İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə17/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   13   14   15   16   17   18   19   20   ...   142

52

                                            

Əsrin şairi IX 

qurmaq arzusunun ifadəsi oldu; dünyanı olduğu kimi təsvir edən 

mimetizmdən  imtina  edib,  yaradıcı  müəllifin  maksimal  sub-

yektivliyini məqsəd kimi görən Üslub kultu gətirdi; müəllifin həm 

şah, həm Tanrı olduğu müəllif məkanı yaratdı. Modernistlər tarixi 

ənənənin  radikal  inkarçısı  kimi  çıxış  edirdisə,  postmodernistlər 

tolerant  şəkildə  tarixi  ənənəni  yenidən,  başqa  cür  dərk  etməyin 

tərəfdarları kimi çıxış etdilər və s. 

Müəllifi  qeyd  edilməyən  kitabda  göstərilir  ki,  postmoder-

nizmin  “sərhədli  dəqiq  nəzəriyyəsi  yoxdur”.  Çünki  o  hər  hansı 

sistemliliyə, mütləq vahid məzmuna qarşıdır. “Postmodernizmin 

tarixi  inkişafı  nə  verdi?”  sualına  belə  cavab  verilir:  “...bu 

fəlsəfənin bəşəriyyətə ən böyük xidmətləri sırasında hər hansı bir 

sahədə  hər  hansı  cildə  girmiş  totalitar  düşüncə  ilə  savaşmasını, 

dünyanı,  insanları  ağ  və  qaraya,  yuxarılara  və  aşağılara  bölən 

binar  məntiqlə  mübarizə  aparmasını,  bəşəriyyətin  əldə  etdiyi 

dəyərlərin müqəddəsləşdirilməsindən və ya inkarından vaz keçib 

onları  yenidən  dəyərləndirilməsini,  modernizmin  sonucunda 

dalana  dirənmiş  bədii  sənətə  yeni  estetik  imkanlar  qazan-

dırmasını və s. göstərmək olar.”

1

 

Kitabın 20-21-ci səhifəsində Ekonun postmodernizm fəlsəfə-



sinin  prinsipləri  haqqında  söhbət  açılır.  61-62-ci səhifəsində  mo-

dernizm  və  postmodernizmin  müqayisəsi  verilir.  Azərbaycanda 

postmodernizmə  münasibət  pislənir  və  qeyd  olunur  ki,  Azər-

baycan  mətbuatında  “postmodern”  kəlməsinə  yazarlar  ağız 

büzürlər.  Onların  tanıdıqları  əsl  postmodernizm  yox,  postmo-

dernizm haqqında xurafatdır. “Çoxları termini eşidir və orada nə 

isə  pis  bir  şey  olduğunu  güman  edir.  Məsələnin  mahiyyətinə 

varmaq  isə  əsla  hiss  olunmur!  Postmodernizm  –  təkcə  yaşadı-

ğımız  zamanı  deyil,  keçmiş  zamanı  da  kontrol  altında  saxlayan 

insanlara və fəlsəfələrə qarşı çıxır.”

2

 

 



                                                 

1 Umberto Eco v

ə postmodernizm fəlsəfəsi, Bakı, 2008, s. 91.

 

2 Yen



ə orada, s. 35.

 



         

53

 

İsgəndər Atilla 

Mənim fikrimcə, XX əsr Azərbaycan ədəbiyyatşünaslığında və 

fəlsəfəsində  nəinki  modernizm  və  postmodernizm,  demək  olar  ki, 

bütün  “izm”lər  ya  demək  olar  ki,  araşdırılmayıb,  yaxud  da  zəif 

araşdırılmışdır. Bunun da obyektiv və subyektiv səbəbləri var. Həmin 

“izm”lər  Qərbi  Avropada  yaranmış  və  avropalıların  təfəkkürünün 

məhsuludur  və  s. Mənim  “Azərbaycan  modernistləri”  ilə  işim  yox. 

Cavidə gəlincə deməliyəm ki, romantik sənətkarların arasında o,  ən 

böyük  modernistlərdən  biridir.  Fəqət  hansı  mənada?  O  mənada  ki, 

Cavid, demək olar ki, bütün yaradıcılığı boyu novator – yenilikçi bir 

sənətkar olmuşdur. Onun ilk böyük novator əsəri “Ana”, son böyük 

novator  əsəri  “Xəyyam”  və  “İblisin  intiqamı”dır.  O,  XX  əsr  Azər-

baycan  ədəbiyyatına  kifayət  qədər  yeniliklər  gətirmişdir.  Mənzum 

dramanın  banisi  və  mənzum  faciənin  atasıdır.  Dramatik  əsərlərini 

həm heca, həm də əruz vəznlərində yazmışdır və s. 

Cavid  XX  əsr  Azərbaycan  ədəbiyyatında  ənənəvi  ədəbi 

dəyərlərə riayət edərək, eyni zamanda, sənət və ədəbiyyata yeni 

baxışla  gəlmiş  və  yeni  ədəbi  baxışlar  sistemi  gətirmişdir.  Tarixi 

ədəbi  ənənənin  radikal  inkarçısı  olmasa  da,  sənət  və  ədəbiyyat 

məsələlərinə  postmodernist  kimi  yanaşmışdır.  Çağdaş  ədəbiyya-

tımızda  ən  böyük  tolerant  sənətkarlardan  biri  olmuşdur.  Tarixi 

ədəbi ənənələri yeni təfəkkürlə anlamaq və dərk etməyin tərəfdarı 

olmuş,  ədəbi  şablonçuluqdan  qaçmışdır.  Sənət  və  ədəbiyyat 

məsələlərinə  yeni  estetik  dünyagörüşü  mövqeyindən  yanaş-

mışdır. “Onun postmodernizmi” sovet quruluşu və sovet rejiminə 

münasibətdə öz ifadəsini tapmışdır və s. Lakin bütün bunlar onun 

modernizm,  yaxud  postmodernizm  cərəyanının  nümayəndəsi 

olmasına əsas verirmi? Məncə, vermir. Təkrar da olsa deməliyəm 

ki,  Cavid  XX  əsr  Azərbaycan  ədəbiyyatında  romantizmin  ən 

böyük  nümayəndəsi  olaraq  qalır.  Əgər  biz  şairi  romantizmdən 

ayırıb,  başqa  ədəbi  cərəyanın  nümayəndəsi  hesab  etsək,  onda 

onun sovet dövrü yaradıcılığına düzgün qiymət verə bilmərik. Bu 

da sənətkarın xeyrinə deyil, zərərinə olacaqdır. 



54

                                            

Əsrin şairi IX 



Ekzistensializm  –  sovet  fəlsəfi  ədəbiyyatında  daha  çox 

burjua  fəlsəfəsi  kimi  təqdim  edilmişdir.  Latın  sözü  olan 

“exsistentia”  sözündən  alınmışdır.  Mənası  varlıq,  mövcudluq 

deməkdir. Bir sovet ensiklopediyasında həmin cərəyan barəsində 

belə  yazılır:  “Ekzistensializm  –  burjua  fəlsəfəsində  irrosionalist, 

subyektiv  idealist  cərəyanlarından  biri.  İkinci  dünya  müharibəsi 

dövründə Fransada, sonra isə bir çox ölkdə, o cümlədən ABŞ-da 

meydana  gəlmişdir...  Ekzistensializmin  Qərb  ədəbiyyatı  və  incə-

sənətinə böyük təsiri var.”

1

 



Mən sualı bu cür qoyuram: Cavid dramaturgiyası və Cavid 

teatrında  ekzistensializm  cərəyanının  təsiri  varmı?  Görkəmli 

teatrşünas  Cəfər  Cəfərov  bu  haqda  heç  bir  söz  söyləməmişdir. 

(Turan  Cavid  onu  Azərbaycanda  birnömrəli  teatrşünas  hesab 

edirdi. Onun özü də ixtisasca teatrşünas idi.) Elmi ədəbiyyatda da 

mən həmin  fikrə  təsadüf  etməmişəm.  Yalnız  Cavidin  anadan 

olmasının  130  ili  Milli  Dram  Teatrında  qeyd  edildiyi  bir  gündə 

həmin məsələni ortaya teatrşünas Məryəm Əlizadə atdı. 



 

2012-ci  ilin  dekabrında  Akademik  Milli  Dram  Teatrında 

Cavidin  anadan  olmasının  130  illiyi  qeyd  edilirdi.  Teatrşünas 

Məryəm  Əlizadənin  bir  fikri  diqqətimi  cəlb  etdi.  O  dedi  ki, 

Cavidin  teatra  gətirdiyi  ən  böyük  yeniliklərdən  biri 

ekzistensializmdir. Bu, artıq Cavid teatrına yeni bir yanaşma idi. 

Bu  “subyektiv-idealist  istiqamətin”  nə  olduğunu  anlamaq 

üçün mənbələrə müraciət etdim. Məlum oldu ki, sovet filosoflarının 

əsərlərində o müasir burjua fəlsəfəsində subyektiv-idealist istiqamət 

hesab  olunur.  Onun  əsas səciyyəvi  xüsusiyyəti  irrosionalizmdir

(XIX əsrin sonu XX əsrin əvvəllərində meydana gəlmişdir.) Ekzisten-

sializm  ideyaları  Rusiyada  1905-ci  ildə,  Almaniyada  birinci  dünya 

                                                 

1 Az

ərbaycan sovet ensiklopediyası, III cild, Bakı, 1979, s. 585.



 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə