İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə14/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   10   11   12   13   14   15   16   17   ...   142

         

43

 

İsgəndər Atilla 

mahiyyəti  bu  cür  şərh  edilir:  “...Мах  и  Авенариус  со-

средоточили главное внимание на вопросах теории познания. 

Они  полагали,  что  им  удалось  на  основе  достижений 

естествознания,  особенно  физики,  создать  философию 

абсолютно новую, проделать ограниченность материализма и 

идеализма…”

1

 Yəni həmin  filosoflar  əsas  diqqəti  idrak 



nəzəriyyəsi üzərində cəmləşdirirdilər. Hesab edirdilər ki, fizika və 

təbiiyyat elmlərinin  əsasında tamamilə yeni,  materializm və  ide-

alizmdə mövcud olan məhdudiyyətləri aradan qaldırmaq olar. 

Max  hesab  edirdi  ki,  dünya  elementlərdən  ibarətdir.  “Ele-

mentlər”  fiziki,  subyekt  üçün  psixidir.  Əşya  fikir  simvoludur  və 

kompleks  duyğular  üçün  şərti  addır  və  s.  Max  və  Avenarius  bu 

cəhətdən  özlərini  “XX  əsrin  təbiətşünas  filosofları”  elan  etdilər. 

Sonralar neopozitivistlər onların fikirlərinə şərik çıxdılar. 

Lenin  “Materializm  və  empriokritisizm”  əsərində  həmin 

filosofların  ideyalarının  marksizmə  zidd  olduğunu  iddia  etdi, 

maxizmi  “subyektiv  ideolizm”  adlandırdı.  Belə  hesab  edirdi  ki, 

bir  sıra  rus  sosial-demokratlarının  maxizmə  qarşı  tutduqları 

mövqe rus inqilabi hərəkatına ziddir və bu səbəbdən onları ciddi 

tənqid atəşinə tutdu. 

Sovet filosofları Maxın və Avenariusun fəlsəfəsini “mürtəce 

fəlsəfə” (?!) hesab etmişlər... 



 

17 

Modernizm  nədir?  Fransızca  moderne  sözündəndir.  Ən 

müasir, ən yeni mənalarını ifadə edir. İncəsənətdə bir cərəyandır. 

İlk  öncə  Avropa  və  Amerikanın  təsviri  incəsənətində,  sonralar 

bədii  ədəbiyyatda  öz  ifadəsini  tapmış  və  geniş  yayılmışdır. 

Modernistlər  nəzəri  ədəbiyyatı  “incəsənətdə  ən  böyük  inqilab” 

hesab  edirdilər.  Marksistlər  onu  “burjua  mədəniyyətinin 

təzahürü” kimi başa düşürdülər. Sovet incəsənəti və tənqidi ona 

                                                 

1

 

Краткий словарь по философии. Москва, 1966, с. 338. 




44

                                            

Əsrin şairi IX 

“ideoloji bir hadisə” kimi baxır, “burjua ideologiyasının ədəbiyyat 

və  incəsənətdə  mürtəce,  obyektiv  aləmin  dərkindən  qəti  imtina 

edən, humanizmə zidd bir” fəlsəfi cərəyan hesab edirdi. 

Bu cərəyanın istər tərəfdarları, istərsə də əleyhidarları olsun, 

ona  daha  çox  ideoloji  mövqedən  yanaşırdılar.  Zaman  ötdükcə 

modernizmin  fəlsəfi  mahiyyəti  daha  dərindən  öyrənilir,  o 

incəsənətin  müxtəlif  növlərində  təzahür  edən  ədəbi  cərəyana 

çevrilirdi.  Mütəxəssislərin  yazdıqlarına  görə,  həmin  ədəbi 

cərəyan birinci dünya müharibəsi zamanı meydana gəlmişdir. 

Modernizm  müxtəlif  tarixi  mərhələlərdə  ekspressionizm, 

kubizm, futurizm, abstraksionizm və s. bu kimi “realizmə zidd” 

cərəyanlara  ayrılmışdı.  Sovet  nəzəriyyəçilərinə  görə,  modernizm 

kapitalizmdə  xırda  burjua  təbəqəsinin  əhval-ruhiyyəsini  əks 

etdirir; modernizmdə burjua mühitinə, burjua gerçəkliyinə kəskin 

mənfi və sinfi münasibət özünü göstərmişdi

1

.  



Sovet  dönəmində  həmin cərəyan  V.Mayakovski,  V.Brext, 

N.Hikmət və b. sənətkarların yaradıcılığına təsir göstərmişdir. Bəs 

Azərbaycan  yazıçılarına  təsiri  olmuşdurmu?  Mən  bu  sualın 

cavabını  açıq  saxlayıram  və  hesab  edirəm  ki,  bu  sahədə  dərin 

araşdırmalara  ehtiyac  var.  Bununla  belə,  hesab  edirəm  ki, 

modernizm Azərbaycan ədəbiyyatında özünü müstəqil bir ədəbi 

cərəyan  kimi  göstərməsə  də,  bir  çoz  yazıçının,  o  cümlədən 

H.Cavidin yaradıcılığında həmin cərəyanın əlamət və xüsusiyyət-

lərinə, modernist sənətkarlara təsadüf etmək olar. 

Bizə  aydın  oldu  ki,  modernizm,  bir  ədəbi  cərəyan  kimi, 

birinci dünya müharibəsi zamanı meydana gəlmişdir. O zamana 

qədər  Cavid  “Keçmiş günlər”  və  “Bahar şəbnəmləri”  kitablarına 

daxil  etdiyi  şeirlərin,  demək  olar  ki,  hamısını  yazmışdı. 

Azərbaycan Xalq Cümhuriyyəti və sovet dönəmində isə o, demək 

olar  ki,  şeir  yazmamışdı.  Belə  olan  surətdə  Cavid  şeirlərini 

modernizmi  ədəbi  cərəyanına  aid  etmək  olarmı?  Axı, 

                                                 

1

 



Ətraflı bax: Azərbaycan sovet ensiklopediyası, VII cild, Bakı, 1983, s. 19. 


         

45

 

İsgəndər Atilla 

modernizmin  öz  nəzəriyyəsi,  fəlsəfəsi  və  estetikası  var.  O,  bu 

haqda  bilgiyə  malik  idimi?..  Mən  Cavidi  böyük  modernist  bir 

sənətkar kimi qəbul edirəm, M.Cəfərin mülahizələrini mübahisəli 

hesab edirəm. 

Fikrimi yekunlaşdıraraq demək istəyirəm ki, modernizmdə 

əskiliklə təzəlik, köhnəliklə yenilik (novatorluq) üzvi vəhdətdədir; 

yeniliyin  köhnəlik  üzərində  qələbəsi,  təntənəsidir...  Məsələyə  bu 

prizmadan yanaşdıqda çağdaş ədəbiyyatımızda bir çox modernist 

sənətkarlara  təsadüf  etmək  olar.  Modernizmin  Azərbaycan 

ədəbiyyatında, bir ədəbi cərəyan kimi, mövcud olub-olmamasını 

müəyyənləşdirmək  müasir  ədəbiyyatşünaslığımızın  aktual  prob-

lemlərindən biri olaraq qalır. Onun mövcud olmasını inadla iddia 

edənlərə  məsləhətim  budur  ki,  həmin  ədəbi  cərəyanın  mahiy-

yətini,  nəzəriyyəsini,  fəlsəfəsini  və  estetikasını  dərindən  araşdır-

sınlar.  Yoxsa  el  ifadəsincə  desəm,  bəziləri  bilmir  ki,  aş  harada 

bişib,  deyir  bir  çömçə  də  mənə  qoy.  Sual  edirəm:  O  “izm”ləri 

bizim özümüz nə üçün yaratmırıq və yaratmayaq?.. 

 

18 

Bir-iki  söz  dekadentizm  haqqında.  Dekadent  –  fransızca 

tənəzzül, düşkünlük deməkdir. XIX əsrin sonu XX əsrin əvvəllə-

rində  Avropada  meydana  gəlmişdir.  Sovet  ədəbiyyatşünasları 

onu  “incəsənətdə  antirealist  burjua  cərəyanı”  hesab  etmişlər 

(Həmin cərəyanda  simvolizm,  kubizm,  sürrealizm  və  abstrak-

sionizmə  məxsus  cəhətlər  mövcuddur).  Onların  fikrincə,  deka-

dentçilər  ədəbiyyat  və  incəsənəti  gerçəklikdən  təcrid  edir,  ifrat 

fərdiyyətçilik və pessimizmə uyur, ictimai həyata etinasız yanaşır, 

antihumanist və antidemokratik meyllərə meyl edirdilər və s. 

Oxucu  dostum,  əgər  M.Cəfərin  bu  barədə  mülahizələri 

yadındadırsa,  onun  haradan  qıdalandığını  yəqin  ki,  hiss  etdin. 

Cavidi  “burjua  şairi”  adlandıran  tədqiqatçı,  onu,  əsasən,  bu 

mövqedən  tənqid  edir.  Sovet  dövründə  bizim  vətənpərvər, 

qeyrətli,  milli  ruhlu  sənətkarları  oxucuların  gözündən salmaq 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə