İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə32/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   28   29   30   31   32   33   34   35   ...   88

xid mətlərlə yanaşı, gəlir anlayışına əmlakın dəyərinin dəyişməsi amilini də daxil et-
diyinə görə o, tez-tez “kompleks gəlir” anlayışı da adlandırılır. Bu anlayışın əsas xü-
susiyyəti ondan ibarətdir ki, o, gəlir hesablanılan dövrün sonunda və əvvə lində
“əmlakın” qiymətləndirilməsi üzrə müvafiq prosedurların aparılmasını tələb edir.
Sonralar ingilis iqtisadçısı Con Riçard Xiks (John Richard Hicks, 1904-1989)
konkret həftələr üzrə fiziki şəxsin gəlirinin alternativ geniş anlayışını aşağıdakı kimi
təklif etmişdir: “gəlir həftə ərzində fərdin istehlak etdiyi elə bir maksimum dəyərdir
ki, bu zaman həftənin sonunda onun rifahı həftənin əvvəlindəki səviyyədə qalmış
olsun”.  Bu  geniş  anlayışda  o,  “rifah”  ideyasını  daha  dəqiq  ifadə  edərək  onun
xülasəsini aşağıdakı kimi dəyişmişdir: “gəlir baxılan bu həftə ərzində fərdin xərcləyə
bildiyi maksimum pulun miqdarıdır, bir şərtlə ki, o özünü real ifadədə həmin məbləği
sonrakı hər bir həftədə də xərcləyə bilmək vəziyyətində hesab etmiş olsun” [9].
ŞHS tərifi ilə Xiks tərifi arasında aydın görünən fərq Xiksin tərifində fərdin sub-
yektiv gözləmələrinə hansı əhəmiyyətin verilməsindən ibarətdir. Bununla yanaşı,
praktikada gəlir vergisi sisteminin çoxlu sayda konkret xarakteristikaları ŞHS tərifinə
deyil, daha çox dərəcədə Xiks tərifinə əsaslanır. Bu səbəbdən də Xiks tərifi ŞHS-in
kompleks vergi bazasından ayrı-ayrı kənarlaşmaları nəzəri olaraq əsaslandırmaq
üçün prinsipial əsas kimi çıxış edir.
3.2. Kapital dəyəri artımının və təsərrüfat fəaliyyətindən əldə olunan 
digər gəlirlərin vergiyə cəlb olunması
Praktikada müxtəlif ölkələrin vergi sistemlərində kapitalın dəyərinin artımına
yanaşmaları müqayisə etmək şirkətlərə tətbiq olunan vergilərin digər aspektlərinə
(məsələn, amortizasiya ayırmaları, zərərlərin gələcək dövrlərə keçirilməsi kimi) nis-
bətən kifayət qədər çətindir. Kapitalın dəyərinin artması, yaxud azalması müxtəlif
növlü iqtisadi agentlərə məxsus olan çoxlu sayda aktivləri (yaxud passivləri) əhatə
edə bilər. Müxtəlif ölkələrdə artımın müxtəlif növlərinə ya gəlir, ya da “kapitalın
dəyərinin artımı” kimi baxıla bilər, hansı ki, adi gəlir vergisi çərçivəsində xüsusi
vergitutmaya cəlb oluna, yaxud kapital dəyərinin artımı ayrıca verginin təsirinə
məruz qala bilər [5, 7]. Bu müxtəlifliyin üç nümunəsini nəzərdən keçirək.
Birincisi, çox vaxt vergitutma məqsədləri üçün amortizasiya olunan və olunmayan
aktivlər arasında vacib müxtəliflik müşahidə olunur. Amortizasiya olunan aktivlər
situasiyasında gəlirlərə tətbiq olunan vergilərə münasibətdə bir sıra vergi sistem-
lərində aktivin vergitutma məqsədləri üçün onun amortizasiya dəyərini aşan qiymət
üzrə  təqdim  edilməsi  halında  amortizasiya  ayırmalarının  “qaytarılması”  (“ba -
lanslaşdırıcı yığım” şəklində ödənilməsi) nəzərdə tutulur. Belə sistem şəraitində
amortizasiya olunan aktivin təqdim edilməsi zamanı reallaşan kapital dəyərinin
artımına ümumilikdə gəlir şəklində baxılır. Eyni zamanda, vergi qanunvericiliyi tor-
paq və qiymətli kağızlar kimi amortizasiya olunmayan aktivlər üçün fərqli müd-
dəaları nəzərdə tutur.
74
Y.Kəlbiyev. Kapitalın dəyəri konsepsiyası və kapital dəyəri artımının vergiyə cəlb olunması problemləri


75
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
İkincisi, məsələ ondadır ki, xüsusi qaydalar əsasında vergitutmaya cəlb edilməli
olan kapital dəyəri artımına hansı məbləğlərin daxil edilməsi müxtəlif vergi sistem-
lərində  bir-birindən  əhəmiyyətli  dərəcədə  fərqlənən  aktivlərin  və  passivlərin
qiymətləndirilməsi metodlarından da asılıdır. Məsələn, əgər xarici valyutada ifadə
olunan passivlər balansda cari bazar dəyəri ilə əks olunmuşdursa və bu dəyərin də -
yişməsi hər bir hesabat dövründə mənfəət və zərərlər hesabında göstərilirsə, onda
hər bir dövrdə valyuta məzənnəsinin dəyişməsi nəticəsində kapital dəyərinin artımı,
yaxud azalması avtomatik olaraq gəlir kimi vergiyə cəlb oluna bilər. Digər tərəfdən,
əgər passiv alınma dəyəri üzrə uçota alınmışdırsa, onda kapitalın dəyərinin artımı,
yaxud azalması yalnız borcun ləğvi (ödənilməsi) zamanı “reallaşdırılmış” kimi əks
olunur. Belə halda sual yaranır: bu cür reallaşdırılmış artım, yaxud azalma adi gəlir-
lərə daxil edilməlidir, yaxud kapitalın dəyərinin artımında nəzərə alınmalıdır?
Üçüncüsü, eyni bir növ kapital dəyərinin artımına üzərinə hesablanan iqtisadi
agentin təbiətindən asılı olaraq müxtəlif cür baxıla bilər. Məsələn, fiziki şəxslər,
yaxud müəssisələr qiymətli kağızların alqı-satqısı ilə məşğul olduqda, adətən onların
hesabat dövründə kapital dəyərinin məcmu artımını, yaxud azalmasını əks etdirən
gəlirlərindən vergi tutulur. Bununla yanaşı, dəyərin elə həmin artımına, yaxud azal-
masına digər subyektlərdə başqa cür baxıla bilər, ona görə ki, həmin gəlirlər qeyri-
müntəzəm xarakterə malik ola bilərlər.
Müxtəlif ölkələrdə vergi sistemlərinin müqayisəsi zamanı yalnız kapital dəyərinin
artımına aid edilən konkret müddəaların təhlil edilməsi kifayət deyildir. Həmçinin,
praktikada kapital dəyərinin artımı ilə “adi” gəlirlər arasında sərhədin hansı qaydada
müəyyən edilməsinə də diqqət yetirilməlidir.
3.3. Kapital dəyəri artımının və digər gəlirlərin diferensiasiyalı vergiyə
cəlb olunmasının xeyrinə gətirilən dəlillər
Gəlirlərin və hesablanan kapital dəyəri artımının diferensiasiyalı şəkildə vergitut -
maya cəlb olunması bir sıra Avropa ölkələrində qəbul edilən baza konsepsiyasına
əsasən tarixən yaranmışdır. Baza konsepsiyasının mahiyyəti ondan ibarətdir ki,
vergiyə cəlb olunan gəlir spesifik kapital mənbələrindən əldə olunan, lakin bu mən-
bələrin özünün dəyərinin istənilən dəyişməsindən fərqlənən xidmətlər axınını ifadə
edir. Bu gəlir konsepsiyasına görə kapitalın dəyərinin artımı vergiyə cəlb olunmur.
Bununla yanaşı, kapital dəyəri artımının diferensiasiyalı şəkildə vergiyə cəlb olun-
ması daha müasir gəlir konsepsiyaları tərəfindən də (məsələn, Xiks konsepsiyası)
müəyyən nəzəri dəstəyə malikdir. Belə ki, Xiks konsepsiyası təbiəti məlum olmayan
müəyyən mənfəət və zərərlərin gəlir göstəricilərinə aid edilməsini istisna edir.
Kompleks gəlir konsepsiyası vergitutma bazası üçün ideal standart kimi daha
böyük dəstək əldə etdikcə, gəlirin əldə olunmasının hər bir dövründə kapital dəyəri
artımının hesablanması zamanı onun ölçülməsi ilə bağlı olan praktiki mürəkkəbliklər
gəlirin digər formaları ilə müqayisədə belə artımın diferensiasiyalı şəkildə vergiyə


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə