İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə


Şəkil 1. Vergilərin mövcudluğu zamanı kapital bazarının tarazlığı



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə29/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   25   26   27   28   29   30   31   32   ...   88

Şəkil 1. Vergilərin mövcudluğu zamanı kapital bazarının tarazlığı
Vergilərin mövcud olmadığı şəraitdə maksimum mənfəət əldə etməyə çalışan
müəssisələr  o  vaxta  qədər  investisiya  qoyuluşlarını  həyata  keçirəcəklər  ki,  in-
vestisiyaların gəlirliliyi dəqiqliklə borclanmanın dəyərinə bərabər olsun. Şəkil 1-də
qeyd olunduğu kimi, tarazlıq  I
*
nöqtəsində əldə olunur, burada g
q
göstəricisi g
s
-yə
bərabər olur. Lakin müəssisənin kapitalından əldə olunan gəlirlərə tətbiq olunan-
vergilər iqtisadi davranışı təhrif etdiyinə görə onlar şirkəti məcbur edir ki, vergilər
ödənildikdən sonra maksimum mənfəətin əldə edilməsi üçün özünün investisiya
davranışını dəyişsin. Analoji olaraq fiziki şəxslərin gəlir vergisi maksimum zaman-
lararası faydalılığın əldə olunması üçün ev təsərrüfatlarının yığımları sahəsində
davranışı dəyişməli olur. Tutaq ki, vergilərin təsiri altında formalaşan tarazlıq   I
e
nöqtəsində müşahidə olunur. Bu situasiyada vergilər ödənilənədək investisiyalara
gəlirlilik (g
e
q
) vergilər ödəniləndən sonra əmanətçilər üçün gəlirlilik (g
e
s
) arasında
“vergi zolağı” fərqi yaranır. Şaquli  məsafəsi ilə ölçülən bu “zolaq” şirkətin və
fiziki şəxslərin gəlirlərindən vergilər kimi tutulan son vahid investisiyaya vergilərin
cəmi kimi izah oluna bilər. Texniki olaraq bu “zolaq” hüquqi şəxslərin mənfəət ver-
gisi sistemi ilə bağlı təhrifləri ölçən şirkətlərin son faktiki vergi “zolağı”na və fiziki
şəxslərin gəlir vergisi sisteminin yaratdığı fiziki şəxslərin son faktiki gəlir vergisi
“zolağı”na bölmək olar. “zolağı”nı vergilər ödənilənədək gəlirliliyin xüsusi çəkisi
kimi ifadə etməklə SFVD-ni almaq olar. Şəkil 1-dən aydın göründüyü kimi, bu təhrif
ABE vergi ağırlığı üçbucağının sahəsinə bərabər effektlilik itkilərinə gətirib çıxarır.
Şəkil 1-də vergi sistemi investisiyaları “cərimələyir” ki, bu da müsbət  vergi “zo-
lağı” ilə ifadə olunur. Mümkün səbəblərdən biri ondan ibarətdir ki, əgər amortizasiya
ayırmalarının gəlirdən çıxılmasına yol verilərsə, lakin vergi amortizasiyasının cari
dəyəri amortizasiya xərclərindən az olarsa, onda müəssisənin fəaliyyətində istifadə
İ.Seyfullayev. İnnovasiya yönümlü amortizasiya siyasətinin vergitutma cəhətləri
68
Y.Kəlbiyev. Kapitalın dəyəri konsepsiyası və kapital dəyəri artımının vergiyə cəlb olunması problemləri


olunan kapitalın iqtisadi dəyəri məsrəflər kimi kifayət olmayan məbləğdə çıxılmalara
məruz qalacaqdır. Belə situasiyada maksimum mənfəət əldə etməyə çalışan şirkət
daha az kapitaldan istifadə barədə, müvafiq olaraq investisiya həcminin məhdud-
laşdırılması haqqında qərar qəbul edəcəkdir. Cəmiyyət nöqteyi-nəzərindən bu həll
(qərar) qeyri-optimal hesab edilir. Lakin digər situasiyalarda vergi sistemi elə həmin
uğurla investisiyaları stimullaşdıra bilər ki, bu da onların həcminin həddindən artıq
yüksəlməsinə gətirib çıxaracaqdır. Əgər investisiyalara bu və ya digər əhəmiyyətli
vergi  güzəşti  ilə  bağlı  olaraq  vergilərə  tez  bir  zamanda  edilən  qənaət  bu  in-
vestisiyalardan əldə olunan gəlirlərə gələcək vergi yükündən (cari dəyər üzrə) yük-
sək olarsa, onda bu hal baş verə bilər.
2.2.Kapitalın dəyərinə və SFVd-yə təsir edən amillər
Vergilərin SFVD-yə hansı növ təsirlər göstərdiyini aydınlaşdıraq. Birincisi, müəs-
sisənin maliyyələşməyə olan tələbatını nəzərdən keçirək. Müəssisə yeni kapital
qoyuluşlarının ödənilməsi üçün borclanma şəklində (istiqrazların köməyi ilə), xüsusi
kapital kimi (səhmlərin buraxılışı, yaxud mənfəətin saxlanılması yolu ilə), yaxud
borc və xüsusi vəsaitlərin hər hansı nisbətindən istifadə etməklə vəsaitlər cəlb edə
bilər. Əksər vergi sistemlərində borc hesabına maliyyələşmə üzrə faiz məsrəflərinin
tamamilə  çıxılmasına  yol  verilir.  Nəticədə  müəssisə  üçün  borc  hesabına
maliyyələşmənin faktiki dəyəri riskə görə düzəlişlər nəzərə alınmaqla bazar qiyməti
ilə yol verilən çıxılmalar arasındakı fərqi ifadə edir. Digər tərəfdən, xüsusi kapital
hesabına  cəlb  olunan  vəsaitlər  adətən  bu  cür  çıxılmalara  məruz  qalmır.
Maliyyələşmənin dəyəri kapitalın dəyərini müəyyən edən amillərdən biri hesab
edildiyinə görə müəssisənin maliyyə əməliyyatlarına təsir göstərən vergi qanunları
kapitalın dəyəri vasitəsi ilə SFVD-yə bilavasitə təsir göstərəcəkdir.
İkincisi, investisiya malları ilə bağlı amortizasiya məsrəflərini nəzərdən keçirək.
İş qüvvəsi və xammaldan fərqli olaraq investisiya mallarının dəyərinin dərhal çıxıl-
masına adətən yol verilmir, ona görə ki, onların iqtisadi xidmət müddəti, bir qayda
olaraq bir ildən artıq olur. Lakin daha uzun xidmət müddətinə malik olan fiziki ak-
tivlər uzunmüddətli istifadə nəticəsində aşınmaya məruz qalır. Bütün vergi sistem-
lərində  amortizasiya  məsrəflərinin  kompensasiyası  üçün  gəlirlərdən  çıxılan
amortizasiya ayırmaları nəzərdə tutulur. Lakin çıxılan amortizasiya ayırmalarının
cari dəyəri çox az hallarda cari xərclər kimi çıxılmalara bərabər olur ki, bu da müəs-
sisələri vergilərin yaratdığı investisiya məsrəflərini daşımağa məcbur edir. Bu məs-
rəfləri minimuma endirmək üçün müəssisə özünün investisiyalarını azaltmalı olur.
Digər tərəfdən, nisbi amortizasiya ayırmaları normaları kifayət qədər yüksək olması
ilə  fərqlənərsə,  onda  vergi  sistemi  faktiki  olaraq  investisiya  artımını  subsidiya
edəcəkdir. Beləliklə, amortizasiya ilə bağlı olan vergi müddəaları yeni kapital qoyu-
luşlarına münasibətdə müəssisələrə ya kifayət olmayan, ya da yüksək dərəcədə
stimul verəcəkdir. Hər iki halda vergi “zolağı” yaranır. Ümumiyyətlə, digər bərabər
69
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə