illər) təsdiq edilməsi haqqında” (fevral,
2004-cü il) fərmanları ilə ölkənin sosial-
iqtisadi inkişafına təkan vermişdir. Azərbay-
canın inkişafı problemlərinin yeni, innovativ
dərkinə keçid prosesinə təkan verən də məhz
bu fərmanlar olmuşdur. Dünyanın ən inkişaf
etmiş dövlətləri sırasına daxil olmaq üçün
cəmiyyət həyatının bütün sahələrinin mod-
ernləşdirilməsi prioritetə çevrilmişdir”.
Yeni əsrdə hər bir cəmiyyətin həyatında
mütərəqqi texnologiyaların rolu artır, iqtisadi
artımın xarakteri dəyişir, «ictimai tərəqqi»
anlayışı və onun meyarları barədə yeni
baxışlar meydana çıxır, bazarların qlobal-
laşması prosesi baş verir. Belə şəraitdə
müstəqil Azərbaycan dövləti dünya iqti-
sadiyyatının strategiyasına uyğun olaraq
özünün innovasiya siyasətini həyata keçir-
məyə çalışır. İnnovasiya dedikdə, ümumən,
cəmiyyətdə elmi-texniki tərəqqinin gerçək-
ləşdirilməsi aləti kimi özünü göstərən ye-
niləşmə prosesi başa düşülür. Bu mühüm
prosesdə elmi-texniki tərəqqinin yenilikləri
nəzərə alınır, müasir elmi tədqiqatların aparıl-
masına diqqət artırılır. İstehsal və sosial
sahələrdə elmi-texniki tərəqqinin nailiyyət -
lərindən istifadə etmək istiqamətində in-
vestisiya fəaliyyətinin bir forması da məhz
innovasiyadır.
İnnovasiya prosesi bir sıra mühüm is-
tiqamətlərdə həyata keçirilir. Bunlar əsasən,
elmi-texniki proqramların həyata keçirilməsi;
iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi
məqsədilə məhsuldar qüvvələrin tərkibində
keyfiyyət dəyişiklikləri etmək üçün funda-
mental tədqiqatların maliyyələşdirilməsi;
texnika və texnologiyanın prinsipcə yeni
qənaətçil növlərinin işlənib hazırlanması;
yayılması və tətbiqi, ixtiraların və kəşflərin
tətbiqinin genişləndirilməsi nəticəsində is-
tehsalın texniki səviyyəsində keyfiyyət də -
yişikliklərinin sürətləndirilməsi; iqtisadiyyatın
sahələrində yeniliklərin tətbiqi nəticəsində
sosial, iqtisadi və ekoloji səmərənin artırıl-
masının təmin edilməsi kimi strateji is-
tiqamətlərdir.
“XXI əsrdə Azərbaycan ideyası kreativ
millət kontekstində” əsərində akademik
Ramiz Mehdiyev göstərir ki, ölkənin innovativ
modernləşməsinə, müasir cəmiyyət qurucu-
luğuna nail olmağın daha bir mühüm amili
sosialyönümlü iqtisadiyyatın, sosial ədalətin
və güclü prezident hakimiyyətinin mövcud
olmasıdır. Güclü milli liderin təşkilatçı və
istiqamətverici rolu olmadan ölkəni inkişaf
etmiş dövlətlər sırasına çıxarmaq üçün
göstərilən bütün cəhdlər uğursuzluğa düçar
ola bilər. Əsərdə həmçinin vurğulanır ki,
Prezident İlham Əliyevin innovasiya-kreativ
sektorun inkişafını dəstəkləməsi ölkə iqti-
sadiyyatının rəqabət qabiliyyətinin artırılması
sahəsində atılan mühüm addımlardan biridir.
Əsərdə yer almış bu fikirlə də tam razılaş-
maq olar ki, modernləşmənin xarici texnoloji
nailiyyətlərin, özgə ideya və konsepsiyaların
sadəcə tətbiqi olması qənaətindən uzaqlaşmaq
lazımdır. Belə ki, hər bir dövlətin əsas
nailiyyəti insan kapitalıdır və buna görə də
modernləşmə məhz milli kadrlara, milli
kreativ zümrəyə arxalanmalıdır. Azərbaycanda
bu potensialdan səmərəli istifadə modernləşmə
baxımından müsbət nəticələrini göstərir.
Modernləşmə məqsədilə dövlət əsaslı kapital
qoyuluşu hesabına həyata keçirilən layihələrin
əsas məqsədi insanların yüksək rifahının,
firavan yaşayışının təmin edilməsidir. Re-
gionlarda və paytaxt Bakıda qlobal layihələrin
həyata keçirilməsi - yeni yolların, körpülərin,
piyada keçidlərinin salınması, kommunal
xarakterli problemlərin həlli, abadlıq, quru-
culuq tədbirlərinin genişləndirilməsi infra-
strukturun müasirləşdirilməsi yolu ilə in-
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
43
sanların həyat keyfiyyətinin yüksəldilməsinə
xidmət edir. Bu tədbirlər nəticəsində həm
də insanların düşüncə və yaşayış tərzi, həyata
baxışı dəyişir, modernləşmənin mahiyyəti
ictimai təfəkkürdə aydın dərk edilir, yeni
texnologiyalar daha sürətlə mənimsənilir.
Akademik Ramiz Mehdiyev yaradıcı
tədqiqatlara əsaslanan kreativ modernləşmənin
vacibliyini də xüsusi önə çəkir: “Prezident
İlham Əliyev və onun komandası bəzi Asiya
dövlətlərinin təcrübəsini öyrənərək özləri
üçün müəyyən etmişlər ki, böyük, ambisiyalı
məsələlərin həlli üçün qeyri-standart yollar
axtarmaq, modernləşməni elmin son
nailiyyətləri, yeni texnologiyalar və idarəetmə
metodları əsasında həyata keçirmək lazımdır.
İqtisadiyyatda, siyasətdə, elm və təhsildə,
sosial sahədə, mədəniyyətdə yaradıcı tədqiqat-
lara əsaslanan innovativ «kreativ» modern-
ləşmə vacibdir. Bu innovativ tədqiqatları
real ictimai təcrübədə tətbiq etmək gərəkdir.
Dövlət vəzifələri zamanın tələbinə uyğun
dərk etməsə, özünü tarixin arxa planına at-
acaqdır. İnnovativ modernləşmə öz tipo -
logiyasına görə təkamülyönlü inkişafa
yaxındır. Bu, Azərbaycanın inkişaf strate-
giyasının ruhuna tam cavab verir”.
İqtisadiyyatın innovativ inkişafı
“XXI əsrdə Azərbaycan ideyası kreativ
millət kontekstində” əsərində iqtisadi mo -
dernləşmə prosesi geniş təhlilə cəlb olunmuş
və məsələyə münasibətdə klassik və çağdaş
nəzəriyyələrin müqayisəli şəkildə təhlili
aparılmışdır.
Müəllifin fikrincə, klassik modernləşmə
nəzəriyyəsinə uyğun olaraq ənənəvi cə -
miyyətin müasir cəmiyyətə, yəni aqrar
cəmiyyətin sənaye cəmiyyətinə transfor-
masiyası modernləşmə, müasir cəmiyyətin
postmodern cəmiyyətə, yəni sənaye cəmiyyə-
tinin postsənaye cəmiyyətinə transformasiyası
isə postmodernləşmə kimi səciyyələnir.
Azərbaycan iqtisadiyyatının modern-
ləşməsi ilə bağlı dəyərli fikirləri göstərir ki,
görkəmli filosof nəzəri və təcrübi bilikləri
uğurla sintez edərək inkişafın yeni təmayül-
lərini dürüst şəkildə müəyyənləşdirmişdir.
Müəllif haqlı olaraq vurğulayır ki, birinci
istiqamət məhz respublikanın innovativ
inkişafıdır. Bu istiqamət Azərbaycan şirkətləri
tərəfindən müasir texnologiyaların mənim-
sənilməsini, yeni, rəqabətədavamlı məhsullar
istehsalının təmin edilməsini və ixrac
bazarlarının genişlənməsini nəzərdə tutur.
Əsərdə inkişafın ikinci istiqaməti kimi di-
namik inkişaf edən bazar təsisatlarının
möhkəmlənməsini və rəqabətin təmin
edilməsini diqqətə çəkir. Bu istiqamət
sahibkarlığın inkişaf etdirilməsini, ölkə iqti-
sadiyyatına investisiyaların cəlbini nəzərdə
tutur.
Akademik Ramiz Mehdiyevin fikrincə,
mili inkişafın üçüncü istiqaməti milli iqti-
sadiyyatın daha da şaxələndirilməsini, müasir
texnologiyaların tətbiqi ilə məhsul istehsalının
genişləndirilməsini, emal sənayesinin və “bi-
liklər iqtisadiyyatı”nın rəqabətqabiliyyətinin
artırılmasını nəzərdə tutur. Dördüncü istiqamət
olaraq “insan kapitalı”nın yeni keyfiyyətinə
nail olunması, yaradıcı düşünə bilən kadrların
yetişdirilməsi, onların hazırlıq səviyyəsini
kreativ iqtisadiyyatın tələblərinə uyğun-
laşdırılması zəruriliyi vurğulanır. Nəhayət,
modernləşlmənin beşinci istiqaməti kimi
iqtisadi artımın yeni mənbələrinin yaradılması
üzrə işin davam etdirilməsi zərurətindən
söhbət açılır. Müəllifin fikrincə, Bakı-Tbil-
isi-Qars dəmir yolunun və beynəlxalq dəniz
ticarəti limanının tikintisinin başa çatdırılması
bu məqsədə nail olmağa kömək edəcək,
ölkənin tranzit potensialını xeyli artıracaqdır.
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
44
Dostları ilə paylaş: |