İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə24/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   20   21   22   23   24   25   26   27   ...   88

51
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri
haqqında”  Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respub-
likasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1,
maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə
49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2) aşağıdakı dəyişikliklər edilsin: 
1. 15.6-cı maddədə “yazı” sözündən, 15.7-ci maddədə və 15.8-ci maddənin birinci cüm-
ləsində “çıxarışlar” sözündən, 18.2-ci maddədə “məlumatlar” sözündən sonra “(kommersiya
hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə
məlumatlar istisna olmaqla)” sözləri əlavə edilsin; 
2. aşağıdakı məzmunda 15.9-cu maddə əlavə edilsin: 
“15.9. Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə ka -
pitalındakı payları barədə məlumatlar sorğu əsasında aşağıdakılara verilir: 
15.9.1. qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat
orqanlarına;
15.9.2. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə; 
15.9.3. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırıl-
masına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Res -
publikasının  Qanunu  ilə  müəyyən  edilmiş  hallarda  və  qaydada  maliyyə  monitorinqi
orqanına; 
15.9.4. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hal-
larda və qaydada məcburi icra orqanına;
15.9.5. “Vəkillər və vəkillik fəaliyəti haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş hallarda və qaydada vəkilə; 
15.9.6. həmin kommersiya hüquqi şəxsin digər təsisçilərinə (iştirakçılarına); 
15.9.7. barəsində dövlət reyestrindən məlumatların verilməsi tələb olunan şəxsin razılığı
ilə üçüncü şəxslərə.”;
3. 18.1-ci maddənin birinci cümləsində “hər” sözü “Kommersiya hüquqi şəxslərin tə-
sisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna
olmaqla, hər” sözləri ilə əvəz edilsin.
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2012-ci il.
QANUNVERİCİLİK
QANUNVERİCİLİK


“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının
2012-ci il 12 iyun tarixli 382-IVQD nömrəli
Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının
2012-ci il 12 iyun tarixli 382-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Res -
publikası Prezidentinin aktlarının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azər-
baycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbay-
can Respublikasının Prezidentinə məlumat versin; 
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azər-
baycan Respublikasının Prezidentinə məlumat versin; 
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqan-
larının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırıl-
masını  təmin  etsin  və  bu  barədə Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə
məlumat versin. 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyul 2012-ci il.
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
52


“Kommersiya sirri haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu 
Azərbaycan  Respublikasının  Milli  Məclisi  Azərbaycan  Respublikası  Konsti-
tusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001, №12, maddə 741; 2004, №12, maddə
973; 2006, №11, maddə 932) 4.1.2-ci maddəsində “məlumatlar” sözündən sonra “(kom-
mersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı
payları barədə məlumatlar istisna olmaqla)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2012-ci il.
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
53


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə