187
İsgəndər Atilla
Şairin bu beytini onun fəlsəfi ruhda və məzmunda yazdığı
şeirlərinin leytmotivi hesab etmək olar!
“Elmi-bəşər” və “Dün və bu gün” şeirləri şairin izlədiyi fəl-
səfi düşüncələr baxımından “İştə bir divanədən bir xatirə...”
şeirilə səsləşir. Müəllif birinci şeirin başlığına belə bir qeyd
yazmışdır: «“Bir məktub münasibətilə” Bəradərimə.»
Kim idi şairin həmin bəradəri? Mən düşünürəm ki, böyük
qardaşı Şeyx Məhəmməd idi. Şeirin ilk misraları bu sözlərlə
başlayır:
“Kəsbi-irfan için, fəzilət için
Çalış, uğraş!” diyorsun... İştə bənim
Ən böyük, ən sevimli amalım,
Qayeyi-məqsədim budur. Lakin...
1
Bu fikir, demək olar ki, olduğu kimi, şairin “İştə bir diva-
nədən bir xatirə...” şeirində ifadə edilir, onun fəlsəfi mahiyyətini
və leymotivini təşkil edir. Görünür, o dövrdə Naxçıvan mühitində
öz müəllimliyi və maarifpərvərliyi ilə tanınan Şeyx Məhəmməd
məktublarından birində qardaşının İstanbulda yaxşı oxumasını,
mükəmməl təhsil almasını məsləhət görmüşdü. Cavid ona şeirilə
cavab vermişdi.
29
Birinci bəndin sonundakı “lakin”dən sonra şair yazır:
Nə için gizlətmək gərək, yetişir
Nə qədər pürümidi – biaram
(Nə qədər ümüddolu arsızam)
Gecə-gündüz çalışsam, uğraşsam,
Yenə ən son nəticə heclikdir.
1
“Elmi-b
əşər” şeiri “Qafqazlı Hüseyn Cavid” imzası ilə 27 avqust 1909-cu ildə
İstanbulda çıxan “Sirafül-müstakim” jurnalında, həmin ildə “İttifak” (Tiflis)
q
əzetində (16 sentyabr) dərc edilmişdir. “İttifak” qəzeti belə bir qeyd vermişdir:
«“Sirafül-
müstakim” jurnalından». Şeirin 1909-cu ildə yazıldığını düşünmək
olar.
188
Əsrin şairi IX
Mən irəlidə Cavid fəlsəfəsində və onun dünyabaxışında bu
heçlik probleminə toxunmuşdum. Oxucu həmin heçliyi “dünya
beş günlükdür, beşi də qara”, yaxud “İnsan nə qədər çalşsa,
çabalasa, kəsbi-irfan etsə, uğraşsa, yenə son nəticə ölümdür”
mənasında başa düşsə xəta edə bilər. Şair çalışır, çabalayır,
uğraşır, elmin dərinliklərinə baş vurur. Bu zaman onun qarşısına,
məktubunda Qurbanəli bəyə yazdığı kimi, çoxlu lakinlər, fəqətlər,
heçliklər çıxır. O, bu sonsuz fəqətlər və heçliklər içində “özünü iti-
rir”, “şaşırıb durur”. Bir qarın çörəyə möhtac qalan şair, gecəsini
gündüzünə qatıb, elmin və biliyin nəhayətsiz, ucu-bucağı gö-
rünməyən dərinliklərində həqiqət axtarır. Lakin qarşısında sonu
görünməyən bir uçurum, bir heçlik görür.
30
Filosof-şair arayır, axtarır, bulur, ictihad edir, oxuyub öyrə-
nir, arif olmağa çalışır. Heyhat!!. Bəradərinə sual edir: “Yerdən
səmaya doğru dərin bir fəza təsəvvür et. Uğur gətirən Cənnət
quşu kibi, itiqanadlı uçan bir Mələk kibi həmin fəzanın
dərinliklərinə dal. Onda nə duyarsın? Şübhə yox ki, qanadlarında
bir yorğunluq, bir tənbəllik görərsin. Çünki Cənnət quşu da,
Mələk də yorulacaq, çırpınacaq, bayılacaq, göyə yüksəlməyə
həvəsi sönəcək. İnsan da belədir. Elmə, biliyə yiyələndikcə, onun
dərinliyinə baş vurduqca, o da yorulacaq, çırpınacaq, müsbət mə-
nada, bayılacaq, həvəsi sönəcək. Çünki bilmək, öyrənmək öylə bir
uçurumdur ki, onun sonu yoxdur. Mütəfəkkir şairin bu fikirləri
həm qədim filosofların, həm də Qurani-Kərimdə elm ilə ilgəli irəli
sürülən fikirlərlə səsləşir.
Yuxarıda söylədiklərim şairin qardaşının ona yazdığı mək-
tuba cavabı kimi başa düşülməlidir. O, fikrini davam etdirərək,
yazır ki, qafil insan, zavallı və pək məsum bəşər bilmək və öyrən-
mək yolunda daima bir sərabə, puç ümidə, boş xəyala aldanaraq,
sanki bir dəniz bulacaq kibi elmə, biliyə yiyələnməyə can atır.
Fəqət heyhat!!. Üzünü “hər şeyi biririm” söyləyənlərə tutaraq
189
İsgəndər Atilla
deyir: “Onlar pək çoxdur. Fəqət nəmə lazım. O bir xəyalətdir.”
Mütəfəkkir şairə görə, insan elmə və biliyə yiyələndikcə
qarşısında yeni üfiqlər və səhifələr açılır. İnsan oxuyur, öyrənir,
oxuyur, öyrənir... Lakin nəhayətsiz görünən elmin, biliyin sonuna
çata bilmir. Bax, bu məqamda o çırpınır, yorulur. Bəşər elmi
sonsuzdur, daima dialektik inkişafdadır. Bu, tarix boyu belə
olmuşdur, belədir və belə də olacaqdır!..
31
“Elmü irfan” nədir, bən anlamadım,
Çünki həp cəhlə doğrudur hər adım.
“Bəşəriyyət kamalı buldu” denir...
İştə bürhan! “Bu gün bir qanun
Kəşf olunmuş...” Fəqət bitərmi zünun!?
Şair bu bənddə elm və irfanın nə olduğunu anlamadığına
etiraf edir. İddia edir ki, bəşəriyyətin hər addımı cəhalətə
doğrudur. Bir şeirində məsələni beləcə də qoyur: “Təməddüdün
sonu vəhşətmidir, nədir əcəba?” Öz opponentilə (ona məktub
yazanla) polemikaya girişən müəllif, “bəşəriyyətin kamala
çatması” fikrilə razılaşmır. Gerçək həyata müraciət edir və deyir:
“İştə bürhan!” Yəni budur dəlil-sübut: “Bu gün bir qanun kəşf
olunmuşdursa”, bu o deməkdirmi ki, zünun, yəni elmi fikirlər,
zənlər və düşüncələr də bitmişdir. Şair bu fikirlə razılaşmır. Ona
görə, kainat necə bitməz, tükənməzdirsə, fikir də, elm də, bilik də
o cürdür. Bu cəhətdən şair elə bil ki, həm də Hegellə polemikaya
girir, onun Şərq fikri və Şərq fəlsəfəsinə qarşı özünün fəlsəfi
konsepsiyasını qoyur.
Həmin bənddə başqa bir maraqlı fikir və məqam da var ki, o
da budur: “Çünki həp cəhlə doğrudur hər adım.” Filosof-şair bu-
nunla nə demək istəyir? Məncə, demək istəyir ki, insan elm və
bilikcə nə qədər inkişaf etsə, yenə cahildir; Allahın, dünyanın və
kainatın sirlərinə tam yiyələnməkdə acizdir. Bu məsələnin bir
Dostları ilə paylaş: |