İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə31/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   27   28   29   30   31   32   33   34   ...   88

Qeyd edək ki,  t=0 halında, yəni vergilərin olmadığı situasiyada (3) tənliyi (2)
tənliyinə gətirilir.
Məlum olduğu kimi, göstəricisinə aşağıdakı 3 hissədən ibarət olan parametr
kimi baxıla bilər:
a) müəssisənin mövcud əsas fondlarının saxlanılması üçün lazım olan məbləğ;
b) vergi orqanlarına ödənilən məbləğ;
c) həyata  keçirilən  son  manat  investisiyalara  vergilər  ödənildikdən  sonra
əmanətçilərin real gəlirləri kimi qalan məbləğ.
Kapitalın amortizasiya əmsalı 
 təşkil etdiyinə görə amortizasiya çıxıldıqdan
sonra vergilər ödənilmədən investisiya gəlirləri deyil, G
 təşkil edəcəkdir. Bu
kəmiyyət şəkil 1-də göstərilən g
e
q
göstəricisinə uyğun gəlir. Yuxarıda qeyd edildiyi
kimi, əgər vergilər ödənildikdən sonra əmanətçilərin real gəliri  g
e
s
olarsa, onda
g
e
q
g
e
s   
fərqinə bərabər olan vergi “zolağı” hər bir son manat investisiyaya düşən
və dövlət tərəfindən tutulan vergi gəlirlərini ifadə edir. Uyğun olaraq bu investisiyaya
düşən SFVD aşağıdakı kimi müəyyən ediləcəkdir:
(4)
Vergilər   ödənildikdən sonra əmanətçilərin real gəlirləri təkcə müəssisənin gəlir-
lərinə vergidən deyil, həm də əmanətçilərdən tutulan faktiki son vergi dərəcəsindən
asılıdır, hansı ki, bu kəmiyyət faizlər, dividendlər və kapitalın dəyərinin artımı kimi
müxtəlif korporativ ödənişlər üçün eyni və müxtəlif ola bilər.
Kifayət qədər makroiqtisadi məlumatların (gözlənilən inflyasiya templəri, bazar
faiz dərəcələri və xüsusi kapitalın dəyəri kimi), investisiyalar üzrə konkret infor-
masiyanın (məsələn, müxtəlif aktivlərin iqtisadi amortizasiyası üzrə), müəssisə üzrə
(məsələn,  borc  və  xüsusi  vəsaitlər  hesabına  maliyyələşdirmələrin  nisbəti  üzrə),
həmçinin, vergi dəyişənləri üzrə (amortizasiya sistemi, fiziki və hüquqi şəxslərin
gəlirlərinə vergilərin strukturu və dərəcələri) konkret məlumatların mövcudluğu za-
manı iqtisadiyyatın müxtəlif sahələri üzrə hər bir növ aktivlər (məsələn, maşınlar)
üçün vergi “zolağı”nı hesablamaq mümkündür.
3. Kapital dəyəri artımının vergiyə cəlb olunması
Məlum olduğu kimi, müəyyən dövr ərzində gəlirin kompleks göstəricisi digər
gəlir növləri ilə yanaşı, fiziki şəxsin, yaxud müəssisənin həmin müddətdə bütün kapi -
tal aktivlərinin və passivlərinin dəyərinin dəyişməsini də ifadə edir[1, 2]. Lakin fiziki
şəxslərin və şirkətlərin gəlirlərinə tətbiq olunan vergi sistemi digər gəlir növlərinə
nisbətən kapital dəyəri artımının bir sıra növlərinə münasibətdə fərqli üsullarla
yanaşır, bu zaman artımın konkret növləri halında çox vaxt vergidən azadetmə,
yaxud fərqli dərəcələr üzrə vergiyə cəlb olunma kimi spesifik müddəalar tətbiq ol-
unur [2, 4, 9].
72
Y.Kəlbiyev. Kapitalın dəyəri konsepsiyası və kapital dəyəri artımının vergiyə cəlb olunması problemləri


Bu xüsusi müddəaların bəziləri bir tərəfdən şirkətlərin, digər tərəfdən isə fiziki
şəxslərin kapitalı üzrə dəyər artımının müxtəlif cür izahını nəzərdə tuta bilər. Hər
iki səviyyədə kapital artımına vergilər şirkətlərin gəlirlərinin vergiyə cəlb olunması
ilə bağlıdır; belə ki, əksər inkişaf etmiş ölkələrdə fiziki şəxslərin kapital dəyəri
artımının əhəmiyyətli hissəsi səhmlərin dəyərinin yüksəlməsi hesabına baş verir, bu
zaman fiziki şəxslər şirkətin səhmlərinə sahiblikdən mənfəət əldə edir və bu gəlirlər
çox vaxt dividendlərlə müqayisə edilir.
Kapital dəyəri artımının vergiyə cəlb olunması problemlərinin araşdırılması üçün
ilkin olaraq gəlir anlayışının mahiyyətini və onun nəzəri tərifinin müəyyən edilməsi
zəruridir.
3.1.Gəlir anlayışı və onun nəzəri tərifi
Gəlir - asan olmayan anlayışdır. Nəzəri ədəbiyyatda bir neçə alternativ tərif təklif
olunmuş, onlardan heç biri bütün məqsədlər üçün münasib olan universal anlayış
kimi qəbul edilməmişdir. Lakin müəyyən vaxt dövrü ərzində fiziki şəxslərin gəlir-
lərinin  praktiki  və  kifayət  qədər  dəqiq  kəmiyyət  göstəriciləri  təkcə  vergitutma
məqsədləri üçün deyil, həmçinin digər məqsədlər, məsələn, müəyyən sosial proses-
lərin dövlət qeydiyyatının aparılması üçün də istifadə oluna bilər. Gəlir konsepsiyası
üçün vahid ümumi qəbul edilmiş nəzəri tərif (anlayış) olmadığına görə praktikada
istifadə olunan belə göstəricilərin çoxlu aspektlərinə münasibətdə ziddiyyətlər hələ
də saxlanılmaqdadır.
Müəyyən vaxt dövrü ərzində fiziki şəxsin, şəxsi gəlir kateqoriyasına münasibətdə
bütün yanaşmalar içərisində çox güman ki, Amerika iqtisadçısı Henri Saymons
(Henry Calvert Simons, 1899-1946) tərəfindən təklif olunan anlayış daha çox istifadə
oluna bilər [4, 9]. Bu anlayış çərçivəsində belə gəlir aşağıdakı kimi başa düşülür.
Gəlir dedikdə: 1) istehlakda reallaşdırılan hüquqların bazar dəyəri ilə; 2) baxılan
dövrün əvvəli və sonunda mövcud mülkiyyət hüquqlarının dəyərinin dəyişmə (artma,
yaxud azalma) məbləğinin cəbri cəmi başa düşülür [8, 9]. Başqa sözlə, bu, şəxsin
baxılan dövrün sonunda malik olduğu əmlak dəyəri ilə dövrün başlanğıcındakı əmlak
dəyəri arasındakı fərq məbləği ilə həmin dövrdə istehlak həcminin cəmindən ibarət
olan nəticədir.
Analoji təriflər Robert Heyq (Robert M. Haig) və alman iqtisadşısı Georq Şanz
(Georg von Schanz, 1853-1931) tərəfindən daha əvvəllər də təklif olunmuşdur [9].
Ona görə də qeyd olunan tərif çox zaman Şanz-Heyq-Saymons (ŞHS) tərifi adlandı -
rılır. Hər üç müəllif fiziki şəxslərin gəlir vergisi sistemi üçün kəmiyyət qiymətlən -
di rilməsinə imkan verən adekvat anlayışlar kimi xidmət edə biləcək kateqoriyanı
tapmağa çalışmışlar. Gəlir vergisi sistemi artıq uzun müddətdir ki, ayrı-ayrı ölkələrdə
istifadə olunur. Lakin ümumilikdə o, konkret mənbələrdən xidmətlər axını (yaxud
daxilolmaları) kimi gəlirin baza konsepsiyasına əsaslanır. Bu zaman gəlirin özü bu
gəlir mənbələrində baş verən istənilən dəyişikliklərdən ayrılmışdır. ŞHS tərifi belə
73
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə