İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə22/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   18   19   20   21   22   23   24   25   ...   88

Almaniyanın  vergi  sistemi  bir  neçə
mərhələdə formalaşmışdır. Belə ki, 1871-ci
ildə Almaniya imperiyasının yaradılmasından
sonra  bütün  birbaşa  vergilərin  müəyyən
edilməsi İmperiyaya daxil olan dövlətlərin
(indiki Torpaqların) səlahiyyəti çərçivəsində
idi.  İmperiya  isə  yalnız  istehlak  mallarına
(tütün, pivə, araq, şəkər, duz) qoyulan gömrük
rüsumlarını və vergiləri müəyyənləşdirmək
hüququna malik idi.
Vergi  ödəmələri  strukturunda  əsas  is-
tiqaməti  1879-cu  ildə Almaniyanın  birinci
reyxskansleri Otto Bismark müəyyənləşdirdi
və vergi yükünün gəlirlərdən istehlaka (xərc -
lərə) keçməsini tələb etdi. Gömrük rüsum-
larının və aksizlərin yığım hüququnun İm-
periyaya  verilməsi  ölkənin  ümumi  iqtisadi
fəzasının yaradılmasının əsasını qoydu. Bu
zaman ayrı-ayrı Torpaqların ödəmələri İm-
periyanı onlardan asılı vəziyyətə salırdı. Nə -
ti cədə, Almaniyanın  vergi  sisteminin  inki -
şaf yollarını məhz bu cəhət müəyyənləşdirdi.
Almaniyada  XIX  əsrin  90-cı  illərində
qiymətli kağızlara, veksellərə, oyun kartlarına
gerb  rüsumları,  1906-cı  ildə  mirasa  görə
vergi, 1913-cü ildə əmlak vergisi və əmlakın
artımına görə vergi tətbiq edildi. Artıq 1916-
cı ildən başlayaraq Almaniya birbaşa vergi
qoymanın imkanlarından aktiv şəkildə istifadə
etməyə başladı.
Bununla  yanaşı,  dolayı  vergiqoyma  da
inkişaf  edirdi,  çünki  rüsumlar  və  aksizlər
hərbi məğlubiyyətlə bağlı xərclərin ödənilmə-
sinə kifayət etmirdi. 1918-ci ilin iyul ayında
Almaniya dövriyyədən vergini tətbiq etməyə
başladı  və  artıq  1960-cı  illərdə  bu  vergi
əlavə edilmiş dəyərin vergi formasını aldı.
1919-cu  ilin  dekabrında  Maliyyə  naziri
M.Ersberqerin  hazırladığı  İmperiya  vergi
qoyma  qaydalarının  təsdiqindən  sonra  iri
vergi islahatının həyata keçirilməsinə başla -
nıldı. Aparılan islahat nəticəsində Torpaqların
maliyyə suverenliyi ləğv olunaraq vergiləri
yığmaq və onları idarə etmək hüququ müstəs-
na olaraq dövlətə həvalə edildi. Həmçinin,
vergi  sistemi  mərkəzləşmiş  qaydada  təşkil
edildi, dövriyyədən tutulan verginin dərəcəsi
yüksəldildi, dəbdəbəli əşyalara vergiqoyma
tətbiq olundu və böyük var-dövlət sahibləri
tərəfindən  əlavə  vergilərin  ödənilməsinə
başlanıldı. İslahata qədər fəaliyyət göstərən
“İyirmi altı Torpağın gəlir vergisi haqqında”
Qanuna dəyişiklik edildi, Torpaqların gəlir
vergisi ümumimperiya gəlir vergisi ilə əvəz
olundu. Ümumimperiya gəlir vergisi difer-
ensiallaşmış  şkalaya  və  60%-lik  maksimal
dərəcəyə malik idi.
Veymar Respublikasında vahid maliyyə
idarəsi  yaradıldı.  Bu  idarə  sonrakı  bölüş -
dürülmədən  asılı  olmayaraq,  bütün  növ
vergilərin  daxilolmalarına  nəzarət  edirdi.
Maliyyə  idarəsi  1945-ci  ilin  mayına  kimi
fəaliyyət  göstərdi.  İkinci  dünya  mühari -
bəsindən sonra Almaniya Federativ Respub-
47
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
Almaniyanın vergi sistemi
Məmmədzadə Zeynalabdin Yunsur oğlu*
Azərbaycan Respublikası Vergilər Nazirliyinin
Hüquq idarəsinin Hüquqi təminat şöbəsinin rəisi,
2-ci dərəcəli müfəttiş
*Azərbaycan Respublikasının Vergilər Nazirliyi. Bakı, AZ1073, L.Landau küçəsi, 16.
zeynal_taxes@mail.ru 
BEYNƏLXALQ TƏCRÜBƏ
BEYNƏLXALQ TƏCRÜBƏ


likasında  (AFR)  Federasiya  ilə  Torpaqlar
arasındakı dövlət funksiyaları qanunvericiliyə
müvafiq olaraq bölüşdürüldü. Federasiya və
Torpaqlar idarəetmə xərclərini özləri ödəyir,
Torpaqlar öz büdcə quruluşu məsələlərində
müstəqil olurdular.
Vergi  siyasəti  sahəsində  Federasiyanın,
Torpaqların  və  İcmaların  səlahiyyətlərini
ayıran əsas dövlət aktı 1949-cu il mayın 23-
də qəbul olunmuş AFR-in əsas qanunu hesab
olunan  konstitusiya  olmuşdur.  Bu  sənədin
105-ci maddəsinə əsasən, Federasiya gömrük
işlərində  və  maliyyə  inhisarında  müstəsna
qanunverici  səlahiyyətə  malikdir.  Qanun-
vericilik aktlarına müvafiq olaraq, Torpaqlar
istehlaka  yerli  vergilər  müəyyənləşdirmək
hüququna malikdirlər. İcmalar və İcma bir-
likləri Torpaqların xeyrinə daxil olan vergi -
lərdən torpaq qanunvericiliyi ilə müəyyən-
ləşdirilmiş faizi birlikdə əldə edirlər. Qalan
hallarda torpaq vergilərindən gələn gəlirlərin
İcmaların  xeyrinə  hansı  ölçüdə  is-
tiqamətləndiriləcəyini  Torpaqlar  özləri
müəyyənləşdirdilər.  Almaniyanın  müasir
vergi  sistemi  hələ  AFR-in  Baş  naziri
reyxkansler L.Erxard tərəfindən əsası qoyul-
muş aşağıdakı prinsiplərə əsaslanır.
 vergilər mümkün qədər minimal olmalıdır;
 bu və ya digər obyektə vergi qoyma za-
manı  vergi  qoymanın  məqsədəuy ğun -
luğu nəzərə alınmalıdır;
 vergilər rəqabətə mane olmamalıdır;
 vergilər  struktur  siyasətinə  uyğun  ol-
malıdır;
 vergilər  cəmiyyətdə  gəlirlərin  ədalətlə
bölüşdürülməsini təmin etməlidir;
 vergi sistemi ikiqat vergiqoymanı istisna
etməlidir;
 vergi sistemi insanın şəxsi həyatına hörmət
əsasında  qurulmalıdır.  Vergiqoyma  ilə
əlaqədar olaraq, insan öz şəxsi həyatını
dövlətə minimal şəkildə açmalıdır. Vergi
işçisinin  vergi  ödəyicisi  barədə  hansısa
məlumatı başqa şəxslərə vermək hüququ
yoxdur.  Kommersiya  sirrinə  riayət  olu-
nacağına zəmanət verilməlidir;
 vergilərin  ölçüsü  dövlət  tərəfindən
göstərilən  xidmətlərin  həcminə  uyğun
müəyyənləşdirilməlidir.
Almaniya Federal qanunvericiliyi  hazırda
özündə  aşağıdakı  vergi  qanunlarını  ehtiva
edir:
1. Vergi nizamnaməsi (Abgabenordnung);
2. Xarici vergi qanunu (Außensteuergesetz);
3.  Dəyərləndirmə  qanunu  (Bewertungsge-
setz);
4. Pivə vergisi qanunu (Biersteuergesetz);
5. Gəlir vergisi qanunu (Einkommensteuerge-
setz)  -  gəlir  vergisi,  mənfəət  vergisi,
yoxlama nəzarəti ilə bağlı olan vergi və
bununla  əlaqədar  olan  digər  məsələləri
tənzimləyir;
6. Enerji vergi qanunu (Energiesteuergesetz)
- neft-qaz vergiləri ilə bağlı olan məsələləri
tənzimləyir;
7.  Vərəsəlik  və  bağışlama  vergisi  qanunu
(Erbschaftsteuer-und Schenkungsteuerge-
setz);
8.  Yanğından  mühafizə  qanunu  (Feuer-
schutzsteuergesetz)  -  sığorta  vergisi  ilə
bağlı olan məsələləri tənzimləyir;
9. Ticarət vergisi qanunu (Gewerbesteuerge-
setz);
10. Əmlak vergisi qanunu (Grundsteuerge-
setz);
11.  Nüvə  yanacağı  vergisi  qanunu  (Kern-
brennstoffsteuergesetz);
12. Korporativ vergi qanunu (Körperschaft-
steuergesetz);
13. Hava nəqliyyatı vergisi qanunu (Luftver -
kehr steuergesetz);
14. Mərc və lotereyalar qanunu (Rennwett-
und Lotteriegesetz)  və digər qanunlar.
Almaniyanın  vergi  sistemi  Federal  qa-
nunlarla,  Torpaqların  qanunları  ilə  və
bələdiyyələrin aktları ilə tənzimlənir. Vergi
nizamnaməsi (Abgabenordnung) Almaniya
vergi sisteminin əsas çərçivə aktı olub, hansı
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
48


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə