İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə10/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   6   7   8   9   10   11   12   13   ...   88

Vergilər nazirinin birinci müavini, qərar-
gahın rəhbəri Natiq Əmirov çıxış edərək
bildirmişdir ki, ölkədə inkişaf templərinin
artması, yerlərdə sahibkarlığın inkişafının
daha da sürətləndirilməsi, yerli istehsal və
emal müəssisələrinin fəaliyyətinin bərpası
və  genişləndirilməsi,  iqtisadi  və  sosial-
mədəni infrastruktur obyektlərinin qurul-
ması, yoxsulluğun azaldılması, yeni iş yer-
lərinin  açılması  istiqamətində  uğurlu
nəticələr qazanılmışdır.
Lakin ölkədəki iqtisadi artım və əhalinin
gəlirlərinin yüksəlməsinə baxmayaraq, bəzi
sahibkarlar  vergi  orqanlarına  təqdim  et-
dikləri muzdlu işlə əlaqədar əməkhaqqından
tutulan  gəlir  vergisi  hesabatlarında  real
vəziyyətə uyğun göstəriciləri əks etdirmir.
Bir  sıra  vergi  ödəyiciləri,  işəgötürənlər
vergi və ödənişlərdən yayınmaq məqsədilə
qanunvericiliyin tələblərini pozaraq işçilərlə
əmək müqavilələri bağlamır, iş yerləri rəs-
miləşdirilmədən  onlara  hər  hansı  işlərin
görülməsini həvalə edirlər. Bundan başqa
iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan
vergi ödəyicilərinin muzdlu işlə əlaqədar
təqdim  etdiyi  vergi  bəyannamələrindəki
əməkhaqqı məbləğləri təsərrüfat subyektinin
real potensialı, eləcə də həmin sektor üzrə
fəaliyyət göstərən və əmə haqlarının düzgün
müəyyən edilməsinə üstünlük verən vergi
ödəyicilərinin əmə haqqı məbləği göstəri-
ciləri ilə uzlaşmır və onlardan hətta bəzən
bir neçə dəfə aşağı olur.
Eyni  zamanda,  işçi  sayı,  əmlakı  və
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
23
Əmək münasibətlərinə vergi nəzarətinin
təşkili sahəsində kompleks tədbirlərin
həyata keçirilməsinə başlanmışdır
İyulun  23-də  Vergilər
Nazirliyində  əmək  münasi-
bətlərinə  vergi  nəzarətinin
təşkili  sahə sində  kompleks
tədbirlərin  başlanması  ilə
əlaqədar vergi ödəyiciləri ilə
görüş keçiril mişdir. Görüşdə
işəgötürənlər  tərəfindən  iş
yerlərinin rəsmi ləşdirilməməsi
hallarının qar şısının alınması
istiqa mətində Vergilər Nazir-
liyində yaradılan Qərargahın
üzvləri  və  250-dək  iri  vergi
ödəyicilərinin nümayəndələri
iştirak etmişlər.
VERGİLƏR NAZİRLİYİNDƏ
VERGİLƏR NAZİRLİYİNDƏ


dövriyyəsinin həcmi daha çox olan müəs-
sisələrdə  belə  direktor,  baş  mühasib,
menecer  kimi  vəzifələr  üçün  müəyyən-
ləşdirilmiş əməkhaqları sıravi işçilər üçün
müəyyən edilən məbləğlərlə eynilik təşkil
edir. Bundan başqa, bir sıra hallarda vergi
öhdəliklərini və sosial sığorta ayırmalarını
minimallaşdırmaq məqsədilə işəgötürənlər
işçilərlə əmək müqaviləsi əvəzinə mülki-
hüquqi  xarakterli  xidmət  müqavilələri
bağlayırlar.
İşəgötürənlər  tərəfindən  iş  yerlərinin
rəsmiləşdirilməməsi vergidən yayınma hal-
ları  ilə  yanaşı,  muzdla  çalışan  işçilərin
əmək hüquqlarını pozmaqla, gələcək dövlət
sosial təminatından da məhrum edir.
Qeyd edilənlər əmək münasibətlərində
vergi nəzarətinin daha da gücləndirilməsini
zəruri  edir,  göstərilən  halların  aradan
qaldırılması və gəlir vergisi üzrə vergitutma
bazasının  leqallaşdırılması  istiqamətində
vergi orqanlarının da üzərinə böyük vəzi -
fələr düşür. Bildirilmişdir ki, mövcud prob-
lemlərin  aradan  qaldırılması,  işçilərin
hüquqlarının qorunması və əmək münasi-
bətləri sahəsində vəziyyətə vergi nəzarətinin
artırılması məqsədilə Vergilər Nazirliyində
xüsusi  Qərargah  yaradılmış  və  Nazirlik
tərəfindən kompleks tədbirlər həyata keçi -
riləcəkdir.
Vergi  ödəyicilərinin  nəzərinə  çatdırıl -
mışdır ki, işəgötürənlər iş yerlərinin qey-
diyyatını düzgün aparmalı, fiziki şəxslərin
hər hansı işlərin (xidmətlərin) yerinə ye-
tirilməsinə cəlb edilməsini Əmək Məcəl-
ləsində  nəzərdə  tutulmuş  qaydada  əmək
müqaviləsi bağlamaqla rəsmiləşdirilməli,
əməkhaqlarının real orta aylıq əməkhaqları-
na uyğun müəyyən etməlidirlər.
İş  yerlərinin  rəsmiləşdirilməməsi  öz
növbəsində işəgötürənlər üçün ciddi maliyyə
sanksiyaları və inzibati cərimələr deməkdir.
Ödəyicilərin  nəzərinə  çatdırılmışdır  ki,
vergi  orqanı  tərəfindən  əmək  müqaviləsi
bağlamadan işləri (xidmətləri) yerinə ye-
tirdiyi aşkar edilən hər bir şəxs üzrə 1000
manat məbləğində maliyyə sanksiyası və
yayındırılmış  vergi  məbləğləri  bərpa
edilərək digər müvafiq sanksiyalar tətbiq
edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1-
ci  maddəsinə  əsasən  Əmək  Müfəttişliyi
tərəfindən “Əmək müqaviləsini (kontraktı)
bağlamadan işəgötürənlər tərəfindən fiziki
şəxslərin  hər  hansı  işlərin  (xidmətlərin)
yerinə yetirilməsinə cəlb edilməsinə görə
-  vəzifəli  şəxslər  3000  manatdan  5000
mana tadək miqdarda, hüquqi şəxslər 20000
manatdan  25000  manatadək  miqdarda
cərimə edilir.
Görüşdə  vergi  ödəyicilərini  maraq-
landıran suallara aydınlıq gətirilmişdir.
Vergilər  Nazirliyi    vergidən  yayınma
hallarının,  əlavə  vergi  potensialının
müəyyən edilməsi məqsədilə işçi saylarının
və iş yerlərinin düzgün rəsmiləşdirilməsinin
təmin olunması məqsədilə nəzərdə tutulmuş
tədbirlərin icrasına başlamışdır. 
Qanunvericilikdə nəzərdə tutulmuş qay-
dada əmək müqavilələrinin (kontraktının)
bağlanılmaması  meyarı  üzrə  riskli  vergi
ödəyiciləri seçilmiş və Vergi Məcəlləsinin
38.3.5-ci  maddəsinə  əsasən  vergilər  və
digər icbari ödənişlərə dair qanunvericiliyə
əməl edilməsi vəziyyətinin düzgünlüyünün
yoxlanılması məqsədilə onlardan birində,
“Atlanta”  Mənzil-Tikinti  Kooperativində
müvafiq  vergi  nəzarəti  tədbirləri  keçi -
rilmişdir.
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
24


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə