qoyulur və onun əmlakın siyahıya alın-
ması həyata keçi rilir. 
Bundan başqa, ötən ildən başlayaraq
vergilər nazirinin müvafiq əmri ilə vergi
borclarının alınması strukturlarına operativ
vergi  nəzarətinin  həyata  keçirilməsi  ilə
bağlı səlahiyyətlər verilmişdir. Bu həmin
tədbirlərin daha sürətli, çevik, insan və
vaxt  resurslarından  səmərəli  istifadə
edilməsi ilə aparılmasına imkan vermiş,
lüzumsuz  yazışmaların  qarşısının  alın-
masına,  vergi  borclarının  alınmasına,
eləcə də vergi uçotunun və vergi nəzarə-
tinin  səmərəliliyinin  təmin  edilməsinə
gətirmişdir.  Yeni  səlahiyyətlər  borclu
vergi ödəyicilərində nəzarət tədbirlərinin
gücləndirilməsinə  və  hesablanmış  ver -
gilərin  ödənilməsinin  təmin  edilməsinə
imkan yaratmışdır. 
2012-ci ilin birinci yarısı ərzində vergi
orqanları tərəfindən borclu vergi ödəyi-
cilərinin  dövlət  büdcəsinə  yaranmış
borclarının ödənilməsinin təmin edilməsi
məqsədi ilə əmlaklarının siyahıya alınması
barədə 22 816 sayda qərar açılmışdır və
bunlardan 94,1% borclar ləğv edildiyinə
görə bağlanılmışdır. 
-  Sahir  müəllim,  bir  müddət  öncə
Vergilər Nazirliyi borclu vergi ödəyi-
cilərinin ölkədən getmək hüququnun
məhdudlaşdırılması  ilə  bağlı  məh -
kəmələrə müraciət etmişdi. Bu kimi
məcburiyyət tədbirləri davam edirmi? 
- Əlbəttə, vergi orqanları təkcə ənənəvi
tədbirlərlə kifayətlənmirlər. Biz borcların
alınması istiqamətində qanunvericiliyin
imkan verdiyi səlahiyyətlər çərçivəsində
digər  vasitələrdən  də  istifadə  edirik.
Məsələn, aparılan araşdırmalar nəticəsində
mülkiyyətində  heç  bir  daşınan  və  ya
daşınmaz  əmlakı  müəyyən  edilməmiş,
lakin hüquqi şəxslərdə təsisçi və ya payçı
kimi  çıxış  edən  borclu  fiziki  şəxslər
müəyyən edildiyi hallarda, onların borc -
larının hüquqi şəxslərindəki paylarından
tutulması istiqamətində tədbirlərin həyata
keçirilməsinə başlanılmışdır. 
Mülki qanunvericilik ödəyicinin şəxsi
borcları üzrə tutmanın onun başqa əm-
lakının  borclarını  ödəməyə  kifayət  et-
mədikdə,  hüquqi  şəxsdəki  şərikli  kapi-
talındakı payına yönəldilməsi imkanları
nəzərdə tutur. Buna görə də hüquqi şəxs-
lərdə təsisçi (payçı) kimi çıxış etmələri
müəyyən edilən fiziki şəxslərin borclarının
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
30


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə