İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə2/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   2   3   4   5   6   7   8   9   ...   142

6

                                            

Əsrin şairi IX 

Hüseyn Cavid təmiz və kamil bir üsluba 

malikdir. 

Mehmet Fuad Köprülü 

 

Ön söz 

 

Cavidin 2005-ci ildə nəşr edilmiş kitablarının birinci cildində 

68  şeiri  çap  edilmişdir.  Mən  bu  kitabda  həmin  şeirlərin  hər  biri 

haqqında müəyyən mülahizə yürütməyə çalışmışam. 

Şeirlər  müxtəlif  zamanlarda  və  məkanlarda  –  Naxçıvanda, 

Təbrizdə,  Urmiyada,  İstanbulda,  Tiflisdə  və  Bakıda  yazılmışdır. 

Cavid  dil  və  üslub  baxımından  hər  bir  şeirinə  möhürünü 

vurmuşdu. Şeirlərin mövzusunu daha çox həyatdan almışdır. Şair 

onlarda  səmimi  olduğu  qədər  də  təbiidir.  Şeirlərinin  böyük  bir 

qisminin  lirik  qəhrəmanı  şairin  özüdür.  Bir  qisminin  qəhrəmanı 

həyatda gördüyü, müşahidə etdiyi insanlardır. Bir qismi isə türk 

dünyasının  və  Azərbaycanın  görkəmli  şəxsiyyətlərinə  ithaf 

edilmişdir.  

Onun  şeirlərinin  əksəriyyəti  (Bir  sıra  şeirlərini  farsca 

yazmışdır.)  dil  və  üslub  baxımından  mürəkkəb,  ərəb  və  fars 

sözləri  və  tərkibləri  ilə  zəngin  və  qəlizdir.  Müasir  oxucu  üçün 

qismən  anlaşıqlıdır.  Bu,  onun  aldığı  ədəbi  təhsil  və  tərbiyədən 

irəli gəlir. Cavidin şeirlərini daha yaxşı və daha düzgün oxumaq, 

anlamaq,  dərk  və  təhlil  etmək  üçün  ərəb  və  fars  dillərinin 

incəliklərini  bilmək  zəruridir.  O  ki  qaldı  mənə,  etiraf  edirəm  ki, 

şairin  şeirlərini  başa  düşməkdə  və  təhlil  etməkdə  çətinlik 

çəkmişəm. Bu çətinlik, bir tərəfdən, onun şeirlərində ifadə etdiyi 

bədii  fikrin  dərinliyindən,  digər  bir  tərəfdən,  dil  və  üslubundan 

irəli  gəlir.  Şeirlərindəki  dərin  mənaları  anlamağa  cəhd  etmişəm. 

Bu cəhdim  bəzən  uğurlu,  bəzən  uğursuz  olub.  Bəzən  saatlarla 

şairin bir şeiri üzərində düşünmüşəm, baş sındırmışam. Heyhat!.. 




         

7

 

İsgəndər Atilla 

Cavidin  şeirlərini  təhlil  edərkən  ərəb  və  fars  lüğətlərindən 

istifadə  etmişəm.  Ancaq  deməliyəm  ki,  o,  nəinki  şeirlərində, 

publisistik  məqalələrində  və  dramatik  əsərlərində  ərəb  və  fars 

dillərindən  elə  söz  və  ifadələr  işlətmişdir  ki,  bəzilərini  mən  heç 

lüğətdə  tapa  bilməmişəm. Bu səbəbdən mən  Cavidin  şeirlərinin 

daha  mükəmməl  təhlilini  ərəb  və  fars  dillərinin  incəliklərini 

dərindən  bilən  və  şairi  daha  yaxşı  duyan  ədəbiyyatçılardan 

gözləyirəm. 

Cavidin  şeirləri  daha  çox  məsnəvi  formasında  yazılmışdır. 

Onun  lirikasından  və  “Azər”  epik-dramatik  poemasından  Hafiz 

və Nizami poeziyasının ətri duyulur. Şairin həm şeirlərində, həm 

də mənzum dramalarında elə şah beytlər (aforizmlər) var ki, bəzi 

sovet şairlərinin yaradıcılığını kölgədə buraxa bilər... 

Mən çoxcildlik kitabımı ulu Hüseyn Cavidə böyük sevgi və 

məhbbətimin,  mənəvi  övladlıq  borcumun  kiçik  bir  ifadəsi  hesab 

edirəm. Ulu şairin pak və müqəddəs ruhu qarşısında baş əyirəm. 

Düşünürəm ki, heç bir böyük və dahi sənətkarı olduğu kimi başa 

düşmək, anlamaq və dərk etmək mümkün deyildir. Ulu Cavidi də 

eləcə! Xətalarım üçün onun ruhu məni bağışlar. 

“Əsrin  şairi”  silsiləsindən  çap  etdirdiyim  kitablarımda  ge-

dən texniki və s. qüsurlara görə oxuculardan üzr istəyirəm. 



 

İsgəndər Atilla 

 

 



 

 

 

 


8

                                            

Əsrin şairi IX 

Məni  yalnız  və  yalnız  yaradıcılıq  mə-

sələləri  düşündürür.  Yaratmaq, yaratmaq, 

yenə də yaratmaq istəyirəm. Bu sönməz eşq və 

həvəs həyatda çəkdiyim bütün çətinliklərə qar-

şı məndə qüvvət yaradır. 

H.Cavid 

 

BİRİNCİ  FƏSİL 

Şairin müxtəlif zamanlarda və məkanlarda yazdığı,  

müxtəlif mənbələrdəki şeirlərinə ümumi bir baxış 

 

1.1. Şeir və sənətə gəlişi 

 

Hacı Molla Abdullanın ailəsində dünyaya göz açan Hüseyn 

Cavid ağlı kəsəndən özünü şeir-sənət ocağında görmüşdür. Fitri 

istedad  bu  nəslə  irsən  babası  Məşədi  Quludan  Abdullaya, 

Abdulladan oğulları Məhəmmədə, Cavidə və başqalarına keçmiş-

dir.  Şahtaxtı  və  Naxçıvanın  ədəbi  mühiti,  Məhəmməd  Tağı 

Sidqinin  tərbiyə  məktəbi  onun  bir  şair  kimi  yetişməsində  böyük 

rol oynamışdır. 

Şairin  ata  babası  Məşədi  Qulu  Şahtaxtıda  və  Naxçıvan 

mahalında  sayılıb-seçilən  adamlardan  biri  idi.  Məşədi  Qulu  aşıq 

şeirlərini  və  klassik  şairlərin  əsərlərini  sevir,  həvəslə  əzbərləyir, 

məclislərdə muğamat üstündə oxuyardı. Bəzən özü də bədahətən 

şeirlər  deyərdi.  Balaca  Hüseyn  ona  maraqla  qulaq  asar,  bəzi 

misraları  yadında  saxlamağa  çalışardı.  Yeri  düşəndə  babasının 

aşağıdakı misralarını ucadan və həvəslə deyərdi: 

 

- Ay bala, mənə çay gətir. 



Mən ki şair deyiləm şeir yazam. 

Mənə bir toxmaq ilə yay gətir. 

 

Molla Abdulla atası nə tökmüşdürsə, onu yığıb-yığışdırmış, 



hafizəsində  saxlamışdı.  O,  ruhani  silkinə  mənsub  rövzəxan  və 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə